BİS

[ lat. ] İkinci dəfə, bir də təkrar (teatrda, konsertdə və s.-də artistə öz çıxışını təkrar etdirmək üçün tamaşaçıların işlətdiyi nida ).
BİRYOLLUQ
BİSAHİB
OBASTAN VİKİ
Non bis in idem
Non bis in idem (lat. Eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz) — bu prinsipin mənasına görə əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş şəxsin həmin cinayətə görə təkrarən məhkum edilməsi qadağan edilir. Prinsip Roma mülki hüququnda formalaşmışdır. Lakin mahiyyət etibarilə ümumi hüquqda formalaşmış double jeopardy (autrefois acquit) konsepsiyası ilə eyniyyət təşkil edir. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt double jeopardy vəziyyətindən azad olmaq hüququna təminat verir, lakin bu, iki dövlət tərəfindən həyata keçirilən təqiblərə şamil edilmir (əgər müvafiq ekstradisiya müqaviləsi bunu qadağan etmirsə). Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu non bis in idem prinsipinin fərqli formasını təsbit edir. == Roma Statutu və ad hoc BMT tribunalları == Beynəlxalq Cinayət Məhkəməsini (BCM) yaradan Roma Statutu müəyyən edir ki, non bis in idem prinsipinin, xüsusilə də Avropa dövlətüstü hüququ ilə müqayisədə xüsusi mənası var. BCM-nin yurisdiksiyası milli qanunvericiliyi tamamlayır və Roma Statutunun 20-ci maddəsi müəyyən edir ki, prinsip ümumi mənada qalsa belə, əgər dövlətüstü məhkəmənin yurisdiksiyasının mövcudluğu kifayət etməzsə, nəzərə alına bilməz. YBCT Nizamnaməsinin 10-cu maddəsi və RBCT Nizamnaməsinin 9-cu maddəsinə görə müvafiq prinsip əsasən ad hoc tribunalının hökmlərinin yerli məhkəmələrdən "daha güclü" olduğunu aydınlaşdırmaq üçün tətbiq edilə bilər. Başqa sözlə, əgər beynəlxalq məhkəmələr eyni cinayətlərə görə artıq cəza müəyyən etmişdirsə, milli məhkəmələr beynəlxalq məhkəmənin yurisdiksiyasında olan cinayətlər üzrə cavabdehlərə qarşı tədbir görə bilməz.
Achillea biserrata
Achillea biserrata (lat. Achillea biserrata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Ageratina bishopii
Ageratina bishopii (lat. Ageratina bishopii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Apti Bisultanov
Apti Dibayeviç Bisultanov (çeç. Бисулта́нов, Апти́ Диба́евич; 1 sentyabr 1959) — müasir çeçen şairi, filoloq, dosent. Beynəlxalq PEN klubunun üzvü və Rusiya-Finlandiya PEN klubunun fəxri üzvü. Bisultanov Çeçen İçkeriya Respublikasının sosial məsələlər üzrə keçmiş baş nazirin müavini olub. == Həyatı == Apti Bisultanov 1959-cu ildə Çeçenistanın Urus-Martan rayonunun Göy-Çu kəndində anadan olub. 1983-cü ildə Çeçenistan-İnquş Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş, bundan sonra bir il universitetdə müəllim kimi fəaliyyətini davam etdirmişdir. Sonra ədəbi fəaliyyətə başlamışdır. Apti Bisultanov 1982–1984-cü illərdə çeçen uşaqları üçün "Stelagad" (Göy qurşağı) jurnalında çalışıb. 1986-cı ildə "Noh — Tske — Ço" ("Su — Atəş — Ev") adlı ilk şeirlər kitabını nəşr etdirib (məcmuənin adı "çeçenlər ölkəsi" mənasını verən "Noxçiço" sözü ilə uzlaşır). 1988-ci ildə Bisultanov Qroznıdakı Çeçen Kitab Nəşriyyatının redaktoru təyin edilib.
Banska-Bistritsa
Bаnskа Bistritsа (slovak. Banská Bystrica, alm. Neusohl‎, mac. Besztercebánya) — Slovakiyanın mərkəzində şəhər. Bаnskа Bistritsа bölgəsinin inzibati mərkəzidir. Əhali 83 min nəfərdir. == Demoqrafiya == 2005-ci ildə şəhərdə yaşayan əhali sayı 81,704 nəfər təşkil etdi.
