BELA

udum, qurtum; udma; qırma, məhv etmə.
BEHNAZ
BELLA
OBASTAN VİKİ
III Bela
Kral III Bela (mac. 'III. Béla; 1148[…], Macarıstan krallığı – 23 aprel 1196, Macarıstan krallığı) - Macarıstan və Xorvatiyanın kralı. Bizans imperatoru I Manuelin sarayında Manuelin oğlu doğulana qədər Bizans imperiyasının gələcəkdəki imperatoru olacağı düşüncəsi ilə böyüdülmüş və təhsil görmüşdür. Bela Macarıstanın ən güclü və dövrünün ən zəngin hökmdarlarından biridir. Belanın ildə 23 ton saf gümüş gəliri var idi. Bu Fransa kralı üçün o dövrdə 17 ton, ingilis kralı üçün isə təxminən 10 ton idi. Macarıstan kralı II Qeza ilə Kiyevli Yefrosinin ikinci oğlu olmuşdur. 1161-ci ildə atası tərəfindən Xorvatiyanın və Dalmasiyanın hersoqu təyin edilmişdir. 31 may 1162-ci ildə atasının ölümündən sonra kral olan qardaşı III Stefanın dövründə də bu vəzifəsində qalmışdır. 1164-cü ildə Bizans imperatoru I Manuel III Stefanla razılığa gəldi.
IV Bela
IV Bela və ya Böyük Bela (mac. IV. Béla, 29 noyabr 1206, Transilvaniya – 3 may 1270, Buda)—1235–1270-ci illərdə Macarıstan və Xorvatiyanın kralı. IV Bela həmçinin 1254–1258-ci illər ərzində Striya hersoqu olmuşdur. Bela kral II Andraşın ilk həyat yoldaşından olan ən böyük oğlu idi. O, 29 noyabr 1206-cı ildə Transilvaniyada anadan olmuşdu. Kral Andraşın təşəbbüsü ilə 7 iyunda Papa III İnnokenti yepiskop və baronlara müraciət edərək gələcək krala sədaqət andı içməyi tapşırdı. 1213-cü ildə atası II Andraş onu Bulqar çarı Borilin qızı ilə nişanlasa da tezliklə bu nişan pozulur. II Andraş Müqəddəs Torpaqlara səfəri zamanı IV Belanı nənəsi Meraniyanın yanında qoyur. 1218-ci ildə səfərdən qayıtdıqdan sonra isə onu Niseya imperatorunun qızı ilə evləndirir. Nikah 1220-ci ildə baş tutur.
Üç Bela
Üç Bela — 1998-ci il Ozan Arifin Destanlar Konuşuyor albomundan olan mahnı. Mahnının sözləri və musiqisi Ozan Arifə aiddir. Mahnı ABŞ, Rusiya və Çinin işğalçı siyasətini tənqid edir.
Bela
Bela — ad. Bela Luqoşi — Macar teatr oyunçusu və qorxu filmi aktyoru. Bela Tarr — macar rejissor, prodüser, ssenarist. Bela Bartok — Macarıstan bəstəkarı, folklorşünası.
Bela Bartok
Bela Bartok (mac. Bartók Béla Viktor János [ˈbɒrtoːk ˈbeːlɒ];25 mart 1881[…] – 26 sentyabr 1945[…], Nyu-York, Nyu-York ştatı) — Macarıstan bəstəkarı, folklorşünası. == Həyatı == Bu macar bəstəkarı 22 yaşındaykən 1848-1849 inqilabının lideri və Ferensin atası Layoş Koşutun həyatından bəhs edən simfonik şeirini yazıb. İlk ifası zamanı Avstriya milli marşının karikaturatik səsləndirilməsi qalmaqallara yol açsa da, çox bəyənilir. Peşə həyatının əvvəllərində fransız mühitinin təsiri altında qaldığı üçün ilk əsərlərində politonallığın bəzi ünsürləri görünür. Amma daha sonralar bu "vəsait"dən yararlanmayıb. Bunun əvəzinə Şərqi Avropa, ən çox da macar və rumın xalq üslublarını araşdırıb. Musiqisi hər nə qədər harmoniya baxımından gərgin və qarmaqarışıq olsa da, kökünü xalq musiqisinin modal silsiləsindən diqqətlə seçilmiş harmonik tonallıqdan götürüb. Bartokun musiqisi və şəxsiyyəti nasistlərlə ittifaqda olan macar hakimiyyətini və kilsəni qıcıqlandırıb və o, vətənə xəyanətdə ittiham edilib. Əksəriyyəti yəhudi olan bəzi önəmli bəstəkarların əsərlərinin nasistlər tərəfindən qadağan edilməsi səbəbindən o, Göbbelsə bir məktub yazaraq öz adının da həmin siyahıya salınmasını tələb edir və əsərlərinin Almaniya, eyni zamanda ona bağlı olan ölkələrdə səsləndirilməsinə izin vermədiyini bildirir.
