Bioenerji
Bioenerji — biokütlədən və ya bioyanacaqdan əldə edilən enerji. Biokütlə dedikdə günəş enerjsini toplayan və onu kimyəvi enerji şəklində özündə saxlayan hər hansı bir üzvi maddə başa düşülür.
Bioenerji həm bərk bioyanacaqlardan (taxta yonqarından, ağac qabığından, samandan və s.), həm də bioqazdan və müxtəlif mənşəli maye bioyanacaqlardan hasil edilir. Bioenerjidən çox qədim zamanlardan istifadə olunur. Müxtəlif növ bioloji kütlənin köməyi ilə alınan qazlara bioqaz deyilir. Ağacların yaşıl yarpaqları günəş şualarının fotosintezinin köməyi ilə yaşıl kütlə xlorofil istehsal olunur.
Fotosintez nəticəsində sadə kimyəvi maddələr karbon qazı və suya çevrilir və oksigen ayrılır. Fotosintez–bioloji prosesin enerji əsasıdır. Fotosintez prosesinə əsaslanan günəş enerjisi milyon illərə tədarük oluna bilər. Dünya miqyasında ümumi dünya enerjisinin 15 %–i istifadə olunur.