On altı barbar (çarlıqlar)
On altı barbar çarlıqları (çin. 十六国, pinyin: shí liù guó) — Qədim Çinin ərazisində 304 - 439-cu illərdə Şimali Çinin çökməsindən meydana çıxmış konqlomerat dövlətlər.
Barbar çarlıqlara Çen, Şimali Xan, Sonrakı Çjao, Erkən Lyan, Sonrakı Lyan, Qərbi Lyan, Şimali Lyan, Cənubi Lyan, Erkən Tsin, Sonrakı Tsin, Qərbi Tsin, Erkən Yan, Sonrakı Yan, Şimali Yan, Cənubi Yan və Sya aiddirlər.
Bu dövrlərdə həmin ərazilərdə, eyni zamanda Jan Vey, Qərbi Şu, Qərbi yan, Duan, Yuven, Çouçi, Erkən Vey və Day dövlətləri mövcud olsalar da tarixçilər onları 16 barbarlara aid etmirlər.
Hunlara aid ilk tarixi mənbələr Çin mənbələridir. E.ə. 244-cü ildə adı çəkilən hunlar Çin sərhədlərinə axınlar edirdilər. Buna görə 29 il sonra Sin Şi Xuandi Böyük Çin Səddini çəkdirdi. Sin Şi Xuandinin əmrilə hunlara hücum edən Menq Tyan adlı general hun hökmdarı Tumanı məğlub edərək qovur. Teomandan sonra taxta keçən Mete xaqan hakimiyyətinin ikinci ilində şərq qonşuları olan Tunqhuların torpağını işğal edərək konfederasiyanın tərkibinə qatdı.