BAŞINA OYUN AÇMAQ (GƏTİRMƏK)

ağır bir əziyyətə salmaq, pislik etmək, bəlaya, fəlakətə uğratmaq; ~ başına tənbəki oyunu açmaq, başına tərs dəyirman çevirmək, başına iş açmaq, başına Şamın müsibətini gətirmək, başında dəyirmandaşı fırlatmaq, başında turp əkmək, başında tərs dəyirman işlətmək.

BAŞINA OD ƏLƏMƏK (YAĞDIRMAQ)
BAŞINA SOYUQ DƏYMƏK
OBASTAN VİKİ
Saniyə başına meqabayt
Saniyə başına meqabayt (ing.MBps (megabytes per second), ru. мегабайт в секунду)- qurğular arasında verilənlərin ötürülmə sürətini təsvir etmək üçün istifadə olunan ölçü vahidi. Bir meqabayt 1048576 bayta bərabərdir. MBps qısaltmasını Mbps (saniyə başına meqabit) ilə dəyişik salmaq olmaz. Belə ki, Mbps ilə, adətən, kompüter şəbəkələrində verilənlərin ötürülmə sürətini ölçürlər. Şəbəkədə olmayan avadanlıqlar arasında verilənlərin ötürülmə sürətini isə bir saniyədə ötürülən baytların sayı ilə ifadə edirlər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Oyun
Oyun — boş vaxtları qiymətləndirmək üçün edilən əyləndirici və bəzən də maarifləndirici fəaliyyət. Oyun sözü ilə bunlardan biri nəzərdə tutulmuş ola bilər: Uşaq oyunları İdman müsabiqələri Olimpiya oyunları Azartlı oyunlar Rəqs və ya xalq rəqsləri Teatr tamaşaları Kompüter və ya konsollar vasitəsilə oynanan videooyunlar Şahmat, dama kimi masaüstü oyunlar Zəka oyunları Kino "Oyun" — Maykl Duqlas və Şon Pennin baş rollarını oynadıqları film. Musiqi "Oyun" — 2005-ci ildə yaradılan musiqi qrupu. "Oyun" — "Təmas" musiqi qrupunun 2009-cu ilin noyabrında çıxardığı "Həyata toxun" adlı albomundai 9-cu mahnı. Quliyev B. Mütəhərrik və əyləncəli oyunlar. (8 Azərbaycan milli uşaq oyunları).
Birjada oyun
Birnəfərli oyun
Tək oyunçulu oyunlar (İngilis dilində: single-player) — videooyunlarda yalnız bir oyunçunun daxil ola bildiyi və daha çox oyunçunun girməsinə imkan vermədiyi vəziyyət tək oyunçulu oyun adlanır. “Tək oyunçulu oyun” oyunu yalnız bir adamın yönləndirə biləcəyini izah etmək üçün istifadə olunur; “Tək oyunçu formatı” oyun oynamanın multiplayer (ən azı iki oyunçu) olma seçimini gətirir. Tək oyunçu formatı ikiyə bölünür: Virtual rəqiblərə (botlar) qarşı tək oyunçu formatı. Virtual rəqiblər (botlar) və ya oyunçunun özündən başqa real oyunçu yoxdur. Videooyun tarixinin ilk mərhələlərində oyunlar tək oyunçulu idi. İki oyunçu oyunları əvvəlcə fərdi kompüterlərdə görülmüşdür. Beləliklə, çoxnəfərli oyunların da əsası qoyuldu. 1990-cı illərin əvvəllərində lokal şəbəkələr və sıfır modemlərlə real mənada çoxnəfərli oyunlar ilə qarşılaşdıq. Doom, bu tip oyunların ən yaxşı nümunələrindən biridir. Tək oyunçulu oyunların böyük satış rəqəmlərini tuta bilməsi, maraqlı hekayələrində, təsirli qrafikalarında və real personaj detallarında gizlədilmişdir.
