Berlin

Berlin
beritten
Berlinale
OBASTAN VİKİ
Qərbi Berlin
Qərbi Berlin — 1949–1990-cı illər arası xüsusi statusa malik anklav ərazi. Qərbi Berlin hər tərəfdən ADR-in ərazisi ilə əhatə olunmaqla Şərqi Berlindən daş divarlarla ayrılmışdı. İkinci dünya müharibəsindən sonra Almaniyanın ərazisi və paytaxtı dört fərqli zonaya bölündü. Şərqi-sovet və üç qərbi-amerika, fransa, ingiltərə ərazilərinə. 1948-ci il iyunun 24-dən Berlinin qərb hissəsi sovet orduları tərəfindən mühasirəyə alındı. 1949-cu il 23 mayda Almaniya Federativ Respublikasının (AFR) yaradılması elan olundu. SSRİ-nin də buna cavabı gecikmədi: 7 oktyabr 1949-cu ildə Şərqi Berlinin müvəqqəti parlamenti-Xalq Soveti-Almaniya Demokratik Respublikasının yaradılmasını elan etdi. Qərbi Berlin-12 şəhər dairəsinədən ibarətdir: Tirqarten, Şarlottenburq, Vilmersdorf, Şpandau (ingiltərə sektoru). Kroysberq, Noylkeln, Tempelxof, Şeneberq, Selendorf, Şteqlic (amerika sektoru). Veddinq, Raini-kendorf (fransa sektoru) Şərqi və Qərbi Berlin arasında ki, sərhəd ilk vaxtlar açıq olmuş və ümumi uzunluğu 155 km idi.
İsayya Berlin
Ser İsayya Berlin OM (ing. Isaiah Berlin, latış. Jesaja Berlins‎; 6 iyun 1909[…], Riqa – 5 noyabr 1997[…]) — ingilis filosofu, Avropada Vikodan Plexanova qədər maarifçiliyə, romantizmə, sosializmə və millətçiliyə xüsusi diqqət yetirən ideyalar tarixçisi, rus ədəbiyyatı və fəlsəfi düşüncənin tərcüməçisi, müasir liberal siyasi fəlsəfənin banilərindən biri. 1932-ci ildə, iyirmi üç yaşında, Berlin Oksford Universitetinin Bütün ruhlar kollecinin üzvü oldu. Məhsuldar işinə əlavə olaraq İvan Turgenevin əsərlərini rus dilindən ingilis dilinə tərcümə etdi və İkinci Dünya Müharibəsi dövründə İngilis diplomatik xidmətində çalışdı. 1957–1967-ci illərdə Oksford Universitetinin Çiçeli Sosial və Siyasi Nəzəriyyə professoru idi. 1963–1964-cü illərdə Aristotelian Cəmiyyətinin prezidenti olub. 1966-cı ildə Oksforddakı Volfson Kollecinin yaradılmasında böyük rol oynadı və qurucu prezident olmuşdur. 1946-cı ildə Berlin Britaniya İmperiyası Ordenini aldı, 1957-ci ildə cəngavər oldu və 1971-ci ildə Böyük Britaniyanın xidmətlərinə görə ordeni aldı. 1974–1978-ci illərdə Britaniya Akademiyasının prezidenti olmuşdur.
Şərqi Berlin
Şərqi Berlin — Soyuq müharibə dövründə Berlinin SSRİ-nin təsiri altındakı bir hissəsidir. 1961-ci ildə Berlin divarı ilə Qərbi Berlindən ayrıldı. Şərqi Almaniyanın paytaxtı idi. Şərqi Berlin əhalisi 1,2 milyon nəfər təşkil etmişdir. 1990-cı ildə Berlin divarı dağıdılmış və Qərbi Berlin ilə Şərqi Berlin birləşdirilmişdir.
Berlin, Aleksanderplats
"Berlin, Aleksanderplats. Frans Biberkopfun povesti" (alm. Berlin Alexanderplatz. Die Geschichte vom Franz Biberkopf‎) — Alfred Döblinin ilk dəfə 1929-cu ildə nəşr olunmuş romanı. Bu, Veymar Respublikasının ən mühüm və yenilikçi əsərlərindən biri hesab olunur. 2002-ci ildə 100 tanınmış yazıçı arasında keçirilən sorğuda kitab bütün zamanların ən yaxşı 100 kitabı sırasına daxil edilmişdir. == Süjet == Malyükləyən Frans Biberkopf məşuqəsini öldürdükdən 4 il sonra həbsdən azad edilir. Biberkopf vicdanlı və layiqli bir insan olmağa ümid edir, lakin onun səyləri boşa çıxır. O, bir müddət sonra içki aludəçisi olur və sosial çuxura düşür. O, fahişələrin, sutenyorların, oğruların, qatillərin, siyasi təşviqatçıların və işsizlərin izdihamlı dünyasından keçir.
