BARİUMLU

s. bax barium II

BARİUM
BARİZ
OBASTAN VİKİ
Bariumlu çöl şpatları
Bariumlu çöl şpatları — tərkibində 2%-dən çox BaO olan çöl şpatları: selzian Ba[Al2Si2O8] və hialofan (K, Na, Ba) [AlSi3O8]. Selzianın tərkibində barium komponentinin miqdarı 90%-dən çox, hialofanda isə 30%-dən az olur. Çöl şpatının tərkibində selzian komponentinin miqdarı anortitdən çox olarsa, çöl şpatı kalsioselzian, 10-20% olduqda isə bariumlu plagioklaz adlanır. İki natamam izomorf sırası vardır: qələvi çöl şpatı - hialofan - selzian və plagioklaz – kalsio­selzian - selzian. Bariumlu çöl şpatları quruluşu kalium çöl şpatlarının aşağı temperaturlu modifikasiyasının quruluşuna yaxındır. Bariumlu çöl şpatları Mn yataqlarında rast gəlir. Selzian komponenti az olan bariumlu çöl şpatları qələvi süxurlarda tapılır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Digər lüğətlərdə