BİNA

i. 1. building, construction, edifice, erection; 2. house, dwelling; 3. (özül) foundation, base; ~ qoymaq to found (d.), to lay the foundation (of); ~sı qoyulmaq to be* founded / erected

BİMÜRVƏTLİK
BİNADAN
OBASTAN VİKİ
Bayquşlu bina (Novoçerkassk)
Bayquşlu bina — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində bir mərtəbəli bina. Novoçekassk şəhəri Sovetski ilə Dubrovski küçələrinin birləşdiyi yerdə yerləşir. Poçt ünvanına gəldikdə isə Sovetski küçəsi ev 8 ünvanında yerləşir. Bina modern stilində inşa edilmişdir. XX əsrin əvvəllərində inşa edilmişdir. Bina Sovetski küçəsi ev 8 ünvanında 1910-cu ildə inşa edilmişdir. Onun sahibi ilk əvvəllər kredit cəmiyyətinin rəhbəri Q. Q. Krivsov olmuşdur. Sonradan isə sahiblik Cənubi Rusiya Texniki Universitetinin professoru M. M. Qrişinə (1891—1979) keçmişdir. Yaşayış binasının arxitektur stili V. İ. Kulişovun fikirinə görə «fin modernizmidir». Bu cür yanaşmanın əsas səbəbi onun onun fasadının müxtəlif materiallardan istifadə edilərək bəzədulməsidir.
Dairəvi bina (Taqanroq)
Dairəvi bina — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşın yaşayış binadı. Bina bürü SSRİ ərazisində ilk dairəvi bina olmuşdur. Binanın yerləşdiyi adresı: Aleksandrovskaya küçəsi, ev 107. Uzun illər ərzində binanın layihə müəllifi hasısa Boqoblyudov hesab edilirdi. 2000-ci illərdə binaya olan marağın artması ilə əlaqədar binatın layihə müəllifi axtarılmağa başlanılmışdır. Nəticədə bina layihəsinin müəllifi məşhur rodtovlu arxitektor Mixail Nikolsyeviç Kondratev olması müəyyənləşmişdir. Sonradan Artur Qeorqeviç Tokarevin apardığı araşdırmalar nəticədində binanın layihəsinin İvan Qeorqieviç Taranova mənsub olması müəyyən edilmişdir. Layihə hələ öz dövründə hazırlandıqdan sonra Sənaye və mülki tikililər jurnalında dərc edilərək müzakirə edilmişdir. Dairəvi binanın tikintisinə Taqanroqda 1929-cu ildə başlanıılmışdır. 1932-ci ildə isə tikinti işləri başa çatmışdır.
Bina
Bina — insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, istehsalat sahələrinin yerləşdirilməsi, maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti.
Avrasiya (bina)
Avrasiya binası (rus. Евразия) — Moskva Beynəlxalq Biznes Mərkəzində yerləşən, 309 metr hündürlüyündə olan bir gördələn. Avrasiya binasının layihəsi, 2002-ci ildə başlayıb və Moskva şəhərində ümumi sahəsi 208.3000 m² olan 71 mərtəbəli ofis-otel kompleksinin tikintisi nəzərdə tutulmuşdu. Göydələnin Qapalı Səhmdar Cəmiyyətinin Texivest şirkəti ərsəyə gətirmişdir. Bu kompaniya, MosCityGroup şirkətinin sahibi Pavel Fuks və Avrasiya binasının inşasında İPG-ni idarə edən qazaxıstanlı sahibkar Muxtar Ablyazov tərəfindən yaradılıb. 2008-ci ilin iyul ayında Texivest şirkəti adına Sberbankda 12,5 milyard rubl həcmində kredit xətti açıldı. 500 milyon beş il müddətinə verilir. 2009-cu ilin birinci yarısında Sberbank layihənin maliyyələşdirilməsini dayandırdı. Binada 1000 avtomobil üçün avtodayanacaq, ofislər üçün 85 000 m² sahə, mənzillər üçün isə 43 mərtəbə yer, ayrılmışdır. 1000 avtomobilə üçün isə müvafiq yer ayrılmışdır.
Bina nömrəsi
Bina nömrəsi — tikililərə verilən sıralanma qaydası. Bina nömrəsi — ünvan sisteminin tərkib hissəsi, binanın fərdiləşdirilməsi. Bina nömrəsi bir qayda olaraq sıra və ya digər bir qayda ilə binaya verilən saydır. Bir qayda olaraq sıra sayı küçənin başlanğıcından verilir. Bəzi ölkələrdə nömrəyə hərf də əlavə edilir. Avstraliyanın kənd yerlərində nömrələnmə küçə başlanğıcından metr ilə məsafəyə görə verilir. Məsələn, əgər ferma küçə başlanğıcından 1500 metr uzaqlıqdadırsa, onun nömrəsi 150 olur..
Gülləli bina
Gülləli bina - Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən qədim bina. Gülləli bina Taqanroq şəhəri Şmidt küçəsi, ev 19 ünvanında yerləşir. Binanın tikintisinə 1802-ci ildə başlanılmışdır. Tikinti işləri 1810-cu ildə bitmişdir. Bina İvan Andreyeviç Varvasinin hesabına inşa edilmişdir. Hazırda isə bina tamamən sökülmüşdür. Taqanroq şəhəri Şmidt küçəsi 19 ünvanında 1810-cu ildə İvan Andreyeviç Varvasinin vəsaiti hesbına inşa edilmişdir. Açıqcalarda bina gülləli bina olaraq keçərlidir. Belə ki, binanın fasadında çoxlu sayda gilizlər vardır. Şəhər fransiz-ingilis qüvvələri tərəfindən atəşə tutularkən qalın binanın divarlarına çoxlu sayda güllə dəymişdir.
