Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xarizma
Xarizma — insanın intellektual, mənəvi və ya başqa bir şəkildə digər insanların "ürəklərinə" müraciət etmək qabiliyyəti.Adətən, xarizma insanın emosional və zehni qabiliyyətlərinin başqalarından fərqli kimi başa düşülür, bunun sayəsində o, xüsusi keyfiyyətlərə malik istedadlı kimi qiymətləndirilir, halbuki çox vaxt heç bir xüsusi xarici görünüşü olmur. N.G. Komlevin lüğətində — yüksək istedad, şəxsi cəlbedicilik kimi qeyd olunur. Xarizmatik - xarizma ilə xarakterizə olunur. Sosiologiya, politologiya, psixologiya və idarəetmə üzrə alimlər bu termini qeyri-adi hesab edilən liderlik növü üçün nəzərdə tuturlar. Bu sahələrdə "xarizma" termini "dəyərlərə əsaslanan, simvolik və emosional lider siqnalından" istifadə edən spesifik lider tipini təsvir etmək üçün istifadə olunur. == Terminin mənşəyi == Qədim yunan mifologiyasında χάρισμα sözü diqqəti cəlb etmək qabiliyyətini ifadə etmək üçün istifadə edilmişdir. Qədim yunan gözəllik və incəlik ilahələri xaritlər adlanırdı. Xristian teologiyasında bu termin Müqəddəs Ruh tərəfindən verilən xarizma, hədiyyə və ya qeyri-adi güc kimi görünür.Xristianlıqda "Allahın hədiyyəsi" deməkdir. Katolik ilahiyyatında o, “Kilsə xeyrinə Allah tərəfindən kiməsə göndərilmiş müstəsna mənəvi mülk” mənasında işlənmişdir. İlahiyyatçılar və sosioloqlar orijinal yunan sözünün mənasını iki fərqli mənada genişləndirdilər və dəyişdirdilər: şəxsiyyət xarizması ilahi bəxş edilmiş xarizma Xarizmanın müəmmalı təbiəti həm də ən azı müəyyən dərəcədə xarizmanın mənəvi hədiyyə kimi ilk təzahürləri ilə əlaqəni nəzərdə tutur.
Xarizma Karpenter
Xarizma Li Karpenter (23 iyul 1970, ing. Charisma Lee Carpenter) — Amerikalı aktrisa. == Həyatı == Xarizma Karpenter 23 iyul 1970-ci ildə Amerikada, Las-Veqasda anadan olub. Valideynləri onun adını "Avon" brendinə aid "Charisma" ətrinin adından götürüblər. Uşaqlıqda aktrisa adına görə həmyaşıdları arasında xəcalət çəkirmiş və hamıya özünü Krissi kimi təqdim edirmiş. Onun sözlərinə görə, məhz belə ekzotik ad daşıdığına və bununla barışmaq istəmədiyinə görə o, daim xoşagəlməz durumlara düşürmüş. Atasının maşınını qaçırması isə şıltaqlığının son həddi idi. Aldığı pis qiymətlərə baxmayaraq, Xarizma məktəbdə yerli komandaya dəstək qrupunun lideri idi və olduqca fəallıq göstərirdi. 15 yaşı olanda ailəsi əvvəl Meksikaya, sonra isə San-Diyeqoya köç edib. == Karyerası == San-Diyeqoda o, Sənət Məktəbini bitirib.
Xarizmatik hakimiyyət
Xarizmatik hakimiyyət — alman sosioloqu Maks Veber tərəfindən işlənib hazırlanmış liderlik anlayışıdır. Bura hakimiyyətin liderinin xarizmasından qaynaqlandığı təşkilat növü və ya rəhbərlik növü daxildir. Xarizmatik hakimiyyət digər iki hakimiyyət növləri — qanuni hakimiyyət və ənənəvi hakimiyyətdən fərqlidir. Üç növün hər biri Maks Veberin hakimiyyətin üçtərəfli təsnifatının bir hissəsini təşkil edir. "Xarizma" — qədim yunan terminidir və I-ci əsrdə Müqəddəs Pavelin yeni yaranmaqda olan xristian icmalarına yazdığı məktublar vasitəsilə populyarlıq qazanmışdır. Bu kontekstdə o, ümumiyyətlə, Kilsənin ilk rəhbərləri daxilində Allahın səlahiyyətini nümayiş etdirən ilahi mənşəli “hədiyyə”yə istinad edirdi. Maks Veber bu teoloji anlayışı götürdü və ümumiləşdirdi, onu ardıcılların aid etdiyi bir şey kimi nəzərdən keçirdi və bununla da onu siyasi, hərbi, məşhur və qeyri-xristian dini kontekstlərə tətbiq edən sosioloqların istifadəsinə açdı. İstifadə olunan digər terminlər "xarizmatik hökmranlıq" və "xarizmatik liderlik"dir. == Xüsusiyyətləri == Xarizmatik hakimiyyətdə əmrlər yerinə yetirilir, çünki liderin davamçıları və ya şagirdləri onun xüsusi xarakterinə əmindirlər. Xarizmatik hakimiyyət liderin malik olduğu qeyri-adi qabiliyyətlərinə əsaslanır.
