biryuvalı
bisahib 2021
OBASTAN VİKİ
Non bis in idem
Non bis in idem (lat. Eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz) — bu prinsipin mənasına görə əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş şəxsin həmin cinayətə görə təkrarən məhkum edilməsi qadağan edilir. Prinsip Roma mülki hüququnda formalaşmışdır. Lakin mahiyyət etibarilə ümumi hüquqda formalaşmış double jeopardy (autrefois acquit) konsepsiyası ilə eyniyyət təşkil edir. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt double jeopardy vəziyyətindən azad olmaq hüququna təminat verir, lakin bu, iki dövlət tərəfindən həyata keçirilən təqiblərə şamil edilmir (əgər müvafiq ekstradisiya müqaviləsi bunu qadağan etmirsə). Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu non bis in idem prinsipinin fərqli formasını təsbit edir. Beynəlxalq Cinayət Məhkəməsini (BCM) yaradan Roma Statutu müəyyən edir ki, non bis in idem prinsipinin, xüsusilə də Avropa dövlətüstü hüququ ilə müqayisədə xüsusi mənası var. BCM-nin yurisdiksiyası milli qanunvericiliyi tamamlayır və Roma Statutunun 20-ci maddəsi müəyyən edir ki, prinsip ümumi mənada qalsa belə, əgər dövlətüstü məhkəmənin yurisdiksiyasının mövcudluğu kifayət etməzsə, nəzərə alına bilməz. YBCT Nizamnaməsinin 10-cu maddəsi və RBCT Nizamnaməsinin 9-cu maddəsinə görə müvafiq prinsip əsasən ad hoc tribunalının hökmlərinin yerli məhkəmələrdən "daha güclü" olduğunu aydınlaşdırmaq üçün tətbiq edilə bilər. Başqa sözlə, əgər beynəlxalq məhkəmələr eyni cinayətlərə görə artıq cəza müəyyən etmişdirsə, milli məhkəmələr beynəlxalq məhkəmənin yurisdiksiyasında olan cinayətlər üzrə cavabdehlərə qarşı tədbir görə bilməz.
Bisau
Bisau (port. Bissau) — Qvineya-Bisaunun paytaxtı və əsas sənaye mərkəzi. Əhalisi 2007-ci ilin hesablamalarına görə 407 424 nəfərdir. Atlantik okeanı sahilində liman şəhəridir. Şəhərin əsası 1687-ci ildə portuqallar tərəfindən qul ticarəti mərkəzi kimi qoyulmuşdur. 1942-1973-cü illərdə Portuqal Qvineyasının paytaxtı olmuşdur.
Bisavad Teymur
Bisavad Teymur və ya Aşıq Teymur Əhmədov (1903, Tap Qaraqoyunlu, Goranboy rayonu – 1981) — el şairi Teymur Əsgər oğlu Əhmədov 1903-cü ildə Cavanşir qəzasının Tap Qaraqoyunlu (indiki Goranboy rayonu) anadan olmuşdur. Savadsızlığından dolayı "Bisavad" təxəllüsü daşıyırdı. Zəngin yaradıcılıq yolu keşmişdir. Şeirlərinin əlyazması ailəsində saxlanılır. Aşıq şeirinin müxtəlif formalarında bir-birindən maraqlı nümunələr yaratmışdır. Çap olunan şeirləri onun kifayət qədər güclü istedada ma lik olmasından xəbər verir. Klassik ədəbiyyatın mükəmməl bilicilə rindən olan sənətkar xalq şeiri üslubunda yazmağa üstünlük vermişdir. Teymurun kiçik yaşlarından atası ölmüş, anasının himayəsində yaşamışdır. El şairinin oğlu Mirzə Əsgərovdur.
Bischofiaceae
Fillantkimilər (lat. Phyllanthaceae) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Antidesmatoideae yarımfəsiləsi — 22 cinsi var Triba Antidesmateae — 9 cinsi var Yarımtriba Antidesmatinae Yarımtriba Hieronyminae Yarımtriba Hymenocardiinae Yarımtriba Leptonematinae Yarımtriba Martretiinae Triba Bischofieae —1 cinsi var Bischofia Blume Triba Jablonskieae — 2 cinsi var Triba Scepeae — 8 cinsi var Triba Spondiantheae — 1 cinsi var Spondianthus Engl. Triba Uapaceae — 1 cinsi var Uapaca Baill.