Monolit (bina)
"Monolit" Azərbaycanın paytaxtında, Bakı şəhərində çoxmərtəbəli bir binadır. Binanın cənub fasadı İstiqlaliyyət küçəsinə (əvvəlki Kommunistiçeskaya), şimal — Əhməd Cavad küçəsinə (əvvəlki Əliheydar Qarayev), əsas şərqə — Azərbaycan prospektinə (keçmiş Hüsü Hacıyev küçəsi) baxır. 1940-cı ildə memar Konstantin Sençixin tərəfindən inşa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin əmrinə əsasən "Monolit" Azərbaycanda yerli əhəmiyyətli tarix və mədəniyyət memarlıq abidəsidir. Başlanğıcda binanın yerində şəhərin zibil yeri var idi [3]. 19-cu əsrin sonunda bu yerdə bir-birinə möhkəm sarılmış bir və iki mərtəbəli kiçik evlər meydana çıxdı [4]. İyirminci əsrin 30-cu illərinin əvvəllərində bu ərazidə böyük bir yaşayış binası tikilməsinə qərar alıdı. Bu baxımdan burada yerləşən xarab olan evlər sökülməyə başlandı. Sahədə kəşfiyyat işləri və geoloji tədqiqat aparılmağa başlandı. Planlaşdırılan tikinti yerində nəhəng monolitik bir qayanın çıxdığını aşkar edən çox sayda kəşfiyyat quyusu qazıldı.
Slovo (bina)
Slovo binası – Xarkovdakı Mədəniyyət küçəsi 9-da yerləşən yaşayış binası. Ötən əsrin 20-ci illərində Xarkovda müxtəlif peşə sahiblərinin nümayəndələri üçün kooperativ yaşayış evləri tikilməsi "bum"u başlamışdır. Həmin dövrdə tikilən bu tipli yaşayış evlərinə "Dərzi", "Həkim", "Qırmızı bankir" adlı binaları göstərmək olar. 1928-ci ildə isə ədəbiyyatşünaslar üçün "Slovo" adlanan yaşayış binası tikilmişdir. Mixail Daşkeviçin layihəsi əsasında tikilən bina modern və konstruktivizm üslubları arasında orta mövqe tutur. Plana əsasən bina simvolik olaraq kiril əlifbasının "C" hərfi (slavyan əlifbasında – "söz" kimi tərcümə edilən "slovo" sözünü bildirir) formasında tikilmişdir. Yalnız 1930-cu ildə binanın sakinləri buraya köçürülmüşdür. Yazıçıların binaya köçdükləri 4 ildən sonra artıq repressiya başlamışdır. Onun ilk "qaranquş"larından biri İvan Baqryanı olmuşdur. 1932-ci ildə həbs edilsə də, sonradan azad buraxılan ədəbiyyatşünas Stalin rejiminin iyrəncliklərinin ətraflı təsvirini özünün "Gefsiman bağı" romanında vermişdir.
Təkyə (bina)
Təkyə (əsli fars dilində تَکْیه təkyə sözündəndir; osman. تَكْیه tekye; türk. tekke; urdu تَکْیہ təkyə; ərəb. تَكِيَّة‎ takiyya) — təriqətçilərin, dərvişlərin ayin icra etdikləri yerdir. XVI əsrdə İranda Səfəvilərin əhalini şiələşdirməsindən sonra təkyələr hüseyniyyələr kimi istifadə edilmişlər.
Yaşıl bina
"Yaşıl bina" — Sumqayıt şəhəri İcra hakimiyyəti aparatının binası. Sumqayıtın memarlıq nümunələrindən və simvollarından biri. Bina 1958-ci ildə tikilib istifadəyə verilmişdir. Həmin vaxtdan burada Sumqayıt şəhər Partiya Komitəsi və şəhər xalq Deputatları Soveti İcraiyyə Komitəsi yerləşirdi. Binanın inşası başa çatdıqdan sonra 1950-ci illərin sonları, 1960-cı illərin əvvəllərində binaın birinci mərtəbəsi həmişə nəmli olardı. Bunu Xəzər dənizindən əsən duzlu şimal küləyi ilə bağlayırdılar. Sumqayıt şəhər icraiyyə komitəsinin sədri Kamal Axundovun dövründə bu problemi həll etmək məqsədilə binanın ön hissəsində perimetr boyu Tatarıstanın Kazan şəhərindən gətirilmiş xüsusi "daş sarmaşıqlar"ı – "plyuş" kolları əkilmiş, ümumi binanın fasadı tam yaşıl örtüklə – sarmaşıqla örtülərək binanın formasına uyğunlaşdırılmışdır. Uzun müddət yaşıl libasa bürünmüş şəhər İcra hakimiyyətinin inzibati binası Sumqayıtın gözəl memarlıq nümunəsi kimi hətta respublikadan kənarda da tanınan rəmzlərdən birinə çevrilmişdir. Şəhərə axışan turistlər və hörmətli qonaqlar bu binaya heyran qaldıqlarını bildirirdilər. Sumqayıtla vidalaşanda onun qarşısında yadigar olaraq həmişə şəkillərini çəkdirirdilər.
