BACARIQLI, QABİL (əlindən hər iş gələn, hər işdən başı çıxan) [Leyla:] Ağalarov məndən çox qabil həkimdir (B.Bayramov); İQTİDARLI ..və “Gəlinlər həmayili” adlı kitabçalar Qənizadənin iqtidarlı bir ədib olduğunu bildirir (F.Köçərli); QABİLİYYƏTLİ Yaxşı, qabiliyyətli ustalarımız vardır. Hamısı da mebelçiliyi burda öyrənib (H.Abbaszadə) QOÇAQ Mürsəlov Bəstiyə qoçaq qızlardan bir manqa düzəltməyi məsləhət gördü (Ə.Sadıq); LƏYAQƏTLİ Qafar.. zehinli, ləyaqətli uşaqlar böyüdüb yetirən arvadına güldən ağır söz deyilməsinə dözməyəcəkdi (Ə.Əbülhəsən); MAHİR O həm de mahir bir ovçu idi (M.Hüseyn); ZİRƏK Şəkərəliyev: Bizə cəld, zirək, əlindən iş gələn adam lazımdır (M.İbrahimov).