Bərpa Edilən Resurslar

bərpa edilməsi mümkün olan istehsal resursları.
Bərabər Silinmə Üsulu
Bərpa Edilmiş Qiymət
OBASTAN VİKİ
Resurslar
Resurslar- 1) mövcud texnoloji və sosial-iqtisadi əlaqələr zamanı realizasiya (istifadə) edilə bilən, insanların maddı və mənəvi rifahı üçün zəruri olan hər bir mənbə şərait. Resursların üç əsas qrupa bölünməsi qəbul edilmişdir: maddi, əmək, o cümlədən intellektual və təbii; 2) vasitələrin ehtiyatı, mənbələri; 3) lazım olan vaxt müraciət olunan (istifadə edilən) vasitələr (təsərrüfata cəlb olunmayan); 4) resurs əldə etmək üçün potensial mənbələr. Resurs təminatı resurs tələbatı ilə faktiki resursların arasında olan nisbətlə ölçülür.
Mineral resurslar
Mineral resurslar — hər hansı rayon, ölkə və kontinentdə yeraltı faydalı qazıntıların ehtiyatının məcmusu (daş kömür, neft, dəmir filizi, qızıl, volfram və s.) Xüsusiyyət və litosferi təşkil edən bütün maddələr daxildir. Bu resurslar təsərrüfatda mineral xammal, yaxud yanacaq kimi istifadə olunur. Mineral xammal filiz halında olduqda metal, qeyri-filiz halında olduqda isə ondan qeyri-metal komponentlər (fosfor və s.) əldə edilir. Həmçinin bu xammaldan tikinti materialı kimi də istifadə olunur. Yanacaq kimi istifadə olunun mineral ehtiyatlar (daş kömür, neft, qaz, yanar şistlər, torf, oduncaq, atom enerjisi) buxar və elektrik enerjisi əldə etmək üçün mühərriklərdə enerji mənbəyi rolunu oynayırsa, onlar yanacaq-energetik resurslar adlanır.
Təbii resurslar
Təbii resurslar – cəmiyyətin maddi və mədəni tələbatını ödəmək üçün istifadə olunan, bəşəriyyəti əhatə edən təbii mühitin komponentləri. T.r.-ın mühafizəsinin əsas prinsipi onların səmərəli və qənaətlə istifadəsi və mümkün qədər istehsalı hesab edilir. Kompleks tədbirlər həyata keçirərək antropogen təsirlər nəticəsində qismən və ya tam gücdən düşmüş təbii resursların əvvəlki vəziyyətini bərpa etmək (məs. meşənin bərpası, bitkinin reintroduksiyası, heyvanların reaklimatizasiyası və s.). Coğrafiya elminin bir hissəsi, ayrı-ayrı təbii resursların növ və birləşmələrinin yerləşməsi, onların qiymətləndirilməsi, kompleks istifadəsi və yenidən bərpasını tədqiq edir. Təbii nemətlərdən (torpaq, bitki, heyvan, faydalı qazıntı, su, iqlim şəraiti və b.) təsərrüfatda istifadə edilməsi imkanları (mümkünlüyü) məcmusu Müxtəlif statistika hesabatların, təbii resursların mühafizəsi və səmərəli istifadəsi üzrə proqramın hazırlanması məqsədilə təbii sərvətlərin miqdarının, keyfiyyətinin, ehtiyatının dinamikasının və istismarının uçotu. İstehsal dövriyyəsinə qatılan faydalı qazıntılar və digər təbii sərvətlərin qiyməti. Aşağıdakı kriteriləri ödəyərək təbii sərvətlərdən istifadə olunması: Təbii sərvətlərin (mineral resursların) və tullantıların tam, kompleks istifadəsi; Yeni əmələ gələn təbii (bioloji) resurslardan minimum istifadə; Təbii resurslardan ən yüksək iqtisadi gəlir götürmək; Uzunmüddətli ekoloji-sosial balansın təmin olunması. Təbii resursların əvəz olunması - bir təbii resursun, bir qayda olaraq, hazırkı tarixi dövr üçün iqtisadi cəhətdən daha səmərəli sayılan digəri ilə əvəz edilməsidir. Təbii resursların əvəz olunmasına energetik sıranı misal göstərmək olar: ağac yanacağı - mineral yanacaq - atom və ya günəş enerjisi.