Zəncirli bina
Zəncirli ev — İçəri şəhərdə yerləşən abidə. Bina XIX əsrin sonlarında — XX əsrin əvvəllərində Rzayevlər ailəsi tərəfindən inşa edilmişdir. Bir müddət sonra Rzayevlər bu evi öz qohumları Nuru Əmiraslanova satırlar. 1910-cu ildə isə binanı milyonçu İsa bəy Hacınski alır və bu yerdə daha hündür bir bina tikdirməyi planlaşdırır. Lakin ərazidə yeraltı suların olması onu bu fikrindən daşındırır və 1920-ci ildə binanı satır. Həmin ildən tacir Hacı Məmmədhüseyn Məmmədova məxsus olan bu mülk 1928-ci ildə İçərişəhərin tanınmış tacirləri sayılan Məlikov qardaşları tərəfindən alınmışdır. 1930-cu ildə müsadirə edilərək dövlət istifadəsinə verilən bina həmin ildən N.Nərimanov adına tikiş fabriki kimi fəaliyyət göstərmişdir. Mülkün son sahibi Məlikov qardaşları olduğu üçün bina Məlikovların mülkü kimi tanınır. Sonradan binada Dəniz gəmiçiliyi İdarəsi yerləşdirilmişdir. Zəncirli bina memarlıq üslubuna və bədii estetik görünüşünə görə XX əsrin əvvəllərində İçəri şəhərdə inşa olunmuş memarlıq abidələri içərisində özünəməxsus yer tutur.
Çaxmaq-Bina
Çaxmaq-Bina — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Heç bir Azərbaycan saytında bu adla qeyd olunmadığından bu kəndin ad dəyişikliyinə məruz qaldığı və ya artıq mövcud olmadığı ehtimal edilir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
İtaliya (bina)
İtaliya (port. Edifício Itália) — Braziliyanın San-Paulu şəhərində yerləşən 46 mərtəbəli göydələn. 1965-ci ildə inşa edilmişdir. Braziliyada ikinci ən yüksək göydələndir. Memarı Frans Hipdir (Franz Heep). Binanın hündürlüyü 168 metr, daxili sahəsi 52 000 kvadrat metrdir.
Qülləli bina (Novoçerkassk)
Qülləli bina — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində yeləşən bir bina. Novoçekassk şəhəri Krasnı spusk küçəsi, ev 17 ünvanında yerləşir. Bina ampir stilində inşa edilmişdir. XIX əsrin ortalarında inşa edilmişdir. Arxitektur abidə 17 dekabr 1992-ci ildə Rostov vilayətinin məclisinin 325 saylı qərarı ilə regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. «Qülləli bina» özlüyündə bir villa olmuşdur. Bina Novoçerkassk şəhəri Krasnı spusk küçəsi, ev 17 ünvanında yerləşir. Üstəlik küçənin künçündə mövqe tutur. Təxmini olaraq XIX əsrin ortalarında inşa edilməsi ehtimal edilir. Bina ampir stilinə sahibdir.
Valyutalı bina (Novoçerkassk)
Valyutalı bina — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində bina. Bina XX əsrin sonlarında inşa edilmişdir. Bina Novoçekassk şəhəri Dubrovski küçəsi, ev 31A ünvanında yerləşir. Bina Modern stildə inşa edilmişdir. Bina Rusiya Federasiyasının regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Bina Novoçerkassk şəhərində XX əsrin sonlarında inşa edilmişdir. Bina Dubrovski küçəsi, ev 31A ünvanında yerləşir. Əvvəllər isə bina Novoçerkassk şəhəri Mariinskaya küçəsində yerləmirdi. Bina modern stilə sahibdir. Tikinti zamanı binanın fasadına daha çox diqqət ayrılması açıq-aydıq sezilir.
Azərbaycan Bəstəkarlar İttifaqının binası
Azərbaycan Bəstəkarlar İttifaqının binası, Dağ-mədən sənayesi işçilərinin mədəniyyət sarayı və ya Pionerlər evi ― XX əsrin əvvəllərində Xaqani küçəsində tikilmiş 3 mərtəbəli yaşayış binası. Eklektik üslubda olan bu binada müxtəlif vaxtlarda Azərbaycan Mədənçilər İttifaqı, Pionerlər evi, Türkiyə səfirliyi, 2008-ci ildən etibarən isə Azərbaycan Bəstəkarlar İttifaqı yerləşib. Azərbaycan Bəstəkarlar İttifaqının binası 1912-ci ildə Molokanskaya küçəsi 27 (indiki Xaqani küçəsi 55) ünvanında 3 mərtəbəli mülk kimi tikilib. 1922-ci ildən burada Dağ-mədən sənayesi işçilərinin mədəniyyət sarayı yerləşib. 1924-cü ildə heykəltaraş Stepan Erzyaya binanın fasadına yerləşdiriləcək heykəllərin düzəldilməsi üçün sifariş verildi. Fasaddakı heykəllər 3 horizontal üzrə yerləşdirilib. Heykəllərin yerləşdiyi ən alt səviyyəyə gücü və ağılı simvolizə edən iki dəmirçi heykəli, orta səviyyədə istehsalat prosesini simvolizə edən fəhlə və qazmaçı heykəli, ən üst səviyyədə isə xalqların proletar birliyini və gələcək uğrunda birlikdə mübarizəni simvolizə edən, bir borudan yapışmış azərbaycanlı və rus fəhlə təsvir edilib. Fəhlənin dəmirçinin və qazmaçının çarıq geyib araxçın taxması eləcə də bığlarının olması onların azərbaycanlı olduğunu bildirir. Mərmər və bürüncün çatışmadığına görə heykəllər sementdən və güclü turşu tərkibi ilə işlənmiş dəmir qalıqlarından tökülüb. Bu neftçi işçilərə həsr edilmiş ilk heykəllər idi.
