BƏRABƏR
BƏRABƏR
OBASTAN VİKİ
Bərabər işarəsi
Bərabər işarəsi — indiki formasına yaxın bir şəkildə ilk dəfə 1557-ci ildə riyaziyyatçı Robert Rekorde (1510–1558) tərəfindən istifadə edilmişdir. == Tarixi == XVI əsrə qədər bütün riyaziyyatçılar özlərinə xas bərabərlik işarəsindən istifadə edirdilər və vahid işarə olmadığından bir-birilərini çətin başa düşürdülər. Emre Robert Rekorde 1557-ci ildə The Whetstone of Witte adlı əsərində : "Bərabərdir sözünü bezdirici bir şəkildə tez-tez istifadə etmək əvəzinə öz işlərimdə də istifadə etdiyim iki paralel xətdən istifadə etmək olar" deyərək ilk dəfə istifadə etmişdir.
Gün var əsrə bərabər
Gün var əsrə bərabər (rus. И дольше века длится день) — Çingiz Aytmatovun yazdığı kitab. == Haqqında == Baş qəhrəman Yedigey vicdanlı, yorulmaq bilməyən zəhmətkeş, öz yüksək mənəvi borcuna sadiq bir insandır. Müəllif qəhrəmanın taleyini müasir dövrün bir sıra problemləri və bütün bəşəriyyətin sabahkı günü ilə müqayisə edib, dünyada əmin-amanlığın, xeyirxahlığın və humanizmin təntənəsini ən böyük qələbə kimi səciyyələndirir.
Azadlıq, bərabərlik, qardaşlıq
Azadlıq, bərabərlik, qardaşlıq (fr. Liberté, égalité, fraternité) — Fransanın və Haiti Respublikasının milli devizidir və üçşaxəli devizlərə örnəkdir. Tarixi Böyük Fransa inqilabına qədər uzanmağına baxmayaraq, o bir neçə devizdən sadəcə biri idi və 19-cü əsrin sonuna, Üçüncü Respublika qurulana qədər rəsmiləşmədi. Üç ifadənin uyğunluğu və sırası İnqilabla eyni dönəmdə müzakirə olunurdu. Bu həmçinin Grand Orient de France və Grande Loge de France kimi təşkilətların da devizidir. == Böyük Fransız İnqilabı dönəmindəki mənşəyi == Devizi ilk olaraq 1790-cı ilin 5 Dekabrında Maksimillian Robespyer özünün "Milli Qaravulun təşkili haqqında" (Fransızca: Discours sur l'organisation des gardes nationales) nitqinin XVI maddəsində səsləndirmişdir və deviz milli cəmiyyətlər tərəfindən tezliklə bütün Fransaya yayılmışdır.fr. Discours sur l'organisation des gardes nationales == 19-cu əsr == Fərdi azadlıq və hüquqi bərabərliyi nəticələrin bərabərliyi və qardaşlığı bir araya gətirməyin mümkünlüyünə heç kim inanmadığı üçün Napalyonun əmri ilə üçlük ləğv olundu. İnsan fərdi azadlıq fikrini və təbii hüquqları bəşəriyyət kollektiv şəkildə birləşmədən də əvvəl əldə etdiyi üçün onlar şəffaf və qardaş cəmiyyətin təşkili ilə təzad təşkil edirdi. Liberallar azadlıq və bərabərliyi (hüquqların bərbarliyi olaraq) qəbul etsə də qardaşlığı qəbul etmədilər. === 1848 İnqilabı === === Paris Kommunası və Üçüncü Respublika === Paris Kommunasının meri Paş kommunanın divarları üzərində "Liberté, Égalité, Fraternité, ou la mort" formulasını çəkmişdi.
Azərbaycan Xalqlarının Bərabərlik Partiyası
Azərbaycan Xalqlarının Bərabərlik Partiyası (Əvvəlki adı: Talış Xalq Partiyası) — 1991-ci ildə yaradılan və 1993-cü ildə ləğv edilən separatçı partiya. == Tarixi == Talış Xalq Partiyası 1989-cu ildə qurulan Talış Milli Dirçəliş Partiyasının bazasında yaradılmışdır. 1991-ci ildə TMDP TXP olaraq yenidən formalaşdı və sədri Hilal Məmmədov seçildi. 1993-cü ilin martında partiya Azərbaycan Xalqlarının Bərabərlik Partiyası adı altında qeydiyyatdan keçmişdir. 1993-cü ilin iyununda Talış Muğan Respublikası elan edildikdən sonra partiyanın qeydiyyatı Ali Məhkəmə tərəfindən ləğv edilmişdir.