Berlin Prosesi
Berlin Prosesi — Avropa İttifaqının gələcək genişlənməsi ilə əlaqəli hökumətlərarası əməkdaşlıq təşəbbüsü. == Tarixi == 2014-cü il Berlin Konfransı ilə başlamış, ardınca 2015-ci il Vyana Sammiti, 2016-cı il Paris Sammiti, 2017-ci il Triest Sammiti, 2018-ci il London Sammiti və 2019-cu ildə Poznan Sammiti izlənilmişdir. Berlin Prosesi artan avroskeptisizm və Komissiya sədri Jan-Klod Yunkerin genişlənməyə dair elan etdiyi beş illik moratorium fonunda Aİ-yə inteqrasiya prosesinin dinamikasını möhkəmləndirmək və saxlamaq məqsədi ilə başlanmışdır. == Məqsədləri == Berlin Prosesi keçmiş Yuqoslaviya və Albaniyanın Aİ-yə namizəd və potensial namizəd ölkələri və seçilmiş Aİ üzv dövlətləri arasında çoxtərəfli əlaqələri canlandırmaq və bu ölkələrdə infrastruktur və iqtisadi inkişaf məsələlərində regional əməkdaşlığı yaxşılaşdırmaq məqsədi daşıyır. == İştirakçı dövlətlər == Təşəbbüs Aİ üzvlüyünə Aİ üzvü olmayan beş Balkan namizədini (Monteneqro, Serbiya, Şimali Makedoniya, Bosniya və Herseqovina, Albaniya) və Aİ üzvü olmayan potensial Balkan namizədini (Kosovo), bəzi Aİ üzvlərini, (məsələn: Avstriya, Bolqarıstan, Xorvatiya, Fransa, Yunanıstan, Almaniya, İtaliya, Polşa və Sloveniya) və Aİ-yə daxil olmayan əlavə bir ölkə, Birləşmiş Krallığı əhatə edir.
Köhnə muzey (Berlin)
Köhnə muzey (alm. Altes Museum‎) — Almaniyanın paytaxtı Berlində yerləşən bir muzeydir. == Ümumi məlumat == Memar Karl Fridrix Schinkel tərəfindən neoklassik memarlıq üslubunda hazırlanmış bina 1823–1830-cu illər arasında Prussiya kral ailəsinin sənət kolleksiyasını nümayiş etdirmək üçün inşa edilmiş və 1845-ci ilə qədər kral muzeyi adlandırılmışdır. İkinci Dünya Müharibəsində olduqca ziyan görən bina müharibədən sonra bir müddət istifadə edilməmişdir. 1966-cı ildə bərpa edilən muzeydə qədim əsərlər sərgilənir. Muzey Berlin şəhərinin Lustgarten adlanan bölgəsində yerləşir və Berlin Şəhər Sarayı və Berlin kafedralına çox yaxındır. == Qalereya == == İstinadlar == == Xarici keçidlər == Altes Museum at the website of the Berlin State Museums. Altes Museum at GreatBuildings.com. Altes Museum Arxivləşdirilib 2015-06-03 at the Wayback Machine at Archiseek.com. Altes Museum at museum-location.de.
Türkiyəmspor Berlin FK
Türkiyemspor (Berlin) — Almaniyanın futbol klubu 4 aprel 1978-ci ildə Almaniyanın Berlin şəhərində yaradılmışdır. İlk adı BFC Izmirspor olmuşdur. Hazırkı adını 1987-ci ildən daşıyır. 1995/1996 mövsümündə Ümit Karan bu komandanın formasını geyinmişdir. 3 dəfə Berlin Kubokunun qalibi — 1988, 1989, 1991.
Union Berlin FK
Union (Berlin) — Almaniyanın futbol klubu 1 dəfə Avropa kuboklarında iştirak edib.
Xocalı abidəsi (Berlin)
“Xocalı ” (alm. Chodschali‎) — Almaniya paytaxtı Berlin şəhərinin Şteqlits-Selendorf inzibati dairəsində Qotfrid-Benn kitabxanasının həyətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə. Abidənin ucaldılmasının təşəbbüskarları Səlhab Məmmədov, Akif Əsgərov və Əli İbadullayevlə yanaşı onun həmmüəliflərindən biri, artıq 45 ildir ki, Almaniyada yaşayan Azərbaycan rəssamı və heykəltaraşı İbrahim Əhraridir. 2011-ci ilin may ayının 30-da baş tutan açılış mərasimində Şteqlits-Selendorf dairəsinin özünüidarəetmə təşkilatının başçısı Norbert Kopp, Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan diasporunun, Almaniya ictimaiyyətinin nümayəndələri, hər iki ölkənin elm və mədəniyyət xadimləri iştirak etmişlər. Mərasimdə Şteqlits-Selendorf dairəsinin təhsil, mədəniyyət və vətəndaşlara xidmət məsələləri üzrə müşaviri xanım Kerstin-Ulrix Rixter-Kotovski, Azərbaycanın Almaniyanın səfiri Pərviz Şahbazov və abidənin müəllifi İbrahim Əhrari çıxış etmişdilər.
Berlin (İspaniya teleserialı)
Berlin (həmçinin Money Heist: Berlin və ispanca La casa de papel: Berlín olaraq da bilinir) — Aleks Pina və Ester Martines tərəfindən yaradılan və Netflixdə yayımlanan teleserial. Serial orijinal serial Money Heistin 1 və 2-ci mövsümlərindəki hadisələrdən əvvəl baş verənləri, Berlin kimi tanınan Andres de Fonollosanın həyatından bəhs edir. Baş rollarda Pedro Alonso, Mişel Cenner, Tristan Ulloa, Beqonya Varqas, Culio Pena Fernandez, Joel Sancez və Samanta Sikeiros iştirak edir. Serialın 29 dekabr 2023-cü ildə Netflix-də premyerası baş tutdu və 8 seriyadan ibarət 1-ci sezonu yayımlandı. Serial bir çox tənqidçilər tərəfindən orijinal Money Heist standartına uyğun gəlmədiyi qeyd edilərək qarışıq rəylər aldı. 19 fevral 2024-cü ildə serial ikinci mövsüm üçün yeniləndi. Çəkilişlər 2025-ci ildə başlayacaq. == Süjet == Pul soyğunu hadisələrindən illər öncə Berlin bir soyğun etdi və € 44 milyon avro dəyərində daş-qaş oğurlayaraq həmin daş-qaşların təhlükəsizliyini qoruyan şəxsi günahkar çıxardı. O, həmin vaxtlar cinayətkar dəstənin başçısı idi — Keila (Mişel Cenner), Damian (Tristan Ulloa), Kamerun (Beqonya Varqas), Brus (Joel Sancez), və Roi (Culio Pena Fernandez). Serialdakı hadisələr əsasən Parisdə cərəyan edir.