Böyük Oyun
Böyük oyun — (ing. The Great Game), həmçinin Kölgələr Turniri olaraq da adlandırılır ( rus. Турниры теней, Turniri Teney) — XIX əsrdən başlayaraq strateji bölgələrin böyük güclər tərəfindən paylaşılma mübarizəsini təsvir etmək üçün istifadə edilən addır. Böyük Oyun (Neftçi - Xəzər Lənkəran) — Neftçi PFK və Xəzər-Lənkəran FK arasında oynanmış Azərbaycan futbol derbisidir.
Bənövşə (oyun)
Bənövşə — Azərbaycanda əsasən bayramlarda və digər el şənliklərində gənclər və uşaqlar arasında geniş yayılmış qədim uşaq oyunu növüdür. Yaz fəslinin gəlişi ilə əlaqədar uşaqların, cavanların həyatında yeni bir gün başlayır – "Bənövşə günü". Üz tuturlar bənövşə ətirli dağ ətəklərinə, dərələrə, güney yamaclarına, bulaqların yan-yörəsinə, minbir həvəslə gül-çiçək toplayırlar. Qız-gəlinlər tellərinin uclarına bənövşə düzər, yaxalarına bənövşə taxar, saçlarına minbir rəngli, minbir ətirli çiçəklərdən çələng hörürlər. Bənövşədən dəstə tutub "yaz nübarı"dır, – deyə ana və bacılarına, qohum-qonşuya paylayar, nişanlı qızları sevindirər, şənlik edər, mahnı oxuyarlar: Bu zaman yaz çiçəyi bənövşənin adından götürülən sözlü-nəğməli "Bənövşə" oyunu oynayarlar. Novruz bayramında da "Bənövşə" oyunu oynamaq adətdir. Bənövşə oyunu zamanı gənclər iki dəstəyə ayrılır və bir dəstə o biri dəstəyə müraciət edərək deyir: Bənövşə, sizdən bizə kim düşə? Bu oyun uşaqlar arasında iki qrupa ayrılaraq oynanan oyundur. Bir qrupdan digər qrupa bir kişi qaçaraq gəlir əl-ələ tutan digər qrupun ən zəif yerindən keçməyə çalışır. Qrupu keçə bilirsə, o qrupda bir nəfəri öz qrupuna götürür (yalnız özünün yardığı əllərdən birini tuta bilər).
Dama (oyun)
Dama — taxta lövhə üzərində aparılan strateji oyun növüdür. O tam informasiyaya əsaslanan oyun qrupuna daxildir. Beləliklə, bir oyun strategiyası işləməklə onu bəxtdən asılı olmayaraq udmaq olar. Bu oyun növü əsasən Rusiya və Niderlandda geniş yayılmışdır. Tünd və açıq rəngli xanalara bölünmüş taxta üzərində oyun. Rus, ingilis, alman və italyan Daması (64 xanalı taxtada), beynəlxalq Dama (100 xanalı taxtada) və Kanada Daması (144 xanalı taxtada) mövcuddur. Başlanğıc vəziyyətdə hər oyunçunun 12 (64 xanalı taxtada), 20 (100 xanalı taxtada) və ya 30 (144 xanalı taxtada) Dama daşı olur. Rəqiblərin daşları rənginə görə fərqlənir (adətən ağ və qara). Oyunçunun vəzifəsi rəqib daşını məhv etmək və ya gedişdən məhrum etməkdir. 100 xanalı Dama üzrə dünya birincilikləri 1894-cü ildən keçirilir.
Dəvə (oyun)
Dəvə — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Dəvə oyunu ilaxır çərşənbələrdə, Novruz bayramı günlərində, eləcə də digər şənliklərdə meydan tamaşaçıları sırasına daxil olan məzhəkəli oyunlardan biridir. Özünü dəvə görkəminə salmış məzhəkəçi boynundan zınqırov asır. Əl-ayağını hisə verib qaraldır, belinə süpürgə bağlayıb meydana çıxır. O, lağlağı sözlərlə, him-cimlə, cürbəcür məzəli hərəkətlərlə tamaşaçıları əyləndirir. Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.60.