Bela Kun
Béla Kun (20 fevral 1886 – 29 avqust 1938, Moskva) — Macar kommunist siyasətçisi. Béla Kun Yəhudi əsilli bir ailədə dünyaya gəlmişdir. 1906-cı ildə soyadını Macarca formaya salaraq "Kun" şəklinə saldı. Klausenburg Universitetində oxumuşdur və universitetdə sosialistlər ilə tanış olaraq onlar ilə münasibətlər yaratmışdır. 1914-cü ildə Budapeştə getdi və burda Sosializmin ideyalarını təbliğ edən bir qəzet buraxdı. Birinci Dünya müharibəsi dövründə Avstriya-Macarıstan İmperiyası ordusunda xidmət etmişdir və 1916-cı ildə ruslar tərəfindən əsir götürülmüşdür. Əsir olduğu müddətdə Rusiyada Bolşeviklərin tərəfdarı olmuşdur. Oktyabr İnqilabından sonra azad edilmişdir. 1918-ci ilin dekabr ayında Macarıstanda baş vermiş olan kommunist inqilabına qoşulmaq üçün Macarıstana gəlmişdir. Mihály Károlyi hökuməti tərəfindən həbs olundu, ancaq müharibənin gedişatını müşahidə edən fəhlə üsyanlarından sonra 21 mart 1919-cu ildə azadlığa buraxıldı.
Bela Luqoşi
Bela Luqoşi (20 oktyabr 1882[…] – 16 avqust 1956[…], Los-Anceles, Kaliforniya) — Macar teatr oyunçusu və qorxu filmi aktyoru. Bram Stokerin klassikləşmiş vampir əhvalatı Drakulanın 1927-ci il tarixli Broadway istehsalında və sonradan çəkilən 1931-ci il tarixli film versiyasında oynadığı Qraf Drakula rolu ilə ad-san qazanmış, sonrakı karyeriylə simvollaşmışdır. == Gəncliyi == Luqoşi, Paula da Vojnich ilə çörəkçi olan İstvan Blaskonun dörd uşağının ən kiçiyi olaraq, o zamanlar Avstriya-Macarıstan İmperatorluğu sərhədləri içindəki Lugosda (indi Rumıniyadakı Lugoj) doğuldu. Əsl adı Béla Ferenc Dezső Blaskó idi. Luqoşi, aktyorluq karyerinə teatrda başladı, Şekspir və başqa əhəmiyyətli rollarda oynadı. Macar səssiz filmlərində Arisztid Olt ləqəbiylə rol aldı. Birinci dünya müharibəsi əsnasında Avstriya-Macarıstan ordusunda piyada leytenant olaraq vəzifə aldı. 1917-ci ildə İlona Szmick ilə evləndi, ancaq həyat yoldaşının ailəsiylə yaşadığı siyasi fikir ayrılıqları səbəbiylə 1920-ci ildə boşandı. == İlk filmləri == Luqoşi ilk olaraq 1917-ci il tarixli Az ezredes (İngiliscə adı The Colonel (Polkovnik)) adlı filmdə rol aldı. Almaniyaya getməzdən əvvəl Macarıstanda, 1917–1918-ci illər arasında on iki filmdə rol aldı.
Bela Tarr
Bela Tarr (mac. Tarr Béla, 21 iyul 1955[…], Peç) — macar rejissor, prodüser, ssenarist. == Həyatı == Bela Tarr 21 iyuçl 1955-ci ildə Macarıstanın cənubundakı Peç şəhərində doğulmuş , ancaq Budapeştdə böyümüşdür. Anası və atası kino sənəti ilə yaxından əlaqəli insanlar olmuşlar. Atası səhnə tərtibatçısı idi. Anası 50 ildən çox teatrda suflyor olaraq işləmişdir. Hələ uşaq yaşlarında anası ilə birlikdə Tolstoyun İvan İlyiçin ölümü adlı əsərinin film çəkilişləri üçün seçmələrə qatılmış və ilk rolunu da bu filmdə oynamışdır. Lakin onun aktyorluq fəaliyyəti çox uzun çəkmədi. Tarr Mikloş Yançonun "Canavarlar fəsili" filmi ilə aktyorluq karyerasına son qoydu. 16 yaşlarından film çəkəyə başlayan Tarr özündə olan həvəsi hələ o vaxtlardan kəşf etmişdi.