Berlin
Berlin (alm. Berlin‎ [bɛɐ̯ˈliːn], ) — Almaniyanın paytaxtı və ən böyük şəhəridir. Berlin həm də Almaniyanın 16 federal əyalətindən biridir. Əhalisi təqribən 3400000 nəfər, ərazisi isə 891,85 km²-dir. Şəhərin şimalındandan cənubuna doğru olan məsafə 38 km-ə, şərqindən qərbinə qədər olan məsafə isə 45 km-ə bərabərdir. Öz tarixi dövründə Berlin bir neçə dəfə alman dövlətlərinin (Brandenburq kürfürstlüyü, Prussiya krallığı, Almaniya İmperiyası, Veymar Respublikası, Üçüncü reyx) paytaxtı olmuşdur. 1990-cı ildən, Almaniyanın birləşməsindən sonra Berlin AFR-in paytaxıdır. == Ümumi məlumat == Berlin Avropada ən mühüm siyasət, media, mədəniyyət və elm mərkəzidir. Metropol Avropada ən mühüm nəqliyyat düyümü sayılır və qitənin ən çox səyyah gələn şəhərdir. Burada yerləşən ali məktəblər, elmi idarələr, teatr və muzeylər beynəlxalq aləmdə tanınmışdılar.
Berlin (vulkan)
Berlin vulkanı (ing. Berlin) — Antarktida ərazisində yerləşən vulkan. Massiv 3478 metr hündürlüyə malik olaraq 2 kraterdən ibarətdir. Lava axınlarının tərkibi andezit-bazaltdan ibarətdir. Püskürmə müşahidə edilməsə də, aktivlik mövcuddur.
Berlin Universiteti
Berlin Humboldt Universiteti (alm. Humboldt-Universität zu Berlin‎, qısaca HU Berlin, lat. Alma Mater Berolinensis) — Berlinin dörd ən qədim universitetindən biri. 16 avqust 1809-cu ildə Vilhelm Humboldt tərəfindən təsis edilib. 1828-ci ildə Prussiya kralı III Fridrix Vilhelmin şərəfinə Fridrix Vilhelm Universiteti adlandırılıb. 1949-ci ildə Humboldt qardaşları şərəfinə adı dəyişdirilib. Universitetdə tədris 1810-cu ildə başlayıb. O zaman onun 256 tələbəsi var idi. Hal-hazırda 34 min 612 tələbəsi vardır. Avropanın ən nüfuzlu elmi mərkəzlərindən biridir.
Berlin böhranı
Berlin böhranı (Berlinin blokadası) — SSRİ tərəfindən 1948–1949-cu illərdə Berlinin blokadaya alınması ilə yaranmış və Birinci Berlin böhranı kimi tanınan siyasi gərginlik. Berlin böhranı Soyuq müharibə dövrününü ilk gərginliyi kimi qəbul edilir. == Böhran ərəfəsi == İkinci Dünya Müharibəsinin sonlarına yaxın Almaniyanın gələcəyi ilə bağlı ABŞ, SSRİ və Böyük Britaniya rəhbərliyi 12 sentyabr 1944-cü ildə Londonda imzaladıqları protokol əsasında Almaniyanın gələcəyini aşağıdakı kimi müəyyən etdilər: "Almaniya ərazisi 1 yanvar 1937-ci il sərhədləri çərçivəsində üç işğal zonasına ayrılmalı, Berlin ərazisi isə xüsusi status əsasında müttəfiqlərin işğal zonalarına bölünməlidir". 1945-ci il Yalta konfransının qərarlarına görə Almaniya Böyük Britaniya, ABŞ və SSRİ arasında işğal zonalarına bölünməsi ilə bağlı razılaşma əldə olunur. Bununla yanaşı qərb dövlətlərinin işğal zonaları hesabına Fransanın da bölgüdə iştirakına imkan yaradıldı. Buna əsasən 1945-ci ilin 8 mayında Almaniyanın təslim olma haqqında sazişi imzalamasından sonra Berlin şəhəri də dörd işğal zonasına bölünmüşdü. Soyuq müharibəsnin başlanmasından sonra qərb dövlətləri kommunizm təhlükəsinə qarşı Qərbi Almaniyanın iqtisadi cəhətdən ayaqda saxlamaq qərarına gəldilər. 1 yanvar 1947-ci ildə ABŞ və B. Britaniya, bir müddət sonra isə Fransa sovetlərin razılığı olmadan öz işğal zonalarını iqtisadi cəhətdən birləşdirdilər. Birtərəfli razılaşmalara etiraz olaraq 20 mart 1948-ci ildə SSRİ Nəzarət Şurasını tərk etdi. Bununla da dördtərəfli idarəçilik sisteminə son qoyuldu.