Halay (oyun)
Halay — Azərbaycanda uşaq və gənclər arasında toy, eləcə də el şənliklərində dəstələrə bölünərək oynanılan bütün oyunların başlanğıc forması. Dəstələrə bölünərək oynanılan bütün oyunlar halay ilə başlanır. Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumi razılıq ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri ilə fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstəbaşılar təyin olunduqdan sonra dəstələrə bölünmək üçün halaya gedirlər. Oyunçular qol-qola girib, sonra bir yana çəkilirlər. Onlar xəlvəti öz aralarında kimi necə adlandırmaq (məsələn, kimin "armud", kimin "alma") barədə şərtləşib dəstəbaşıların durduğu yerə gəlir və deyirlər: — Halay gəlmişik. Dəstəbaşının biri digərinə : — Gəl! (yəni qəbul et) — deyir. O biri cavabını verir.
Keçəl (oyun)
Keçəl - Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə, əsasəndə Novruz bayramı ərəfəsində uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.108.
Monopoliya (oyun)
Monopoliya — stolüstü oyun növü. Burada oyunçular altı tərəfli zəri monopoliya taxtasının üzərində hərəkət etdirərək ticarət məhsullarının alqı-satqısı ilə məşğul olur, evləri və ya otelləri böyüdürlər. Oyunçular öz rəqiblərini iflas etməklə onlardan icarəyə mülklər götürürlər. Pul, həmçinin, Şans və İcma kartları və vergi xalları vasitəsilə əldə edilə və ya itirə bilər; oyunçular bir neçə şəraitdən birini yerinə yetirənə qədər hərəkət edə bilməyəcəkləri həbsxanada ola bilərlər. Oyunun bir sıra ev qaydaları və yüzlərlə vesiyası mövcuddur. Monopoliya oyunu beynəlxalq səviyyədə tanınaraq 103-dən çox ölkədə lisenziyalaşdırılmış və 30-dan çox dildə tərtib edilmişdir. Monopoliya oyunu 1903-cü ildə ABŞ-də Elizabet Maqi tərəfindən yaradılan Landlord's Game versiyasından götürülmüşdür. 1935-ci ildə yaradılmışdır. Monopoliya oyununu 40 boşluqdan ibarət olan taxtada oynanılır. Bu 40 boşluqda iyirmi səkkiz mülkiyyət yeri—iyirmi iki küçə (səkkiz müxtəlif rəngli qrupa bölünmüşdür), 4 dəmiryol xətti və iki kommunal yer—üç Şans küçəsi, üç İcma yeri və Lüks vergi yeri, Gəlir vergisi yeri və dörd ədəd künc meydanı: GET, (içəri) Həbsxana/Sadəcə səfər et, Pulsuz parkinq, and Həbsxanaya get adlı xanalar yerləşir.
Oyun alveri
Oyun alveri, bəzən oyun alqı-satqısı və ya danışılmış oyun kimi qeyd olunur — mütəşəkkil idman növlərində, oyun alveri tamamilə oyunun qaydalarını və tez-tez qanunları pozan və ya qismən öncədən müəyyən edilmiş bir nəticə ilə oynanır. Oyun alveri idman qaydalarının ciddi şəkildə pozulmasıdır və onların təşkilatı cinayət sayıla bilər. Eyni zamanda, oyun alverini sübut etmək çox çətindir. Oyun alverinin arxasında əsas motivasiya qumar və komandaya gələcəkdə yaradılan üstünlük tutur. Jurnalist Deklan Hillin sözlərinə görə, oyun alveri həm də korrupsiya, zorakılıq və vergidən yayınma ilə əlaqələndirilir.
Oyun interfeysi
Oyun interfeysi və ya "heads-up-display" (head-up – başı əymədən baxmaq, display — indikasiya), həmçinin sadəcə HUD — videooyunun istifadəçi interfeysinin bir hissəsi kimi vizual vasitələrlə oyunçuya məlumat ötürmə üsulu. Adını müasir təyyarələrdə istifadə olunan baş üstü displeylərdən almışdır. "HUD" həmçinin bir çox məlumatın, o cümlədən qəhrəmanın sağlamlığı, obyektlər və oyunda irəliləyişin (məsələn, xal və ya səviyyə) göstərilməsinin bir hissəsidir.