Banska Bistritsa
Bаnskа Bistritsа (slovak. Banská Bystrica, alm. Neusohl‎, mac. Besztercebánya) — Slovakiyanın mərkəzində şəhər. Bаnskа Bistritsа bölgəsinin inzibati mərkəzidir. Əhali 83 min nəfərdir. == Demoqrafiya == 2005-ci ildə şəhərdə yaşayan əhali sayı 81,704 nəfər təşkil etdi.
Banska Bistritsa bölgəsi
Banska Bistritsa diyarı (slovak. Banskobystrický kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Banska Bistritsa şəhəridir. Sahəsi 9454 km², əhalisi isə 661 343 nəfər (2001) təşkil edir. Banska Bistritsa diyarı Slovakiyanın mərkəzində yerləşir. Diyar Slovakiyanın Nitra, Trençin, Jilina, Preşov və Koşitse diyarları ilə, Macarıstan isə Peşt, Noqrad və Borşod Abauy Zemplen medyeləri ilə həmsərhəddir.
Banska Bistritsa diyarı
Banska Bistritsa diyarı (slovak. Banskobystrický kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Banska Bistritsa şəhəridir. Sahəsi 9454 km², əhalisi isə 661 343 nəfər (2001) təşkil edir. Banska Bistritsa diyarı Slovakiyanın mərkəzində yerləşir. Diyar Slovakiyanın Nitra, Trençin, Jilina, Preşov və Koşitse diyarları ilə, Macarıstan isə Peşt, Noqrad və Borşod Abauy Zemplen medyeləri ilə həmsərhəddir.
Bishovia
Bishovia (lat. Bishovia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Bishovia boliviensis R.M.King & H.Rob. Bishovia mikaniifolia (B.L.Rob.) R.M.King & H.Rob.
Bishovia boliviensis
Biskay körfəzi
Biskay körfəzi (isp. Golfo de Vizcaya,Mar Cantábrico, ing. Cantabrian Sea ; fr. Golfe de Gascogne; bask Bizkaiko golkoa; bret. Pleg-mor Gwaskogn; Qaskonca: Golf de Gasconha)- şimalşərq Atlantik okeanında Kelt dənizinin cənubunda yerləşən körfəz. == Əsas şəhərlər == Biskay körfəzinin sahilində əsas şəhərlər bunlardır: Fransa: Brest, Nant, La Roşell, Bordo, Bayonn, Biarritz. İspaniya: Donostia-San Sebastian, Bilbao, Santander, Gijon, Aviles.
Biskaya vilayəti
Biskaya vilayəti — İspaniyanın vilayəti. == Ərazisi == Biskaya vilayətinin ərazisi 2 218 km2-dır. İspaniyanın 50 vilayəti sırasında Biskaya vilayəti ərazisinə görə 49-cu yeri tutur. == Əhalisi == 2013-cü ilə olan məlumatlara əsasən Biskaya vilayətinin əhalisi 1 156 448 nəfərdir. İspaniyanın 50 vilayəti sırasında — vilayəti ərazisinə görə — pilləni tutur.
Biskeyn milli parkı
Biskeyn milli parkı (ing. Biscayne National Park) — ABŞ-də milli park.
Biskra (şəhər)
Biskra (ərəb. بسكرة ‎) — Əlcəzairin şimalında şəhər, eyniadlı vilayətin və dairənin inzibati mərkəzi. Əlcəzair şəhərindən təxminən 400 km cənub-şərqdə, Batna şəhərindən 115 km cənub-qərbdə və Tuqqurt şəhərindən 222 km şimalda yerləşir. Əhalisi 190 min nəfərdir (2005-ci il təxmini). == Tarixi == IX əsrdə şəhərin yerləşdiyi torpaqlar ərəblər tərəfindən zəbt edilmişdir. XII əsrin əvvəllərində Biskra yarımmüstəqil Zab dövlətinin paytaxtı olmuşdur. Buna baxmayaraq, artıq XIII əsrdə bu torpaqlar İfriqiyə dövlətini idarə edən Hafsilər sülaləsinin hakimiyyəti altına keçmişdir. 1552-ci ildə Biskra Osmanlı İmperiyası tərəfindən fəth edilmişdir. Türk hökmranlığı XIX əsrin birinci yarısına qədər davam etmişdir. 1844-cü ildə Biskra fransız qoşunları tərəfindən tutulmuşdur.
