bekkerel

bekkerel
bekar 2021
bekon
OBASTAN VİKİ
Antuan Anri Bekkerel
Antuan Anri Bekkerel (fr. Antoine Henri Becquerel; 15 dekabr 1852[…], Paris – 25 avqust 1908[…], Pen Kastel malikanəsi[d], Kruazik[d]) — tanınmış Fransa fiziki, 1903-cü il Fizika üzrə Nobel mükafatı laureatı. Radioaktivlik sahəsində aktivliyin ölçülməsi — Bekkerel ölçü vahidinə əsaslanır ki, bu da Antuan Anri Bekkerelin adı ilə bağlıdır. == Həyatı == Antuan Anri Bekkerel 1852-ci ildə Parisdə dünyaya göz açmışdır. Atası və babası tanınmış fizik olmuşlar. Bekkerel orta təhsilini Böyük Lüdoviq litseyində almış, 1872-ci ildə Politexnik məktəbinə daxil olmuşdur. İki ildən sonra isə Körpülər və Yollar Ali Məktəbinə daxil olmuş və mühəndis təhsili almışdır. Tələbəlik illərində müəllimlik də etmişdir. Daha sonra Milli Təbiətşünaslıq Muzeyində atasının assistenti vəzifəsində çalışmışdır. Burada işığın polyarlaşmasına dair təcrübələr aparmış, həmçinin Yer kürəsinin temperaturu haqqında elmi məqalələr üzərində işləmişdir.