BACARIQLA

z. skilfully, ably; resourcefully, adroitly, nimbly; O, pianinonu bacarıqla çala bildi He could play the piano ably

BACARIQ
BACARIQLI
OBASTAN VİKİ
Yetkinlik həyatının bacarıqları (film, 2016)
Yetkinlik həytının bacarıqları 2016-cı ildə "Kreativ İngiltərə" şirkəti tərəfindən maliyyələşdirilmiş Böyük Britaniya komediya filmidir. Filmin ssenari müəllifi olan Reyçel Tannardın bu ilk işidir. Həmçinin film 2014-cü ildə London Film Festivalında nümayiş edilmişdir. Film 29 yaşlı gənc xanımın həyatından bəhs edir. Anna, (Codi Uittaker — tərəfindən canlandırılmışdır) əkiz qardaşının ölümündən sonra anasının çardağında yaşamağa başlamış və buranı tərk etməkdən təkidlə imtina edir. Film 2016-cı ilin aprel ayında Tribeka Film Festivalında nümayiş edilmiş və ən yaxşı qadın rejisor adına görə top mükafatlardan biri olan Nora Efron mükafatını qazanmışdır. Film Böyük Britaniya kinoteatrlarında 24 iyun 2016-cı il tarixində nümayiş edilmişdir Anna sıxışmış vəziyyətdədir. O, 30 yaşına yaxınlaşır anasının bağında yerləşən çardaqda özünə qapannmış bir həyat tərzi sürür və sufrajistlərin bu zamana qədər niyə narahat edildiklərinin səbəbini bilmək istəyirdi. O, günlərini barmaqlarını aktyor kimi canlandıraraq videolar çəkməklə keçirir. Barmaqlar Yoqi ayının nihilist olub-olmaması ilə bağlı bir-birləri ilə münaqişə edirlər.
Yumşaq bacarıqlar
Çevik və ya yumşaq bacarıqlar (ing. soft skills) — şəxsi keyfiyyətlərlə sıx əlaqəli olan ümumi bacarıqlar kompleksi olub hər bir peşədə bu və ya digər şəkildə vacibdir. Yumşaq bacarıqlar tənqidi düşüncə, problem həll etmə, ictimai nitq, işgüzar ünsiyyət, komanda işi, rəqəmsal ünsiyyət, fəaliyyətin təşkili kimi qəbul edilir ki, bunlara da liderlik keyfiyyətlərinin səviyyəsi, əmək etikası üzrə biliklər, nizam-intizam, məsuliyyət hissi təsir edir. Hal-hazırda (2022-ci ilə qədər) gələcəyin dörd əsas yumşaq bacarığı (4K bacarıqları) ayırd edilir: yaradıcılıq, ünsiyyət, əməkdaşlıq, tənqidilik . Yumşaq bacarıqlardan fərqli olaraq, yüksək ixtisaslaşdırılmış peşəkar biliklər (ing. hard skills) də mövcuddur ki, bunlar mənimsənilməsi daha çətindir və o qədər də geniş istifadə olunmur. Yumşaq bacarıqların tərifinin xarakteri elədir ki, onları obyektiv şəkildə araşdırmaq mümkün deyil. Bir çox cəhətdən onlar müəyyən bir insanın şəxsi xüsusiyyətlərindən asılıdır: onun mentaliteti, düşüncə tərzi, digər insanlara münasibəti və ümumiyyətlə həyata baxışları . Bununla belə, müəyyən bir qrup bacarıqlar üçün bu gün onların inkişaf səviyyəsini qiymətləndirməyə kömək etmək üçün testlər və müsahibələr aparılır . Bu termin inkişaf etmiş ölkələrdə 2000-ci illərdən sonra geniş istifadə olunmağa başladı.

Digər lüğətlərdə