Bərpa etmə
Bərpa etmə(k) – (ing. undelete) uzaqlaşdırılmış informasiyanın, adətən, sonuncu uzaqlaşdırılmış elementin bərpası əməliyyatı. Bərpa etmə "undo" (geri almaq) komandası ilə müqayisə oluna bilər; ancaq o, daha məhduddur, belə ki, UNDO komandası sistemi sonuncu əməliyyatdan qabaqkı vəziyyətə qaytarır, bərpa etmə isə yalnız silinməni bərpa edir. Ümumiyyətlə, bərpa etmə kəsilib götürülmüş mətnə aid olur. Bax: UNDO. Fayla aid işlədildikdə bərpa etmə informasiyanın yaddaşda bərpasını bildirir. Adətən, fayl silinərkən onun tutduğu yaddaş sahəsinin nişanı götürüldüyündən, yəni həmin sahə yeni verilənlər üçün açıldığından, bərpa etmə asanca gerçəkləşdirilir, bir şərtlə ki, bu məqsəd üçün xidməti proqramlardan istifadə olunsun. Yox, əgər yeni faylın bir hissəsi silinmiş faylın üzərinə yazılıbsa, əlbəttə, bərpa etmə daha mümkün olmayacaq. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Qeyri-bioloji resurslar
Hazırda Okeanın dəyişiklərində yerləşən müxtəlif mineral xammal ehtiyatlarından ən çox neft və qaz böyük əhəmiyyət kəsb edir. Dəniz dibində olan neft ehtiyatları Yer kürəsindəki neft ehtiyatının yarısı qədərini təşkil edir. İndi dünyanın bütün kontinental şelflərindən neft çıxarılır, dənizə çıxışı olan 140 dövlətdən 100-dən çoxu şelflərdə neft istehsal edir, 2000 -dən artıq neft və qaz yataqlan aşkar edilmiş, onların 700-dən çoxunda istehsal başlanmışdır. Dəniz və okanlann dibindən hər il 700 mln. ton neft çıxanlır, bu dünyada istehsal edilən neftin 30%-i qədərdir. Dənizərin dibindən 300 mlrd. m³-dan artıq qaz çıxanlır. Xarici mütəxəssislərin məlumatına görə kontinental şelfdə çıxanlacaq neftin ehtiyatı 80 milrd. ton, qazın həcmi isə 40-50 trln. m³ hesablanmışdır.
Coğrafiya və təbii resurslar
Coğrafiya və təbii resurslar - elmi-kütləvi jurnal. Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) nəşri. Jurnal ACC-nin IX qurultayının (30.04.2014) və AMEA Yer Elmləri Bölməsi iclasının (22.X.2014) qərarlarına əsasən təsis və nəşr edilmişdir. Jurnalda elmi-fundamental problemlər və elmi-tətbiqi məsələlərə həsr olunmuş məqalələr dərc edilir.
Bərpa olunan enerji
Bərpa olunan enerji — günəş, külək, dalğa, geotermal enerji,su və digər bərpa olunan mənbələrdən alınan enerjiyə deyilir. Bu zaman təbiətdə daim baş verən proseslərdən istifadə olunur və bu mənbələr insan istifadəsi nəticəsində tükənə bilməz. Alternativ energetika təkcə ətraf mühitin mühafizəsi üçün vacib deyil. Qeyri-ənənəvi enerji mənbələrindən istifadə iki vacib şərtə əsaslanır: yanacaq mənbəyinin bərpa olunan olması və verilmiş ərazidə mövcudluğu. O, ölkələrin, ərazilərin, təsərrüfat sistemlərinin neftdən və onun qiymətindən asılılığını yumşaldır. Regionun xüsusiyyətindən asılı olaraq alternativ enerjidən istifadənin strukturunda bu və ya digər mənbə üstünlük təşkil edir. Məsələn, İslandiya, Danimarka və ABŞ-nin bəzi ştatlarında alternativ enerji istehsalında üstünlük geotermal mənbələrə verilir. Norveçdə, əsasən, kiçik gücə malik hidroenergetik qurğulardan istifadə edilir. Düzən ərazilərdə külək elektrostansiyalarından, cənub regionlarda günəş batareyalarından istifadə edilir. Zəngin meşə ehtiyatlarına malik ölkələrdə biokütlənin (yonqar, talaşa) yanma texnologiyasından geniş istifadə edilir.