Bəhailikdə gender bərabərliyi
Gender bərabərliyi Bəhai dininin fundamental təlimlərindən biridir. Qadın və kişi bərabərdir və cinslərin bərabərliyi ruhani və mənəvi bir meyardır ki, planetin birləşməsi və sülhün bərqərar olması üçün zəruridir. Bəhai təlimlərində bu prinsipin fərdi, ailəvi və cəmiyyətin həyatında həyata keçirilməsinin vacibliyi qeyd edilir. Bəhai təlimləri kişi və qadının tam şəkildə ruhani və sosial bərabərliyini təsdiq etsə də, bərabərlik anlayışı eyniliyi nəzərdə tutmur, cinslərin özünə xas aspektləri və ya həyatın müəyyən sahələrində səciyyəvi xüsusiyyətləri var. == Bərabərlik == Kişi və qadınların bərabərliyi Bəhai dininin fundamental prinsipidir, hansı ki, Bəhaullahın yazılarında aydın şəkildə bildirilir, həmçinin onun oğlu və Bəhai dininin səlahiyyətli şərhçisi təyin etdiyi Əbdül-Bəha Abbasın yazıları və söhbətlərində rast gəlinir. Təlim və icmanın buna baxışı praktiki şəkildə tətbiq olunmaqla Bəhai icma həyatının mərkəzində durur. Bəhai təlimlərində qeyd olunur ki, qadınlar kişilərdən aşağıda durmur və sosial həyatın müxtəlif sahələrində kişilərə itaət etmək mövqeyində deyillər. Bəhai baxışına görə, qadınlar və kişilər zatən həmişə bərabər olublar və qadınların indiyə kimi bu bərabərliyə yetişə bilməmələrinin səbəbi tarix boyu eyni təhsil və sosial imkanların təmin edilməməsi, kişilərin fiziki güc tətbiq edərək qadınların həqiqi potensialının açılmasına maneçilik törətməsi ilə bağlıdır. === Ruhani məqam === Bəhaullah qeyd edir ki, qadın və kişi ruhu arasında heç bir fərq yoxdur, Bəhaullar yazır: Bəhaullah yazır ki, insanların ruhani məqamı cinsiyyətdən yox, Allahı tanımağın və sədaqətin dərəcəsindən asılıdır. Əbdül-Bəha deyirdi ki, Allah insanlara onların cinsinə görə fərq qoymur və bütün insanlar Allahın bənzərində yaradılmışlar.
Bərabərayaqlılar
Bərabərayaqlılar (lat. İsopoda)-xərçəngkimilərin ən müxtəlif və çoxsaylı qruplarından biri. == Xarici görünüşü == Bərabərayaqlı xərçəngkimilərin bədəni uzunsov və ya çox yastılanmış, nadir hallarda oxlovvari formada olur. Bədəni baş, döş və qarıncıqdan ibarət olur. Ətrafları ayaqçənələrə çevrilmiş birinci döş seqmenti də başın tərkibinə daxil olur. Bəzən ikinci döş seqmenti də başla bitişmiş olur. Gözləri oturaq, mürəkkəb, fasetdir, sayı iki yüzdən bir neçə yüzədək olur. Çox vaxt gözləri reduksiyaya uğramış olur və ya olmur. Baş iki cüt bığcıq və ağız çıxıntıları ilə təchiz olunmuşdur. Arxa antenalardan adətən qısa olan ön antenalar həmişə yeganə olub, 3 buğumlu saplaqdan və qamçıdan ibarət olur.
Bərabərdişlilər
Bərabərdişlilər (lat. Heterodonta) — heyvanlar aləminin molyusklar tipinin i̇kitaylılar sinfinə aid heyvan yarımtersinfi.
Bərabərkirpiklilər dəstəsi
Bərabərkirpiklilər dəstəsi (lat. Holotricha ) — Heyvan qamçılıları yarımsinfinə aid olan dəstə. == Haqqında == Bərabərkirpiklilər infuzorların ən böyük və geniş yayılmış dəstəsi olub, kirpik aparatının pirimitiv quruluşu ilə xarakterizə olunur. Bu infuzorlar membranell əmələ gətirmədən , çoxlu kirpiklərlə örtülmüşdür. Peristom hissədə kirpikləri bir qədər uzun olur. Udlaqda bu kirpiklər birləşərək , dalğavari pərdə əmələ gətirir. Bərabərkirpiklilərin tipik nümayəndələri Paramecium cinsindən birləşmişdir. Bəzi növlərdə (Didinium cinsi) kirpiklər bərabər paylanmayıb, qurşaqlarda yerləşir. Bərabərkirpiklilərin əksəriyyəti bakteriyalarla qidalanır. Lakin bu infuzorlar içərisində yırtıcı və parazit növləri də vardır.