Azərbaycan Cümhuriyyəti hökümətinin qanun və binagüzarlıq toplusu
Azərbaycan Cümhuriyyəti hökümətinin qanun və binagüzarlıq toplusu, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qanunvericilik və binagüzarlıq sənədlərinin dərc olunduğu toplu. "Məcmuə"ni nəşr etmək üçün Azərbaycan Hökumətinin 1919 il iyunun 25-də qəbul etdiyi qərarla "AzərbaycanCümhuriyyəti Hökumətinin xəbərləri" nəşriyyatı yanında xüsusi şöbə yaradılmışdı. Həmin şöbə "Metropol" mehmanxanasında (indiki Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi) yerləşdirilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə "Məcmuə"-nin Azərbaycan və rus dilləridə ayrı-ayrılıqda 4 nömrəsi nəşr olunmuşdur. "Məcmuə"nin ilk nömrəsi 1919 il noyabrın 15-də, son nömrəsi isə 1920 il yanvarın 1-də buraxılmışdır. Buraya Azərbaycan Milli Şurası və Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən 1918 il mayın 28-dən həmin ilin oktyabrın 31 -nə qədər qəbul olunmuş 298 qanunvericilik və binagüzarlıq sənədi daxil edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Cümhuriyyəti hökümətinin xəbərləri qəzeti Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Azərbaycan Cümhuriyyəti hökümətinin qanun və binagüzarlıq toplusu maddəsi.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin binası
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin binası — Gəncədə tarixi bina. “Cümhuriyyət evi”, “Cümhuriyyət binası” kimi tanınan bu binada 1918-ci il iyunun 16-dan sentyabrın 16-dək Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası və Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yerləşib. Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü XX əsrdə dövlətçilik tariximizin təməl daşlarının əsasının qoyulduğu böyük tarixi dövürdür. Bina 1897-ci ildə, Gəncənin memarlıq üslubuna uyğun olaraq kərpicdən tikilmişdir. Binada ilk illərdə Gəncə Şəhər Duması (Zemstvo idarəsi) yerləşmişdir. Binanın memarı Gəncənin ilk ixtisaslı memar-mühəndisi Abuzər bəy Rzayevdir. 1908-ci ildə Gəncə qubernatorunun iqamətgahı olub. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti, yəni I Xoyski və II Xoyski hökuməti bu binada fəaliyyət göstərib. 1920-ci il noyabrın 14-də Nəriman Nərimanovun təşəbbüsü ilə Bakı Politexnik Məktəbinin bazasında M.Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutu təsis edilib. 1929-cu il mayın 15-də institutun kənd təsərrüfatı fakültəsinin bazasında ayrıca təhsil müəssisəsi - Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılıb.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin binası
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin binası — Gəncədə tarixi bina. “Cümhuriyyət evi”, “Cümhuriyyət binası” kimi tanınan bu binada 1918-ci il iyunun 16-dan sentyabrın 16-dək Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası və Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yerləşib. Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü XX əsrdə dövlətçilik tariximizin təməl daşlarının əsasının qoyulduğu böyük tarixi dövürdür. Bina 1897-ci ildə, Gəncənin memarlıq üslubuna uyğun olaraq kərpicdən tikilmişdir. Binada ilk illərdə Gəncə Şəhər Duması (Zemstvo idarəsi) yerləşmişdir. Binanın memarı Gəncənin ilk ixtisaslı memar-mühəndisi Abuzər bəy Rzayevdir. 1908-ci ildə Gəncə qubernatorunun iqamətgahı olub. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti, yəni I Xoyski və II Xoyski hökuməti bu binada fəaliyyət göstərib. 1920-ci il noyabrın 14-də Nəriman Nərimanovun təşəbbüsü ilə Bakı Politexnik Məktəbinin bazasında M.Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutu təsis edilib. 1929-cu il mayın 15-də institutun kənd təsərrüfatı fakültəsinin bazasında ayrıca təhsil müəssisəsi - Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılıb.
Bakı Sovetinin binası
Bakı Şəhər İcra Hakimiyyətinin binası — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində, İstiqlaliyyət küçəsi, 4 ünvanında yerləşən inzibati bina. Bina 1900–1904-cü illərdə memar İosif Qoslavskinin layihəsi əsasında barokko stilində inşa edilmişdir. Bina memar Qoslavskinin son əsəridir. 1904-cü ildə Qoslavskinin ölümündən sonra layihənin tamamlanması işinə əvvəlcə Kazimir Skureviç, daha sonra isə İosif Ploşko rəhbərlik etmişdir. Bakı şəhər Dumasının sifarişi ilə inşa edilmiş bina hazırda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən istifadə edilir. Həmçinin bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. 1864-cü ildə şəhər idarəsi qaydalarının hazırlanmasından sonra, 1866-cı ilin martına kimi həmin qaydalar təkmilləşdirildi. Bundan sonra qanun baxılması üçün Dövlət Dumasına təqdim edildi. 16 iyul 1870-ci ildə Şəhər Nizamnaməsi qəbul edildi. Yeni qanunun Azərbaycanda tətbiq edilməsi "yerli xüsusiyyətlər"in nəzərə alınması üçün yubadıldı.
