Bağçacıq (Talin)
Bağçacıq — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talın rayonunda kənd.
== Tarixi ==
Alagöz dağının cənub-qərb ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Erm. SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə adı dəyişdirilib Particak qoyulmuşdur.
== Əhalisi ==
Kənddə 1831-ci ildə 10 nəfər, 1873 - cü ildə 82 nəfər, 1886-cı ildə 93 nəfər, 1897-ci ildə 140
nəfər, 1904 - cü ildə 101 nəfər, 1914 - cü ildə 107 nəfər, 1916-cı ildə 152 nəfər yalnız azərbaycanlı yaşamışdır.
1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri -
azərbaycanlılar qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.