Bərabərlik
Bərabərlik - cəmiyyətdə insanların bütün cəmiyyətin istehsal vasitələrinə bir cür münasibətdə və bərabər siyasi və vətandaşlıq hüququna malik olmalarını təmin edən vəziyyəti. Bərabərlik, tənlik – aralarında bərabərlik işarəsi (=) yazılmış iki ifadənin bərabərliyini bildirən riyazi müddəa. Çox zaman bu termin qiymətlər və verilənlər strukturları haqqında işlədilir. Məsələn, “A=B+1” bərabərlikdir və burada iddia olunur ki, “A” ifadəsi “B+1” ifadəsinə bərabərdir. Bəzi yüksək səviyyəli proqramlaşdırma dillərində (məsələn, C dilində) bərarbərlikdən dəyişən və simvollara qiymət mənimsədilməsi üçün istifadə edilir: məsələn, “i = 1”. Belə mənimsətmə deyimlərinin bərabərlik formasında yazılmasına baxmayaraq, onlar həqiqi riyazi əməllər olmaya da bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı == Digər mənaları == Tənlik; Tarazlıq, müvazinət.
Bərabərlərin birincisi
Primus inter pares (azərb. Bərabərlərin birincisi‎) ― eyni rütbə, vəzifə və ya mövqeyə sahib insanlar arasında ən üstün olanı göstərmək üçün istifadə olunan termin. == Haqqında == Bu termin latınca eyni mənaya gələn Primus inter pares terminindən törəmişdir. Bu termin bu terminin aid olunduğu şəxsin texniki anlamda digərləri ilə bərabər mövqedə olduğunu, lakin digərləri tərəfindən xüsusi rola və ya avtoritetə layiq görüldüyünü bildirir. Bəzən, qrupun qeyri-rəsmi və ya gizli lideri mənasında da istifadə olunur. Günümüzdə İngilis Millətlər Cəmiyyətinin baş nazirləri, Avropa Komissiyasının rəhbərləri, Roma Katolik Kilsəsinin kardinalları və Şərqi Pravaslav Kilsəsinin patriarxları arasında iyerarxiyanı müəyyən etməkdə istifadə olunur. Bundan əlavə, Roma imperatorları tərəfindən xalqın gözündəki diktator görüntüsünü yox etmək üçün Princep (vətəndaşların birincisi) formasında istifadə olunmuşdur.
Bərabərpulcuqlu ağ şam
Bərabərpulcuqlu ağ şam (lat. Abies homolepis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin ağ şam cinsinə aid bitki növü. Yaponiyada dəniz səviyyəsindən 800-2000 m hündürlükdə, dağlarda təbii halda bitir. Qərbi Avropada 1854-cü ildən mədəni şəraitdə becərilir. Qafqazın Qara dəniz sahillərində 1897-ci ildən Adlerdə, Suxumidə, Batumidə və s. məlumdur. Hündürlüyü 40 m-ə, kəsiyində diametri 1,5 m-ə çatan, enli-piramida çətirli, qalın, horizontal budaqları olan ağacdır. Ağacın cavan hissələrində qabığı boz, gövdənin qoca hissələrində isə tünd-qonur rənglidir, şırımlıdır, dərin yarıqlıdır. Cavan zoğları açıq-sarı, çılpaq, xırda buğumlu, parlaqdır. Tumurcuqları yumru-oval və ya təxminən şarşəkilli, açıq rənglidir, çox qətranlıdır.
Bərabərqanadlılar
Bərabərqanadlılar (lat. Homoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin yarımsərtqanadlılar dəstəsinə aid heyvan yarımdəstəsi. 30000-ə yaxın növü məlumdur. Bunlardan 600-nə Azərbaycanda rast gəlinir. Müxtəlif formalıdır. Az hərəkətlidir. Ağzı xortum şəklindədir. Cırcıramakimilər, yarpaq birələri, ağqanadlılar, mənənələr və koksidlər yarımdəstəsi xortumlu bərabərqanadlılara daxildir. Xortumlu bərabərqanadlılar bitkilərin hüceyrə şirəsini sormaqla, yarpaqlarda fır əmələ gətirməklə, virus və digər xəstəlikləri yoluxdurmaqla, cavan zoğları mişarlamaqla kənd təsərrüfatı bitkilərinə zərər vururlar.
Bərabərtərəfli üçbucaq
Düzgün üçbucaq, yaxud bərabərtərəfli üçbucaq - bütün tərəfləri bərabər olan üçbucağa deyilir. Tərifdən aydın olur ki, düzgün üçbucaq həm də bərabəryanlı üçbucaqdır. == Xassələri == İstənilən bucaqdan qarşı tərəfə endirilmiş hündürlük, həm median, həm də həmin bucağın tənbölənidir (düstur aşağıda verilmişdir).; Düzgün üçbucağın bucaqlarının hər biri 60°-dir. (Teorem: Üçbucaqda istənilən iki tərəfin qiyməti eyni və onlar arasındakı bucaq 60°-dirsə, deməli, bu üçbucaq bərabərtərəflidir/düzgündür) Tutaq ki, n {\displaystyle n} düzgün üçbucağın tərəfi, R {\displaystyle R} — xaricə çəkilmiş çevrənin radiusu, r {\displaystyle r} isə daxilə çəkilmiş çevrənin radiusudur. Daxilə çəkilmiş çevrənin onun tərəfi ilə əlaqəsi: r = 3 6 n {\displaystyle r={\frac {\sqrt {3}}{6}}n} . Xaricə çəkilmiş çevrənin onun tərəfi ilə əlaqəsi: R = 3 3 n {\displaystyle R={\frac {\sqrt {3}}{3}}n} . Düzgün üçbucağın perimetri: P = 3 n = 3 3 R = 6 3 r {\displaystyle P=3n=3{\sqrt {3}}R=6{\sqrt {3}}r} . Düzgün üçbucağın hündürlüyü: h = 3 2 n {\displaystyle h={\frac {\sqrt {3}}{2}}n} , Düzgün üçbucağın sahəsi aşağıdakı düsturlarla hesablanır: S = 3 4 n 2 = 3 3 4 R 2 = 3 3 r 2 {\displaystyle S={\frac {\sqrt {3}}{4}}n^{2}={\frac {3{\sqrt {3}}}{4}}R^{2}=3{\sqrt {3}}r^{2}} .
