Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bağ
Bağ (anatomiya)
Bağ (Sərdəşt)
Bağ (fars. ‎‎باغ‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 306 nəfər yaşayır (52 ailə).
Bağ Bahadıran
Bağ Bahadıran—İranın İsfahan ostanının Lencan şəhristanının Bağ Bahadıran bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,808 nəfər və 2,432 ailədən ibarət idi.
Bağ Məlik
Bağ Məlik — İranın Xuzistan ostanının şəhərlərindən və Bağ Məlik şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20844 nəfər və 4025 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Bağ mixəkgülü
Bağ parabüzəni
Bağ parabüzəni (lat. Pullus subvillosus Goeze.) – formasına görə adi parabüzənlərdən fərqlənməyən parabüzən növü. Sarı rəngli qanadüstlüyü aşağı hissəsində qara cüt nöqtələr aydın görünür. == Biologiyası == Formasına görə adi parabüzənlərdən fərqlənmir. Sarı rəngli qanadüstlüyü aşağı hissəsində qara cüt nöqtələr aydın görünür. Qanadüstlüyünün başa yaxın hissədən başlayan enli haşiyə yarıdan sonra kəskin nazikləşir və sonra "nida" işarəsinə bənzər forma demək olar ki, qanadların üstü ilə simmetrik olaraq bədənin sonuna qədər uzanır, kiçikdirlər, 2 mm-dir. Hər topada 3–7 yumurta qoyurlar. Sürfələri çox acgözdür və cəlddir. Təbii düşmənləri çox olduqda gizlənirlər. Bunlarda qida çatışmayanda hannibalizmi müşahidə olunur.
Bağ qərənfili
Bağ qərənfili (lat. Dianthus caryophyllus) — qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü. == Təbii yayılması == Bitkinin vətəni Aralıq dənizi ətrafıdır. == Botaniki təsviri == Hündürlüyü 80 sm-ə qədər olan çoxillik ot bitkisidir. Yarpaqları uzunluğu 15 sm-ə qədər olub, sadə və kənarları tamdır. İyun-oktyabr aylarında çiçəkləyir. == Ekologiyası == Münbit və rütubətli torpağı sevir. Geniş şəkildə becərilir.
Bağ sarıbənövşəsi
Bağ sarılıqotu (lat. Erysimum cheiri) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin sarılıqotu cinsinə aid bitki növü.
Bağ səhləbi
Bağ səhləbi (lat. Anacamptis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Bağ vələmirquşu
Bağ vələmirquşu (lat. Emberiza hortulana) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinin vələmirquşu cinsinə aid heyvan növü. == Haqqında == Erkəyi başqa vələmirquşlarından sarımtıl boğazı ilə seçilir. Başı və döşü açıq bozdur. Qanadları və quyruğu qonur, quyruğunun yanlarında ağ zolaqlar vardır. Qalan lələklənməsi oxra-qəhvəyimtildir. Dimdiyi qırmızımtıldır. Dişilər və cavanlar erkəkdən bellərindən və çinədanlarındakı uzununa qonur alalarla yaxşı seçilir. Yuvalama dövründə cüt-cüt, sonra isə sürü ilə gəzir. Yerdə yemlənir.
Bağ çiyələyi
Bağ çiyələyi (lat. Fragaria × ananassa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü.
Bağ sarılıqotu
Bağ sarılıqotu (lat. Erysimum cheiri) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin sarılıqotu cinsinə aid bitki növü.
Azərbaycanda bağ
Azərbaycan bağları və ya bağçaları — Azərbaycanda tarixi inkişaf yolu keçmiş, müxtəlif tərtibat və elementlərin istifadə olunduğu bağlar. Azərbaycanda bağ həm istirahət üçün istifadə edilir, həm də mədəniyyətdə vacib yer tutur. Azərbaycan şəhər yaşıllığının tarixi konsepti Orta Şərq və Qafqazda mövcud olmuş orta əsrlər bağ mədəniyyətinə gedib çıxır. Buna gülləri olan balaca parklar və meyvə bağları daxildir. Qədim Bakıda yaşıl bağlar daha çox şəxsi məqsədlər üçün salınmışdır. Bəzi ağaclar isə məscid və bazar kimi ictimai yerləri əhatə etmək üçün salınmışdır. Əsas məqsəd isti şəhərdə kölgə yeri yaratmaq və Xəzər küləklərindən qorunmaq idi. Cənubi Qafqaz şəhərlərində yaşıllıqları təşkil etmək üçün çinar ağacı vacib rol oynayırdı. Digər bir rast gəlinən xüsusiyyət isə meyvə bağı kimi təşkil edilən yaşıllıqlar idi. Bu meyvə bağları məhrəm ərazilər idi və çöldən görünmürdü.