Biseksual
Biseksuallıq və ya biseksualizm — həm kişi , həm də qadınlara, o cümlədən birdən çox genderə qarşı romantik cazibə, cinsi cazibə və ya seksual davranış. Bu termin cinsiyyətindən və gender kimliyindən asılı olmayaraq insanlara romantik və ya cinsi cazibə bəsləmək mənasında da istifadə edilə bilər. Buna panseksuallıq da deyilir. Biseksuallıq termini əsasən kişilərə və qadınlara qarşı bəslənən romantik və ya seksual hissləri ifadə etmək üçün istifadə olunur. Bu anlayış heteroseksuallıq və homoseksuallıq ilə birlikdə cinsi oriyentasiyanın üç əsas təsnifatından biridir. Biseksual kimlik hər iki cins üçün eyni cinsi cazibəyə bərabər olmaq məcburiyyətində deyil. Ümumiyyətlə, bir cinsdən digərinə nisbətən fərqli, lakin müstəsna olmayan cinsi seçimləri olan insanlar da özlərini biseksual hesab edirlər. Müasir elm adamları cinsi oriyentasiyanın dəqiq səbəbini bilmirlər. Buna baxmayaraq, onlar bunun genetik, hormonal və ekoloji amillərin mürəkkəb qarşılıqlı təsirindən qaynaqlandığını irəli sürürlər və bunu seçim kimi qiymətləndirmirlər. Cinsi oriyentasiyanın səbəbi ilə bağlı tək bir nəzəriyyə indiyədək geniş yayılmasa da, elm adamları biologiyaya əsaslanan nəzəriyyələrə üstünlük verirlər.
Biseksuallıq
Biseksuallıq və ya biseksualizm — həm kişi , həm də qadınlara, o cümlədən birdən çox genderə qarşı romantik cazibə, cinsi cazibə və ya seksual davranış. Bu termin cinsiyyətindən və gender kimliyindən asılı olmayaraq insanlara romantik və ya cinsi cazibə bəsləmək mənasında da istifadə edilə bilər. Buna panseksuallıq da deyilir. Biseksuallıq termini əsasən kişilərə və qadınlara qarşı bəslənən romantik və ya seksual hissləri ifadə etmək üçün istifadə olunur. Bu anlayış heteroseksuallıq və homoseksuallıq ilə birlikdə cinsi oriyentasiyanın üç əsas təsnifatından biridir. Biseksual kimlik hər iki cins üçün eyni cinsi cazibəyə bərabər olmaq məcburiyyətində deyil. Ümumiyyətlə, bir cinsdən digərinə nisbətən fərqli, lakin müstəsna olmayan cinsi seçimləri olan insanlar da özlərini biseksual hesab edirlər. Müasir elm adamları cinsi oriyentasiyanın dəqiq səbəbini bilmirlər. Buna baxmayaraq, onlar bunun genetik, hormonal və ekoloji amillərin mürəkkəb qarşılıqlı təsirindən qaynaqlandığını irəli sürürlər və bunu seçim kimi qiymətləndirmirlər. Cinsi oriyentasiyanın səbəbi ilə bağlı tək bir nəzəriyyə indiyədək geniş yayılmasa da, elm adamları biologiyaya əsaslanan nəzəriyyələrə üstünlük verirlər.
Biseps
Biseps və ya bazu (lat. musculus biceps brachii) — çiyin və dirsək arasında qolun qabaq hissəsində yerləşən əzələ. İnkişaf etmiş biseps əzələsi bütün xalqlarda gücün göstəricisi hesab olunur.
Biser burnu
Biser burnu (bolq. нос Бисер, ‘Nos Biser’ \'nos 'bi-ser\) — Antarktidanın Antarktik yarımadasının Qreyam sahilinin Dimitrov buxtası sahillərindən şərqdə yerləşən burundur. Burun Rusalka buzlağından şimalda yerləşmişdir. Burun cənubi Bolqarıstanda yerləşən Biser şəhərinin adını daşıyır. Loki burnundan 3.91 km cənub-qərbdə, Polke dağından 7.7 km şimal-qərbdə, pripek burnundan 6.8 km şimal-şərqdə yerləşmişdir. Britaniya xəritəsinə 1976-cı ildə daxil edilmişdir. British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 66 64. Directorate of Overseas Surveys, Tolworth, UK, 1976.