Bərabəryanlı trapesiya
Bərabəryanlı trapesiya – yan tərəfləri bərabər trapesiya. Yalnız 1 simmetriya oxu var. Bərabəryanlı trapesiyada IABI=IDCI Trapesiyanın AB tərəfi DC tərəfinə bərabərdir. ∠ A = ∠ D {\displaystyle \angle A=\angle D} A nöqtəsinin qarşısındakı bucaqla D nöqtəsinin qarşısındakı bucağın ölçüsü eynidir. ∠ B = ∠ C {\displaystyle \angle B=\angle C} B nöqtəsinin qarşısındakı bucaqla C nöqtəsinin qarşısındakı bucağın ölçüsü eynidir. Diaqonalları perpendikulyar olan bərabəryanlı trapesiyanın hündürlüyü Diaqonalları yan tərəfinə perpendikulyar olan trapesiyada hündürlük AD=a ll BC=b olarsa h = ( a 2 − b 2 ) 2 {\displaystyle h={{\sqrt {(a^{2}-b^{2})}} \over {2}}} == Mənbə == Adam Bruce Halsted,"Elementary Synthetic Geometry", Chapter XIV. Symmetrical Quadrilaterals. William Dwight Whitney, Benjamin Eli Smith, "The Century Dictionary and Cyclopedia", 1911.
Bərabəryanlı üçbucaq
Bərabəryanlı üçbucaq — iki tərəfi bərabər olan üçbucağa deyilir. Bərabəryanlı üçbucaqda bərabər tərəflər yan tərəflər, üçüncü tərəf isə oturacaq adlanır. == Xassələri == Bərabəryanlı üçbucaqda oturacağa bitişik bucaqlar bərabərdir. Bərabəryanlı üçbucaqda oturacağa çəkilmiş hündürlük, həm median, həm də təpədəki bucağın tənbölənidir. Bir üçbucağın üç tərəfi, uyğun olaraq, o biri üçbucağın üç tərəfinə bərabərdirsə, bu üçbucaqlar bərabərdir. Bu teoremi TTT (tərəf, tərəf, tərəf) adlandıracağıq.
Bərabərçiçəksiz qaz soğanı
Gagea fragifera (lat. Gagea fragifera) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin gagea cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 8-20 sm olan bitkidir. Soğanağı kiçik olub, yumurtaşəkillidir, tünd-qonur və ya açıq-qonur rəngli qınlarla örtülüdür, ikincisi çox kiçikdir. Kökətrafı yarpaqları bir (bəzən iki ədəd) ədəddir, dar xətvaridir, eni 2,5–3 mm-dir, adətən, çiçək qrupunu ötüb keçir. Çiçək qrupunun altındakı yarpaqlar demək olar ki, qarşı-qarşıya düzülmüşdür; onlardan aşağıda yerləşənlər neştərvaridir, qaidəsinə doğru genişlənmişdir, çiçək qrupu ilə eyni və yaxud onu ötüb keçir; çiçək qrupunun altındakı yerdə qalan yarpaqları kiçiləndir və çiçək qrupundan qısadır. Çiçək qrupu bərabər olmayan, çılpaq və ya tüklü saplaqda yerləşmiş 1-4 ədəd çiçəkdən ibarətdir. Çiçək yanlığının yarpaqcıqları 5–20 m uzunluqdadır, neştərvariellipsşəkili və ya demək olar ki, neştərvaridir, sivritəhərdir, nəzərə çarpan damarları vardır, yaşıl və ya sarımtıl-yaşıl rəngdədir. Erkəkcikləri çiçək yanlığının yarpaqcıqlarından qısadır. May-iyul aylarında çiçəkləyir.