Yağlara əlavə edilən aşqarlar
Yağlara əlavə edilən aşqarlar — Yağların istismar xassəsini yaxşılaşdırmaq və ya uzunmüddətli saxlamaq üçün sürtkü yağlarına əlavə edilən birləşmələrə aşqarlar deyilir. Aşqarların effektivliyi onların kimyası ilə müəyyən edilir. Sürtkü yağlarında aşqarların qatılığı mühüm xüsusiyyətlərdən biridir. Sürtkü yağlarında istifadə olunan aşqarların digər əsas xassələri- yaxşı həll olmalı, tərkibin sabitliyi, geniş temperatur diapazonunda saxlama və istismar zamanı buxarlanma dərəcəsi, su ilə yuyulmamaq və hidrolizə məruz qalmamaq; sürtkü ilə qarşılıqlı təsirə məruz qalmamaq, sürtkü yağları ilə materiallar təmasda olmaması (aşqarların özlərinin təsir mexanizminin əsasını belə p-ionlar təşkil etdiyi hallar istisna olmaqla); öz funksiyalarını mövcud vəziyyətdə saxlamaq. Aşqarlar sürtkü yağlarında yaxşı həll olmalıdırlar. Aşqarlar yüksək və aşağı temperaturlarda sürtünmə səthlərinin yeyilməsini, aşınmasını azaldır. Bu aşqarlara hər ikisi heyvan mənşəli və piylərvə bitki mənşəli yağlar (məsələn, xardal yağı, donuz piyi); yüksək yağ turşuları (məsələn, olein turşusu) və efirlər(məsələn, pentaeritrit və sebatin (C10H18O4) turşunun efiri); tərkibində S [məsələn, kükürdləşdirilmiş spermaçit yağı, bms-(alkilbenzil) disulfid], P (məsələn, trikrezilfosfat), S və P (məsələn, Ba diizooktilditiofosfat, arilditiofosfor turşusunun izobutil efirinin Zn-Ba duzu), N (məsələn, 1-butilbenzotriazol) və s. Sürtkü materiallarında aşqarların qatılığı 0,1–3,0%- dən yüksək olmur. Təzyiqə qarşı olan aşqarlar — sürtünmə səthlərinin yüksək yükləri altında sürtünmədə və təzyiqdə normal işləməyi təmin edir. Tərkibində S olan birləşmələr təzyiqə qarşı istifadə edilir (məsələn, etilen diizopropilksantat izopropilksantogenat K-nin dixloroetan ilə qarşılıqlı təsirinin məhsuludur); Cl (məsələn, üçxlorsirkə turşunun izobutil efiri, penta- və tetraxlorodifenillərin qarışığı); S və P (məsələn, Zn dialkilditiofosfat) və s.
