Baldırıqara
Adiant (lat. Adiantum) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin pteriskimilər fəsiləsinə aid bitki cinsi.
== Etimologiya ==
Latın adı yunan dilindən (αδιαινειν) nəmlənməyən mənasını verir. Belə ki, bitkinin üzərinə düşən su dərhal axıb tökülür və beləliklə o quru qalır.
== Yayılması ==
Əsasən tropik cinsdir. Növ müxtəlifliyinə görə iki əsas bölgədə yayılıb — Cənubi Amerikanın And dağları və Şərqi Asiyada (xüsusilə Çin florası 39 növü əhatə edir)
Bu cinsin növləri rütubətli torpaqlarda bitir və qayalıqlar və şəlalələrin kənarları üçün xarakterikdir.
== Sinonimləri ==
=== Heterotipik sinonimləri ===
Hewardia J.Sm.