Karizma (albom)
Karizma – Mustafa Sandal-ın 2009-cu ildə çıxardığı albomdur. == Mahnı haqqında == "Karizma" albomu Türkiyəyə məxsus "Seyhan Müzik" leyblı tərəfindən istehsal edilmişdir. Alboma daxil olan "Ateş Et Ve Unut", "Adı İntikamdı", "Demo" və "Var Mısın Yok Musun" mahnılarına klip çəkilmişdir. Albomda ilk klip "Ateş Et Ve Unut" mahnısına çəkilmişdir. Bu mahnı musiqi tərzi və sözləri ilə Mustafa Sandalın ilk mahnılarından fərqlənir. "Var Mısın Yok Musun" mahnısını Elit Kaya ilə duet olaraq ifa etmişdir.
Arizema
Arizema (lat. Arisaema) — baqəvərçiçəklilər sırasının aroidkimilər fəsiləsinə aid bitki cinsi. == Arizemanın növü və yayılması == Danaayağı fəsiləsindən ikievli bitki cinsi. Yeraltı gövdəsi kök yumruları şəklindədir. Yarpaqları (1-dən 3-ədək) yarılmışdır. Çiçəkləri çılpaq, çox vaxt quyruq kimi dartılmış, bəzən sapşəkilli törəməsi olan əlvan örtüklü qıçalarda yerləşir. Meyvələri şirəli giləmeyvədir. Cənubi Amerika istisna edilməklə, əsasən tropik və subtropik qurşaqlarda yayılmış 150-ədək növü var. Arealı Şərqi Afrikanı, Himalaydan keçərək Cənub-Şərqi Asiya və Şimali Amerikaya qədər ərazini əhatə edir. Daha çox Qərbi Çinin, Şimali Hindistanın və Nepalın, həmçinin Yaponiyanın yüksək dağlıq r-nlarında yayılmışdır.
Xarəzmi
Əl-Xarəzmi (fars. محمد بن موسی خوارزمی‎, təq. 780[…] – təq. 850, Bağdad) — riyaziyyat, astronomiya və coğrafiya sahələrində fəaliyyət göstərmiş məşhur Xarəzmli alim. Riyaziyyat sahəsindəki çalışmaları müasir cəbr elminin inkişafına böyük təkan vermişdir.
Prizma
Prizma (yun. prisma – mişarlanmış) — iki üzü (oturacaqları) ixtiyari bərabər çoxbucaqlı, qalan üzləri (yan üzləri) isə paraleloqram olan çoxüzlü. Oturacaqları paralel müstəvilər üzərindədir və konqruyentdir. Yan üzləri oturacaq müstəvisinə perpendikulyar olan prizma düz prizma, Yan üzləri oturacaq müstəvisinə maili olan prizma mail prizma adlanır. Oturacağı düzgün çoxbucaqlı olan düz prizma düzgün prizma adlanır. Prizmanın həcmi oturacağının sahəsi ilə hündürlüyü (oturacaqlar arasındakı məsafə) hasilinə bərabərdir Yan səthin sahəsi: S y a n = P o t ⋅ l {\displaystyle S_{yan}=P_{ot}\cdot l} Tam səthin sahəsi: S t a m = P o t ⋅ l + 2 S o t {\displaystyle S_{tam}=P_{ot}\cdot l+2S_{ot}} Həcmi: V = S o t ⋅ l {\displaystyle V=S_{ot}\cdot l} V-Həcm Syan-yan səthin sahəsi Stam-tam səthin sahəsi Sot — oturacağın sahəsi Pot-oturacağının perimetri h-silindrin hündürlüyü olarsa l = h {\displaystyle l=h} Dioqonalı=√h kvadratı+ dioq.ot.
Xarəzm
Xarəzm (Ərəbcə: خوارزم / Khwārizm, Özbəkcə: Xarəzm, Farsca: خوارزم / Khwārazm) — Orta Asiyada (Özbəkistan, Qazaxıstan, Türkmənistan) tarixi-coğrafi ərazi və eyni adlı Xarəzmşahlar dövlətinin yerləşdiyi ərazi. == Anlamı == Xarəzm sözünün mənası "Günəş ölkəsi" deməkdir. Çinlilər Xarəzmə Huşumi (呼似密) deyirdilər. Bu torpaqların Hu (呼) qəbiləsinə aid olduğunu göstərir. Hu (呼) qəbiləsi hun qəbiləsi olub hun adətinə görə şanyülərin xanımları burdan çıxırdı. == Tarixi == İrandilli xalqlar er. əv. II minilliyin ortalarında Cənubi Şərqi Avropadan Şərqdə hərəkət etmiş və Orta Asiyada qədim türklərin ərazisinin bir hissəsini zəbt etmişlər. Böyük mütəfəkkir Biruni yazır ki, er. əv.