Berlin divarı
Berlin divarı (alm. Berliner Mauer‎) — Almaniya Demokratik Respublikası ilə Qərbi Berlin arasında 13 avqust 1961-ci ildə uzunluğu 155 km (o cümlədən Berlin civarında 43,1 km) olan möhkəmləndirilmiş və 1989-cu ilə qədər mövcud olmuş dövlət sərhədi. == Erkən hadisələr == İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Berlin dörd divarla ABŞ, Böyük Britaniya, Fransa və SSSR mühasirə olunmuşdu. Ümumi düşmən üzərində qələbədən sonra Sovet İttifaqı və NATO arasında qarşıdurma bütün gücü ilə güclənməyə başlayır. Tezliklə Almaniya və Berlin ümumilikdə iki düşərgəyə – ADR (Almaniya Demokratik Respublikası) və AFR (Almaniya Federativ Respublikası) bölünür. Qərbi Berlinlə dövlət sərhədi rejiminin tətbiqinə və sərhəd istehkamlarının qurulmasına Varşava müqaviləsi üzv-ölkələrin tövsiyəsi ilə 1961-ci il avqustun 13-də başlanılmışdır. Bu divarın ucaldılması ilə qədim alman paytaxt şəhərinin müttəfiq amerika, ingilis və fransız qoşunlarından tamamilə təcrid olunması gerçəkləşdirilmiş və 1948-ci ildə ikiyə bölünmüş Berlinin hissələri arasında əlaqə tamamilə kəsilmişdir. İki hissə arasında əsl sərhədin olmaması tez-tez münaqişələrə, məhsul qaçaqmalçılığına və mütəxəssislərin AFR tərəfə keçməsinə səbəb olurdu. Tək 1961-ci ilin 1 yanvarından avqustun 13-nə qədər ADR-dən 207 min mütəxəssis qarşı tərəfə keçmişdi. Bu zaman hökumətin bildirdiyinə görə, dövlət bundan illik 2,5 milyard mark zərər əldə edir.
Berlin kafedralı
Berlin kafedralı (alm.) - Almaniyanın Berlin şəhərində yerləşən kafedral. İçində heç bir zaman yepiskop yaşamadığı üçün əsil kafedral deyildir. == Tarixi == Kafedral XVIII əsrin əvvəllərində memar Yohan Bouman tərəfindən Barokko üslubunda inşa edilmişdir. 1822-ci ildə tikili başqa memar - Karl Frederik Şinkel tərəfindən neo-klassik üslubda yenilənmişdir. 1894-cü ildə Almaniya imperatoru II Vilhelm kafedralın sökülməsini və yenidən tikilməsinə əmr vermişdir. Memar Julios Raşdorfın neo-barokko dizaynı əsasında tikilməyə başlanılan yeni kafedral 1905-ci ildə tamamlanmışdır . İkinci dünya müharibəsində böyük zərər görən kafedral 1975-1981-ci illərdə memar Günter Stan tərəfindən bərpa edilmişdir.
Berlin konqresi
1878-ci il Berlin konqresi (13 iyun — 13 iyul 1878-ci il) — 1877–1878-ci illər Rusiya-Türkiyə muharibəsindən sonra imzalanmış San-Stefan sülh müqaviləsinin (1878-ci il) yenidən baxılması üçün keçirilən beynəlxalq tədbir. Berlin traktatının imzalanması ilə nəticələnmişdir. == Mənbələr == Дебидур А. Дипломатическая история Европы. Ростов-на-Дону: Феникс, 1995. Т. 2 Cтр. 450–469. ISBN 5-85880-089-0 Сборник договоров России с другими государствами, 1856–1917, М., 1952. История дипломатии, 2 изд., т. 2, М., 1963.
Berlin metropoliteni
Berlin metropoliteni (alm. U-Bahn Berlin‎) — Almaniyanın paytaxtı Berlinin ictimai nəqliyyat sisteminin əsas hissələrindən biridir. Metropoliten 1902-ci ildə istifadəyə verilib və hazırda 173 stansiyadan ibarətdir. Ümumi uzunluğu 146 km olan Berlin metropoliteni on xətdən ibarətdir və Berlin Nəqliyyat Şirkəti (Berliner Verkehrsbetriebe) tərəfindən istismar olunur. Metronun istismarı üçün 750 volt gərginlikli sabit cərəyan istifadə olunur. 2016-cı ilin məlumatına əsasən 500 milyondan çox insan metrodan istifadə edib. Həmin ildə metro qatarları 21,6 milyon km məsafə qət ediblər. Berlin metrosu almandilli ölkələr içərisində ən böyük metropoliten hesab olunur. == Tarixi == Berlində ilk yeraltı dəmiryolu xətti 1895-ci ildə AEG şirkətinin iki fabriki arasında çəkilib. 1902-ci ildə isə Berlində ilk yeraltı dəmiryolu xətti sərnişinlərin istifadəsinə verildi.
Berlin müqaviləsi
Berlin müqaviləsi (1878)
Berlin paktı
Üçlər paktı, Berlin paktı - faşist Almaniyası, İtaliya və Yaponiya arasında 1940-cı il sentyabrın 27-də bağlanmış hərbi sazişdir.Sonralar bu pakta Macarıstan,Bolqarıstan,Finlandiya,Rumıniya və Danimarka da qoşulmuşdu. Dünyanı iştirakçı ölkələr arasında bölüşdürməyi nəzərdə tuturdu. Almaniya və İtaliyaya Avropada, Yaponiyaya isə Asiyada yeni "qayda-qanun" yaratmaq rolu nəzərdə tutulmuşdu.