Bağ (anatomiya)
Bağ — sümükləri digər sümüklərlə birləşdirən lifli birləşdirici toxuma. O, həmçinin articular bağ və ya lifli bağ kimi tanınır. Bədəndəki digər bağlara aşağıdakılar daxildir: Abdominal bağ: peritonun və ya digər membranların bir qatı. Dölün qalıq bağı: dölün boru quruluşunun qalıqları. Periodontal bağ: dişi ətrafdakı alveol sümüyə bağlayan bağlar qrupu. Bağlar vətər və fasyaya bənzəyir, çünki hamısı birləşdirici toxumadan ibarətdir. Aralarındakı fərqlər qurduqları əlaqələr: bağlar bir sümüyü digər sümüyə bağlayır vətərlər əzələləri sümüyə bağlayır fasyalar əzələləri digər əzələlərə bağlayır. Bunların hamısı insan bədəninin skelet sistemində olur. Bağlar adətən təbii yolla bərpa oluna bilməz. Lakin yetkinlərdə periodontal bağa bitişik, periodontal bağın bərpasında iştirak edən periodontal bağ kök hüceyrələridir.
Bağ turizmi
Bağ turizmi və ya çimərlik turizmi — istirahət və ya tətil üçün okean çimərliyinə səyahətin mədəni fenomenidir. Təcrübə XVII–XVIII əsrlərdə İngilis həkimləri tərəfindən təyin edilmiş dənizdə çimməkdən yaranıb və bütün Avropa və Avropa koloniyalarına yayılıb. Əlverişli hava səyahətinin yaranması ilə bütün dünyada dənizkənarı kurortlar müasir turizm hadisəsinə çevrilib. Çimərlik tətilləri müasir turizmin ən erkən formalarından biridir və bütün turizm sənayesinin əsas məhsuludur. Dənizkənarı kurortlar qədim zamanlardan mövcud olub. Roma dövründə İtaliyada Tirren dənizinin sahilində yerləşən Baiae şəhəri kifayət qədər varlı insanlar üçün kurort idi. İtaliyanın şimalındakı Barcola dəbdəbəli Roma villaları ilə qədim dənizkənarı tətil mədəniyyətinin xüsusi nümunəsi hesab olunur. İngiltərənin Esseksindəki Mersi adası Kolçesterdə yaşayan varlı Romalılar üçün dənizkənarı tətil yeri idi. XVI əsrdə Avropada çimərliklər tarixən qorxulu yerlər idi, burada piratçılıq, işğallar və qasırğalar, kral gelgitləri və sunamilər tərəfindən məhv edilməsi gözlənilməz təhlükələr yaradırdı. Dənizkənarı və çimərlik icmalarının əksəriyyəti müntəzəm olaraq fırtınalar və ya piratlıq nəticəsində icma üzvlərini itirən balıqçı kəndləri idi.
Bağ yerində
Bağ yerində qısametrajlı sənədli televiziya filmi rejissor Oqtay Əlizadə tərəfindən 2007-ci ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film Bakı bağlarından bəhs edir. Film Bakı bağlarından bəhs edir. Bu etnoqrafik filmdə söhbət Bakı bağlarının özünəməxsusluğundan gedir.
Piramidal bağ səhləbi
Piramidvari bağ səhləbi
Piramidvari bağ səhləbi (lat. Anacamptis pyramidalis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bağ səhləbi cinsinə aid bitki növü. Aceras pyramidale (L.) Rchb.f. Orchis pyramidalis L. Anacamptis pyramidalis var. dunensis Londo, Kreutz & Slings Anacamptis pyramidalis var. pyramidalis Anacamptis pyramidalis var. urvilleana (Sommier & Caruana) Schltr.
Qalxan-dilaltı bağ
Qalxan-dilaltı bağ, Yan qalxan-dilaltı bağ və ya Dilaltı-qalxan bağ, Yan dilaltı-qalxan bağ (lat. ligamentum thyrohyoideum laterale, ligamentum hyothyreoideum laterale) — insanın qırtlaq aparatına aid bağ. Qalxan-dilaltı bağ dilaltı sümüyünün böyük buynuzlarından başlayıb və qalxanabənzər qığırdağın yuxarı buynuzuna bağlanır və yaxud əksinə qalxanabənzər qığırdağın yuxarı buynuzundan başlayıb, dilaltı sümüyünün böyük buynuzlarına bağlanır.