Sosial bərabərlik
Sosial bərabərlik, bərabərlik — cəmiyyətin bütün üzvlərinin müəyyən bir sahədə eyni statusa malik olduğu sosial nizam. Sosial bərabərliyin siyasi aspekti dövlət idarəçiliyinin qaydalarını nəzərdən keçirməkdən ibarətdir: seçkilərdə iştirak etmək hüququ, liderlərin müəyyən edilməsi qaydaları, liderlərin hüquq və vəzifələri, qanun qarşısında bərabərlik, iqtisadi yanaşma isə əhalinin bölüşdürülməsi prosesini nəzərdən keçirir. faydalar: işləmək hüququ, resursların bölüşdürülməsi, imkan bərabərliyi. == İdeyanın inkişaf tarixi == “Sosial bərabərlik” anlayışının spesifik mənası cəmiyyətin inkişafı ilə dəyişmişdir. Antik dövrdə bərabərlik və əmlak imtiyazları arasında seçim problemi Platon və digər filosoflar tərəfindən mülklər daxilində bərabərlik və mülklər arasında bərabərsizlik mənasını verən “Hər kəsin özünə” düsturu ilə həll edilmişdir. Orta əsr xristian fəlsəfəsində bərabərlik anlayışı “Allah qarşısında hamı bərabərdir” dini normasında öz tətbiqini tapmış, fərdlərin və ya qrupların ictimai münasibətlərini deyil, insanla Tanrı arasındakı münasibəti müəyyən etmişdir. İntibah və Maarifçilik dövründə sosial bərabərlik anlayışı yenidən dünyəvi xarakter alır və fəlsəfə insanların təbii bərabərliyi məsələsini qoyur. Burjua cəmiyyətinin yaranması və inkişafı cəmiyyətə xidmətlərin qiymətləndirilməsinə və səmərələrin müvafiq bölgüsünə baxışın dəyişməsinə səbəb oldu. Sosial mövqe artıq bu və ya digər sinfə, kastaya və s. mənsubiyyətlə deyil, fərdin şəxsi keyfiyyətləri və məziyyətləri ilə izah olunurdu.
Sosial bərabərsizlik
Sosial bərabərsizlik — ayrı-ayrı fərdlərin, sosial qrupların, təbəqələrin, siniflərin şaquli sosial iyerarxiyanın müxtəlif səviyyələrində yerləşdiyi və ehtiyacları ödəmək üçün qeyri-bərabər həyat şanslarına və imkanlarına malik olduğu sosial təbəqələşmə forması. Ən ümumi formada qeyri-bərabərlik insanların məhdud maddi və mənəvi istehlak resurslarına qeyri-bərabər çıxışı olan şəraitdə yaşaması deməkdir. İsveçrənin Credit Suisse bankının 2021-ci il Qlobal Sərvət Hesabatına əsasən, 2020-ci ildə planetin ən zəngin 1,1%-i dünya sərvətinin 45,8%-nə, ən kasıb 55%-i isə 1,3%-nə sahibdir. İƏİT-in məlumatına görə, 2017-ci ildə İƏİT ölkələrində əhalinin ən varlı 10%-nin sərəncamında olan orta gəliri əhalinin ən yoxsul 10%-nin orta hesabla 9,5 dəfə olduğu halda, 1992-ci ildə bu fərq 7 dəfə olub. Sərvət bərabərsizliyi daha da əhəmiyyətlidir: İƏİT ölkələrində əhalinin ən zəngin 10%-i sərvətin 50%-nə, ən yoxsul 40%-i isə sərvətin 3%-nə sahibdir. Fransız iqtisadçısı T.Piketti “XX əsrdə kapital” kitabında belə qənaətə gəlir ki, sosial bərabərsizliyin artması müasir dünyada əsas tendensiyadır, sənaye inqilabı onu məhv etmir, baxmayaraq ki, zaman keçdikcə bu cür artımı daha az vahid edir. == Bərabərsizlik və ayrı-seçkiliyin formaları == Fərdlər üçün sosial statusu və deməli, cəmiyyətdə bərabərliyi və ya bərabərsizliyi müəyyən edən bir sıra sosial xüsusiyyətlər mövcuddur. Gender bərabərsizliyi Yaş Ayrı-seçkiliyi İrqi bərabərsizlik İqtisadi bərabərsizlik Psixi pozğunluğu olan şəxslərə qarşı ayrı-seçkilik Cinsi oriyentasiya və gender kimliyinə əsaslanan diskriminasiya Bərabərsizliklə bağlı baxışlar Keyfiyyətcə qeyri-bərabər iş şəraitini yerinə yetirməklə, sosial ehtiyacları müxtəlif dərəcədə ödəməklə insanlar bəzən iqtisadi cəhətdən heterojen əməklə məşğul olurlar, çünki bu cür əmək növləri onların sosial faydalılığını fərqli qiymətləndirir. Sosial bərabərsizliyin əsas mexanizmləri mülkiyyət münasibətləri, hakimiyyət (hakimiyyət və tabelik), sosial (yəni sosial sabit və iyerarxiyalaşdırılmış) əmək bölgüsü, eləcə də nəzarətsiz, kortəbii sosial diferensiallaşmadır. Bu mexanizmlər əsasən bazar iqtisadiyyatının xüsusiyyətləri ilə, qaçılmaz rəqabət (o cümlədən əmək bazarında) və işsizliklə bağlıdır.
