Bezanson
Bezanson (fr. Besançon; klass. lat. Bysantium; orta-əsr lat. Vesuntio, Vesontio; alm. Bisanz) — Fransanın şərqində yerləşən şəhər, Du departamentinin və Franş-Konte regionun inzibati mərkəzi. Maşınqayırma, saat, tekstil və geyim sənayesi inkişaf etmişdir. 2013-ci ildə əhalinin sayı 116,952 nəfər təşkil edirdi.
== Tarixi ==
Antik dövrdə Vesontio adlandırılmış və Sekvanın qalli qəbiləsinin mərkəzi M.Ö. 58-ci ildə Yuliy Sezar tərəfindən götürülmüşdür.
18-ci əsrin sonunda İsveçrənin qaçqınları Bezanson saat sənayesinin əsaslarını qoydular.