Biskra vilayəti
Biskra vilayəti — == Ərazisi == Biskra vilayətinin ərazisi 20 986 Km2-dır. Biskra vilayətinə 12 rayon daxilidir. == Əhalisi == 2008-ci ilə olan məlumatlara əsasən Biskra vilayətinin əhalisi 722 356 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Biskvit
Biskvit — un, şəkər, yağ, su və qatqı maddələrinin qarışdırılıb bişirilməsi ilə əldə edilir. Biskvit növləri; şəkərli, duzlu, kremli, kəpəkli, vitamin və mineral qatqılı, örtməli vs.-dir. Biskvit, sözü Latınca "bis coctus" sözündən gəlməkdədir. Roma sivilizasiyasında üst sinif olan patriarxların aşbazları süd, bal və unla biskvitlər bişirərmişlər. Bişirilən biskvitlərə operalactaria və dulçuya adları verilirdi. Bu biskvitlər üst sinifə təqdim edilərmiş. Tarixə baxdığımızda, 1840-cı illərdə, Fransada inkişaf etdirilən sənaye biskvitlə Türkiyə əvvəl idxalat yoluyla tanış oldu. Daha sonralar kiçik atelyelərdə biskvit çıxarmağı sınayan Türk təşəbbüskarlar da oldu. Lakin Türkiyədə biskvit sənayesinin təməli 1944-cü ildə kiçik bir biskvit emalatxanasında Səbri Ülkər tərəfindən atıldı. Ülkər, 1970-ci illərdə ixracata başladı.
Biskvit tortu
Bislama dili
Bislama dili (bisl. bislama) — İngilis dili əsaslı kreol dili. Dünyada təxminən 200 min insan Bislama dili dilində danışır. Onların əksəriyyəti Vanuatuda yaşayır. Vanuatunun rəsmi dilidir. == Ədəbiyyat == Дьячок М. Т. Язык бислама и проблемы его формирования (социолингвистическая характеристика) // Techne grammatike (Искусство грамматики). — Вып. 3. — Новосибирск, 2008. — С. 181—192.
Bisma Xan
Bismark
Otto Eduard Leopold fon Bismark-Şönhauzen (alm. Otto Eduard Leopold von Bismarck-Schönhausen‎; 1 aprel 1815[…], Şönhauzen, Prussiya – 30 iyul 1898[…]) — alman dövlət xadimi və XIX əsr dünya siyasətinə ciddi təsir etmiş şəxs. 1862–1890-cı illərdə Prussiyanın əvvəlcə nazir-prezidenti (alm. Ministerpräsident‎) olmuş, sonra isə kansleri kimi Almaniyanın birləşdirilməsi məsələsi ilə məşğul olmuşdur. 1867-ci ildə Şimali Alman İttifaqının, 1871-ci ildə isə birləşmiş Almaniya İmperiyasının ilk kansleri olmuş və yeni dövlətin möhkəmlənməsi üçün mühüm işlər görmüşdür. Bismark Şönhauzen qrafı, Lauenburq hersoqu, Bismark şahzadəsi titullarını daşımış, general-feldmarşal statusunda general-polkovnik rütbəsinə layiq görülmüşdür. Sərt diplomatiyası və güclü idarəçiliyinə görə ona "dəmir kansler" ləqəbi vermişdilər. == Həyatı == === Uşaqlığı === Otto fon Bismark 1815-ci il aprel ayının 1-də Berlindən qərbdə yerləşən Prussiya əyaləti olan Brandenburqda yerləşən Şönhauzendə (indiki Saksoniya-Anhalt torpağı) Karl Vilhelm Ferdinand fon Bismark (1771–1845) və Vilhelmina Luiza Menkenin (1790–1839) kiçik zadəgan ailəsində dünyaya gəlmişdir. Ailənin ikinci oğlan uşağı olan Otto öz uşaqlıq illərinin ilk vaxtlarını Hinterpommerndə Nauqard şəhərində keçirmişdir. Atası Karl Vilhelm Ferdinand fon Bismark mülkiyyətçi və Prussiya ordusunun keçmiş zabiti, anası Luiza Menke Berlin hökumətində yüksək vəzifəli məmurun qızı idi.
