baharbənd 2021

baharbənd
bahar
baharı 2021
OBASTAN VİKİ
Baharbənd
Baharbənd — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Baharbənd geniş yayılmış milli atüstü oyunlardan biridir. Əsasən Novruz şənliklərində keçirilən bu oyunda el igidləri öz şücaətlərini nümayiş etdirirlər. == Oyunun qaydaları == Oyunçu atı yorğa və yaxud çaparaq sürür, atın çaparağında çuxasını, arxalığını, çarıqlarını, kəmər və xəncərini bir-bir çıxarıb yerə atır. Müəyyən məsafədən sonra atı cəld geri döndərib yenə həmin getdiyi yolu qayıdır. Atın cilovunu yığmadan növbə ilə atdığı əşyaları yerdən qaldırıb geyiləni geyir, bağlananı bağlayır. Bu əməliyyatı tez yerinə yetirən atlı qalib sayılır. Oyun daha çox bahar fəslində Qarabağda meşə ilə əhatə olunmuş "bənd" adlı dağətəyi düzənlikdə keçirilib. Deyilənə görə, bəndlərdə at çapmaq çətin və təhlükəli imiş, bu da mahir at sürənlərin meydana çıxmasına kömək edirmiş. == Mənbə == Novruz bayramı ensklopediyası.

Digər lüğətlərdə