Bakı Texniki Peşə Məktəbinin binası
Bakı texniki peşə məktəbinin binası — 1898-1900-cü illərdə İosif Qoslavskinin layihəsi əsasında keçmiş Stanislavski 20 indiki Azadlıq küçəsi 20 ünvanında Bakı orta texniki peşə məktəbi üçün tikilmiş bina. Hazırda binada Azərbaycan Dövlət Neft və Sənaye Universiteti yerləşir. Bakıda neft bumunun baş verməsi tikintidə və sənayedə ixtisaslı kadrlara ehtiyac yaratdı. Məhz buna görə də 26 iyun 1896-cı ildə "Aleksandrov peşə məktəbi", "Bakı aşağı mexaniki-kimyəvi, texniki peşə məktəbi"-nə çevrildi. 1901-ci ildə isə bu məktəb "Aşağı mexaniki-tikinti və texniki məktəbi" statusunu alır. 1896-1905-ci illər arası mexaniki bölmə üzrə 50, tikinti bölməsi üzrə isə 55 nəfər məzun olur. 1896-cı ildə Bakı şəhər duması dəmir yoluna yaxın ərazidə peşə məktəbi üçün yeni binanın tikintisinə ərazi ayırmaq barədə qərar verir. Bu ərazi Stanislavskiy (indiki Azadlıq küçəsi) və Suraxanskiy (indiki Dilarə Əliyeva küçəsi) küçələrinin kəsişməsində yerləşirdi. Binanın layihəsi polşalı memar İosif Qoslavskiyə məxsus idi. Layihənin müzakirəsi zamanı mühəndis texnoloq Fərrux bəy Vəzirov qeyd etmişdir ki, layihə "çox geniş tərtib olunubdur, misal üçün, laboratoriyanın layihəsi o qədər böyükdür ki, hətta beləsi nə Peterburq Universitetində, nə də Texnoloji və Mədən İnstitutlarında yoxdur".
Bakı real məktəbinin binası
Bakı real məktəbinin binası — 1901-1904-cü illərdə mülki mühəndis Dmitri Buynovun layihəsi ilə Bakı real məktəbi üçün tikilmiş bina. Hazırda binada Azərbaycan Dövlət İqtisad Universiteti fəaliyyət göstərir. Bina 1901-1904-cü illərdə mülki mühəndis Dmitri Buynovun layihəsi əsasında Bakı real məktəbinin binası kimi inşa edilmişdir. Memar binanın ilkin layihəsini 1892-ci ildə təşkil etmiş, lakin, həm layihədə həm də smetada əhəmiyyətli dərəcədə çatışmazlıqların və nöqsanların olması səbəbindən qəbul edilməmişdir.1900-cü ilin əvvəllərində Buynovun dəyişikliklər edərək İtalya İntibah memarlığı stilində işlədiyi layihə təsdiq edilmişdir. Bina, qırmızı xəttə boyunca lüçənin rəvan xəttinə daxil edilmişdir və yan qanadlarının bucaq altında yerləşmiş olduğu mərkəzi hissənin əzəmətliyi ilə xüsusi olaraq nəzərə çarpdırılmışdır. Fasadın klassik quruluşu birinci mərtəbənin çox əsaslı şəkkildə yonulmamış daş hörgüsü ilə açıq-aydın ifadə olunmuş kürsülük və Korinf pilyastrları və çox çıxarılmış pərvazla möhkəmləndirilmiş iri tağ yerləri ilə birgə tamamlayıcı yuxarı mərtəbə magistralın memarlıq-planlaşdırılma quruluşunda binanın əhəmiyyətini müəyyən etmişdir. Fasadın gözəl plastikası, işlənmə mədəniyyəti və detalların aydın çəkilməsinə münasibət məktəb binasının bütün kompozisiyasında aşkar edilmişdir. Yüksək relyefdə daşdan düzəldilmiş, yan qanadların yuxarı künclərində klassik memarlıq motivinin kompozisiyasının dekorativ-ornamental inkişafı binanın memarlığına diqqət cəlb edir.
Bakı Şəhər Dumasının binası
Bakı Şəhər İcra Hakimiyyətinin binası — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində, İstiqlaliyyət küçəsi, 4 ünvanında yerləşən inzibati bina. Bina 1900–1904-cü illərdə memar İosif Qoslavskinin layihəsi əsasında barokko stilində inşa edilmişdir. Bina memar Qoslavskinin son əsəridir. 1904-cü ildə Qoslavskinin ölümündən sonra layihənin tamamlanması işinə əvvəlcə Kazimir Skureviç, daha sonra isə İosif Ploşko rəhbərlik etmişdir. Bakı şəhər Dumasının sifarişi ilə inşa edilmiş bina hazırda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən istifadə edilir. Həmçinin bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. 1864-cü ildə şəhər idarəsi qaydalarının hazırlanmasından sonra, 1866-cı ilin martına kimi həmin qaydalar təkmilləşdirildi. Bundan sonra qanun baxılması üçün Dövlət Dumasına təqdim edildi. 16 iyul 1870-ci ildə Şəhər Nizamnaməsi qəbul edildi. Yeni qanunun Azərbaycanda tətbiq edilməsi "yerli xüsusiyyətlər"in nəzərə alınması üçün yubadıldı.