Oyun kafesi
İnternet kafe (ing. Internet cafe ~ ru. Интернет-кафе ~ tr.İnternet kafe) – İnternetdən istifadə imkanı verən ictimai müəssisə. Adətən, İnternet-kafedə qəlyanaltı etmək, kofe (yaxud başqa içkilər) içmək, söhbətləşmək olar. Bəzi müəssisələrdə İnternetdən istifadə pulsuzdur və giriş qiymətinə daxil edilir. Evdə İnternetə çıxışı olan fərdi kompüteri olmayanlar, yaxud özgə şəhərdə olan və evə məktub yazmaq istəyənlər üçün İnternet kafelər çox əlverişlidir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Sanama (oyun)
Sanama - Azərbaycanda uşaqlar və gənclər arasında yazqabağı günlərdə, şənlik və bayramlarda dəstələrə bölünmədən oynanılan oyunlarda "başçı" ("aparıcı" və ya "işçi") seçmək üçün sadalanan şeir. Dəstələrə bölünməklə oynanılan bütün oyunlar Halay qurmaqla başlanır. Lakin bir çox oyunlarımız dəstələrə bölünmədən oynanılır. Ənzəli, Eşşək beli sındırdı, Yeddi ağac buna misal ola bilər. Bu oyunları başlayarkən, "başçı", "aparıcı" və ya "işçi" seçmək üçün sanamadan istifadə edirlər. Püşk yolu ilə yaxud oyunçuların ümumi razılığı ilə (oyunda və ya uşaqlar arasında müəyyən keyfiyyətləri ilə fərqlənən) bir nəfər seçilir. O bütün oyunçuları sıraya düzür. Sanama yolu ilə oyunçuları bir-bir sıradan azad edir. Axıra qalan oyunçu "başçı" ("aparıcı" və ya "işçi") seçilmiş olur. Sanamanı aparmaq üçün müxtəlif sanamalardan istifadə edirlər.
Xəmsə (oyun)
Xəmsə — 2007-ci ildə Nə? Harada? Nə zaman? oyunu üzrə Azərbaycan çempionu Faiq Hüseynov tərəfindən yaradılmış beynəlxalq statuslu milli intellektual komanda oyunu. Oyun ilk dəfə 2007-ci il 2 fevral tarixində geniş auditoriyaya təqdim olunmuşdur. 2007-ci ilin yayından 2018-ci il avqustun 17-dək televeriliş şəklində ilk dəfə İctimai Televiziyada yayımlanıb. Verilişin aparıcısı kanalın idman oyunları şərhçisi Tural Dadaşovdur. 2014-cü ilin sonuna müxtəlif yaş qrupları — məktəblilər, tələbələr, böyüklər arasında ölkə çempionatları mütəmadi keçirilir. 2011-ci ilin iyulundan etibarən "Xəmsə" oyunu Gürcüstanın Batumi şəhərində hər il mütəmadi keçirilən İntellektual oyunlar üzrə Cənubi Qafqaz çempionatının, 2012-ci ildən isə həmin çempionatın yeni formatı olan Qara dəniz açıq çempionatının yarış proqramına daxil edilmişdir. 2011-ci ilin sentyabrında oyun Ukraynanın Odessa şəhərində keçirilən Nə?