Berlin qalereyası
Berlin qalereyası (alm. Berlinische Galerie‎) — Almaniyanın paytaxtı Berlin şəhərində müasir incəsənət, fotoqrafiya və arxitektura muzeyi. == Tarixi == Berlin qalereyası hazırda Berlin şəhərindəki Yəhudi muzeyindən bir qədər aralı, Kroysberq rayonunda, Alte-Yakobştrass küçəsində yerləşir. 1975-ci ildə müasir Berlin rəssamlarının və heykəltəraşlarının əsərlərindən ibarət sərgiləri təşkil etmək məqsədilə qalereya yaradılmasını qarşılarına qoyan şura təsis edildi. İlk vaxtlar qalereya və onun işçi bürosu Berlin şəhərinin Şarlottenburq rayonunda yerləşirdi. Sərgilər Berlin İncəsənət Akademiyasında və ya Yeni Milli Qalereyada təşkil olunurdu. 1978-ci ildə Qalereya Berlin dəmiryol vağzalının yaxınlığındakı Zoologiya parkının fotoqrafiya muzeyinə köçürüldü. Qalereya 1986-cı ildən Martin Qropius evində yerləşdirildı və nəhayət, 2004-cü ilin sentyabr ayından Alte-Yakobştrass küçəsindəki indiki binaya köçürüldü. == Muzeyin kolleksiyası == Berlin qalereyasının ikimərtəbəli binasında muzeyin daimi eksponatları və müvəqqəti sərgiləri yerləşdirilmişdir, burada həmçinin konfrans zalı, arxiv, kitabxana, oxu zalı, böyüklər və kiçiklər üçün incəsənət məktəbi fəaliyyət göstərir. Qalereyanın ən yaşlı əsəri 1870-ci ilə aiddir.
Berlin teleqülləsi
Berlin televiziya qülləsi ( alm. Berliner Fernsehturm‎ Berliner Fernsehturm ), Alexanderplatz yaxınlığında Mitte metropoliten sahədə yerləşir. Bu 368 metrlik tikili Almaniyada ən yüksək , Avropada isə hündürlüyünə görə dördüncü yeri tutur. 1969-cu ildə televiziya qülləsi dünyada ən yüksək ikinci tikili idi.. Hər il bir milyondan çox ziyarətçi buraya gəlir, Berlin TV Qülləsi Almaniyada on ən məşhur turist ziyarətgahından biridir. == Tarixi == 1952-ci ildə Stokholmda keçirilən Avropa Yayım Konfransı zamanı və Avropa ərazisində televiziya və radio yayımlarının tezliklərini paylayan GDR, Avropa ölkələrinin əksəriyyətindən siyasi tanıma olmaması səbəbindən yalnız iki kanal icazə əldə edə bildi. Şərqdəki Berlin televiziya və radio yayım sistemi belə şəraitdə televiziya proqramlarının yayımında müdaxilə və fasilələrlə məşğul olan çoxsaylı kiçik stansiyaların işinə baza ola bilməzdi.Fasiləsiz kanalın istismarı üçün, mümkün olan ən yüksək hündürlükə çatan, yüksək performanslı, yüksək güclü ötürücü tələb olundu. 1950-ci illərdə Berlində Alman televiziyasının yalnız 6 çox zəif ötürücü stansiyaları fəaliyyət göstərmişdir. == Texniki məlumatlar == Anten ilə hündürlüyü: 368.03 m ( 1997 - ci ildə antenanın yenidən qurulması, hündürlüyü 365 m) Antenin uzunluğu: 118 m Anten diametri: 1,80 m Topun orta hündürlüyü: 212 m 203.78 m yüksəklikdə yoxlama mərtəbəsi Telekafe 207.53 m yüksəklikdə (saatda 3 dönüş, ilkin olaraq 1, sonra 2) Əsas diametri: 32 m Göz məsafəsindən diametri: 24 m Telekafe çapı: 29 m Ball diametri: 32 m Beton boru çəkisi: 26,000 ton Ball çəkisi: 4800 t Anten çəkisi: 245 ton Sürət sürəti: 6 m / s Dərinlik dərinliyi: 5 m Bazenin xarici diametri: 42 m İki sərnişin liftləri Texnik binalarda işləyən avadanlıq və personalın daşınması üçün lift Topun faydalı sahələri: 5 min kvadratmetr. m 216 m, 220 m və 224 m hündürlükdə ötürmə qurğuları televiziya kanalları və radio kanallarının yayımlanması üçün, eləcə də texnikalar üçün ofis zonasıdır Birinci mərtəbədə, 200 metr hündürlükdə bir kondisioner qurğu var, yanğın söndürmə sisteminin idarə edilməsini təşkil edən texniki səviyyə bir qədər yüksəkdir 188 m və 191 m yüksəklikdə xilasetmə sahələri Mast üzərində 150 televiziya və radio anten Yayım sahəsi - 20 min kvadratmetr.
Berlin zooparkı
Berlin zooparkı — Almaniyanın paytaxtı Berlində yerləşən zoopark. == Haqqında == Berlin zooparkı Almaniyanın ən qədim heyvanat parkıdır. 35 hektar ərazini əhatə edən park 1844-cü ildə açılmışdır. 1.500-dən çox növü, 20.000-dən çox heyvanı özündə saxlayır. Berlin zooparkı dünyanın ən çox növə sahib parklarından biridir. 2013-cü ildə heyvanat parkını 3 milyon nəfər ziyarət etmişdir və həmin il Avropada ən çox ziyarət edilən zoopark olmuşdur. Məşhur qütb ayısı Knut da burada anadan olmuşdur.
Berlin şəhəri
Berlin (alm. Berlin‎ [bɛɐ̯ˈliːn], ) — Almaniyanın paytaxtı və ən böyük şəhəridir. Berlin həm də Almaniyanın 16 federal əyalətindən biridir. Əhalisi təqribən 3400000 nəfər, ərazisi isə 891,85 km²-dir. Şəhərin şimalındandan cənubuna doğru olan məsafə 38 km-ə, şərqindən qərbinə qədər olan məsafə isə 45 km-ə bərabərdir. Öz tarixi dövründə Berlin bir neçə dəfə alman dövlətlərinin (Brandenburq kürfürstlüyü, Prussiya krallığı, Almaniya İmperiyası, Veymar Respublikası, Üçüncü reyx) paytaxtı olmuşdur. 1990-cı ildən, Almaniyanın birləşməsindən sonra Berlin AFR-in paytaxıdır. == Ümumi məlumat == Berlin Avropada ən mühüm siyasət, media, mədəniyyət və elm mərkəzidir. Metropol Avropada ən mühüm nəqliyyat düyümü sayılır və qitənin ən çox səyyah gələn şəhərdir. Burada yerləşən ali məktəblər, elmi idarələr, teatr və muzeylər beynəlxalq aləmdə tanınmışdılar.