Xani Çahar Bağ
Xani Çarbağ vulusvalisi (puşt. خانه چارباغ ولسوالۍ) — Əfqanıstanda, Fəryab vilayətində inzibati–ərzi vahidi. İnzibati mərkəzi Çarbağ kəndidir. Əfqanıstan Mərkəzi Statistika Təşkilatının 21 mart 2015–ci ilə olan məlumatına əsasən Xani Çarbağ vulusvalisinin oturaq əhalisinin sayı 23.642 nəfərdir (11.641 nəfəri kişilər, 12.001 nəfəri qadınlar) və tamamiylə kənd yerlərində yaşayır. Əfqanıstanın "Kəndlərin Bərpası və İnkişafı Nazirliyi" (ing. Ministry of Rural Rehabilitation and Development of Afghanistan) ilə "Birləşmiş Millətlərin İnkişaf Proqramı"nın (ing. United Nations Development Programme) birgə layihəsi olan "Ərazi yönümlü milli inkişaf prqoramı"na (ing. National Area-Based Development Programme) uyğun araşdırmaya əsasən 1.056 km² ərazini əhatə edən vulusvalidə, əhali 16 kənddə məskunlaşıb və bu kəndlərdə əhalinin 65%–ni özbəklər, 35%–ni isə türkmənlər təşkil edir.
Yuxarı Bağ (Sayınqala)
Yuxarı Bağ (fars. باغچه ميشه‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 321 nəfər yaşayır (63 ailə).
Yuxarı bağ (Peterhof)
Yuxarı bağ (rus. Верхний сад) — "Peterhof" Muzey-Qoruq Kompleksinin tərkibinə daxil olan böyük yaşıllıq ərazisi. Park Böyük Peterhof sarayı və Peterburq prospektinin arasında yerləşir. 15 hektar ərazisi olan Yuxarı bağ I Pyotrun dövründə salınmışdır. Hər şeyə özünün praktiki yanaşması ilə tanınan Pyotr buranı tərəvəz məhsullarının əkilməsi üçün bir bitki bağı kimi istifadə edirdi. Yuxarı bağ özünün müntəzəm müasir görünüşünü XVIII əsrin ikinci yarısında əldə etmişdir. Bu zaman, bağda fonranlar yaradılmışdır. "Palıd" (1734-cü il) "Palıd" Yuxarı bağın ilk fəvvarələrindən biridir. Fəvvarə bir metal ağac, beş lalə və iki skamyadan ibarətdir. Ağaca metal palıd yarpaqları birləşdirilmişdi.
Azərbaycanda bağ incəsənəti
Azərbaycan bağları və ya bağçaları — Azərbaycanda tarixi inkişaf yolu keçmiş, müxtəlif tərtibat və elementlərin istifadə olunduğu bağlar. Azərbaycanda bağ həm istirahət üçün istifadə edilir, həm də mədəniyyətdə vacib yer tutur. Azərbaycan şəhər yaşıllığının tarixi konsepti Orta Şərq və Qafqazda mövcud olmuş orta əsrlər bağ mədəniyyətinə gedib çıxır. Buna gülləri olan balaca parklar və meyvə bağları daxildir. Qədim Bakıda yaşıl bağlar daha çox şəxsi məqsədlər üçün salınmışdır. Bəzi ağaclar isə məscid və bazar kimi ictimai yerləri əhatə etmək üçün salınmışdır. Əsas məqsəd isti şəhərdə kölgə yeri yaratmaq və Xəzər küləklərindən qorunmaq idi. Cənubi Qafqaz şəhərlərində yaşıllıqları təşkil etmək üçün çinar ağacı vacib rol oynayırdı. Digər bir rast gəlinən xüsusiyyət isə meyvə bağı kimi təşkil edilən yaşıllıqlar idi. Bu meyvə bağları məhrəm ərazilər idi və çöldən görünmürdü.
Bağ siyah (Kuhbənan)
Bağ siyah (fars. باغ سیاه‎) — İranın Kirman ostanının Kuhbənan şəhristanının mərkəzi bəxşində kənd . İran Statistika Mərkəzinin 2005-ci ildə apardığı siyahıyaalmaya əsasən, əhalisi üç təsərrüfatdan az idi.
Bağ məscidi (Kürdəxanı)
Bağ məscidi və ya Bağlar məscidi — məscid Kürdəxanı bağları ərazisində sakinlər tərəfindən 20-ci əsrin əvvəllərində inşa edilmişdir. Məscid kvadrad formaya malik olub, minarəsizdir. Şimal divarına bitişik artırma və ya hücrələr vardır. Tikilinin iki qapısı vardır ki, onlardan biri şərq digəri isə qərb divarında yerləşir. Məscidin qərb qapısı və çərqə baxan pəncərələrindən birinin üzərində onunla bağlı olan daş kitabəni xatırladan, lakin sement və qum qarışığından hazırlanmış yazılar möcuddur. Dörd pəncərəyə sahib olan tikilinin əlavə olaraq qibləyə istiqamətlənmiş olan nəfəsliyi vardır. Məscidin tavanı mişar daşından hazırlanmış dairəvi formalı sütunla dəstəklənir. Məscid baxımsız vəziyyətdədir. Tavanının bir hissəsi çökmüşdür. Qapı və pəncərələrdən tavana doğru çatlar əmələ gəlib.