Bismark (ABŞ)
Bismark (Bismarck) — ABŞ-nin şimalında şəhər, Şimali Dakota ştatının inzibati mərkəzi. == Əhalisi == Əhalisi 56,7 min (2005; şəhərətrafı ilə təqribən 100 min) nəfərdir. == Coğrafiyası == Missuri çayının orta axınında, sol sahilindədir. Avtomobil magistralları və dəmiryolları qovşağı. Çay portu. Bələdiyyə aeroportu. == Tarixi == İnşa olunan Şimali Sakit okean dəmiryolunun mühafizəsi üçün hərbi düşərgə kimi 1872-ci ildə salınmışdır. Almaniyadan səmayələrin və gəlmələrin cəlb olunması məqsədilə şəhərə Otto fon Bismarkın adı verilmişdir. 1874-cü ildən qızıl hasilatı rayonunun (Bismark yaxınlığında Blek-Hils dağlarındakı yataq) mərkəzidir. 1875-ci ildən şəhərdir; 1883-cü ildən Dakota ərazisinin, 1889-cu ildən Şimali Dakota ştatının inzibati mərkəzidir.
Bismark Acey-Boatenq
Bismark Acey-Boatenq (ing. Bismark Adjei-Boateng; 10 may 1994, Akkra) — Qana futbolçusu, futbol üzrə Rumıniya çempionatında çıxış edən "ÇFR Kluj"un yarımmüdafiəçisi. == Klub karyerası == Bismark Ajey-Boatenq "Arzu etmək hüququ" adlı Afrika futbol akademiyasının məzunudur. O, akademiyanı bitirdikdən sonra onu İngiltərənin "Mançester Siti" komandasına transfer olunmuş, lakin dərhal Norveçin "Strömsqodset" klubuna icarəyə göndərilmişdir. Ajey-Boatenq 12 avqust 2012-ci ildə komandanın heyətində ilk oyununu keçirmiş, "Tromso" klubu ilə matçda ikinci hissənin sonunda meydana daxil olmuşdur. 16 may 2013-cü ildə "Soqndal" klubu ilə matçda komanda üçün ilk qolunu etmiş və həmin oyunda "dubl" etmişdir. O, 2019-cu ilin dekabr ayında Finlandiya çempionatının "KuPS" klubu ilə bir illik müqavilə imzalamışdır. == Nailiyyətlər == Strömsqodset Futbol üzrə Norveç çempionatı: 2013 == İstinadlar == == Xarici keçidlər == Soccerway.com saytında profili (ing.) Bismark Acey-Boatenq — transfermarkt.com saytında.
Bismark arxipelaqı
Bismark arxipelaqı (Əvvəllər Yeni Britaniya) — Melaneziya və Sakit okeanda Yeni Qvineyadan şimal-şərqdə yerləşən adalar qrupu. 1616-cı ildə hollandlar V.Sxauten və Y.Lemer tərəfindən kəşf olunmuşdur. 1884-cü ildən Almaniyanın koloniyası olmuş və Bismarkın adı ilə adlandırılmışdır. Papua-Yeni Qvineya dövlətinin bir hissəsidir. İki böyük adadan - Yeni Britaniya və Yeni İrlandiya və bir neçə digər adadan ibarətdir. Sahəsi 49,700 min km²-ə yaxındır. Əhalisi ümumi sayı 218000 nəfər (1966) olan melaneziylər və papuaslardır. Böyük adalarda hündür dağları var. Kiçik adaları vulkan və mərcan mənşəlidir. Arxipelaqın ərazisində kokos palması, banan, şəkər qamışı, tütün, pambıq becərilir.
Bismark dənizi
Bismark dənizi (ing. Bismarck Sea), (Bəzən dənizi Yeni Qvineya dənizi adlandırırlar) — Sakit okeanın qərb hissəsində, Bismark arxipelaqında olan adalar daxilində yerləşir. Sahəsi 310,000 km², orta dərinliyi 1700 m, ən dərin yeri isə 2665 m təşkil edir. Dəniz dibi akkumluyativ suxurları ilə örtülüdür. Dənizdə yerləşən adaların böyük əksəriyyəti vulkan məşəllidir. Sahilləri çox girintili-çıxıntılıdır. Mərcan rifləri ilə zəngindir. Yeni Qvineya sahillərindən Yeni Qvineya cərəyanı keçir. Onunda sürəti 50-75 sm/san təşkil edir, boğazlarda isə axınların sürəti daha yüksəkdir. İl boyu temperatur yüksək olur, illik temperatur 28 s təşkil edir.