Bakı Şəhər İcra Hakimiyyətinin binası
Bakı Şəhər İcra Hakimiyyətinin binası — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində, İstiqlaliyyət küçəsi, 4 ünvanında yerləşən inzibati bina. Bina 1900–1904-cü illərdə memar İosif Qoslavskinin layihəsi əsasında barokko stilində inşa edilmişdir. Bina memar Qoslavskinin son əsəridir. 1904-cü ildə Qoslavskinin ölümündən sonra layihənin tamamlanması işinə əvvəlcə Kazimir Skureviç, daha sonra isə İosif Ploşko rəhbərlik etmişdir. Bakı şəhər Dumasının sifarişi ilə inşa edilmiş bina hazırda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən istifadə edilir. Həmçinin bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. 1864-cü ildə şəhər idarəsi qaydalarının hazırlanmasından sonra, 1866-cı ilin martına kimi həmin qaydalar təkmilləşdirildi. Bundan sonra qanun baxılması üçün Dövlət Dumasına təqdim edildi. 16 iyul 1870-ci ildə Şəhər Nizamnaməsi qəbul edildi. Yeni qanunun Azərbaycanda tətbiq edilməsi "yerli xüsusiyyətlər"in nəzərə alınması üçün yubadıldı.
Bakı şəhər telefon qovşağının binası
Bakı şəhər telefon qovşağının binası — Bakıda Üzeyir Hacıbəyov küçəsi, 48 ünvanında, 1912-ci ildə inşa edilmiş üç mərtəbəli inzibati bina. Binanın memarı Nikolay Marçenkodur. Bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Bina 1912-ci ildə Nikolay Marçenko tərəfindən modern üslubda tikilib. Binanın yerləşdiyi küçə 1923-cü ilə qədər Birjevaya adlanıb. Sovet işğalından sonra isə küçəyə "Sülh" adı verilib. 1949-cu ildən etibarən küçə Üzeyir Hacıbəyovun adını daşıyır. Sovet İttifaqının dövründə binanın dam örütüyü, damındakı saat və balkonları götürülüb. Müstəqillikdən sonra isə 2 avqust 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Bir müddət Bakı şəhər telefon qovşağının binası kimi fəaliyyət göstərib.
Bakının ən yüksək binalarının siyahısı
Bank of Georgia baş ofis binası
Bank of Georgia baş ofis binası (gürc. ოფიცერთა სახლი) və ya Gürcüstan SSR-in avtomobil yolları nazirliyinin binası (gürc. საქართველოს საავტომობილო გზების სამინისტროს შენობა) – 1975-ci ildə Tbilisi şəhərində memar Georgi Çaxava və Zurab Calaqxaninin layihəsi əsasında inşa edilmiş memarlıq abidəsidir. Hazırda bina Bank of Georgiaya məxsusdur və inzibati bina kimi istifadə edilir. Binanın layihələndirilməsi zamanı Georgi Çaxava yol tikintisi naziri olduğuna görə, həm sifarişçi, həm də sifarişi yerinə yetirən tərəf kimi çıxış edirdi. Binanın inşası üçün yeri də memar özü seçmişdi. Sifariş, müsabiqə keçirilmədən birbaşa dövlət sifarişi ilə həyata keçirilmişdir. Bütün SSRİ dövründə, bina, Gürcüstan ərazisində individual layihələndirilmiş azsaylı binalardan biri olaraq qalmışdır. Layihənin hazırlanmasında memarlar G. Çaxava və Z. Calaqxani, mühəndislər T. Txilava və A. Kimberq iştirak etmişlər. İnaşaat xərcləri 6 milyon rubla bərabər olmuşdur..
Baqdasarovların binası
Baqdasarovların binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina mədəni və tarixi bina olaraq yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bina XIX əsrin sonları inşa edilmişdir. Bina Turqenevski xiyabanı ev 7 ünvanında yerləşir.. Baqdasarov qardaşlarının vəsaiti hesabına inşa edilmişdir. XIX əsrdə inşa edilmişdir. Taqanroq şəhəri Turqenevski xiyabanı ev 7 ünvanında yerləşir. Binanın yerləşdiyi ərazidə vaxtı ilə arxitektur tikili olmuşdur. Bu tikilinin qiyməti 1000 rubl olaraq qiymətləndirilirdi. Bu tikili tacir Sofi Luçkaya məxsus olmuşdur. Sonradan tikili dağıdılmışdır.
Bağçasarayev binası
Q. X. Bağçasarayevin gəlirli binası - Rostov-na-Donu şəhərinin ərazisində, Sosioliçeski küçəsi, Budenovski prospektində ev 26/57 ünvanında yerləşən bina. Bina XX əsrin əvvəllərində inşa edilmişdir. Onun sahibi Qriqori Kristoforoviç Bağçasarayev olmuşdur. O şəhər dumasının üzvü olmuşdur. Şəhər sakinləri onun bağ həvəskarı olmasını bilirdi. Ancaq bürün rəsmi sənədlərdə binanınsahibi Krikor Xristoforoviç Bağçasayev göstərilir. Qriqori Kristofiroviç Bağçasarayev Rostovda ilk ağacəkmə bayramı kompaniyyası üzrə sovetin əsas ütəşkilatçılarından biri olmuşdur. Bağçasarayev binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Gəlirli ev XX əsrin əvvəllərində modern stilində inşa edilmişdir. Binanın quruluşu XIX əsrin sonları və XX əsrin əvvəllərində inşa edilən tikililərin quruluşuna bənzərdir.