Brits (Berlin)
Brits (alm. Britz‎) — Berlin şəhərinin Neyukölln dairəsində yerləşən şəhər. Britz şəhərinin ilk qeyd edilməsi 1237-ci illərə aiddir.
"Berlinin alınmasına görə" medalı
"Berlinin alınmasına görə" medalı — İkinci dünya müharibəsində qələbə mükafatı.. == Təsisi == Medal İkinci dünya müharibəsi zamanı Berlinin ələ keçirilməsi şərəfinə 9 iyun 1945-ci il tarixində SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılıb. == Təsviri == Dəyirmi, 32 mm diametrli, tunc medal. Arxasında döşə asılması üçün xüsusi sancaq yerləşdirilmişdir. Medalın üzərində "Berlinin alınmasına görə" sözləri, ən yuxarı hissəsində isə sovet ordusunun rəmzi olan 5 guşəli ulduz həkk edilmişdir.
1945 Berlin Qələbə Paradı
Berlin Qələbə Paradı — 7 sentyabr 1945-ci ildə İkinci Dünya müharibəsinin başa çatmasından qısa müddət sonra məğlubiyyətə uğramış nasist Almaniyasının paytaxtı Berlində antihitler koalisiyasının iştirakı ilə keçirilmiş parad. Paradda SSRİ, ABŞ, Birləşmiş Krallıq və Fransa iştirak edirdi. 1945-ci ilin iyununda təşkil edilmiş Moskva Qələbə Paradının ardından SSRİ bənzər paradın müttəfiq qoşunları ilə birlikdə keçirilməsini təklif edir. Hələ iyul ayında Berlində Britaniya parad keçirmişdi. Sentyabr paradı Reyxstaq binası və Brandenburq qapısı yaxınlığında baş tutur. Paradda yüksək rütbəli zabitlərdən SSRİ-dən Sovet İttifaqı Marşalı Georgi Jukov, ABŞ-dən General Corc Smit Patton, Birləşmiş Krallıqdan General Brayan Robertson və Fransadan General Mari-Pyer Köniq iştirak edirdi. General Dvayt Eyzenhaver və Feldmarşal Bernard Montqomeri parada az müddət qalmış dəvəti rədd etmiş və Patton və Robertsonu nümayəndə qismində göndərmişdilər. SSRİ, ABŞ, Birləşmiş Krallıq və Fransadan ümumilikdə 5,000 nəfərlik qoşun heyəti iştirak edirdi ki, onların təkcə 2,000 nəfəri Sovetləri təmsil edirdi. Şəxsi heyətin keçidi ilə başlanan parad zirehli texnikaların nümayişi ilə davam etdirildi. Hərbi heyətə SSRİ 248-ci Piyada Diviziyası, Fransanın 2-ci Piyada Diviziyası, İngilis 131-ci Piyada Briqadası və ABŞ-nin 82-ci Hava-desant Diviziyası daxil idi; mövcud qüvvələr ilk növbədə yerli qarnizonlardan gəlirdi.
Alen Berliner
Alen Berliner(fr. Alain Berliner, 21 fevral 1963, Brüssel[d]) — Belçika ssenaristi, rejissoru. == Həyatı == Alen Berliner 21 fevral 1963-cü ildə Brüsseldə anadan olub. Film həyatına rejissor assisenti kimi başlayıb. Alen Berliner 2010-cu ildə Onore de Balzak eyni adlı romanı əsasında Şaqren dərisi filmini çəkib.
Almaniya Berlin Ürək Mərkəzi
Almaniya Berlin Ürək Mərkəzi (alm. Deutsches Herzzentrum Berlin‎ və ya qısaca: DHZB) — qeyri-kommersiya fondu kimi təşkil edilmişdir. Berlinin tibb və tədqiqat mərkəzidir. Mərkəz ürək-damar xəstəliklərinin müalicəsi sahəsində və həmçinin ürək və ağciyər transplantasiyası üzrə ixtisaslaşmışdır. == Ümumi məlumat == Bu mərkəzin ilk təməl daşı 1983-cü ildə qoyulmuş və ilk əməliyyat 1986-cı ilin aprel ayında keçirilmişdir. Hal-hazırda DHZB-də 3000-ə yaxın açıq ürək əməliyyatı və 2 000-dən artıq digər ürək əməliyyatları olunur. Bundan əlavə 100-ə yaxın ürək və agciyər transplantasiyası və 500-dən çox anadangəlmə ürək çatışmazlığının aradan qaldırılması üzrə əməliyyat keçirilir. Hər il mərkəzdən 8000 stasionar və 16000 ambulator xəstə keçir. 1 yanvar 2011-ci ilin statistikasına görə mərkəzdə 1700-dən çox ürək transplantasiyası edilib, onlardan 174-ü uşaqlarda transplantasiya olunub, və həmçinin 1668 süni ürək implantasiyası aparılıb, onlardan 135-i uşaqlara implantasiya olunub. Almaniya Berlin Ürək Mərkəzi ictimai qeyri-kommersiya fond xarakterli Vətəndaş Hüquqları Qürumudur (alm.