Bela Xotenaşvili
Bela Xotenaşvili (gürcü: ბელა ხოტენაშვილი; 1 iyun 1988-ci il təvəllüdlü) gürcü şahmat qrosmeysteridir. 2012, 2015 və 2017-ci illərdə qadınlar arasında Dünya Şahmat Çempionatında iştirak etmişdir. == Karyera == Xotenaşivili 2004-cü ildə 16 yaşadək qızlar arasında keçirilən Dünya Gənclər Şahmat Çempionatını qazandı. 2009-cu ildə Maya Çiburdanidze Kuboku turnirində Lela Cavaxişvilini tay -breyk hesabla məğlub edərək qazandı. 2011-ci ildə İranın Rəşt şəhərində keçirilən 9-cu Xəzər Beynəlxalq Açıq turnirin D qrupu turnirində Nino Batsiaşvili ilə birinci yerə çıxdı. Xotenaşvili 2012-ci ildə Gürcüstan Qadınlar Çempionatını qazandı. 2013 və 2014-cü illərdə Xotenaşivili, FİDE Qadın Qran -Prisi seriyasında Tbilisi şəhərinin ev sahibi şəhər namizədi olaraq iştirak etdi. Cenevrədə baş tutan ilk mərhələni qazandı. Bu qələbə ilə grandmaster titulu üçün tələb olunan üçüncü və son normasına çatdı. 2014-cü ilin dekabrında Qatar Masters Open'in ilk buraxılışında ən yaxşı qadın mükafatını qazandı.
Bela Çobel
Bela Çobel (4 sentyabr 1883[…], Budapeşt – 30 yanvar 1976, Budapeşt) — Budapeştdə XX əsrin əvvəllərində G8 ilə əlaqəsi ilə tanınan bir Macar rəssamı idi. Onlar Macarıstanda fovizm, kubizm və ekspresyonizmlə yanaşı postimpressionist üslubların tətbiqi ilə tanınırdılar. == Bioqrafiya == Bela Çobel 1883-cü ildə Budapeştdə yəhudi-macar ailəsində anadan olub. Rumıniyanın Baia Mare şəhərində rəssamların koloniyasında keçirilən Nadibanya Azad Məktəbində Bela İvani-Qrunvald şagirdi oldu. 1902-ci ildə Münihdə təhsil alıb, burada Jules Pasquin, Rudolf Levy və Walter Bondi ilə dost oldu. 1904-cü ildə, Macarıstandan gələn bir çox gənc sənətçi kimi, əlavə işlər üçün Parisə getdi; Julian Akademiyasında Jean-Paul Lawrencein tələbəsi olaraq oxudu. Onun tərzi əvvəlcə Nagybaniya məktəbinin təbiət prinsiplərini əks etdirirdi. 1905-ci ildə Parisdə Foves qrupunun rəssamları ilə görüşdükdən sonra eyni il Salon d'Avtome-də nüfuzlu sərgidə işlərini görəndən sonra, əsərlərində parlaq rənglər daxil etməyə başladı.
Feracacia belairioides
Vachellia belairioides (lat. Vachellia belairioides) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin vachellia cinsinə aid bitki növü. Kuba üçün endemik növdür. Acacia belairioides Urb.
Harri Belafonte
Harri Belafonte (1 mart 1927[…], Harlem, Nyu-York ştatı – 25 aprel 2023[…], Yuxarı Vestsayd[d], Nyu-York ştatı) — Amerikalı müğənni, bəstəkar, aktivist və aktyor. Ən uğurlu Yamayka-Amerika pop ulduzlarından biri, 1950-ci illərdə Trinbagonian Karib musiqi üslubunu beynəlxalq auditoriya ilə çıxardan əsas şəxs hesab olunur. O, blyuz, folk, gospel, şou melodiyaları və Amerika standartları daxil olmaqla bir çox janrda çıxış etdi. Onun debüt albomu Calypso (1956), tək bir sənətçinin ilk milyon satan LP albomudur. Belafonte "The Banana Boat Song (Banan Qayığı mahnısı)" kimi tanınan "Day-O" mahnısını yazması ilə məşhurdur. O, blüz, folk, gospel, şou melodiyaları və Amerika standartları da daxil olmaqla bir çox janrlarda səsyazma və ifa edib. O, həmçinin bir neçə filmdə, o cümlədən Carmen Jones (1954), Island in Sun (1957) və Odds Against Tomorrow (1959) filmlərində rol alıb. Belafonte üç "Qremmi" mükafatı (o cümlədən, Qremmi Ömür Boyu Nailiyyət Mükafatı), Emmi mükafatı və Toni mükafatını qazandı. 1989-cu ildə Kennedi Mərkəzinin fəxri mükafatını aldı. 1994-cü ildə Milli İncəsənət Medalı ilə təltif edildi.
Mərkəzi Belarus
Mərkəzi Belarus — Belarusda tarixi-etnoqrafik region. Respublikanın mərkəzi hissəsində yerləşir və Minsk vilayətinin böyük hissəsini, Mogilyev vilayətinin isə qərb hissələrini əhatə edir. Region şimaldan Poozeriya platosu ilə, şərqdən Podneprov ilə, cənubdan Şərqi Polesye ilə və qərbdən Ponemane ilə həmsərhəddir. Region əhalisi etnoqrafik baxımdan slavyan köklüdür. Əhali qədim dreqoviçlərin və kriviçlərin davamçılarıdı. Mərkəsi Belarusun dili belarus dilinin ortabelarus dialektinə aiddir. Bu dialekt cənub-qərb və şimal-şərq dialektləri arasında orta mövqe tutur. X əsrlərdən regionun şimal hissəsi Polotsk knyazlığına aid idi. XII əsrdən bu regiondan müstəqil Minsk, İzyaslav və Loqojski knyazlığı ayrılmış. XVI əsrdə Mərkəzi Belarus Böyük Litva knyazlığının tərkibinə keçmiş.