Cəfər Bağır
Cəfər Səfər oğlu Bağırov – nasir, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Cəfər Bağır 1912-ci il 5 mayda Naxçıvanın Ordubad rayonundakı Dəstə kəndində yoxsul ailədə doğulmuşdur. Kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fıloloji fakültəsinə daxil olmuşdur. Eyni zamanda "Gənc işçi" qəzetində şöbə müdiri işləmişdir. Bu dövrdə ilk hekayələrini qələmə almışdır. "Kommunist" qəzetində şöbə müdirinin müavini (1934–1936), "Kirovabad bolşeviki" qəzetində məsul katib (1936–1937), Yazıçılar İttifaqı Gəncə fılialının məsul katibi olmuşdur. 1955-ci ildə Bakıya qayıdıb bütün qüvvəsi ilə bədii yaradıcılığa başlamışdır. Oçerk, hekayə, miniatürlər yazmaqla yanaşı, bədii tərcümə ilə də məşğul olmuşdur. Onun rus dilindən etdiyi tərcümələr sayəsində oxucular T. Drayzer, P. Abrahams, A. Sent-Ekzüperi, R. Taqor, Əziz Nesin, M. Broden, A. Kamenova, S. Kardiaşvili kimi yazıçıların əsərləri ilə tanış olmuşlar. O, Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin müdiri (1955–1960), redaktoru (1960–1966), məsləhətçi redaktor (1966–1967), bədii tərcümə redaksiyasının müdiri (1967–1973) vəzifələrində çalışmışdır.
Cəlil Bağdadbəyov
Cəlil bəy Əmrah bəy oğlu Bağdadbəyov (1887, Şuşa – 21 aprel 1951, Bakı) — Azərbaycanın ilk sənətşünas və etnoqraflarından biri, teatr aktyoru, rejissoru və təşkilatçısı, tərcüməçi, Azərbaycan SSR əməkdar artisti (1943). Cəlil Bağdadbəyov 1887-ci ildə Şuşada anadan olmuşdur. O, ilk təhsilini buradakı mütərəqqi məktəbdə almış, daha sonra isə Sankt-Peterburq gimnaziyasında oxumuşdur. 1904-cü ildə Bakıya qayıdıqdan sonra müxtəlif neft mədənlərində dəftərxana işlərində çalışmışdır. O, sonralar Azərbaycan Dövlət Teatr Texnikumunda da təhsil almış, buranı bitirdikdən sonra Moskvada teatr təhsilini davam etdirmişdir. Cəlil Bağdadbəyov peşəkar teatr təhsili almış, Moskvada Yevgeni Vaxtanqovun tələbəsi olmuş, Konstantin Stanislavskidən teatr biliklərini mənimsəmişdir. Bununla yanaşı o, ərəb, fars, fransız, rus, habelə Orta Asiya xalqlarının dillərini öyrənmişdi. Teatr sənətini təşkil və inkişaf etdirmək məqsədilə Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə 1920-ci illərin ikinci yarısından 1930-cu ilin ortalarına qədər Mərkəzi Asiyaya ezam olunmuşdur. Bakıya qayıtdıqdan sonra o, Azərbaycan Dövlət Teatr Texnikumunda müəllim kimi fəaliyyətə başlamışdır. Cəlil Bağdadbəyov Böyük Vətən müharibəsi illərində mədəniyyət xadimləri ilə birgə İrandakı Qızıl Ordunun tərkibində olmuşdur.
Cəlil bəy Bağdadbəyov
Cəlil bəy Əmrah bəy oğlu Bağdadbəyov (1887, Şuşa – 21 aprel 1951, Bakı) — Azərbaycanın ilk sənətşünas və etnoqraflarından biri, teatr aktyoru, rejissoru və təşkilatçısı, tərcüməçi, Azərbaycan SSR əməkdar artisti (1943). Cəlil Bağdadbəyov 1887-ci ildə Şuşada anadan olmuşdur. O, ilk təhsilini buradakı mütərəqqi məktəbdə almış, daha sonra isə Sankt-Peterburq gimnaziyasında oxumuşdur. 1904-cü ildə Bakıya qayıdıqdan sonra müxtəlif neft mədənlərində dəftərxana işlərində çalışmışdır. O, sonralar Azərbaycan Dövlət Teatr Texnikumunda da təhsil almış, buranı bitirdikdən sonra Moskvada teatr təhsilini davam etdirmişdir. Cəlil Bağdadbəyov peşəkar teatr təhsili almış, Moskvada Yevgeni Vaxtanqovun tələbəsi olmuş, Konstantin Stanislavskidən teatr biliklərini mənimsəmişdir. Bununla yanaşı o, ərəb, fars, fransız, rus, habelə Orta Asiya xalqlarının dillərini öyrənmişdi. Teatr sənətini təşkil və inkişaf etdirmək məqsədilə Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə 1920-ci illərin ikinci yarısından 1930-cu ilin ortalarına qədər Mərkəzi Asiyaya ezam olunmuşdur. Bakıya qayıtdıqdan sonra o, Azərbaycan Dövlət Teatr Texnikumunda müəllim kimi fəaliyyətə başlamışdır. Cəlil Bağdadbəyov Böyük Vətən müharibəsi illərində mədəniyyət xadimləri ilə birgə İrandakı Qızıl Ordunun tərkibində olmuşdur.
