Bacarıqlı insan
Homo habilis, bacarıqlı insan — əmək alətləri hazırlaya bilən, dik qamətlə yeriyə bilən ən qədim insan.
== Ümumi məlumat ==
Kəllə sümüyünün həcmi Avstralopitekdən iki dəfə böyükdür.[mənbə göstərin] Şimpanzeyə bənzəyən meymun növü olan Avstralopitekdən bugünkü insandan fərqlənməyən skeletə malik Homo erectusa keçid isə təkamül nəzəriyyəsinə görə də mümkün deyil. Bu səbəbdən, "əlaqə"lər, yəni "ara keçid forma"lar lazımdır. Homo habilis anlayışı da məhz bu zərurətdən doğmuşdur.
Bacarıqlı insanın beyin həcmi - 600—700 sm³,. boyu - 1,2 metrə qədər,, çəkisi -40-50 kq. təşkil edirdi..
Homo habilis 1960-cı ilin noyabrında "fosil ovçuları" olan Meri Liki və Luis Liki tərəfindən ortaya atıldı. Likilərə görə, Homo habilis kimi tərif etdikləri bu yeni canlı növü dik yerişə, nisbətən böyük beyinə, daş və taxtadan alət hazırlayıb istifadə etmək qabiliyyətinə sahib idi. Bu səbəbdən, insanın əcdadı ola bilərdi.