Qazaxıstan belarusları
Qazaxıstan belarusları - Qazaxıstan ərazisində yayılmış belarus diasporası. 12 yanvar 2012-ci il məlumatına görə Qazaxıstan ərazisində 63 694 belarus yaşayır. Belarusların böyük qismi Kostanay (21 min), Karakanda (18 min), Akmola (16 min), Şimali-Qazaxıstan (9 min) vilayətlərindı yaşayır. Qazaxıstan ərazisində aparılan siyahıya alınma (belarusların say dinamikası): 1926 il — 25584 nəfər, 1939 il — 31 614, 1959 il — 107 309, 1970 il — 198 430, 1979 il — 181 821, 1989 il — 178 325, 1999 il — 111 924, 2009 il — 66 476. Qazaxıstan ərazisində ilk belarus diasporası Konstantin Semyonoviç Kalinovskinin üsyanından sonra meydana gəlmişdir. Üstəlik XX əsrin əvvəllərində Stolıoinin həyata keçirdiyi aqrar islahatlar zamanı belarusların bir qismi Qazaxıstana köçürülmüşdür. Onlar özləri ilə birlikdə mədəniyyətlırini gətirirdilər. İkinci Dünya müharibəsi ilə əlaqədar olaraq Qazaxıstan ərazisinə 10,7 min dövlət işçisi ailəsi ilə birlikdə köçürülmüşdür. Bura Belarus opera və balet, dramaturgiya teatrlarının kollektivləri belə köçürülmüşdür. 4 sentyabr 1941-ci ildən 1942-ci ilin aprelinədək onlar 8 konsert, 12 tamaşa və 21 hərbi qospital konserti vermişlər.
Qorki (Belarus)
Qorki (belar. Горкі) — Belarusda şəhər. Mogilyov vilayətinə daxil olan Qorki rayonunun inzibati mərkəzi. 1 yanvar 2016-cı il tarixinə olan hesablamalara əsasən, şəhər əhalisinin sayı 33,830 nəfər hesablanmışdır.
Rusiya-Belarus sərhədi
Qurulur Rusiya-Belarusiya sərhədi — Rusiya Federasiyası ilə Belarus Respublikası arasındakı dövlət sərhədi. SSRİ dağılandan bəri RSFSR və Belorusiya SSR ayrı dövlətlərə çevrildikdən bəri mövcuddur. Sovet İttifaqının dağılmasından sonra Rusiya Sovet Federativ Sosialist Respublikası və Balarusiyanın müstəqil dövlətlərə çevrildilər. 1991-ci ilə qədər RSFSR ilə Belorusiya SSR arasındakı sərhəd idi. Hazırda sərhəd məntəqələri və sərhəd nəzarəti praktiki olaraq yoxdur. Sərhəd formal olaraq mövcuddur, lakin gömrük yoxlamaları olmadan sərhədi keçmək olar. Sərhədin uzunluğu 1239 kilometrdir, onun 857.7 km hissəsini torpaq, 362.3 km hissəsini çay və 19.0 km hissəsini isə göl təşkil edir. Rusiya və Belarusiyanın xarici ticarəti bu sərhəddən keçir. 1 aprel 2011-ci ildən etibarən sərhəddə nəqliyyat nəzarəti ləğv edildi. 7 fevral 2017-ci il tarixindən etibarən təhlükəsizlik məqsədi ilə Rusiya tərəfində sərhəd zonası yaradıldı.
Rusiya və Belarus İttifaq dövləti
İttifaq dövləti (belar. Саюзная дзяржава, rus. Союзное государство), yaxud Rusiya və Belarus İttifaq dövləti kimi də tanınır — Rusiya və Belarus tərəfindən yaradılmış təşkilat. 1996-cı ildə "Belarus və Rusiya Cəmiyyəti" olaraq quruldu. 1997-ci ildə imzalanan "Belarus və Rusiya arasındaki birlik müqaviləsi" ilə təşkilatın təməli möhkəmləndirildi və bu əsnada adı "Belarus və Rusiya birliyi" olaraq dəyişdirildi. 25 dekabr 1998-ci ildə siyasi, iqtisadi və sosial inteqrasiyanı təmin etmək məqsədi ilə bir sıra əlavə sazişlər imzalandı. 8 dekabr 1999-cu ildə isə Rusiya və Belarus arasında "İttifaq dövləti"nin yaradılması haqqında müqavilə imzalandı. Abxaziya və Cənubi Osetiya (faktiki olaraq) — hazırda parlament iclaslarında müşahidəçi statusuna malikdirlər. Hər iki qurumun baş nazirləri qeyri-rəsmi olaraq İttifaq dövlətinə qoşulmaqda maraqlı olduqlarını bildiriblər. Qazaxıstan — Qazaxıstan 2010-cu ilə qədər Rusiya və Belarus ilə ayrıca gömrük ittifaqı qurmaq istədiyini bəyan etmişdi.