Cənnət bağı (Praqa)
Cənnət bağı (çex. Rajská zahrada) — Hartiqov və Na Valex bağları ilə birlikdə Praqa qəsrinin cənub bağ kompleksinə məxsusdur. Bağdakı platformalardan Praqa şəhərinə gözəl mənzərə açılır. XVI əsrin ortalarında Praqa qəsrinin qarşısında ilk bağ salınmışdı. Bura Çexiya tacına məxsus torpaqlarının valisi - ershersoq Ferdinand Tirolskinin şəxsi bağı idi. Onun əmri ilə buraya bir neçə min fur torpaq gətirilmişdi. B.Volmut tərəfindən yaradılmış bağ terraslardan ibarət idi və qala divarların pilləkənləri ilə ayrılır. Botanika üzrə Tirolskinin şəxsi həkim və məsləhətçisi, eləcə də alim və tanınmış geniş əhatəli Herbari müəllifi Mattiolli idi; o ershersoqun şəxsi bağı ilə məşğul olmuşdur. II Rudolfun hakimiyyəti dövründə cənnət bağında volyer, hovuz və Trubaç qülləsi tikilmişdi. Lakin imperator Mattiasın əmri ilə Trubaç qülləsi sökülür və onun yerində Pavilyon inşa edilir.
Cənubi Afrika bağrıqarası
Cənubi Afrika bağrıqarası (lat. Pterocles namaqua) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bağrıqarakimilər dəstəsinin bağrıqaralar fəsiləsinin bağrıqara cinsinə aid heyvan növü.
DB bağlayıcısı
DB bağlayıcısı (en. DB connector), (ru. DB-разъём), (tr. DB bağlaç) – kompüterə informasiyanın ardıcıl və paralel giriş-çıxışını təmin etmək məqsədilə istifadə olunan bir neçə növ bağlayıcıdan (konnektordan) biri. DB (DATA BUS) hərflərindən sonra gələn ədəd həmin bağlayıcının xətlərinin (naqillərinin) sayını göstərir. Məsələn, DB-9 bağlayıcısında, onun kontaktlarına bərkidilmiş doqquz ayrıca xətt olur, ancaq, adətən, onların heç də hamısı istifadə olunmur. DB bağlayıcılarının ən geniş yayılmış növləri bunlardır: DB-9, DB-15, DB-19, DB-25, DB-37 və DB-50. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
DNT-nin bağlanma sahəsi
DNT-nin bağlanma sahəsi — DNT bağlanma sahələri, digər molekulların bağlana biləcəyi DNT-də olan bir növ bağlanma sahəsidir. DNT bağlanma sahələri digər bağlanma sahələrindən DNT ardıcıllığının bir parçası olması (məsələn, genom) və DNT bağlama zülalları ilə əlaqəli olmaları ilə fərqlənir . DNT bağlanma yerləri tez-tez transkripsiya faktorları kimi tanınan ixtisaslaşmış zülallarla əlaqələndirilir və bu səbəbdən transkripsiyanın tənzimlənməsi ilə əlaqələndirilir . Müəyyən bir transkripsiya faktoru üçün DNT bağlanma sahələrinin cəminə onun sistromu deyilir. DNT-yə bağlanma sahələri, məhdudlaşdırıcı fermentlər, sahəyə spesifik rekombinazlar və metiltransferazlar kimi digər proteinlərin hədəflərini də əhatə edir. Beləliklə, DNT-yə bağlanma sahələri, bir və ya daha çox DNT bağlayan zülal və ya protein kompleksi ilə xüsusi olaraq bağlanan qısa DNT ardıcıllığı olaraq təyin edilə bilər. Bəzi bağlayıcı sahələrin sürətli təkamül dəyişikliklərinə məruz qalma potensialına sahib olduğu bildirildi. DNT-yə bağlanma sahələri bioloji funksiyalarına görə təsnif edilə bilər. Beləliklə, transkripsiya faktorları, məhdudlaşdırma sahələri və rekombinasiya sahələri üçün bağlanma sahələrini ayırd edə bilərik . Bəzi müəlliflər bağlayıcı saytların ən uyğun təqdimat üsuluna görə də təsnif edilə biləcəyini irəli sürmüşlər .