Çoxnəfərli oyun
Çoxnəfərli oyun, Çoxoyunçulu oyun və ya Multipleyer (ing. Multiplayer video game) — iki və ya daha çox oyunçunun lokal şəkildə və ya internet vasitəsilə eyni zamanda eyni mühitdə oynaya biləcəyi videooyun. Videooyunların erkən dövründə onlar adətən yalnız birnəfərli oyun rejimindən istifadə edirdilər və oyunçuları əvvəlcədən proqramlaşdırılmış maneələr və süni intellektdən istifadə edən rəqiblərlə qarşı-qarşıya qoyurdular. Bu üsul elastiklik və insani elementlərə malik deyil. Çoxnəfərli oyunlar oyunçulara digər fərdlərlə əməkdaşlıq və partnyorluq etməyə, eləcə də rəqabət aparmağa imkan yaradır. Bu, oyunçuları birnəfərli oyun rejimində olmayan sosial kommunikasiya ilə təmin edir. Çoxnəfərli oyunlarda oyunçular müəyyən bir hədəfə nail olmaq üçün bir və ya daha çox insan iştirakçı ilə rəqabət apara və ya onlarla əməkdaşlıq edə bilərlər ki, bu da kooperativ oyun adlanır. Çoxnəfərli oyunlar adətən vahid bir oyun sisteminin resurslarını və ya internet texnologiyasından istifadəni tələb edir.
Çoxoyunçulu oyun
Çoxnəfərli oyun, Çoxoyunçulu oyun və ya Multipleyer (ing. Multiplayer video game) — iki və ya daha çox oyunçunun lokal şəkildə və ya internet vasitəsilə eyni zamanda eyni mühitdə oynaya biləcəyi videooyun. Videooyunların erkən dövründə onlar adətən yalnız birnəfərli oyun rejimindən istifadə edirdilər və oyunçuları əvvəlcədən proqramlaşdırılmış maneələr və süni intellektdən istifadə edən rəqiblərlə qarşı-qarşıya qoyurdular. Bu üsul elastiklik və insani elementlərə malik deyil. Çoxnəfərli oyunlar oyunçulara digər fərdlərlə əməkdaşlıq və partnyorluq etməyə, eləcə də rəqabət aparmağa imkan yaradır. Bu, oyunçuları birnəfərli oyun rejimində olmayan sosial kommunikasiya ilə təmin edir. Çoxnəfərli oyunlarda oyunçular müəyyən bir hədəfə nail olmaq üçün bir və ya daha çox insan iştirakçı ilə rəqabət apara və ya onlarla əməkdaşlıq edə bilərlər ki, bu da kooperativ oyun adlanır. Çoxnəfərli oyunlar adətən vahid bir oyun sisteminin resurslarını və ya internet texnologiyasından istifadəni tələb edir.
Ənzəli (oyun)
Ənzəli — Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Oyunda püşkü tapmaq yolu ilə kim uduzarsa, o, belini əyir və qalan oyunçular üç-dörd metr aralıda sıraya düzülürlər (6 nəfər); hər biri əyilənin belindən atlanır, oyunçular hər dəfə aşağıdakı sözləri dönə-dönə deyir və dediklərinə əməl edirlər. Birdə — Ənzəli hay ənzəli.İkidə — Xan əkbəriÜçdə — Xoruz banladı: qu-qulu-qu!Dörddə — Yanbız əzərlər.Beşdə — Taxta çıxarlar. (Bu zaman oyunçu "yatan" oyunçunun belində oturur və soruşur: — Minim, ya düşüm?) Əyilən: -Min və ya düş! — deyir. Oyun yenə davam edir. Altıda — Əl, üst, baş dəyməsin.Yeddidə — Tayəl keçərlər,Səkkizdə — Papaq qoyarlar. Doqquzda isə hamı əyilənin belinə minir, kim yıxılarsa, onun qulaqlarını dartırlar. Oyun keçirilərkən kim bu deyilənlərə əməl edə bilməsə "yatan"ı əvəz etməli olur.
Oyun pultu
Oyun pultu, həmçinin geympad (ing. gamepad) və ya coypad (ing. joypad) — oyun kontrolleri növü. Bu, iki əllə tutulan uzaqdan idarəetmə qurğusudur, onun funksiyalarını idarə etmək üçün baş barmaqlardan istifadə olunur. Bir çox müasir kontrollerlər istiqamət düymələri ilə birlikdə analoq çubuqlardan istifadə edirlər. Bu, "Nintendo 64", "Sony PlayStation" və "Sega Saturn" konsollarının meydana çıxmasından sonra populyarlıq qazanmışdır. Geympadlar oyunçu və oyun konsolu arasında qarşılıqlı əlaqəni təmin edir. Geympadlar həmçinin onları dəstəkləyən oyunlarda fərdi kompüterlərdə istifadə olunur, oyunçunun klaviaturasını və siçanı əvəz edir.