Rusiya–Belarusiya sərhədi
Qurulur Rusiya-Belarusiya sərhədi — Rusiya Federasiyası ilə Belarus Respublikası arasındakı dövlət sərhədi. SSRİ dağılandan bəri RSFSR və Belorusiya SSR ayrı dövlətlərə çevrildikdən bəri mövcuddur. Sovet İttifaqının dağılmasından sonra Rusiya Sovet Federativ Sosialist Respublikası və Balarusiyanın müstəqil dövlətlərə çevrildilər. 1991-ci ilə qədər RSFSR ilə Belorusiya SSR arasındakı sərhəd idi. Hazırda sərhəd məntəqələri və sərhəd nəzarəti praktiki olaraq yoxdur. Sərhəd formal olaraq mövcuddur, lakin gömrük yoxlamaları olmadan sərhədi keçmək olar. Sərhədin uzunluğu 1239 kilometrdir, onun 857.7 km hissəsini torpaq, 362.3 km hissəsini çay və 19.0 km hissəsini isə göl təşkil edir. Rusiya və Belarusiyanın xarici ticarəti bu sərhəddən keçir. 1 aprel 2011-ci ildən etibarən sərhəddə nəqliyyat nəzarəti ləğv edildi. 7 fevral 2017-ci il tarixindən etibarən təhlükəsizlik məqsədi ilə Rusiya tərəfində sərhəd zonası yaradıldı.
Sebastian de Belalcazar
Tatyana Belan
Tatyana Belan (10 noyabr 1982) — Belarusu təmsil edən bədii gimnast. Tatyana Belan Belarusu 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.
Vachellia belairioides
Vachellia belairioides (lat. Vachellia belairioides) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin vachellia cinsinə aid bitki növü. Kuba üçün endemik növdür. Acacia belairioides Urb.
Yakub Kolas adına Belarus Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası
Yakub Kolas adına Belarus Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası(rəsmi adı — Yakub Kolas adına Belarus Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası Dövlət Təşkilatı, belar. Цэнтральная навуковая бібліятэка імя Я. Коласа НАН Беларусі) — Belarusun əsas elmi kitabxanasıdır. Əsasən elm xadimləri və mütəxəssislərin elmi fəaliyyətinə xidmət edir. Ölkə üzrə 11 filiala malikdir. 2022-ci ildən kitabxananın direktoru tarix elmləri namizədi Yuretski Stanislav Stepanoviçdir. Kitabxana 16 fevral 1925-ci ildə Minskdə Belarus Mədəniyyəti İnstitutunun tərkibində (İnbelkult) təsis edilmişdir. Açılış zamanı kitabxana bir neçə broşuradan və ictimai-siyasi xadim, Belarus teatrının qurucularından A.Burbisin arxivindən ibarət idi. 1925-ci ilin martında kitabxana kolleksiyasına rus filoloqu Yakov Qrotun kitabxanasından kitablar daxil oldu. 1925-ci ildə kitabxana mütəmadi olaraq RSFSR dövri nəşrlərinin məcburi bir nüsxəsini almağa başladı. 1926-cı ilin əvvəlinə qədər kitabxana fondu professor V.İ.Piçeta tərəfindən Varşavadan gətirilmiş Yanka Kupala kolleksiyasından 200 cild, 0İnbelkult heyəti tərəfindən Kiyevdə əldə edilmiş 300 cild kitabla zənginləşdirildi.
Çin belamkandası
Adi süsən (lat. Iris domestica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. Himalaydan Yaponiya və Filippinə qədər ərazilərdə yayılmışdır. Belamcanda chinensis (L.) DC. Belamcanda chinensis var. curtata Makino Belamcanda chinensis f. flava Makino Belamcanda chinensis var. taiwanensis S.S.Ying Belamcanda chinensis f. vulgaris Makino Belamcanda flabellata Grey Belamcanda pampaninii H.Lév. Belamcanda punctata Moench Bermudiana guttata Stokes Epidendrum domesticum L. Ferraria crocea Salisb. Gemmingia chinensis (L.) Kuntze Gemmingia chinensis f.
İqor Belanov
İqor İvanoviç (və ya İqor İvanoviç) Belanov (ukr. Ігор Іванович Беланов; 25 sentyabr 1960, Odessa) — hücuma meylli yarımmüdafiəçi və ya ikinci hücumçu kimi oynamış təqaüdçü Ukrayna futbolçusudur. Beş böyük titul qazanan və 1986-cı ildə Avropada ilin Futbolçusu adına layiq görülən "Dinamo Kiyev" in əfsanəvi futbolçudur. Sonra altı ilini Almaniyada iki komanda ilə keçirdi və az uğur qazandı. The Times qəzetinin yazdığına görə, bütün zamanların ən yaxşı 100 futbolçusu sırasında o da yer alıb. Belanov Sovet İttifaqını bir Dünya Kubokunda və bir Avropa Çempionatında təmsil etdi. 2011-ci ildə İqor Belanov Oleq Blohin və Vitaliy Staruxin ilə birlikdə Futbol qalibiyyətində "Ukrayna futbolunun əfsanələri" adını aldı.