DNT bağlayıcı protein
DNT ilə əlaqəli zülallar, DNT ilə əlaqəli domenlərə sahib olan və bu səbəbdən tək və ya cüt telli DNT üçün spesifik və ya ümumi yaxınlığa malik olan proteinlərdir. Seriyaya xas spesifik DNT ilə birləşdirən zülallar, baza cütlüyünü müəyyənləşdirən daha funksional qruplar açdıqları üçün, B-DNA əsas yiv ilə tipik olaraq qarşılıqlı əlaqə qururlar. Bununla birlikdə, netropsin, distamisin, Hoechst 33258, pentamidine, DAPI ve başqaları kimi kiçik yivlərin DNT-bağlayıcı bəzi bilinən bağları var. DNT ilə əlaqəli zülallara transkripsiya prosesini modulyasiya edən transkripsiya faktorları, müxtəlif polimerazlar, DNT molekullarını parçalayan nükleazlar və hüceyrə nüvəsindəki xromosom qablaşdırmada və transkripsiyada iştirak edən histonlar daxildir. DNT-ni bağlayan zülallar, nükleik turşuya bağlanmağı asanlaşdıran sink barmaq, sarmal dönmə-sarmal və lösin fermuar (digərləri arasında) kimi sahələri əhatə edə bilər. Transkripsiya aktivatoruna bənzər effektorlar kimi daha qeyri-adi nümunələr də var. DNT-ni bağlayan struktur zülallar, spesifik olmayan DNA-protein qarşılıqlı təsirlərinin yaxşı başa düşülən nümunələridir. Xromosomlar daxilində DNT, struktur zülallarla komplekslərdə tutulur. Bu zülallar DNT-ni kromatin adlanan kompakt bir quruluş halına gətirir. Eukariotlarda bu quruluş, histonlar adlanan kiçik bir əsas zülal kompleksinə DNT bağlanmasını ehtiva edir.
Deləfruz Bağırova
Deləfruz Bağırova (3 avqust 1987, Bakı) — Azərbaycanlı rəssam və pedaqoq, incəsənət üzrə fəlsəfə doktoru, Vera kubokunun qalibi, UNESCO-nun Rəssamlar Birliyinin fəxri üzvü, Azərbaycan Rəssamlar Ittifaqının üzvü, müasir batika ustası. Deləfruz Bağırova 1987-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 2004–2008-ci illərdədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında ali təhsilini, 2012-ci ildə Azərbaycan Dövlət Universitetində Teatr dekorasiyası üzrə magistr dərəcəsi almışdır. 2018-ci ildə incəsənət üzrə fəlsəfə doktoru dərəcəsini tamamlamışdır. Deləfruz Bağırova ipək və kətan üzərində heyranedici dizaynları ilə məşhurdur. Bədii yaradıcılığına görə Dələfruz Bağırovanın əsərləri müxtəlif yerli və beynəlxalq sərgilərdə dəfələrlə ictimaiyyətin diqqətini cəlb etmişdir. Bunlara daxildir: Bakı, Azərbaycan, Gənc Rəssamlar, "1969" rəsm qalereyasında sərgilər Batik Sərgisi, Seulda Beynəlxalq İncəsənət Sərgisi Cənubi Koreya, Rusiya, Türkiyə və Gürcüstanda Bağırovanın əsərləri müxtəlif sertifikatlarla təltif edilmiş və birinci yerə layiq görülmüşdür. Moskvada "Vera festivalı". Bu uğur onun gələcək fəaliyyəti üçün böyük stimul oldu. Onun əsərləri arasında isti və soyuq batikadan hazırlanmış "Qarabağ atları" triptixi (2,5x70), Istanbul və Bakıda keçirilən müsabiqələrdə birinci yeri qazanan "Bakının İşıqları" "Ağac Cənnət" (2x1 m, isti və soyuq), (Heydər Əliyevə həsr olunmuş sərgidə təqdim olunub).
Elmir Bağırov
Elmir Bağırov (28 aprel 1980, Hişkədərə, Masallı rayonu) — Saatlı rayon İcra Hakimiyyətinin başçısı, siyasi elmlər üzrə fəlsəfə doktoru. Elmir Məmməd oğlu Bağırov 1980-ci il aprel ayının 28-də Masallı rayonunun Hişkədərə kəndində anadan olub. 1986-cı ildə orta məktəbə getmiş, 1997-ci ildə Elşad Ağayev adına Hişkədərə kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1997-ci ildə Bakı Dövlət Universitetinin sosial elmlər fakültəsinin politologiya ixtisasına daxil olmuşdur. 2001-ci ildə bu ixtisasın bakalavr pilləsini bitirirək, həmin ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinin "dünya siyasi prosesləri və beynəlxalq münasibətlərin nəzəriyyəsi" ixtisası üzrə magistraturaya daxil olmuşdur. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əyani doktoranturasına daxil olmuş, 2006-cı ildə bitirmişdir. 2008-ci ildə Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilovun elmi rəhbərliyi ilə "Xəzər regionunda Azərbaycanın milli mənafeyinin prioritet istiqamətləri" adlı doktorluq dissertasiyasını müdafiə edərək, respublikada ən gənc "siyasi elmlər üzrə fəlsəfə doktoru" elmi adı almışdır. Ailəlidir, 3 övladı var. 2004-cü ildən Heydər Əliyev Fondunun "azerbaijan.az" layihəsinin koordinatoru olmuş, 2005-ci ildə Heydər Əliyev Fondunun Humanitar Proqramlar Departamentinin aparıcı mütəxəssisi vəzifəsindən 2014-cü ildə Humanitar Proqramlar Departamentinin rəisi vəzifəsinədək yüksəlmişdir. 2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Kompleksi İdarəsinin aparat rəhbəri, 20 aprel 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə" Fərmanından sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin aparat rəhbəri vəzifəsində çalışırdı.