Albaniyanın bərpa olunan enerjisi
Albaniyanın Bərpa olunan enerjisinə bioyanacaq, geotermal mənbələr, su, günəş və külək ilə işləyən elektrik stansiyaları daxildir. Albaniyanın bərpa olunan energetikasının əsasını hidroelektrostansiyalar təşkil edir, baxmayaraq ki çəkilmə zamanı və ya su aşağı səviyyədə olanda energetika ilə problemlər yaşanır. Albaniyanın günəş, külək və geotermal mənbələrin istifadəsi üçün böyük potensiala malikdir, bu da Aralıq dənizi iqlimi, təbii su quyuları və balkan dağların mövcud olması ilə bağlıdır. Elektrik enerjisinin əsas mənbəyi SES-di, hansı ki hər halda daimi dəyişikliklərə görə etibarsız sayılır. Albaniya 2012-ci ildə 100 min yaşayış evini elektriklə təmin edilməsi üçün Verbumd adlı Avstriya şirkəti ilə Aşta SES-in tikintisi barədə müqavilə bağlamışdı. BMT-nin inkişaf proqramı Albaniyada günəş batareyalarının tikintisini planlaşdırır. Proqram daxilində 75 min m² sahəli panellərin quraşdırılması üçün 2,75 milion ABŞ dolları xərcləndi. 2010-cu ildə 10 700 m² quraşdırılmışdır, batareyaların qalan hissəsinin tikintisi 2015-ci ildən davam etdirildi. Günəş batareyaları ildə 2100 - 2700 günəş saatı üçün nəzərdə tutulub. Bu növ energetika yaşayış evləri, kommersiya və sənaye binalarının istilik və elektriklə təchizatı üçün istifadə oluna bilər.
Macarıstanda bərpa olunan enerji
Macarıstan Avropa İttifaqının üzvüdür və bərpa olunan enerji payını artırmaq üçün AB strategiyasında iştirak edir. 2009-cu ildə Aİ-də 2020-ci ilədək 20% paya malik olan Bərpa olunan Enerji üzrə Avropa Direktivi qəbul edilmişdir. 2030-cu ilə qədər külək enerjisi, AB-də orta hesabla 26-35% elektrik istehsal etməli və yanacaq xərclərinin qarşısını almaq üçün Avropaya illik 56 milyard avro qənaət etməlidir. 2020-ci ilə qədər, Macarıstanın alternativ enerji mənbələrindən əldə edilən elektrik enerjisinin 14,7% -ə çatması gözlənilir (əsas hədəf 13% -dən yüksəkdir). Hal hazırda, Macarıstan Aİ-də bərpa olunan enerji mənbələrinin ən kiçik payı (11%) olan ölkədir (6% bioloji mənbə və 3% külək enerjisindən istifadə edir). 2015-ci ildə bərpa olunan enerjinin payı 10,5% -ni təşkil edirdi və bura bərpa olunan enerji mənbələrinin 52% -i bioloji, 22% külək, 7% su , günəş enerjisi 3% daxil idi. Proqnozlara görə, 2010-2020-ci illərdə Macarıstanda külək enerjisi stansiyalarının yaratdığı güc 400 MVt artmışdır. 2010-cu ilin sonunda küləyin elektrik enerjisi 295 MVt idi. 2016-cı ildə Macarıstan hökuməti yeni külək enerjisi generatorlarının quraşdırılmasını qadağan etdi. Ölkədəki külək elektrik stansiyalarının mövcud gücü 329 MVt təşkil edir.
Naxçıvan Əlillərin Bərpa Mərkəzi
Naxçıvan Əlillərin Bərpa Mərkəzi — 2004-cü ildə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nəzdində yaradılmışdır. Mərkəzdə 20 çarpayılıq stasionar, funksional müayinə otaqları, fizioterapevtik müalicə kabinələri, müalicəvi idman, trenajor və duş zalları fəaliyyət göstərir. Mərkəz Yaponiya və Almaniya istehsalı olan müasir tipli avadanlıqlarla təchiz olunmuşdur. Burada muxtar respublika ərazisində yaşayan əlillər pulsuz bərpa müalicəsi qəbul edirlər. Mərkəzdə, əsasən, fizioterapevtik müalicə metodlarından istifadə olunur. Müalicə elektriklə, işıqla, infraqırmızı və ultra-bənövşəyi lampalarla, aşağı tezlikli, ultra yüksək tezlikli mikrodalğalı aparat vasitəsilə, masajla, müxtəlif duşlarla (sınaq duşu, yağış tipli, toz tipli duş, sirkulyar duş), burulğanlı vanna, parafin vannası ilə aparılır. Bərpa müalicəsi qəbul edənlər pulsuz yeməklə də təmin edilirlər.