Belarus Futbol Federasiyası
Belarus Futbol Federasiyası (belar. Беларуская федэрацыя футбола) — Belarus futbolunun əsas idarəedici orqanı. Mərkəzi ofisi Minsk şəhərində yerləşir. 2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzündən sonra, FİFA və Avropanın futbol üzrə rəhbər orqanı olan UEFA Belarus milli və klub komandalarını müvəqqəti olaraq beynəlxalq yarışlardan kənarlaşdırdı, lakin sonradan bu ləğv edildi və UEFA Belarusa beynəlxalq yarışlara ev sahibliyi etməyi qadağan etdi. Belarus Futbol Federasiyası 1989-cu ildə yaradılıb. 1992-ci ildə federasiya FİFA-ya qoşulur və bunun sayəsində Belarus millisi dünya çempionatında iştirak etmək hüququ qazanır. 1993-cü ildə federasiya UEFA-ya qoşulur və bu Belarus milli komandasının Avropa çempionatında və Belarus klublarının Avropa yarışlarında iştirakına icazə verimləsinə səbəb olur. 2021-ci ilin iyununda UEFA, Blarusda baş verən siyasi vəziyyətə görə Belarus Futbol Federasiyasının himayəsi altında hər hansısa tədbir və yarışların keçirilməsini dayandırır. 2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzündən sonra, Belarusun Rusiyanı dəstəkləməsi səbəbindən FİFA və Avropanın futbol üzrə rəhbər orqanı olan UEFA Belarus milli və klub komandalarını müvəqqəti olaraq beynəlxalq yarışlardan kənarlaşdır, lakin sonradan bu ləğv edilir, ancaq UEFA Belarusa beynəlxalq yarışlara ev sahibliyi etməyi qadağasını qüvvədə saxlayır. Belarusda futbol və futzal idmanlarının idarəedici orqanıdır.
Belarus Milli Elmlər Akademiyası
Belarus Milli Elmlər Akademiyası (belar. Нацыянальная акадэмія навук Беларусі; Belarus MEA) — Belarus Respublikasında dövlətin təsis etdiyi ali elmi qurum, Respublikanın ali elmi idarəsi. Təşkilat təbiət, texniki, humanitar, sosial elmlər və incəsənətin müxtəlif sahələrində fundamental və tətbiqi elmi tədqiqatları və inkişafları təşkil edən, aparan və əlaqələndirən ali dövlət elmi qurumudur. Qarşıya qoyulmuş vəzifələri həll etmək üçün qanunla, Elmlər Akademiyasının Nizamnaməsi və digər qanunvericilik aktları ilə müəyyən edilmiş səlahiyyətlər daxilində respublika dövlət idarəetmə orqanının müəyyən funksiyalarını yerinə yetirir. Belarus Respublikasının Prezidentinə və Respublika Nazirlər Sovetinə hesabat verir. Belarus Elmlər Akademiyası 1929-cu il yanvarın 1-də Rusiya Mərkəzi İcraiyyə Komitəsinin və BSSR Xalq Komissarları Sovetinin 13 oktyabr 1928-ci il tarixli qərarı ilə Belorusiya Sovet Sosialist Respublikasında respublikanın elmi-tədqiqat və mədəni-ictimai qurumu - Belarus Mədəniyyəti İnstitutunun (İnbelkult) (1922-1928) bazasında, Akademiyaya çevrilərək yaradılmışdır. Elmlər Akademiyasının təntənəli açılışı 1929-cu il yanvarın 1-də Belarus SSR-in yaradılmasının onuncu ildönümündə Minskdə olub. Tarixçi V.M.İqnatovski Elmlər Akademiyasının ilk prezidenti seçildi. Açılış günü akademiyanın ştatı cəmi 128 nəfər, o cümlədən 87 elmi işçi idi. Demək olar ki, hamısının ali təhsili, çoxunun tam orta təhsili belə yox idi.