Betulinskinin binası (Taqanroq)
Betulinskinin binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən iki mərtəbəli bina. Binanın mövcud olan eyvanın üzərində onun ünvanı yazılmışdır. Bins Lermontov xiyabanı, ev 11 ünvanında yerləşir. Bina XIX əsrin ikinci yarısında inşa edilmişdir. Bibanın sahibi və inşa etdirəni Qriqor Yefimoviç Betulinski olmuşdur. İki mərtəbədən ibarət olan Lermontov xiyabanı, ev 11 ünvanında yerləşın bina XIX əsrin ikinci yarısında inşa edilmişdir. Onun tikintisinə 1872-ci ildə başlanmışdır. Binanın Qriqor Yefimoviç Betulinski vəsaiti hesabına inşa edilmişdir. O, qubernatorun müavini olmuşdur. Oda məlumdur onun həyat yoldaşı Mariya Konstantinova olmuşdur.
Binəqədi rayonunda yaşayış binasında yanğın (2015)
Binəqədi rayonunda yaşayış binasında yanğın — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin Binəqədi rayonunda Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında 2015-ci ilin 19 may tarixində səhər saatlarında (10:30) baş vermiş yanğın hadisəsi. İlkin məlumatlara əsasən hadisə nəticəsində 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb. Yanğının başlamasına ilkin versiya kimi binanın üzərinə çəkilmiş poliuretan üzlüklər göstərilir. Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb. Cinayət məcəlləsinin 3 maddəsi əsas götürülüb. Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə və ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanıb. Yanğın zamanı həlak olan şəxslərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi üzrə işlər aparılır. Hadisədən sonra prezident tərəfindən baş verən yanğın faktı ilə bağlı Dövlət Komissiyası yaradılıb. 20 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hadisə yerini ziyarət edib. Hadisə 2015-ci ilin 19 mayında Bakı vaxtı ilə saat 10:30 da baş verib.
Dairə məhkəməsinin binası (Taqanroq)
Dairə məhkəməsinin binası — Taqanroqun mərkəzində tarixi qədim bina. Taqanroqun arxitektura abidələri siyahısına daxildir. Hal-hazırda binada Taqanroq metallurgiya kolleci yerləşir. Dairə məhkəməsinin binası Dobrolyubovski xiyabanının küncündə (9-11) və Petrovskaya küçəsində yerləşir. Bina XIX əsrin ikinci yarısına xas arxitekturada inşa edilmişdir. 1860-cı illərdə gələcəkdə şəhər rəhbərliyində mühüm vəzifələrdən birini tutan, tacir N. T. Curiç öz imkanları hesabına Taqanroqun Petroskaya küçəsində bina tikməyi qərara alır. Bir müddət sonra o tikintiyə marağı itirir. Bina yarımtikili olaraq Dairə məhkəməsinə satılır. Bu bina taqanroqda ilk üç mərtəbəli bina olmuşdur. Dairə məhkəməsi bu binada 30 aprel 1869 ildə açılmışdır.
Dallaporte binası (Taqanroq)
Dallaporte binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitekur bina. Bina Taqanroq şəhəri İtalyanski xiyabanı ev 9 ünvanında yerləşir. İki mərtəbədən ibarət, Taqanroq şəhəri İtalyanski xiyabanı ev 9 ünvanında yerləşən bina ХIХ əsrin ikinci yarısında inşa edilmişdir. Bina Don qoşunlarının mayoru A. İ. Yeqorovun vəsaiti hesabına tikilmişdir. Bina sonradan I gildiya taciri İvan Pavloviç Dalaportenin həyat yoldaşı Yekaterina Yeqorovnanın xahişi ilə binanaya mətbəx əlavə edilir və ikinci mərtəbə artırılmışdır. Dallapoetenin ailəsində 1834-cü ildə oğul övladı doğulmuşdur. Oğlunun adı Panaqi idi. İvan Pavloviç Dallaporte 70 yaşında ikən 1870-ci ildə həyatını itirmişdir. ХХ əsrin əvvəllərində Dallaportenin vərəsələri bu iki mərtəbəli binanı Taqanroq şəhərinin fəxri sakini Minaya Yeqoroviç Sinodi-Popova və Konstantin Nikolayeviçin həyat yoldaşı Yelena Semenovna Averino tərəfindən satın alınmışdır. 1921-ci ildə Yelena Semenovna 78 yaşında infaktdan vəfat etmişdir.
Dallasda ən yüksək binaların siyahısı
Dallasda ən yüksək binaların siyahısı - ABŞ-nin Texas ştatında Dallasda hündürlüyünə görə sıralanmış hündür olan binalarını ehtiva edir.
