Başqırdıstan iqtisadiyyatı
Başqırdıstan iqtisadiyyatı (başq. Башҡортостан иҡтисады) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının iqtisadiyyatı.
== Quruluşu ==
Başqırdıstan Rusiya Federasiyasının istər ümumi gəlir, istər sənaye istehsalatının həcmi, istər kənd təsərrüfatı, istərsə də sabit sərmaye yatırımı baxımından ən inkişaf etmiş subyektlərindən biridir.
Başqırdıstan Respublikasının iqtisadi quruluşu ilk növbədə əkinçilik, heyvandarlıq və sənayeyə söykənib.
== Rusiya Federasiyasında yeri ==
Başqırdıstan Ural iqtisadi rayonuna daxildir. Respublikanın Rusiya ÜDM-indəki payı 2,3%-dir. Rusiya Federasiyası iqtisadiyyatında neft hasilatı 2003-cü ildə 2,7% və neftin ilkin emalı 13,3%, mis filizlərinin konsentratlarda 10–12%, daşduzun hasilatı 37% olmuşdur. Başqırdıstan iri sənaye (kaustik soda 20,9%, sintetik qatranlar və plastik kütlələr 14,4%, metalkəsən dəzgahlar 13%, sulfat turşusu 2,7%) və kənd təsərrüfatı məhsullarının (Rusiya Federasiyası üzrə 4,4%; süd 6,1%, ümumi taxıl yığımının 5,7%-i) istehsalçısıdır. ÜRM-in (ümumregional məhsulun) strukturunda sənayenin payı %-lə 32,1, kənd təsərrüfatının payı 11,4, ticarətin, əmtəə və xidmət satışı üzrə kommersiya fəaliyyətinin payı 10,3, qeyri-bazar xidmətlərinin payı 8,1, tikintinin payı 7,8, nəqliyyatının payı 6,1, digər sahələrin payı 10,5-dir. Mülkiyyətin formalarına görə müəssisələrin nisbəti təşkilatların sayına görə 2004-cü ildə %-lə özəl 65,1, bələdiyyə 13,5, dövlət 5,3, ictimai və dini təşkilatların (birliklərin) 9,9, digər mülkiyyət formaları 6,1 olmuşdur.