Masaüstü oyun
Masaüstü oyun — masa və ya başqa düz səthin üzərində oynanılan oyun. Məsələn, lövhə oyunları, kart oyunları, zər oyunları və s.. Ən qədim masaüstü oyunu sayılan tapıntı Türkiyənin Siirt ilində yerləşən Başur tellində (e.ə. 5000) aşkar olunmuş 49 zərdir. Bundan erkən olan tapıntılar tarixdən əvvəlki dövrünə aid olan zərlərə oxşar talus sümükləridir. Ehtimal olunur ki, bu cür sümüklər də oynamaq üçün işlənilirdi və onlar zərlərin əcdadlarıdır. Tapılan bütün ən erkən lövhə oyunlarıda zər işlənilirdi və onlar iki oyunçu üçün nəzərdə tutulurdu. Onların ən erkəni Misirdə tapılan senet oyunudur. Senet sülalə əvvəl və I sülalə dövrlərinə (e.ə. 3500-3100 arası) aid dəfn məkanlarında aşkar olunub və bundan əlavə, ona istinadlar e.ə.
Stolüstü oyun
Masaüstü oyun — masa və ya başqa düz səthin üzərində oynanılan oyun. Məsələn, lövhə oyunları, kart oyunları, zər oyunları və s.. Ən qədim masaüstü oyunu sayılan tapıntı Türkiyənin Siirt ilində yerləşən Başur tellində (e.ə. 5000) aşkar olunmuş 49 zərdir. Bundan erkən olan tapıntılar tarixdən əvvəlki dövrünə aid olan zərlərə oxşar talus sümükləridir. Ehtimal olunur ki, bu cür sümüklər də oynamaq üçün işlənilirdi və onlar zərlərin əcdadlarıdır. Tapılan bütün ən erkən lövhə oyunlarıda zər işlənilirdi və onlar iki oyunçu üçün nəzərdə tutulurdu. Onların ən erkəni Misirdə tapılan senet oyunudur. Senet sülalə əvvəl və I sülalə dövrlərinə (e.ə. 3500-3100 arası) aid dəfn məkanlarında aşkar olunub və bundan əlavə, ona istinadlar e.ə.
Mobil oyun
Mobil oyun — adətən mobil telefonda oynanan videooyun. Termin həmçinin mobil telefonlar (fərdi telefonlar və ya smartfonlar), planşetlər, PDA-lar, əl oyun konsolları, portativ media pleyerləri və ya qrafik kalkulyatorları da daxil olmaqla istənilən portativ cihazda oynanan bütün oyunlara aiddir. Mobil telefonda məlum olan ən erkən oyun 1994-cü ildən Hagenuk MT-2000 cihazında oynanan Tetris variantı idi. 1997-ci ildə Nokia Snake oyununu təqdim etdi. Nokia tərəfindən istehsal edilən əksər mobil cihazlarda əvvəlcədən quraşdırılmış Snake, o vaxtdan bəri ən çox oynanan oyunlardan birinə çevrildi və dünyada 350 milyondan çox cihazda mövcud idi. Mobil cihazlar, ilkin olaraq telefon operatorlarının öz mağazaları ilə məhdudlaşsa da, oyunların yüklənməsinə imkan verən texnologiya baxımından daha təkmilləşdi. Mobil oyunlar 2008-ci ildə Apple-ın iOS App Store kimi proqram mağazalarının inkişafı ilə çox böyüdü. Birbaşa mobil platforma sahibi tərəfindən idarə olunan ilk mobil məzmun bazarı olaraq, App Store istehlakçı davranışını əhəmiyyətli dərəcədə dəyişdirdi və mobil oyunlar bazarını tez bir zamanda genişləndirdi, çünki demək olar ki, hər bir smartfon sahibi mobil proqramlar yükləməyə başlayırdı. XX əsrin sonlarına doğru, sənaye standartlarının yaradılması, telefona sahib olma qiymətinin sürətlə aşağı düşməsi və miqyas iqtisadiyyatı ilə idarə olunan istifadə sayəsində cib telefonu mülkiyyəti sənayeləşmiş dünyada geniş yayılmışdır. Bu partlayış nəticəsində telefon istehsalçılarının texnoloji inkişafı sürətlənmişdir.
