Erzyan bayrağı
Erzyanların milli bayrağı (erz. Эрзянь раськень коцт, sözbəsöz olaraq: Erzyan xalqının bayrağı) — Rusiyada yaşayan xalq olan erzyanların milli bayrağı.
== Bayrağın təsviri ==
Bayrağın ölçüsü 1:2-yə nisbətindədir. Eyni eni olan üç üfüqi zolaqdan ibarətdir, üstü ağ, ortası qırmızı, alt hissəsi qara. O, Valentin Devyatkin tərəfindən hazırlanmış və 1990-cı ildə "Mastorava" cəmiyyəti tərəfindən təsdiq edilmişdir. Bayrağın əsas rəngləri "erzya milli kişi və qadın geyimlərinin rənglərini təkrarlayır".
İllər sonra erzya bayrağı erzya xalqının konqresi tərəfindən təsdiq edildi:
"Erzyan Konqresi ağ-qırmızı-qara (yuxarıdan aşağıya) qumaş parçasını erzya xalqının bayrağı olaraq təsdiqləyir, rənglər erzya xalqının Azadlığını, Həyatını və Torpağını simvolizə edir..
== Bayrağın istifadəsi ==
"Qara-qırmızı-ağ" üçrəngi həm rəsmi erzya bayramlarında, həm də millətin gündəlik mədəni həyatında istifadə olunur. Erzyan bayrağı rəsmi qurumlar tərəfindən tanınmasa belə, xalqı üçün qanunidir. Bayrağın istifadə olunduğu bayramların əksəriyyəti erzya xalqının konqresi tərəfindən qəbul edilmişdir:
16 aprel — Erzyan dili günü (erz.