Demina-Koçani binası (Taqanroq)
Demina-Koçani binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Taqanroq şəhəri Qreçeskaya küçəsi ev 47 ünvanında yerləşən bina. Bina XIX əsrin 60-cı illərində inşa edilmişdir. Binanın hazır ki, vəziyyəti idealdır. Bina regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Binanı adı onun iki məşhur bina sahiblərinin soy adı ilə əlaqədardır: Marqarita Koçani və Aleksandra Demina. İki mətəbədən ibarət olan bina Rostov vilayəti Taqanroq şəhəri Qreceskaya küçəsi ev 47 ünvanında yerləşir. Bina XIX əsrin 60-cı illərərində inşa edilmişdir. Bina kərpiç stilinə malikdir. Binanın ilk sahibi Marqarita Kaçioni olmuşdur.
Dismophyla binata
Drosera binata (lat. Drosera binata) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Dövlət bankının binası (Rostov-na-Donu)
Dövlət bankının binası — Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sokolov prospekti, ev 22a ünvanında yerləşən bina. Bina Marian Marianoviç Peretyatkoviçin layihəsi əsaaında 1913–15-ci illər ərzində inşa edilmişdir. İlk əvvəllər binada Rusiya imperiyasının dövlət bankı yerləşir. Hazırda isə binada Sentrbankın filialı yerləşir. Bina neoklassizm stilində inşa edilmişdir. Dövlət bankının binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. XX əsrin əvvəllərində Dövlət bankının binaası Bolşoy Sadovnaya küçəsi, Srednı prospektində yerləşirdi. Bir müddət banka artıq bu bina dar gəlirdi. Bu səbəbdən onlar bina kirayələməyə məcbur qalmışdılar. Bundan sonra bank məsulları yeni binanın inşasını qərara alır.
Dünyanın ən hündür binalarının siyahısı
Ən hündür binaların siyahısına hündürlüyü 300 metr və daha artıq olan göydələnlər daxil edilmişdir. Bu alt siyahıya tikintisi başa çatmış və hal-hazırda tikilməkdə olan, ancaq maksimal hündürlüyünə çatmış binalar daxil ediliblər. Bina sözünün altında insanların yaşayışı üçün və/yaxud fəaliyyəti üçün nəzərdə tutulmuş yerüstü tikililər başa düşülür. Digər məqsədlər üçün nəzərdə tutulmuş tikililər (məsələn: televiziya qüllələri, tüstü turbaları və d.) hesaba alınmır.
İnzibati bina (Üzeyir Hacıbəyov küçəsi, 24)
Bakı şəhər telefon qovşağının binası — Bakıda Üzeyir Hacıbəyov küçəsi, 48 ünvanında, 1912-ci ildə inşa edilmiş üç mərtəbəli inzibati bina. Binanın memarı Nikolay Marçenkodur. Bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Bina 1912-ci ildə Nikolay Marçenko tərəfindən modern üslubda tikilib. Binanın yerləşdiyi küçə 1923-cü ilə qədər Birjevaya adlanıb. Sovet işğalından sonra isə küçəyə "Sülh" adı verilib. 1949-cu ildən etibarən küçə Üzeyir Hacıbəyovun adını daşıyır. Sovet İttifaqının dövründə binanın dam örütüyü, damındakı saat və balkonları götürülüb. Müstəqillikdən sonra isə 2 avqust 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Bir müddət Bakı şəhər telefon qovşağının binası kimi fəaliyyət göstərib.
İnzibati bina (Üzeyir Hacıbəyov küçəsi, 48)
Bakı şəhər telefon qovşağının binası — Bakıda Üzeyir Hacıbəyov küçəsi, 48 ünvanında, 1912-ci ildə inşa edilmiş üç mərtəbəli inzibati bina. Binanın memarı Nikolay Marçenkodur. Bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Bina 1912-ci ildə Nikolay Marçenko tərəfindən modern üslubda tikilib. Binanın yerləşdiyi küçə 1923-cü ilə qədər Birjevaya adlanıb. Sovet işğalından sonra isə küçəyə "Sülh" adı verilib. 1949-cu ildən etibarən küçə Üzeyir Hacıbəyovun adını daşıyır. Sovet İttifaqının dövründə binanın dam örütüyü, damındakı saat və balkonları götürülüb. Müstəqillikdən sonra isə 2 avqust 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Bir müddət Bakı şəhər telefon qovşağının binası kimi fəaliyyət göstərib.
İ. P. Pavlovun 1881 və 1887-ci illərdə yaşadığı bina
İ. P. Pavlovun 1881 və 1887-ci illərdə yaşadığı bina - Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnaya küçəsi, ev 97 ünvanında yerləşən bina. Bina o baxımdan əhəmiyyətlidir ki, binada iki dəfə görkəmli rus alim-fizioloqu, İvan Petroviç Pavlov qalmışdır. Bina Rusiyanın Federal əhəmiyyətli mədəni irs siyahına daxil edilmişdir. Bolşoy Sadovnaya küçəsində yerləşən bina XIX əsrin üçüncü yarısında inşa edilmişdie. Bina Yevstinqney Nikiforoviç Xmelnisə məxsus idi. O, şəhərin rəhbəri olmuşdur. Onun arvadının kiçik bacısı Serafima Vasilevna Karçevskaya İvan Petroviç Pavlovun gələcək həuat yoldaşı olmuşdur. 1881-ci ilin yazında Pavlov Karçevskaya evlənmək məqsədilə Rostov şəhərinə gəlmişdir. Bu zaman o, Xmelnislərin evində qalmışdır. 25 may 1881-ci ildə toy baş tutur.

Значение слова в других словарях