Başıayaqlılar
Başıayaqlılar (lat. Cephalopoda) — heyvanlar aləminin molyusklar tipinə aid heyvan sinfi.
== Haqqında ==
Bu sinfin nümayəndələrinin ayaqları başlarında yerləşən bir neçə qolcuğa və hərəkəti təmin edən qıfa çevrilmişdir. Qolcuqlarda çoxlu sormaclar vardır. Suda aktiv üzürlər. Yırtıcıdırlar. Çox az nümayəndəsində çanaq vardır.
Normal duzlu dənizlərdə yaşayırlar. Həm xariciqabıqlı (Nautilus cinsi) həm də daxiliqabıqlı (kalmarlar, karakatisalar, osminoqlar) nümayəndələrlə təmsil olunmuşlar. Qazıntı halında ammonit və belemnitlər daha çox rast gəlirlər.