Bismillah
Bismillah və ya tam şəkildə "Bismillahir-Rahmənir-Rahim" (ar. بسم الله الرحمن الرحيم ) kəlməsi ərəb dilində ifadə olub, "Rəhmli və Mərhəmətli Allahın adı ilə" mənasına gəlir. Xeyirli və halal bir işə başlayarkən Allah-Təalanın adını dilə gətirmək və bu adla işə başlamaq mənasına gəlir. İslam dini meydana gəlməmişdən öncə ərəblər cahiliyyə dövründə hər hansı bir işə başladıqları zaman "Bismil-Lat" (Latın (büt)adı ilə) və "Bismil-Uzza" (Uzzanın (büt) adı ilə) deyirdilər. İslam Peyğəmbəri Məhəmməd (ə.s.) İslam dinini təbliğ etməyə başladıqdan sonra bu ifadənin yerinə "Ey Allahım, sənin adınla" mənasına gələn "Bismikə Allahummə" və "Allahın adıyla" mənasını verən "Bismillah" kəlmələrini işlətmişdir. Ancaq Qurani-Kərimdə Nəml surəsinin 30-cu ayəsi nazil oduqdan sonra "Bismillah" kəlməsi son şəklini almışdır; "Bismillahir-Rahmənir-Rahim". Bu ayədə Süleyman Peyğəmbərin yazdığı məktubun başlığı kimi məhz "Bismillahir-Rahmənir-Rahim" qeyd olunmuşdur. Qeyd edildiyi kimi, hər hansı bir xeyirli və halal işə başlayarkən bu ifadənin deyilməsi müsəlmanlar üçün təkidlə tövsiyə edilmişdir. Qurani-Kərimdə də bununla bağlı bir sıra ayələr vardır. "Həcc mərasimini tamamlayıb qurtardıqda ata-babalarınızı yada saldığınız kimi, ondan da artıq Allahı yad edin." "Rəbbinin adını zikr et və (hər şeyi buraxıb) ona tərəf yönəl." "Səhər-axşam Rəbbinin adını zikr et!" == Təfsiri == Abdullah bin Sinan belə rəvayət edir: Əbu Abdullah Cəfər Sadiqdən (əs) «Bismillâhirrahmanirrahim»in təfsirini soruşdum.
Bismillah (1925)
Bismillah — rejissor Abbas Mirzə Şərifzadə tərəfindən 1925-ci ildə ekranlaşdırılmış tammetrajlı bədii film. "Azdövlətkinosənaye"də istehsal edilmişdir. Dini fanatizm əleyhinə təşviqat-təbliğat məqsədilə çəkilmiş film yalançı mollaların törətdikləri cinayətlərdən bəhs edir. Əsas rolları Mirzəağa Əliyev, K.Vyaznova, Mustafa Mərdanov, T.Vişnevskaya və İbrahim Azəri ifa edirlər. == Məzmun == Dini fanatizm əleyhinə təşviqat-təbliğat məqsədilə çəkilmiş film yalançı mollaların törətdikləri cinayətlərdən, dilsiz və yoxsul kəndlilərin başına gətirilən oyunlardan, öz xeyri üçün fırıldaqçı mollalara tərəfdar çıxan yerli bəylərin əməllərindən bəhs edir.Burada Azərbaycan qadınının köhnə adət-ənənələrə qarşı fəal etirazı da öz əksini tapmışdır. == Film haqqında == Film Azərbaycanın ilk milli kinorejissoru Abbas Mirzə Şərifzadənin rejissor kimi bədii kinoda ilk işidir. Filmin rejissoru Abbas Mirzə Şərifzadə "xalq düşməni" elan olunduqdan sonra onun adı lentdən vəhşicəsinə cırılıb götürülmşdür. Filmdə məhərrəmlik görüntüləri xronikal kadrlardır, yəni Aşura günündə Bakıda çəkilib. Aktyor Mustafa Mərdanov isə özlərini döyənlərin arasına qatılmış və kinonun o səhnəsi beləcə quraşdırılmışdır. Baş Kinolaşdırma İdarəsi (Moskva) filmi yüksək qiymətləndirərək sovetlər ekranına layiq görüb.

Digər lüğətlərdə