bahalı-ucuzlu

bahalı-ucuzlu
bahalı
bahalıq
OBASTAN VİKİ
Ən bahalı fotoşəkillərin siyahısı
Bu fotoşəkillər üçün ödənilən ən yüksək 30 qiymətin siyahısı (başqa cür göstərilmədiyi təqdirdə ABŞ dolları ilə). Bütün qiymətlərə işin aparılması üçün hərrac evi haqqı olan alıcının mükafatı daxildir.
Ən bahalı futbolçu transferləri
Futbol tarixi ərzində ən baha qiymətə transfer olunan futbolçuların siyahısı aşağıdakı kimidir :
Ən bahalı rəsm əsərlərinin siyahısı
Aşağıdakı siyahıda bir rəsm əsərinə görə ödənilmiş bilinən ən böyük məbləğlər göstərilmişdir. Siyahıdakı ən erkən satış (Vinsent van Qoqun "Günəbaxanlar" əsəri) 1987-ci ilə aid olmaqla cəmi iki il əvvəl qeydə alınmış ən bahalı rəsm satışını dəfələrlə geridə qoymaqla, bahalı rəsm satışında yeni mərhələ başlamışdır. Bu satış həm də onunla diqqət çəkmişdir ki, "müasir" rəssamın (bu halda 1888-ci ilə aid) əsəri qədim ustadların adətən baha qiymətləndirilən əsərlərini geridə qoymuşdur. Hazırkı rekord qiymət Leonardo da Vinçinin "Dünyanın xilaskarı" əsərinin 2017-ci ilin noyabrında $450 milyona satılması ilə qeyd edilmişdir. Dünyanın ən məşhur əsərləri, xüsusilə qədim ustadların 1803-cü ildən əvvələ aid işləri adətən muzeylərdə və ya patronların nəzarətində saxlanılır. Muzeylər çox nadir hallarda belə əsərləri satırlar və buna görə də onlar qiymətsiz hesab edilirlər. Leonardo da Vinçinin "Mona Liza" portreti ən böyük sığorta dəyəri olan əsər kimi Ginnesin Rekordlar Kitabına salınmışdır. Luvr muzeyinin daimi ekspozisiyasına daxil olan "Mona Liza" 14 dekabr 1962-ci ildə $100 milyona sığortalanmışdır. İnfilyasiya nəzərə alınmaqla 1962-ci ilin qiyməti 2016-cı ildə $620 milyona bərabər olmuşdur. Siyahıdakı ən erkən satış (Vinsent van Qoqun "Günəbaxanlar" əsəri) 1987-ci ilin martında həyata keçirilmişdir; £24.75 milyonla (2016-cı ildə £53.5 milyon) bu satış özündən əvvəlki ən yüksək nəticəni üç dəfə geridə qoymaqla bahalı rəsm satışında yeni mərhələ başlamışdır.
Ən bahalı futbolçu transferlərinin siyahısı
Futbol tarixi ərzində ən baha qiymətə transfer olunan futbolçuların siyahısı aşağıdakı kimidir :