Vikipediyada gender bərabərsizliyi
Vikipediyada gender bərabərsizliyi — Vikipediya redaktorlarının əsasən kişilər olması, Vikipediyadakı bioqrafiyaların daha az bir qisminin qadınlara aid olması və qadınları maraqlandıran mövzuların daha az əhatə olunmasına verilmiş ümumi ad. 2018-ci ildə aparılmış Vikipediyanın 12 dil versiyasını və Vikimedia Fondunun bəzi digər layihələrini əhatə edən sorğu zamanı sorğuda iştirak edən 3734 nəfərdən 90%-nin kişi, 8,8%-nin qadın olduğu, 1%-nin isə cinsi azlıqlara aid olduğu ortaya çıxmışdır. 2019-cu ildə Wikimedia Fondunun o zamankı baş direktoru Katherine Maher bildirmişdir ki, onun komandası qadınların ümumi redaktorların 15–20%-ni təşkil etdiyini ehtimal edir. Vikipediyada qadınlarla bağlı məqalələrinin yaradılması, genişləndirilməsi, neytral və təfərrüatlı olması ehtimalı daha azdır. 2021-ci ildə aparılan bir araşdırma göstərmişdir ki, 2017-ci ilin aprelində dərc edilmiş bioqrafiyaların yalnız 17%-i qadınlara aid olduğu halda, silinməyə namizəd göstərilmiş bioqrafiyaların 41%-i qadınlara aid olmuşdur. Gender bərabərsizliyi Vikipediyaya ən çox irad tutulmuş mövzular arasındadır. 2015-ci ildə Vikipediyanın qurucusu Cimmi Vels ensiklopediyanın redoktorlarının ən azı 25%-nin qadınlardan ibarət olması ilə bağlı qoyduqları məqsədə çata bilmədiklərini açıqlamışdır. Vikipediyada qadın redaktorları həvəsləndirmək və qadınlarla bağlı mövzuların əhatə dairəsini artırmaq üçün "Edit-a-thon" və "Women in Red" kimi layihələr hazırlanmışdır. == Araşdırılması == 2008-ci ildə dünya miqyasında aparılnmış ilk araşdırma zamanı bütün redaktorların 13%-nin qadınlar olduğu ortaya çıxmışdır. 2011-ci ildə aparılmış araşdırmada bu rəqəmin qlobal miqyasda 9%-ə qədər endiyi müşahidə edilmişdir.
Xortumlu bərabərqanadlılar
Bərabərqanadlılar (lat. Homoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin yarımsərtqanadlılar dəstəsinə aid heyvan yarımdəstəsi. 30000-ə yaxın növü məlumdur. Bunlardan 600-nə Azərbaycanda rast gəlinir. Müxtəlif formalıdır. Az hərəkətlidir. Ağzı xortum şəklindədir. Cırcıramakimilər, yarpaq birələri, ağqanadlılar, mənənələr və koksidlər yarımdəstəsi xortumlu bərabərqanadlılara daxildir. Xortumlu bərabərqanadlılar bitkilərin hüceyrə şirəsini sormaqla, yarpaqlarda fır əmələ gətirməklə, virus və digər xəstəlikləri yoluxdurmaqla, cavan zoğları mişarlamaqla kənd təsərrüfatı bitkilərinə zərər vururlar.
Yaponiyada gender bərabərsizliyi
Yaponiya yüksək inkişaf etmiş dövlət olsa da gözəçarpacaq dərəcədə gender bərabərsizliyi müşahidə olunur. 2015-ci ilin statistasında görə Yaponiya Gender Bərabərsizliyi İndeksində 21-ci yeri tutub, bu isə inkişaf etmiş dövlətlərlə müqayisədə aşağı göstəricidir. Bu hal Yaponiya cəmiyyətindəki gender normalarının davam etməsi ilə əlaqədardır. Yaponiyada gender bərabərsizliyi ailədən tutmuş siyasətə qədər müxtəlif sahələrdə müşahidə olunur, iş imkanları və maaşa təsir edir. Cinsi ayrı-seçkilik ənənəvi və müasir Yaponiya cəmiyyətindəki dəyişən gender rollarının nəticəsidir. Yaponiyada ənnəvi ailə quruluşuna görə qadının vəzifəsi ev işləri ilə məşğul olmaq, kişinin vəzifəsi isə pul qazanmaqdır. Bu, iki cins arasındakı tarixi əmək bölgüsüdür. İkinci dünya müharibəsindən sonra Yaponiyada konstitusiyasının 24-cü maddəsinə "gender bərabərliyi" bəndi əlavə olunub, məqsəd ölkəni gender bərabərliyi olan ölkəyə çevirmək idi. Lakin ənənəvi ailə və gender normaları vətəndaşlar arasında hökm sürməyə davam edir və hətta XXI əsrdə belə vəziyyət çox da dəyişməyib. == Ailə == 1970-ci ilə qədər Yaponiyada qadınların işə getməsi geniş yayılmamışdı.