Azad Berlin Universiteti
Azad Berlin Universiteti (alm. Freie Universität Berlin‎) — Almaniya Federativ Respublikasının Berlin şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin və Avropanın ən nüfuzlu tədqiqat universitetlərindən biridir. == Tarixi == Azad Berlin Universiteti 4 dekabr 1948-ci ildə ABŞ müttəfiqləri və Berlin siyasətçilərinin dəstəyi ilə bir qrup tələbə və alim tərəfindən Humboldt Universitetində tələbələrin təqib edilməsinə cavab olaraq yaradılmışdır. Universiteti yaradan tələbə və müəllimlər siyasi təsirdən uzaq olan ali məktəbdə oxumaq və tədqiqat aparmaq istəyirdilər. ABŞ tərəfindən edilən səxavətli yardım nəticəsində Azad Berlin Universitetinin bir neçə yeni bina kompleksi, eləcə də Bencamin Franklin Universitet Xəstəxanası, Henri Ford binası, Mərkəzi Mühazirə zalı tikilir. Həmin dövrdən etibarən universitetin şüarı "Həqiqət, ədalət və azadlıqǃ"dır. 1968, 1990, 2007-ci illər Azad Berlin Universitetinin tarixində dönüş mərhələləri kimi yadda qalır. 1960-cı ildə universitetdə birlik və demokratiya uğrunda tələbə nümayişləri baş qaldırır. 1990 və 2000-ci illərdə Almaniyanın birləşməsindən sonra Azad Berlin Universitetində köklü dəyişikliklər baş verir. Universitetin fəaliyyəti genişlənir, fundamental təhsil islahatları aparılır, idarəetmə sistemi müasirləşdirilir.
Emil Berliner
Emil Berliner (alm. Emil Berliner‎; 20 may 1851[…], Hannover – 3 avqust 1929[…], Vaşinqton) — Alman və amerikan ixtiraçısı, 29 sentyabr 1887-ci ildə qramofonun ilk patentini almışdır. == Həyatı == 1899-cu ildə Emil Berliner Peterburqda səsyazma studiyası açır. 1901-ci ildə "Emil Berliners Qrammofon" şirkəti əsasında "Qrammofon" adlı ingilis səhmdar cəmiyyəti yaranır. Gələn il "Qrammofon"un bölmələri Moskvada, Kiyevdə, Varşavada, Riqa və Tiflisdə açılır. Həmin il Riqada qramvallar buraxan fabrik tikilir. == İstinadlar == == Xarici keçidlər == [1] Звукозапись — самое начало… Arxivləşdirilib 2007-10-09 at the Wayback Machine — Архив журнала "Звукорежиссёр". 09.03.
Humboldt adına Berlin Universiteti
Berlin Humboldt Universiteti (alm. Humboldt-Universität zu Berlin‎, qısaca HU Berlin, lat. Alma Mater Berolinensis) — Berlinin dörd ən qədim universitetindən biri. 16 avqust 1809-cu ildə Vilhelm Humboldt tərəfindən təsis edilib. 1828-ci ildə Prussiya kralı III Fridrix Vilhelmin şərəfinə Fridrix Vilhelm Universiteti adlandırılıb. 1949-ci ildə Humboldt qardaşları şərəfinə adı dəyişdirilib. Universitetdə tədris 1810-cu ildə başlayıb. O zaman onun 256 tələbəsi var idi. Hal-hazırda 34 min 612 tələbəsi vardır. Avropanın ən nüfuzlu elmi mərkəzlərindən biridir.
Humbolt adına Berlin Universiteti
Berlin Humboldt Universiteti (alm. Humboldt-Universität zu Berlin‎, qısaca HU Berlin, lat. Alma Mater Berolinensis) — Berlinin dörd ən qədim universitetindən biri. 16 avqust 1809-cu ildə Vilhelm Humboldt tərəfindən təsis edilib. 1828-ci ildə Prussiya kralı III Fridrix Vilhelmin şərəfinə Fridrix Vilhelm Universiteti adlandırılıb. 1949-ci ildə Humboldt qardaşları şərəfinə adı dəyişdirilib. Universitetdə tədris 1810-cu ildə başlayıb. O zaman onun 256 tələbəsi var idi. Hal-hazırda 34 min 612 tələbəsi vardır. Avropanın ən nüfuzlu elmi mərkəzlərindən biridir.
Müqəddəs Nikolay kilsəsi (Berlin)
Müqəddəs Nikolay kilsəsi (alm. Nikolaikirche‎) — Almaniyanın paytaxtı Berlindəki ən qədim kilsədir. Kilsə Berlinin mərkəzi inzibati dairəsi olan Mittenin şərq tərəfində yerləşir. Kilsənin ətrafındakı bir tərəfi Şpree çayı ilə həmsərhəd olan yer, "Nikolay məhəlləsi' kimi tanınır. Bu ərazidə əsasən bərpa edilmiş Orta Əsr tikililəri və ya həmin tikililərin sonradan hazırlanmış oxşarları mövcuddur. Kilsə XIII əsrdə inşa edilmiş və "Aleksandrplats"da yerləşən Müqəddəs Məryəm Kilsəsi ilə birlikdə Berlinin ən qədim kilsəsidir. Katolik kilsəsi kimi tikilən Müqəddəs Nikolay kilsəsi 1539-cu ildə Brandenburq knyazlığında baş verən reformasiyadan sonra lüteran kilsəsinə çevrildi. XVII əsrdə dini nəğmələr bəstələyən Paul Gerhard kilsənin keşişi olduğu vaxt bəstəkar İohann Krüger kilsənin musiqi rəhbəri idi. 1691–1705-ci illər arasında kilsəyə lüteran ilahiyyatçı Filip Yakob Şpener başçılıq edib. 1913–1923-cü illər arasında kilsənin rəhbəri olmuş Vilhelm Vessel görkəmli nasistlərdən biri olan Horst Vesselin atası idi.
