İnzibati bina (Üzeyir Hacıbəyov küçəsi, 24)

Bakı şəhər telefon qovşağının binası — Bakıda Üzeyir Hacıbəyov küçəsi, 48 ünvanında, 1912-ci ildə inşa edilmiş üç mərtəbəli inzibati bina. Binanın memarı Nikolay Marçenkodur.[1] Bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[2]

Bakı şəhər telefon qovşağının binası
Binanın XX əsrin əvvəllərində çəkilmiş şəkli
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir Üzeyir Hacıbəyov küçəsi (Bakı), 48
Memar Nikolay Marçenko
Tikilmə tarixi 1912
İstinad nöm.3435
KateqoriyaBina
İnzibati bina (Bakı)
İnzibati bina

Bina 1912-ci ildə Nikolay Marçenko tərəfindən modern üslubda tikilib.[1][3] Binanın yerləşdiyi küçə 1923-cü ilə qədər Birjevaya adlanıb. Sovet işğalından sonra isə küçəyə "Sülh" adı verilib. 1949-cu ildən etibarən küçə Üzeyir Hacıbəyovun adını daşıyır.[4] Sovet İttifaqının dövründə binanın dam örütüyü, damındakı saat və balkonları götürülüb. Müstəqillikdən sonra isə 2 avqust 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Bir müddət Bakı şəhər telefon qovşağının binası kimi fəaliyyət göstərib.[2]

  1. 1 2 Şamil Fətullayev. Bakının memarlıq ensiklopediyası (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. səh. 204. ISBN 978-9952-32-020-6.
  2. 1 2 "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2 avqust 2001. 7 iyul 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 mart 2022.
  3. "Архитекторы Азербайджана 19 и начала 20-го века" (rus). ourbaku.com. 28 aprel 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2022.
  4. "Улицы Баку - старые и новые названия / Bakı küçələri - köhnə və yeni adları" (rus). ourbaku.com. 14 avqust 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2022.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]