Təhrif edilən cinayətkar (film, 1967)
Təhrif edilən cinayətkar (yap. 変態魔, ing. Perverted Criminal və ya ing. Abnormal Criminal) – 1967-ci ildə istehsal olunmuş Yaponiyanın erotik filmidir. Film baş qəhrəmanları cinayətkar və nekrofiliya olan qadındır. "Təhrif edilən cinayətkar" filmi dünya ölkələrində 3D formatında çəkilmiş ilk seks filmidir. Təhrif edilən cinayətkar — Internet Movie Database saytında.
Əcəvitə edilən sui-qəsd cəhdləri
Mustafa Bülənd Ecevit (türk. Mustafa Bülent Ecevit, 28 may 1925[…], Konstantinopol – 5 noyabr 2006[…], Ankara) — şair, jurnalist, publisist, partiya sədri, baş nazir və siyasət adamı. Müxtəlif dövrlərdə Ankara, Zonquldağ və İstanbuldan millət vəkili olmuşdur. Təmsilçilər Məclisinin üzvü, Cümhuriyyət Xalq Partiyası və Demokratik Sol Partiyasının sədri seçilmişdir. Türkiyə Çalışma Bakanı, dövlət naziri, baş nazir köməkçisi və baş nazir kimi fəaliyyət göstərmişdir. Ali təhsili olmadığı üçün Türkiyə prezidentliyinə namizəd ola bilməmişdir. Atası əslən güneydoğudan köçərək gəlmiş bir kürd kökənli müderrisin oğlu Kastamonu doğumlu Əhməd Fəxri Əcəvit Ankara Hüquq Fakültəsində professor idi . Anası Fatma Nazlı (milliyyətcə boşnak) isə rəssamdı. 1944-cü ildə Robert kolecini bitirən Bülənd Ecevit elə həmin il fəaliyyətinə Basın Yayın Genel Müdirliyində tərçüməçiliklə başladı. 1946-cı ildə sınıf yoldaşı Rahşan (Aral) Ecevit ilə ailə həyatı qurdular.
Alternativ və Bərpa olunan enerji
Alternativ enerji — təbiətin çirklənməsinin qarşısını almaq məqsədilə işlənən enerji çeşidlərinin xüsusiləşmiş adı. Alternativ bitkilər daha çox gələcəyə yönələn təbii sahədir. Ətraf mühiti çirklənməkdən(torpaq, su, hava) qorumaq üçün Alternativ quru bitki mənbələrindən istifadə olunması məqsədəuyğundur. İnkişafdan geri qalmış ölkələr (Kriota,Fələstin Senüar Azərbaycan və s.) alternativ enerji mənbələrindən istifadəni genişləndirməklə ətraf mühiti çirklənmədən qorumağa cəhd göstərirlər. Son illər Azərbaycan müstəqil dövlət kimi xarici ölkələrin təcrübəsindən istifadə edərək alternativ enerji mənbələrindən istifadəni genişləndirməklə, həm qiymətli yanacağa (neft, qaz) qənaət etməyə, həm də ətraf mühitin qorunmasına nail olmağa çağırır. Elektrik enerji istehsalında EES və GES-dan istifadənin ətraf mühit üçün həm müsbət, həm də mənfi tərəfləri vardır. Bu stansiyalardan xüsusilə SES-ı yerləşdikləri ərazilərin torpaqlarını, sularını, atmosferini daha çox çirkləndirdiyi üçün , alternativ enerjidən istifadəni çoxaltmamalıyıq Bu enerjidən insanlar qədim zamanlardan yel dəyirmanlarında dən üyütmək üçün istifadə edirdilər. İlk dəfə dəyirmanlar Çində və Misirdə quraşdırılmışdır. Azərbaycanda orta əsrlərdən başlayaraq yel dəyirmanlarından düzən rayonlarda xüsusilə, Abşeronda geniş istifadə edlirdi. Yer kürəsində küləyin illik enerjisi (175–219) 10/12 kVt/saat, yaratdığı güc isə (20–35) 10/9 kVt kimi qiymətləndirilir.