Belarus Qarabağ münaqişəsində
Belarus Qarabağ münaqişəsində — Belarusun bir tərəfdə Azərbaycan, digər tərəfdə isə Ermənistan və tanınmamış Dağlıq Qarabağ Respublikası arasında uzun müddətdir davam edən Qarabağ münaqişəsində rolu. Burada mübahisə mövzusu Dağlıq Qarabağ regionudur. Bu məsələdə Belarus Respublikası müstəsna olaraq sülh yolu ilə nizamlanmanın tərəfdarıdır, eyni zamanda mübahisəli regionu Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Ölkə hökuməti döyüşən tərəflər arasında balans yaratmağa çalışır. Xarici siyasətdə Belarus ənənəvi olaraq istənilən münaqişənin siyasi və diplomatik vasitələrlə sülh yolu ilə həllinin tərəfdarıdır. Eyni şey Azərbaycan–Ermənistan qarşıdurmasına da aiddir. 1992-ci ildən Belarus Respublikası Dağlıq Qarabağ problemi üzrə yeganə fəal danışıqlar platforması olan ATƏT-in Minsk qrupunun üzvüdür. 2009-cu ilin noyabrında Belarus Prezidenti Aleksandr Lukaşenko Qarabağ böhranı ilə bağlı bir sıra bəyanatlar vermiş və ölkəsinin postsovet məkanında digər münaqişələrin həllində iştirak etməkdə maraqlı olduğunu vurğulamışdır. 2016-cı ilin aprelində regionda baş verən növbəti gərginlik fonunda Belarus Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Dmitri Mironçik bəyanat yaymışdır: Eyni zamanda, dövlət başçısı müdafiə naziri Andrey Ravkov və xarici işlər naziri Vladimir Makeyə erməni və azərbaycanlı həmkarları ilə məsləhətləşmələr aparmağı tapşırmışdır. Bundan başqa, Belarus Prezidenti Azərbaycanın dövlət başçısı İlham Əliyev və Ermənistanın dövlət başçısı Serj Sarkisyanla telefon danışığı aparmışdır.
Belarus Respublikasının Milli Tarix Muzeyi
Belarus Respublikasının Milli Tarix Muzeyi (belar. Нацыянальны гістарычны музей Рэспублікі Беларусь) 15 sentyabr 2009-cu ilə qədər – Belarus Milli Tarix və Mədəniyyət Muzeyi(belar. Нацыянальны музей гісторыі і культуры Беларусі) — saxlama vahidlərinin sayına görə Belarus Respublikasının ən böyük muzeyi. Minskdə Karl Marks küçəsində yerləşir. Milli Tarix Muzeyi tarixi boyu bir neçə dəfə adını dəyişib. Əsası 1919-cu ildə qoyulmuş Minsk Regional Muzeyi onun özəyini təşkil edib. 1923-1930-cu illərdə muzey Belarus Dövlət Muzeyi adlanırdı və 1930-cu illərdə BSSR-in mərkəzi muzey müəssisəsi idi. O, 1935-1940-cı illərdə Minsk ictimai-tarixi, 1941-1944-cü illərdə isə Minsk tarixi muzeyi adlanıb. 1957-ci ildə müəssisə Belarus Dövlət Tarix-Diyarşünaslıq Muzeyi adı ilə bərpa edilib, 1964-cü ildə isə BSSR Dövlət Muzeyi adlandırılıb. 1992-ci ildə Belarus Respublikası müstəqilliyini elan etdikdən sonra muzey yenidən Belarusun Milli Tarix və Mədəniyyət Muzeyi adlandırıldı.
Belarusda islam
Belarusda islam — Belarusiyada islam uzun tarixə malikdir. Belarusiyada islam dini 14–16-cı əsrlərdə indiki Belarusu təşkil edən torpaqlarda Lipka tatarları tərəfindən gətirilmişdir. 2007-ci ilə olan məlumata görə, Belarusda 45.000 müsəlman var ki, bu da ümumi əhalinin 0,5%-nə bərabərdir. 1994-cü ildə bütün Belarus müsəlmanlarının I qurultayı keçirildi. Nəticədə Belarus Respublikasının Müsəlman Dini İcması yarandı. Qurumun yarandığı gündən ona rəhbərliyi İsmayıl Aleksandroviç edir. 1997-ci ildə 23 islam icması var idi, onlardan 19-u Belarusun qərb bölgələrində idi. 2007-ci ildə Əhmədiyyə müsəlmanlarının Belarusda öz etiqadlarını həyata keçirmələri açıq şəkildə qadağan edildi, ölkədə qadağan olunmuş digər dini qruplara da oxşar status verildi. Bu qadağaya əsasən, 13-ü yerli Belarus vətəndaşı olmaqla, 30 Əhmədiyyə müsəlmanı ibadət və ya nümayəndələrinin olması kimi fəaliyyətlərlə məşğul ola bilməz, onların belə hüquqları yoxdur. Belarus Avropada yeganə ölkədir ki, İslam peyğəmbəri Məhəmməd haqqında karikaturalar dərc etdiyinə görə qəzet redaktorunu həbs edib.