Nizami Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutu (Berlin)
Park Inn by Radisson Berlin Alexanderplatz
Park Inn by Radisson Berlin Alexanderplatz – Almaniyanın paytaxtı Berlində yerləşən göydələn. Bina Aleksanderplatsın şimal-şərqində yerləşir və 1970-ci ildə Şərqi Almaniya dövründə tikilib. 149,5 metr hündürlüyü və 41 mərtəbəsi ilə Almaniyanın ən hündür otel binasıdır.
Yeni muzey (Berlin)
Yeni muzey (alm. Neues Museum‎) — Almaniyanın paytaxtı Berlində yerləşən bir muzeydir. Qədim dövrün, əsasən Qədim Misir Mədəniyyətinin əsərləri sərgilənir. 1939-cu ildən bağlanan və bərpa işləri başa çatan muzey 2009-cu ilin oktyabrında istifadəyə verilib. 1843-cü ildə Berlində Qədim Misir sənət əsərlərinin və digər qədim əsərlərin sərgilənməsi üçün memar Fridrix Avqust Stülerə yeni bir muzeyin inşası tapşırıldı. Binanın inşası 1855-ci ildə başa çatdı. İkinci Dünya Müharibəsi zamanı hava bombardmanlarından zərərin qarşısını almaq üçün bağlanan muzey, müharibədən sonra Şərqi Almaniyanın sərhədləri daxilində qaldı. Şərqi Almaniyanın mövcud olduğu illərdə heç bir təmir işinin aparılmadığı muzeyin bərpası yalnız 1989-cu ildə Berlin divarı dağıldıqdan sonra gündəmə gəlməyə başladı. Bərpa işləri 2003-cü ildə Britaniyalı memar Devid Çipperfildin rəhbərliyi ilə başladı. Təxminən 233 milyon avroya başa gələn genişmiqyaslı bərpa işləri ilə, 2009-cu ilin oktyabrında sənət sevərlərin xidmətinə yenidən təqdim edildi.
Yunion Berlin FK
Union (Berlin) — Almaniyanın futbol klubu 1 dəfə Avropa kuboklarında iştirak edib.
İstiqlal (qəzet, Berlin)
İstiqlal — Azərbaycan dilində işıq üzü görən Azərbaycan siyasi mühacirlərin qəzeti. 1932-ci ilin 10 yanvardan 1934-cü ilin 15 avqustuna qədər nəşr edilən İstiqlal qəzetinin ümumilikdə 64 sayı işıq üzü görmüşdü. Baş redaktoru Məhəmməd Əmin Rəsulzadə idi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Vətəni tərk etməyə məcbur olan Azərbaycan siyasi mühacirlərinin 1932–34 illərdə Almaniyanın Berlin şəhərində Azərbaycan dilində nəşr etdirdiyi ictimai-siyasi qəzet. İlk nömrəsi 1932 il yanvarın 10-da buraxılmışdı. "İnsanlara hürriyyət! Millətlərə istiqlal!" şüarı ilə nəşr olunan qəzetin redaktoru Məhəmməd Əmin Rəsulzadə idi. Sovet hökumətinin dəfələrlə təkidli tələbləri nəticəsində Türkiyə Cümhuriyyəti hökuməti öz ərazisində fəaliyyət göstərən Azərbaycan siyasi mühacirətinə qəzet və jurnalların nəşrini qadağan etməyə məcbur olduğundan Azərbaycan mühacirətinin rəhbəri Məhəmməd Əmin Rəsulzadə bu məqsədlə fəaliyyət mərkəzini Almaniyaya-Berlinə köçürmüşdü. O, "İstiqlal" qəzetinin 1-ci nömrəsində dərc etdirdiyi "Qısılmayan bir səs" adlı baş məqaləsində bu münasibətlə yazırdı: "Türkiyə Cümhuriyyəti hökumətinin qərarı ilə İstanbulda nəşr edilən "Odlu yurd", "Azəri-Türk", "Yeni Türküstan" məcmuələri ilə "Bildiriş" qəzetəsi qapanmışdır". "İstiqlal" qəzetinin amalından və məramnaməsindən bəhs edən Məhəmməd Əmin Rəsulzadə yazırdı: ―İstiqlalın səhifələrində Azərbaycan Cümhuriyyətinin elanı, ölkənin 11-ci Qırmızı ordu tərəfindən işğalı, Bakının daşnak və ingilis qüvvələrindən azad edilməsi, ermənilərin türk-müsəlman xalqına qarşı törətdiyi soyqırımları və başqa tarixi hadisələrin ildönümü bayram və matəm günləri kimi geniş qeyd olunurdu.
Berlində Firdovsinin minillik yubileyi
Berlində Firdovsinin minillik yubileyi — 27 sentyabr 1934-cü ildə Berlində Almaniyanın Reyx Elm, Təhsil və Xalq Təhsili Nazirliyinin rəhbərliyi ilə həmin ilin əvvəlində İran hökuməti tərəfindən elan edilmiş Firdovsinin minillik yubileyi münasibətilə keçirilmiş tədbir. Berlindəki mərasim Almaniya Arxeologiya İnstitutunda keçirilmişdir. "Zeitschrift der Deutschen Morgenländischen Gesellschaft" 1934-cü il sayında bu mərasimlərin hesabatını dərc etmişdir.

Digər lüğətlərdə