Azərbaycanda dövlət varidatı elan edilən filmlər
Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısı — bu siyahı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə təsdiq edilmiş sənədə əsasən hazırlanmışdır. Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlər bunlardır: "Sevil" (1929-cu ildə çəkilmişdir); "Lətif" (1930-cu ildə çəkilmişdir); "İsmət" (1934-cü ildə çəkilmişdir); "Mavi dənizin sahilində" (1935-ci ildə çəkilmişdir); "Almaz" (1936-cı ildə çəkilmişdir); "Bakılılar" (1938-ci ildə çəkilmişdir); "Kəndlilər" (1939-cu ildə çəkilmişdir); "Səbuhi" (1941-ci ildə çəkilmişdir); "Bir ailə" (1943-cü ildə çəkilmişdir); "Arşın mal alan" (1945-ci ildə çəkilmişdir); "Görüş" (1955-ci ildə çəkilmişdir).
Azərbaycanda təşkil edilən intellektual yarışların siyahısı
Aşağıdakı siyahıda Azərbaycanda təşkil edilən intellektual yarışlar verilib.
Bərk cisim elektronikasında istifadə edilən məmulatlar
Bərk cisim və ya Qatı — maddənin 4 aqreqat hallarıdan (bərk, maye, qaz, plazma) biridir. Bərk cism başqa aqreqat hallarından öz formasının stabilliyi ilə fərqlənir. Bərk cismin forma stabilliyi onun tərkibində atomlararası əlaqələrin güclü olması, atomların nisbətən taraz vəziyyətdə olmaları və çox zəif titrəyişli hərəkət etmələrinin nəticəsində alınır. Bərk cismlər kristallik və ya amorf hallarına görə fərqlənirlər. Bərk cismlərinin tərkibini və daxili strukturasını öyrənən fizika bölməsi bərk cismlər fizikası adlanır. Bərk cismin xarici təsirlərin və hərəkətin nəticəsində necə dəyişilməsini — bərk cismlərin mexanikası, absolyut bərk cismlərinin hərəkətini — bərk cismlərinin kinematikası adlı elmlər öyrənillər. == Bərk cismlərin texniki xassələri == Bərklik Kütlə Plastiklik Əyilmə möhkəmliyi Sınma möhkəmliyi == Bərk cismlərin elektronikasında istifadə edilən məmulatlar == Bərk cisim elektronikasında istifadə edilən məmulatlar — (tərif) geniş istifadə olunan matreallardan yarımkeçiricilər. === Materialların təsnifatı === Bərk cisim elektronikası (BCE) cihazlarının istehsalında istifadə olunan materiallar 2 qrupa bölünür: əsas (və ya konstruktiv) köməkçi (və ya texnoloji) === Əsas material === Əsas materiala dedikdə birbaşa cihazın konstruksiyasına daxil olan materiallar nəzərdə tutulur. Əsas materilları, öz növbəsində, aşağıdakı qruplara bölmək olar yarımkeçirici materiallar – germanium, silisium, qallium arsenid və s.; legirəedici (aşqarlayıcı) materiallar – yüksək təmizliyə malik ayrı-ayrı elementlər və ya onların xəlitələri; elektrod materialları – qızıl, nikel, kövar, molibden (daxili və xarici) çıxışları düzəltmək üçün); izolyasiya materialları – şüşə keramika, üzvi laklar; mühafizəedici korpus (gövdə) materialları – mis, kovar, polad; antikorrozion örtüklər – xrom, nikel === Materialların sərfiyyat norması === Materialların sərfiyyat norması 1000 ədəd yararlı cihaz hazırlamaq üçün tələb olunan materialın miqdarı ilə müəyyən olunur. Yarımkeçirici materialın seçilməsi, onun təmizliyi və legirə olunma dərəcəsi, istehsalatda onların təkrarlanması cihazların xarakteristikalarına və onların istehsalında yararlı cihazların çıxımına həlledici təsir göstərir.
