Bayanşirə
Bayanşirə — Azərbaycanın ən qədim süfrə və texniki üzüm sortlarındandır. Meyvəsi ağ-sarı rəngdədir.
Sort şərq qrupunun texniki üzüm sortları yarımqrupuna (convar orientalis subconvar caspica Negr.) aiddir.
== Yarpaqları ==
Yarpaqları orta və iri ölçüdə olub (uzunluğu 18–23 sm, eni 18–23 sm), dəyirmi formadadır. Ayasının üzəri zəif qabarıq yaxud hamar olub, müstəvisi düzdür, 5 dilimlidir. Yuxarı kəsikləri orta dərinlikdə, deşiyi tam bağlı, yaxud enli ellipsvarı formada, bəzi hallarda isə açıq dar ağızlı liraşəkilli formada olur.
== Meyvəsi ==
Gilələrinin tam yetişməsi sentyabr ayının axırlarına və oktyabr ayının əvvəllərinə təsadüf edir. Vegetasiya müddəti 164 gün davam edir. Kollarının böyümə gücü orta, yaxud yüksəkdir (195,4–232,0 sm). Zoğları yaxşı yetişir (95,6%).