Əbdüllətif Bəndəroğlu
Əbdüllətif Bəndəroğlu Omran (1937, Tuzxurmatu, Səlahəddin mühafəzəsi – 2 fevral 2008, Amman) — türkman əsilli İraq şairi, tərcüməçisi, ədəbiyyatşünası, publisisti, folklorçusu və araşdırmaçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1994), Bakı Dövlət Universitetinin fəxri doktoru.
İraq Türkmanlərinin öndə gələn ziyalılarından araşdırmaçı şair, yazar və jurnalist Əbdüllətif Omran Bəndəroğlu 1937-ci ildə İraqın Kərkük vilayətində Təzə Xurmatu kəndində anadan olmuşdur. İbtidai sinfi Təzə Xurmatu və Kərkükdə başa vurdu. 1956-cı ildə Kərkük Petrol şirkətinə aid Texniki məktəbdə təhsilinə davam edərkən siyasi səbəblərdən məktəbdən xaric edildi. Artan siyasi təqiblər nəticəsində ölkədən getmək məcburiyyətində qalan Bəndəroğlu 1964-cü ildən sonra Livan, Bolqarıstan, Yunanıstan başqa ölkələlərdə müxtəlif işlərdə işlədi. 1965-ci ildə yenidən vətənə qayıtdı. 4 fevral 2008-ci ildə Ürdün Xəstəxanasında keçirdiyi ağır əməliyyat nəticəsində vəfat etdi. Nəcəfdə torpağa tapşırıldı.
Əbdüllətif Bəndəroğlu İraq-türkman folklorunu bütün fəaliyyət tipləri üzrə (toplayıcılıq, nəşr, tədqiq) öyrənmiş İraq-türkman folklorşünası olaraq bu sahədə özünəməxsus alim olmuşdur.
İraq-türkman folklorunun toplanması, tədqiqi və nəşri sahəsində fəaliyyətini davam etdirən Ə. Bəndəroğlunun 1993-cü ildə "İraq-türkman folklorundan örnəklər" adlı digər bir tədqiqat əsərini çapdan çıxarıb.