Çevrə üzrə bərabərsürətli hərəkət
Mexaniki hərəkət — zaman keçdikcə bir cismin (yaxud maddi nöqtənin) digər cismə nəzərən, həmçinin eyni bir cismin ayrı-ayrı hissələrinin bir-birinə nəzərən məkanda yerdəyişməsi. Mexaniki hərəkəti riyazi baxımdan təsvir etmək üçün yerdəyişmə, gedilən yol, sürət, təcil və zaman kimi anlayışlardan istifadə olunur. Hərəkəti öyrənmək, yəni zaman keçdikcə cismin mexaniki yerdəyişməsini müəyyən etmək üçün müvafiq koordinat sistemi seçmək və onu hesablama cisminə bağlamaq lazımdır. Bundan əlavə gedilən yolun uzunluğunu təyin etmək üçün uzunluq etalonuna və zamanı ölçmək üçün ölçü cihazı rolu oynayan saata da ehtiyac vardır. Adətən sadaladığımız bu dörd ünsür — hərəkəti öyrənmək üçün seçdiyimiz cisim ona bağlı koordinat sistemi, uzunluq etalonu və saat birlikdə hesablama sistemi adlandırılır. Hər konkret mexaniki hərəkəti öyrənmək üçün müvafiq hesablama sistemi seçilir. Hərəkətin öyrənilməsi üçün vasitə rolunu oynayan koordinat sisteminin (məsələn, düzbucaqlı dekart koordinat sisteminin) başlanğıcı hesablama cismində yerləşdirilir və hərəkət məhz bu koordinat sisteminə nəzərən öyrənilir. Mexaniki hərəkət zaman keçdikcə cismin fəzada yerdəyişməsi olduğundan zaman və məkan anlayışları ilə yaxından tanış olmaq lazımdır. Klassik mexanikanın banisi Nyuton zaman və məkanı mütləq qəbul etmişdir. Nyutona görə zaman hesabat sistemindən asılı olmayaraq müntəzəm davam edir və bütün hesabat sistemləri üçün eynidir.
Ölüm qarşısında bərabərlik
Ölüm qarşısında bərabərlik (fr. Egalité devant la mort) — Fransa rəssamı Vilyam Buqro tərəfindən 1848-ci ildə yağlı boya ilə kətan üzərində işlənmiş rəsm əsəridir. 141x269 sm ölçüyə malik olan əsər Orse muzeyində nümayiş etdirilir. == Tarixi == Milli Ali İncəsənət Məktəbində cəmi iki il təhsil aldıqdan sonra Buqro "Ölüm qarşısında bərabərlik" əsəri ilə ilk dəfə Paris Salonunda iştirak edir. Əsərin əsas mövzusu, necə həyat sürmələrindən asılı olmayaraq bütün insanların ölüm qarşısında bərabər olmasıdır. Təqdim edilməsindən sonra əsər, əsasən nü janrında kişi obrazları mövzusuna həsr edilmiş bir çox sərgilərdə nümayiş etdirilmişdir. == Təsviri == Rəsm əsərində cəsədi tamamilə çılpaq uzadılmış gənc oğlanın üzərini kəfənlə örtmək üçün uçan ölüm mələyi təsvir edilmişdir. Sol tərəfdə aşağı küncdə rəssam öz imzasını qoymuşdur.