Elnur Bağırov
Elnur Bağırov (əsgər, 1993)
Elnur Bağırov (əsgər, 1996)
Elsevər Bağırov
Elçin Bağırov
Elçin Bağırov (kiçik çavuş) — Vətən müharibəsi şəhidi. Elçin Bağırov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Elçin Bağırov (siyasətçi) — Azərbaycan siyasətçisi.
Elçin Bağırov (kiçik çavuş)
Elçin Bağırov (siyasətçi)
Elçin Tələt oğlu Bağırov (8 aprel 1959, Kirovabad) — Fövqəladə və səlahiyyətli səfir, Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi (2004–2022), Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri. Elçin Bağırov 8 aprel 1959-cu ildə Gəncə şəhərində anadan olub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. 18 iyun 1984-cü ildən 2 mart 1992-ci ilə qədər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində II katib, I katib və 4 may 1992-ci ildən 25 mart 2004-cü ilə kimi isə nazirliyin Dövlət protokolu idarəsi rəisinin müavini və rəisi vəzifələrində çalışmışdır. Elçin Bağırov 2 mart 1992-ci ildən 2 may 1992-ci ilə qədər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında Dövlət katibinin köməkçisi, 25 mart 2004-cü ildən 2022-ci ilə kimi Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi işləyib. 17 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
Elçin Bağırov (şəhid)
Elçin Bağırov (əsgər)
Elşən Bağırzadə
Ermitaj bağı (Kazan)
Ermitaj sarayı - Kazanın Vahidov rayonunda yerləşir. Əvvələr saray Alaksandr, İznov və Nikalay (bu sarayın sahibinin familiyası) sarayı adlanıb. Tarixi şəhərin mərkəzində, Marusov və Butlerov təpələrinin və iki yarğanın arasında, Tukuya meydanı mərkəzində yerləşir. Arxa hissəsində Şaparov küçəsi, digər hissələrində isə Nekras və Mayakov küçələri keçir. Parkın sahəsi 4 hektardır. Müharibə illərində park dağılmış və sonra yenidən qurulmuşdur. 1950-ci ildə parkda kinoteatr və sonra isə uşaq sahəsi salındı. Sonra burada Lenin və Kirovun büstlərini qoydular. SSRİ dağıldıqdan sonra büstlər götürüldü. Burada 500-ə yaxın müxtəlif növ ağac cinxləri mövcuddur.
Eşqin Bağırov
Faiq Bağırov
Faiq Nüsrət oğlu Bağırov (1962) — azərbaycanlı diplomat. Faiq Bağırov (1976) — azərbaycanlı atlet.
Faiq Bağırzadə
Bağırzadə Faiq Məmməd oğlu (20 mart 1926, Bakı – 30 mart 1988, Bakı) — geologiya elmləri doktoru (1964), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1983), Əməkdar elm xadimi (1980), Bakı Dövlət Universitetinin rektoru və Azərbaycan SSR Dövlət mükafatı laureatı. Faiq Bağırzadə 20 mart 1926-cı ildə Bakı şəhərində anadan olmuş, 132 saylı orta məktəbi bitirmişdir. Ali təhsilini 1940-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Univertitetinin Geoloji-kəşfiyyat fakültəsində alan Bağırzadə mühəndis-geoloq ixtisasına yiyələnmişdir. Faiq Bağırzadə əmək fəaliyyətinə 1949-cu ildə "Qobustanneftqaz kəşfiyyatı" trestinin kontorunda mühəndis-geoloq olaraq başlamışdır. O, həmçinin 1949-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Univertitetinin Neft və qaz yataqlarının geologiyası kafedrası nəzdində aspiranturaya daxil olmuşdur. 1951–1953-cü illərdə "Azneft" Birliyinin "Dənizdə kəşfiyyat qazması" trestinin "Neft Daşları" idarəsində mühəndis-geoloq işləmişdir. Habelə Azərbaycan Elmi Tədqiqat Neft Geoloji-Kəşfiyyat İnstitutunun çöl tematik partiyasında mühəndis-geoloq və partiya rəisi vəzifəsində çalışmışdır. Faiq Bağırzadə 1952–1954-cü illərdə Azərbaycan Dövlət Neft və Sənaye Univertitetinin Neft və qaz yataqlarının geologiyası kafedrasında assistent vəzifəsini icra etmiş, 1954–1962-ci illərdə kafedranın baş müəllimi və dosenti işləmiş, 1962–1965-ci illərdə isə Azərbaycan Neft və Kimya İnstitutunun Geoloji-kəşfiyyat fakültəsinin dekanı olaraq fəaliyyət göstərmişdir. Faiq Bağırzadə 1964–1965-ci illərdə Myanma İttifaqı Respublikasın Ali və Orta İxtisas Təhsili Nazirliyinin xətti ilə Ranqun Texnoloji İnstitutunun professoru vəzifəsinə təyin olunmuşdur. Həmin institutda məruzələrlə çıxış edən Bağırzadə ingilis dilində "Neft və yeraltı geologiya" mühazirələr məcmuəsini çap etdirmişdir.