Ən çox ziyarət edilən sənət muzeyləri
Ən çox ziyarət edilən sənət muzeyləri — Dünyanın ən çox ziyarət edilən sənət muzeylərinin siyahısı ziyarət edənlər arasında ən böyük marağa səbəb olan, əsasən sənət əsərlərindən ibarət olan ekspozisiya, muzey və qalereyalara aid olan 100 siyahıdan ibarətdir. İncəsənətdə sənət dedikdə heykəl , rəsm, qrafik, fotosənəd və dekorativ-tətbiqi incəsənət anlaşılır. Siyahıya sənət muzeyləri olmayan (məsələn, Pekin şəhərindəki Yasaq şəhər) turistik görməli yerlər qeyd edilməyib.Həmçinin siyahıda qismən incəsənət əsərlərinə malik ekspozisiya, muzeylər deyil , lakin əsasən konkret mövzuya həsr edilmiş xüsusi muzeylər (məsələn, Londonda Təbiət Tarixi Muzeyi) yer alıb. Bu siyahı, beynəlxalq nüfuzlu "The Art Newspaper" sənət jurnalının məlumatlarına əsaslanaraq, ildə bir dəfə birbaşa oxşar siyahıları yazır, bu siyahı 2014-cü ilin məlumatlarına əsaslanır. Siyahıda ən böyük nümayəndəlik ABŞ-da olan muzeylərdir - 18 və Böyük Britaniya - 14, İspaniya (9) və Fransa (8), ardından 6 muzey Braziliya və 5 muzey Rusiya, Avstraliya və Cənubi Koreyada mövcuddur. İl ərzində ən çox ziyarətçisi olan muzeylər Böyük Britaniyadadır - 30 milyondan çox insan. Siyahıdakı muzeylərdən ən çoxu Londonda yerləşir-11 və Paris -7, Berlin, Madrid və Tokioda-4 muzey yerləşir.Siyahıda qeyd edilmiş muzeylərin çoxu, Avropa qitəsi ərazisində yerləşir -55, Şimali Amerika ərazisində -22 muzey, Asiya -12 muzey, Cənubi Amerikada -6, Avstraliya -5; Afrika muzeyləri siyahıda göstərilməyib. ... "Visitor Figures 2014: The grand totals: exhibition and museum attendance numbers worldwide" (PDF). The Art Newspaper.
Ən çox ziyarət edilən saytların siyahısı
Bu siyahı avqust 2023-cü ilin avqust ayına olan məlumata əsasən, Similarweb tərəfindən hər ay yenilənən "Ən yaxşı veb-saytlar sıralaması" siyahısında yer alan ilk 50 veb-sayta əsasən dünyada ən çox ziyarət edilən veb-saytların siyahısıdır. Siyahıda əvvəlki ayla müqayisədə onların reytinqdə dəyişməsi də yer alır. Alexa İnternet 1 may 2022-ci ildə dayandırılmış oxşar reytinq təklif etdi.
Qanlı yumruq 3: Döyüşməyə məcbur edilən
"Qanlı yumruq 3: Döyüşməyə məcbur edilən" (ing. Bloodfist 3: Forced To Fight) — Don Vilsonun filmlərindən biridir. Cimmi Boland etmədiyi qətl səbəbindən məhbus olmuşdur. Cimmi burada məhbusların zorlanmalarını müşahidə edir. Bir müddət sonra Cimmi məhbuslardan birini xilas edir. Amma bu hadisədən sonra Cimmi çoxlu problemlərlə üzləşir... Qanlı yumruq 3: Döyüşməyə məcbur edilən — Internet Movie Database saytında.