Bisernye adaları
Bisernye adaları — Frans-İosif Torpağı arxipelaqına daxil olan 7 adadan ibarət adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adalar arxipelaqın cənub-şərqində, Salm adası sahillərində yerləşir. Adalar buzla örtülmürlər. Xüsusi seçilən yüksəklik yoxdur. Qrupa daxil olan adaların uzunluğu 100 metri keçmir. Qrupun şərqi ilə qərbi arasında məsafə 2.5 km-dir. Qrupa daxil olan ən böyük adanın üzəri daşlıqlardan ibarətdir.
Bishopanthus
Bishopanthus (lat. Bishopanthus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Bishopanthus soliceps H.Rob.
Bishopanthus soliceps
Bishopiella
Bishopiella (lat. Bishopiella) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Bishopiella elegans R.M.King & H.Rob.
Bishopiella elegans
Bishoujo Senshi Sailor Moon SuperS Gaiden: Ami-chan no Hatsukoi
Sailor Moon SuperS Plus - Ami's First Love (美少女戦士セーラームーンSuperS 外伝 亜美ちゃんの初恋, Bishōjo senshi Sērā Mūn SuperS gaiden - Ami-chan no hatsukoi, azərb. Seylor Mun SuperS plus: Aminin ilk sevgisi‎) — "Seylor Mun"un 1995-ci ildə buraxılmış xüsusi seriyası. 23 dekabr 1995-ci ildə "Sailor Moon SuperS" anime filmi ilə birlikdə nümayiş etdirilmişdir. Seriyada hadisələrin əsas diqqət mərkəzində Seylor Merkuri kimi tanınan Ami Mizunodur. Ami bir gün məktəbə gələndə ona yazılmış bir sevgi məktubu alır və böyük təşvişə düşür. Lakin o dostlarına hazırda məhəbbət haqqında düşünmədiyini bildirir. Ami dostlarına bildirir ki, imtahanlara "Mercury" ləqəbi ilə qatılıb maksimal nəticə göstərib, lakin onunla birlikdə "Mercurius" adlı şagirdin də maksimal nəticə əldə edib. Ami bunu meydan oxuma kimi qəbul edib əvvəlkindən də daha gərgin çalışmağa başlayır. Amini izləyən Bonnon ona hücum edir. Ami Bonnonu "Mercurius" zənn edir və Seylor Merkuriyə çevrilib onu məğlub edir.
Bishovia
Bishovia (lat. Bishovia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Bishovia boliviensis R.M.King & H.Rob. Bishovia mikaniifolia (B.L.Rob.) R.M.King & H.Rob.
Bishovia boliviensis
Biskay körfəzi
Biskay körfəzi (isp. Golfo de Vizcaya,Mar Cantábrico, ing. Cantabrian Sea ; fr. Golfe de Gascogne; bask Bizkaiko golkoa; bret. Pleg-mor Gwaskogn; Qaskonca: Golf de Gasconha)- şimalşərq Atlantik okeanında Kelt dənizinin cənubunda yerləşən körfəz. Biskay körfəzinin sahilində əsas şəhərlər bunlardır: Fransa: Brest, Nant, La Roşell, Bordo, Bayonn, Biarritz. İspaniya: Donostia-San Sebastian, Bilbao, Santander, Gijon, Aviles.
Biskaya vilayəti
Biskaya vilayəti — İspaniyanın vilayəti. Biskaya vilayətinin ərazisi 2 218 km2-dır. İspaniyanın 50 vilayəti sırasında Biskaya vilayəti ərazisinə görə 49-cu yeri tutur. 2013-cü ilə olan məlumatlara əsasən Biskaya vilayətinin əhalisi 1 156 448 nəfərdir. İspaniyanın 50 vilayəti sırasında — vilayəti ərazisinə görə — pilləni tutur.
Biskeyn milli parkı
Biskeyn milli parkı (ing. Biscayne National Park) — ABŞ-də milli park.
Biskra (şəhər)
Biskra (ərəb. بسكرة ‎) — Əlcəzairin şimalında şəhər, eyniadlı vilayətin və dairənin inzibati mərkəzi. Əlcəzair şəhərindən təxminən 400 km cənub-şərqdə, Batna şəhərindən 115 km cənub-qərbdə və Tuqqurt şəhərindən 222 km şimalda yerləşir. Əhalisi 190 min nəfərdir (2005-ci il təxmini). IX əsrdə şəhərin yerləşdiyi torpaqlar ərəblər tərəfindən zəbt edilmişdir. XII əsrin əvvəllərində Biskra yarımmüstəqil Zab dövlətinin paytaxtı olmuşdur. Buna baxmayaraq, artıq XIII əsrdə bu torpaqlar İfriqiyə dövlətini idarə edən Hafsilər sülaləsinin hakimiyyəti altına keçmişdir. 1552-ci ildə Biskra Osmanlı İmperiyası tərəfindən fəth edilmişdir. Türk hökmranlığı XIX əsrin birinci yarısına qədər davam etmişdir. 1844-cü ildə Biskra fransız qoşunları tərəfindən tutulmuşdur.