Belarus–Yaponiya münasibətləri
Belarus–Yaponiya münasibətləri (belar. Беларуска-японскія адносіны; yap. 日本とベラルーシの関係) – Belarus ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. Minskdə doğulmuş belarusəsilli şərqşünas İosif Qoşkeviç Rusiyanın Yaponiyadakı ilk diplomatı (1858–1865) olmuş, eləcə də, ilk rusca-yaponca lüğətini (1857) tərtib etmişdir. Belarus ilə Yaponiya arasında diplomatik əlaqələr 26 yanvar 1992-ci ildə qurulmuşdur. Yaponiyanın Belarus səfirliyi 1993-cü ilin yanvarında Minskdə açılmışdır. Belarusun Yaponiya səfirliyi isə 1995-ci ilin iyununda Tokioda açılmışdır. 1998-ci ildə Belarus prezidenti Aleksandr Lukaşenko Naqanoda keçirilən Qış Olimpiya Oyunları münasibətilə Yaponiyaya səfər etmişdir. Ölkələr aralarındakı münasibətləri gücləndirmək məqsədilə parlamentlərində dostluq qrupları yaratmışdır. 2000-ci ildə Yaponiya parlamentinin Müşavirlər Palatasının nümayəndəliyi Belarusa, 2001-ci ildə Belarus Milli Assembliyası Şurasının nümayəndəliyi Yaponiyaya səfər etmişdir.
Polşa-Belarus divarı
Polşa–Belarus divarı — 2022-ci ildə Polşa hakimiyyəti tərəfindən qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün Polşa və Belarusiya sərhəddindəki ayırıcı divar. Polşa və Belarus sərhədində hasarın çəkilməsinə səbəb 2021-ci ilin yazında yaranan miqrasiya böhranı olub. 2021-ci ilin yayından etibarən Yaxın Şərq və Afrika ölkələrindən olan miqrantların Belarusun Litva, Latviya və Polşa ilə sərhədini qanunsuz keçmək cəhdlərinin sayı kəskin artıb. 2021-ci il sentyabrın 2-dən noyabrın 30-dək olan müddətdə Podlaskie və Lyublin voyevodalığının Belarusla sərhədə bitişik 183 yaşayış məntəqəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib. 2021-ci il oktyabrın 29-da Seym Belarusla dövlət sərhədi boyunca divar tikintisi haqqında qanun qəbul esdir və bu qanuna təcili baxılır və bu qanun noyabrın 4-də prezident Andjey Duda tərəfindən imzalandıqdan sonra qüvvəyə minib. Divarın tikintisi 1 milyard 615 milyon zloti (400 milyon dollardan çox) dəyərində qiymətləndirilirdi. 4 yanvar 2022-ci ildə Polşa daxili işlər nazirinin müavini Maçey Vonsik ölkənin sərhəd xidməti Belarusla sərhəddə tikanlı məftillərlə polad divarın tikintisinə dair podratçılarla müqavilələr imzaladığını elan edir. Onun ümumi uzunluğu heyvanların keçidi üçün 22 qapının təşkili ilə 186 kilometr olmalıdır. Yanvarın 24-də Polşa sərhədçisinin mətbuat katibi Anna Mixalska jurnalistlərə bildirib ki, yanvarın 25-dən divarın tikintisinə başlamağa hazırdır. Daxili İşlər Naziri Mariuş Kaminski Twitter mikrobloqunda elan etdiyi kimi şlaqbaumun tikintisi 30 iyun 2022-ci ildə başa çatdırılıb.
Polşa–Belarus divarı
Polşa–Belarus divarı — 2022-ci ildə Polşa hakimiyyəti tərəfindən qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün Polşa və Belarusiya sərhəddindəki ayırıcı divar. Polşa və Belarus sərhədində hasarın çəkilməsinə səbəb 2021-ci ilin yazında yaranan miqrasiya böhranı olub. 2021-ci ilin yayından etibarən Yaxın Şərq və Afrika ölkələrindən olan miqrantların Belarusun Litva, Latviya və Polşa ilə sərhədini qanunsuz keçmək cəhdlərinin sayı kəskin artıb. 2021-ci il sentyabrın 2-dən noyabrın 30-dək olan müddətdə Podlaskie və Lyublin voyevodalığının Belarusla sərhədə bitişik 183 yaşayış məntəqəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib. 2021-ci il oktyabrın 29-da Seym Belarusla dövlət sərhədi boyunca divar tikintisi haqqında qanun qəbul esdir və bu qanuna təcili baxılır və bu qanun noyabrın 4-də prezident Andjey Duda tərəfindən imzalandıqdan sonra qüvvəyə minib. Divarın tikintisi 1 milyard 615 milyon zloti (400 milyon dollardan çox) dəyərində qiymətləndirilirdi. 4 yanvar 2022-ci ildə Polşa daxili işlər nazirinin müavini Maçey Vonsik ölkənin sərhəd xidməti Belarusla sərhəddə tikanlı məftillərlə polad divarın tikintisinə dair podratçılarla müqavilələr imzaladığını elan edir. Onun ümumi uzunluğu heyvanların keçidi üçün 22 qapının təşkili ilə 186 kilometr olmalıdır. Yanvarın 24-də Polşa sərhədçisinin mətbuat katibi Anna Mixalska jurnalistlərə bildirib ki, yanvarın 25-dən divarın tikintisinə başlamağa hazırdır. Daxili İşlər Naziri Mariuş Kaminski Twitter mikrobloqunda elan etdiyi kimi şlaqbaumun tikintisi 30 iyun 2022-ci ildə başa çatdırılıb.

Значение слова в других словарях