Fuad Bağırov
Ağ Baş
Ağ Baş — Gərnibasar mahalında kənd. Tarixi Qərbi Azərbaycan torpaqları olan, müasir Ermənistan ərazisində bir neçə kənd olmuşdur: Yuxarı Ağ Baş Qəmərli rayonunda (İndi Artaşat r.) kənd. Kəndin digər adı Xaraba Ağ Baş idi. Digər Ağ Baş kəndi (qışlağı) Allahverdi rayonunda (indi: Tumanyan r.) yerləşirdi. Aşağı Ağbaş kəndi də Qəmərli (Artaşat) rayonunda kənd adı olmuşdur. Kəndin indiki adı 1945-ci ildən Arevşatdır. Məlum olduğu kimi qədim türk tayfaları üçün fərqləndirici əlamətlərdən biri onların geyimi olmuşdur. Odur ki, müxtəlif nəsil, soy, tayfa həmin bu geyimin bəzi səciyyəvi əlamətlərinə görə adlandırılmışdır. Yurdumuzun yer adları işərisində belə adlar xüsusi qat təşkil edir. Müqayisə üçün: Ağ Köynək, Sarı Baş, Şişpapaqlı, Qara Donlu, Qara Dolaq, Yekəqurşaqlı, Alabaşlı və s.
Ağ vağ
Ağ vağ (lat. Egretta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi.
Ağ Baş (Xoy)
Ağ Baş (fars. اغ باش‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 413 nəfər yaşayır (61 ailə).
Böyük ağ vağ
İri ağ vağ (lat. Ardea alba) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin əsl vağ cinsinə aid heyvan növü.
Kiçik ağ vağ
Kiçik ağ vağ (lat. Egretta garzetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin ağ vağ cinsinə aid heyvan növü.
İri ağ vağ
İri ağ vağ (lat. Ardea alba) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin əsl vağ cinsinə aid heyvan növü.
Bat-bat
Batbat (lat. Hyoscyamus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == İkiillik, 30-80 sm hündürlükdə, yumşaq tüklü, vəzili, pis qoxulu, gövdəsi düz, budaqlı, bəzən sadə, düzdayanan, yuxarısı qövsvari əyilmiş, sıx yarpaqlanmış bitkidir. Yarpaqlarının uzunluğu 4-25 sm, eni 1,5-11 sm, aşağıda saplaqlı, uzunsov-yumurtavari, oyuqvari lələkvari dilimlidir, gövdə yarpaqları, gövdəyə sarılmış, yumurtavari və ya uzunsov, kənarları oyuqlu iri dişli, bəzən bütövdür. Çiçəkləri iri, oturaq, meyvəyanı kasacıqları 25–30 mm uzunluqda, zanbaqvari, bərk, dibi tüklü-yapışqanlıdır. Tac 25-45 mm uzunluqda, çirkli-açıq-sarı və ya çirklisarı, bənövşəyi damarcıqlarla örtülmüşdür. Toxumları 1-1,5 mm uzunluqda, böyrəkvari və ya yumru-böyrəkvari, boz-qonurdur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqların rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Ruderal yerlərdə, bəzən alaq kimi bostanlarda, bağlarda və əkinlərdə bitir. == Növləri == Ağ batbat (Hyoscyamus albus L.) Qızılı batbat (Hyoscyamus aureus L.) Hyoscyamus desertorum (Asch.
Big Bang (qrup)
Big Bang — YG Entertainment tərəfindən qurulmuş Cənubi Koreya musiqi qrupu. Qrup 2006-ci ildə qurulub. Musiqi qrupu 5 üzvdən ibarətdir. Üzvləri T.O.P, Taeyang, G-Dragon, Daesung, Seungri. Qrupun fandomu VIP adlandırılır.