İnformasiya bərabərsizliyi
İnformasiya bərabərsizliyi və ya Rəqəmsal bərabərsizlik — smartfonlar, planşetlər, noutbuklar və internet də daxil olmaqla rəqəmsal texnologiyaya bərabər olmayan çıxış. İnformasiya və kommunikasiya texnologiyalarının (İKT) dünya iqtisadiyyatlarının və sosial əlaqənin əsası kimi istehsal texnologiyalarını alt-üst etdiyi informasiya dövründə internetə və digər İKT-lərə çıxışı olmayan insanlar sosial-iqtisadi cəhətdən əlverişsiz vəziyyətdədirlər; çünki iş tapa bilmirlər, işə müraciət edə bilmirlər, alış-veriş edə bilmirlər və öyrənə bilmirlər. == Tarixi == Avropadakı rəqəmsal bərabərsizliyin tarixi kökləri erkən müasir dövrdə yazılı və çap mediası vasitəsilə real vaxt rejimində hesablama, qərar qəbul etmə və vizuallaşdırma formalarına daxil ola bilən və bilməyənlər arasında artan bərabərsizliyə istinad edir. Bu kontekstdə təhsil və məlumatın sərbəst paylanması arasındakı əlaqə ilə bağlı etik müzakirələr Meri Uolstonkraft, İmmanuel Kant və Jan Jak Russo (1712–1778) kimi mütəfəkkirlər tərəfindən qaldırılmışdır. Russo hər hansı bir cəmiyyətin iqtisadi faydalarının ədalətli və mənalı şəkildə bölüşdürülməsini təmin etmək üçün hökumətlərin müdaxilə etməli olduğunu müdafiə edirdi. Böyük Britaniyada Sənaye inqilabı fonunda Russonun ideyası yeni istehsal formalarından zərər görənlər üçün təhlükəsizlik şəbəkəsi yaradan zəif qanunları əsaslandırmağa kömək etdi. Sonralar teleqraf və poçt sistemləri inkişaf etdikdə, bir çoxları Russonun ideyalarından istifadə edərək, hətta çətin xidmət göstərən vətəndaşların subsidiyalaşdırılmasını nəzərdə tutsa belə, bu xidmətlərdən tam istifadə etmək üçün mübahisə edirdilər. Beləliklə, "universal xidmətlər" ABŞ-də AT&T kimi telefon xidmətləri çətin kənd istifadəçilərinə xidmət göstərməyə imkan verən tənzimləmə və vergitutma sahəsində innovasiyalar demək idi. 1996-cı ildə telekommunikasiya və internet şirkətləri birləşdikcə, Federal Kommunikasiya Komissiyası rəqəmsal bərabərsizliyi aradan qaldırmaq üçün tənzimləmə strategiyalarını və vergi siyasətini nəzərdən keçirmək üçün 1996-cı ildə Telekommunikasiya Xidmətləri Aktını qəbul etdi. "Rəqəmsal bərabərsizlik" termini bərabərsizliyin aradan qaldırılması üçün informasiya və kommunikasiya texnologiyaları şirkətlərini vergi və tənzimləməyə çalışan istehlakçı qrupları arasında istifadə olunsa da, mövzu tezliklə qlobal mərhələyə keçib.
İnsan irqlərinin qeyri-bərabərliyi haqqında
İnsan irqlərinin qeyri-bərabərliyi haqqında (fr. Essai sur l'inégalité des races humaines) — 1833–1855-ci illər aralığında fransız yazıçısı və diplomatı Artur de Qobino tərəfindən yazılmış əsər. Əsər nasistlərin və bir çox millətçilərin manifestinə çevrilmişdir. Əsərində Qobino bütün xalqların öyrənilməsi əsasında insanların etnik yaxud irqi fərqlərinin onların mədəniyyətlərinin və tarixi talelərinin fərqlənməsinin əsas səbəbi olduğunu ortaya qoyur. O göstərir ki, hal-hazırda da irqi fərqlər mədəni tərəqqinin əsas hərəkətverici qüvvələrindən Qobino təbii, coğrafi və iqlimin ictimai təsisatlara, əxlaqın və digər mənəvi amillərin mədəni tərəqqiyə təsirini qəbul etmir. O yalnız insanların morfoloji xüsusiyətlərinin təsirini hesab edirdi.
Xalqların Bərabərliyi və Demokratiya Partiyası
Xalqların Bərabərlik və Demokratiya Partiyası və ya qısaca DEM Partiya (ilkin versiyası ilə HEDEP), 2023-cü ilədək Yaşıllar və Sol Gələcək Partiyası — 25 noyabr 2012-ci ildə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Onun simvolu müdrik ağac, günəş və insan surətindən ibarətdir. Onun həmsədrləri Tuncər Bakırhan və Tülay Hatimoğulları Orucdur. Xalqların Bərabərlik və Demokratiya Partiyası 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının Yaşıllar və Sol Gələcək Partiyası adı altında birləşməsi nəticəsində qurulan siyasi partiyadır. Partiya özünü yaşıl siyasətə əsaslanan və "sol libertarian" ideyaları qəbul edən siyasi partiya kimi təqdim edir. Partiya 2014-cü ildə Türkiyə prezident seçkilərində Səlahəddin Dəmirtaşı, 2015-ci ilin iyununda keçirilən parıament seçkilərində isə Xalqların Demokratik Partiyasını dəstəkləmişdir. == Tarixi == Partiya Ankarada Yaşıllar və Sol Gələcək Partiyası adı ilə 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının birləşməsi ilə quruldu. Partiya 2 aprel 2016-cı il tarixli II növbədənkənar qurultayında adının qısaltmasını Yaşıl Sol Partiya olaraq dəyişdirdi. Partiyanın loqosu 16 oktyabr 2022-ci il tarixli İkinci Fövqəladə Qurultayda dəyişdirildi. Səlahəddin Dəmirtaş iddia edib ki, Xalqların Demokratik Partiyası bağlanarsa, 2023-cü ildə keçiriləcək ümumi seçkilərdə HDP-nin millət vəkili namizədləri Yaşıl Sol Partiyasının vahid namizəd siyahılarına daxil olacaq.

Значение слова в других словарях