Onlayn oyun
Onlayn oyun — qismən və ya əsasən internet və ya mövcud olan hər hansı digər kompüter şəbəkəsi vasitəsilə oynanan videooyun. Onlayn oyunlar müasir oyun platformalarında, o cümlədən kompüterlərdə, konsollarda və mobil cihazlarda mövcuddur və birinci şəxs atıcı, strategiya və kütləvi çoxnəfərli onlayn rol oyunu (MMORPG) daxil olmaqla bir çox janrları əhatə edir. 2019-cu ildə onlayn oyunlar seqmentində gəlir 16,9 milyard dollara çatıb, bunun 4,2 milyard dolları Çin, 3,5 milyard dolları isə ABŞ-də əldə edilib. 2010-cu illərdən bəri onlayn oyunlar arasında ümumi tendensiya onları pulsuz təklif olunan oyunların üzərində satın alına bilən əşyalar kimi qənimət qutuları və döyüş biletləri kimi monetizasiya sxemlərindən istifadə edərək, onları bir xidmət kimi idarə etmək olmuşdur. Alınan pərakəndə oyunlardan fərqli olaraq, onlayn oyunların daimi oynanılmaması problemi var, çünki onların işləməsi üçün xüsusi serverlər tələb olunur. Onlayn oyunların dizaynı sadə mətn əsaslı mühitlərdən mürəkkəb qrafika və virtual dünyaların daxil edilməsinə qədər dəyişə bilər. Oyun daxilində onlayn komponentlərin mövcudluğu onlayn liderlər lövhəsi kimi kiçik xüsusiyyətlərdən tutmuş, birbaşa digər oyunçulara qarşı oynamaq kimi əsas oyunun bir hissəsi olmağa qədər dəyişə bilər. Bir çox onlayn oyunlar öz onlayn icmalarını yaradır, digər oyunlar, xüsusən də sosial oyunlar oyunçuların mövcud real həyat icmalarını birləşdirir. Bəzi onlayn oyunlar bir çox tanınmış Twitch yayımçıları və onları oynayan YouTuberlər sayəsində kütləvi populyarlıq əldə edə bilər. Onlayn oyunlar video oyun mədəniyyətinin əhatə dairəsini və ölçüsünü kəskin şəkildə artırıb və müxtəlif yaşlarda, millətlərdən və peşələrdən olan oyunçuları cəlb edir.
İlluminati (oyun)
İlluminati kart oyunu 1975-ci ildə işıq üzü görən, müəllifləri ing. Robert Anton Wilson və Robert Shea olan The Illuminatus! Trilogy kitabından ilhamlanaraq Steve Jackson Games (SJG) tərəfindən hazırlanmışdır. Oyunda qanuni, qeyri-qanuni və hətta mistik də daxil olmaqla müxtəlif vasitələrlə dünyanı idarə etmək üçün bir-biri ilə rəqabət aparan gizli cəmiyyətlər var. Bu oyun sui-qəsd nəzəriyyələrini mənimsəmək üçün hazırlanmışdır. Oyun Yaradıcı Anaxronizm Cəmiyyəti və Simbionist Azadlıq Ordusu kimi real dünya təşkilatlarına bənzər qrupları ehtiva edir. Onu ikidən səkkiz oyunçuya qədər oynamaq olar. Oyunçuların sayından asılı olaraq, bir oyun bir saatdan altı saata qədər davam edə bilər. 1981-ci ilin sentyabrında Stiv Cekson və həmkarı Deyv Martin İlluminatus! Trilogy əsərini müzakirə etdikdə Martin bu əsər əsasında bir oyun təklif etdi.