Beşyarpaq qıfsәbәt
Klasea quinquefolia (lat. Klasea quinquefolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin klasea cinsinə aid bitki növü.
== Botaniki xarakteristikası ==
Hündürlüyü 50-120 sm, gövdəsi düz, şırımlı, yuxarı hissədə budaqlanmış, demək olar ki, çılpaq olan çoxillik ot bitkisidir. Yarpaqları saplaqlıdır, lələkvaribölünmüşdür, 2-4 ədəd yan ellipsşəkilli və ya enli-neştərvari, sivriuclu-mişarvari, sivri və yaxud qısa sivriləşmiş seqmentlərlə; təpə seqmenti iridir, yan tərəfdəki seqment isə yarpağın qaidə hissəsinə doğru kiçilmiş, demək olar ki, oturaqdır və ya qısa saplaqla oxa birləşəndir; yuxarı yarpaqları kəskin azalmışdır, bütövdür, forması enli lansetvaridən dar lanservariyə qədər dəyişir. Səbət yumurtaşəkillidir, yaşıl rəngdədir, eni 8-15 mm-dir. Çiçəkləri azsaylı, uzun düz saplaqda, qalxanvari süpürgə çiçək qrupunda toplanmışdır. Qın yarpaqcıqları kənarlardan ensiz-pərdəli və ağımtıl-tüklüdür. Çiçəkləri bənövşəyi rəngdədir. Toxumları uzunsov, zolaqlı, hamardır; kəkili çirkli-bənövşəyi rəngli yastı, demək olar ki, lələkvari cod tüklərdən ibarətdir, toxumdan azacıq uzundur. Avqust-sentyabr ayalrında çiçəkləyir, sentyabr-oktyabr aylarında meyvə verir.