Ən çox ziyarət edilən sənət muzeylərinin siyahısı
Ən çox ziyarət edilən sənət muzeyləri — Dünyanın ən çox ziyarət edilən sənət muzeylərinin siyahısı ziyarət edənlər arasında ən böyük marağa səbəb olan, əsasən sənət əsərlərindən ibarət olan ekspozisiya, muzey və qalereyalara aid olan 100 siyahıdan ibarətdir. İncəsənətdə sənət dedikdə heykəl , rəsm, qrafik, fotosənəd və dekorativ-tətbiqi incəsənət anlaşılır. Siyahıya sənət muzeyləri olmayan (məsələn, Pekin şəhərindəki Yasaq şəhər) turistik görməli yerlər qeyd edilməyib.Həmçinin siyahıda qismən incəsənət əsərlərinə malik ekspozisiya, muzeylər deyil , lakin əsasən konkret mövzuya həsr edilmiş xüsusi muzeylər (məsələn, Londonda Təbiət Tarixi Muzeyi) yer alıb. Bu siyahı, beynəlxalq nüfuzlu "The Art Newspaper" sənət jurnalının məlumatlarına əsaslanaraq, ildə bir dəfə birbaşa oxşar siyahıları yazır, bu siyahı 2014-cü ilin məlumatlarına əsaslanır. Siyahıda ən böyük nümayəndəlik ABŞ-da olan muzeylərdir - 18 və Böyük Britaniya - 14, İspaniya (9) və Fransa (8), ardından 6 muzey Braziliya və 5 muzey Rusiya, Avstraliya və Cənubi Koreyada mövcuddur. İl ərzində ən çox ziyarətçisi olan muzeylər Böyük Britaniyadadır - 30 milyondan çox insan. Siyahıdakı muzeylərdən ən çoxu Londonda yerləşir-11 və Paris -7, Berlin, Madrid və Tokioda-4 muzey yerləşir.Siyahıda qeyd edilmiş muzeylərin çoxu, Avropa qitəsi ərazisində yerləşir -55, Şimali Amerika ərazisində -22 muzey, Asiya -12 muzey, Cənubi Amerikada -6, Avstraliya -5; Afrika muzeyləri siyahıda göstərilməyib. ... "Visitor Figures 2014: The grand totals: exhibition and museum attendance numbers worldwide" (PDF). The Art Newspaper.
"Donbass kömür şaxtalarının bərpa edilməsinə görə" medalı
"Donbass kömür şaxtalarının bərpa edilməsinə görə" medalı — SSRİ Ali Sovetinin 10 sentyabr 1947-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzi
Azərbaycanda Suvarmanın və Pambıqçılığın Bərpa edilməsi (1923)
Azərbaycanda suvarmanın və pambıqçılığın bərpa edilməsi qısametrajlı sənədli filmi 1923-cü ildə AFKİdə istehsal edilmişdir. Elmi-kütləvi təbliğat filmində Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsi üçün meliorasiya və suvarma sisteminin yaradılmasından və onun təkmilləşdirilməsindən bəhs olunur. Elmi-kütləvi təbliğat filmində Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsi üçün meliorasiya və suvarma sisteminin yaradılmasından və onun təkmilləşdirilməsindən bəhs olunur. Filmin neqativi Moskva Mərkəzi Dövlət Kinofondunda saxlanılır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Tapılmış və bərpa edilmiş Azərbaycan filmlərinin siyahısı
Tapılmış və bərpa edilmiş Azərbaycan filmlərinin siyahısı — Əvəz-əvəzə Vulkan üzərində ev İki yoldaş Dəcəl dəstə Bəstəkar Müslüm Maqomayev Əzablı yollar Şəhərimin daşları Foto "Fantaziya" Bircəciyim Su ərizəsi İstintaq Bizim Cəbiş müəllim Qətldən yeddi gün sonra Uşaqlığın son gecəsi Bizi bağışlayın Ötən ilin son gecəsi Tütək səsi Bəyin oğurlanması Gümüşgöl əfsanəsi Gümüşü furqon Yay günlərinin xəzan yarpaqları Arşın mal alan Bir ailə "AZƏRBAYCANDA KİNO SƏNƏTİNİN YARANMA TARİXİ. SƏSSİZ DÖVR (1920-1935)". www.azerbaijan.az. www.azerbaijan.az. 2018-07-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2016. "AZƏRBAYCAN KİNOSU 1935-1988-Cİ İLLƏRDƏ. SƏSLİ DÖVR". www.azerbaijan.az. www.azerbaijan.az. 2018-07-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2016.