Biskra vilayəti
Biskra vilayəti — Biskra vilayətinin ərazisi 20 986 Km2-dır. Biskra vilayətinə 12 rayon daxilidir. 2008-ci ilə olan məlumatlara əsasən Biskra vilayətinin əhalisi 722 356 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Biskvit
Biskvit — un, şəkər, yağ, su və qatqı maddələrinin qarışdırılıb bişirilməsi ilə əldə edilir. Biskvit növləri; şəkərli, duzlu, kremli, kəpəkli, vitamin və mineral qatqılı, örtməli vs.-dir. Biskvit, sözü Latınca "bis coctus" sözündən gəlməkdədir. Roma sivilizasiyasında üst sinif olan patriarxların aşbazları süd, bal və unla biskvitlər bişirərmişlər. Bişirilən biskvitlərə operalactaria və dulçuya adları verilirdi. Bu biskvitlər üst sinifə təqdim edilərmiş. Tarixə baxdığımızda, 1840-cı illərdə, Fransada inkişaf etdirilən sənaye biskvitlə Türkiyə əvvəl idxalat yoluyla tanış oldu. Daha sonralar kiçik atelyelərdə biskvit çıxarmağı sınayan Türk təşəbbüskarlar da oldu. Lakin Türkiyədə biskvit sənayesinin təməli 1944-cü ildə kiçik bir biskvit emalatxanasında Səbri Ülkər tərəfindən atıldı. Ülkər, 1970-ci illərdə ixracata başladı.
Biskvit tortu
Bislama dili
Bislama dili (bisl. bislama) — İngilis dili əsaslı kreol dili. Dünyada təxminən 200 min insan Bislama dili dilində danışır. Onların əksəriyyəti Vanuatuda yaşayır. Vanuatunun rəsmi dilidir. Дьячок М. Т. Язык бислама и проблемы его формирования (социолингвистическая характеристика) // Techne grammatike (Искусство грамматики). — Вып. 3. — Новосибирск, 2008. — С. 181—192.
Bisma Xan
Bismark
Otto Eduard Leopold fon Bismark-Şönhauzen (alm. Otto Eduard Leopold von Bismarck-Schönhausen‎; 1 aprel 1815[…], Şönhauzen, Prussiya – 30 iyul 1898[…]) — alman dövlət xadimi və XIX əsr dünya siyasətinə ciddi təsir etmiş şəxs. 1862–1890-cı illərdə Prussiyanın əvvəlcə nazir-prezidenti (alm. Ministerpräsident‎) olmuş, sonra isə kansleri kimi Almaniyanın birləşdirilməsi məsələsi ilə məşğul olmuşdur. 1867-ci ildə Şimali Alman İttifaqının, 1871-ci ildə isə birləşmiş Almaniya İmperiyasının ilk kansleri olmuş və yeni dövlətin möhkəmlənməsi üçün mühüm işlər görmüşdür. Bismark Şönhauzen qrafı, Lauenburq hersoqu, Bismark şahzadəsi titullarını daşımış, general-feldmarşal statusunda general-polkovnik rütbəsinə layiq görülmüşdür. Sərt diplomatiyası və güclü idarəçiliyinə görə ona "dəmir kansler" ləqəbi vermişdilər. Otto fon Bismark 1815-ci il aprel ayının 1-də Berlindən qərbdə yerləşən Prussiya əyaləti olan Brandenburqda yerləşən Şönhauzendə (indiki Saksoniya-Anhalt torpağı) Karl Vilhelm Ferdinand fon Bismark (1771–1845) və Vilhelmina Luiza Menkenin (1790–1839) kiçik zadəgan ailəsində dünyaya gəlmişdir. Ailənin ikinci oğlan uşağı olan Otto öz uşaqlıq illərinin ilk vaxtlarını Hinterpommerndə Nauqard şəhərində keçirmişdir. Atası Karl Vilhelm Ferdinand fon Bismark mülkiyyətçi və Prussiya ordusunun keçmiş zabiti, anası Luiza Menke Berlin hökumətində yüksək vəzifəli məmurun qızı idi.

Digər lüğətlərdə