Cariama cristata
Kəkilli seriem (lat. Cariama cristata) — Durnakimilər dəstəsinin seriemlər fəsiləsinə aid quş növü.
Karişma Kapur
Karişma Kapur (25 iyun 1974, Bombey) — Hindistan kino aktrisası. == Həyatı == Karişma Kapur 25 iyun 1974-cü ildə Hindistanın Mumbay şəhərində məşhur hind aktyoru Rac Kapurun oğlu aktyor Randhir Kapur və aktrisa Babitanın ailəsində dünyaya gəlmişdir. Karışmanın kiçik bacısı Karina Kapur da məşhur hind aktrisasıdır. Filmoqrafiyasında 60-a yaxın film və serial var. Filmfare Awards (1997, 1998, 2001, 2002) mükafatı və Milli kinomükafatı (1998) laureatıdır. 1991-ci ildə "Sevgi əsiri" filmində Nilima rolu ilə debüt edib. Bu filmdən sonra daha çox komediya filmlərinə dəvət alan aktrisa Salman Xan və Qovinda kimi aktyorlarla çəkilib. 1996-cı ildə Amir Xanla çəkildiyi "Raca Hindustani" filmindəki rolu ilə daha çox məşhurlaşıb. Bu film ona ən yaxşı qadın rolu nominasiyasında ilk Filmfare Award mükafatını qazandırır. 2001-ci ildə "Qardaşın axtarışında" filmindəki roluna görə Karizma ikinci dəfə mükafata layiq görülür.
Mariama Sou
Mariama Sou (19 may 2000) — Qvineyalı üzgüçü. Mariama Sou Qvineyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Mariama Sou birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 39.85 saniyəlik nəticəsi ilə 87-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Munis Xarəzmi
Munis Xarəzmi(1778-1829) — Özbəkistan şairi. == Həyatı == Munis Xarəzmi (1778-1829) yüksək təhsil almış, böyük klassiklərin əsərlərini öyrənmişdir. O ziyalı ailədəanadan olmuşdur. Munis klassik şeir vəzni olan əruz vəznində gözəl əsərlər yazmışdr. Qəzəlləri, qəsidələri, tərkibbəndləri, qitələri ilə şeirin müxtəlif formalarda cığatay ədəbiyyatının gözəl poetik nümunələrini yaradan şair ədəbi dil zənginliyi ilə də fərqlənirdi. Onun yaradıcılığı «Həmsöhbət sevgililər» divanında toplanmışdır. Divana «Bilik haqqında traktat» və «Xoşbəxtlik bağı» adlı tarixi əsərləri də əlavə olunmuşdur. Munis Xarəzmi və Məhəmmədrza Agahi (1809-1874) tərəfindən Xivə tarixləri öz poetik ifadəsini tapmışdır. == Mənbə == Ənvər Çingizoğlu, Otra əsr qaynaqları oğuz-türkmən tayfaları haqqında, Sumqayıt, SDU-nun nəşriyyatı, 2012, 136,-səh.
Əl-Xarəzmi
Əl-Xarəzmi (fars. محمد بن موسی خوارزمی‎, təq. 780[…] – təq. 850, Bağdad) — riyaziyyat, astronomiya və coğrafiya sahələrində fəaliyyət göstərmiş məşhur Xarəzmli alim. Riyaziyyat sahəsindəki çalışmaları müasir cəbr elminin inkişafına böyük təkan vermişdir.
Anna Karima
Anna Karima (bolq. Анна Карима; 1871 – 6 mart 1949, Sofiya) — Bolqar yazıçısı və tərcüməçisi. == Bioqrafiya == 1871-ci ildə Berdyanskda inqilabçı Todor Velkovun ailəsində anadan olub. O, orta məktəbi Sofiyada bitirib. 1888-ci ildə sonra boşandığı Yanko Sakazovla evlənİR. Bu evlilikdən onun üç övladı olub. Artıq gənclik illərində Karima ədəbi fəaliyyətlə maraqlanır. Hekayələr və romanlar yazır. Onun ilk hekayəsi, An Adi tarix, 1891-ci ildə The Day jurnalında nəşr olunur. 1892–1895-ci illərdə o, Holiday jurnalının redaktoru olur. Onun "Atla", "Məhv olmuş həyat" və "Divarın üstündə" pyesləri Milli Teatrda tamaşaya qoyulur.
Karima Edebayb
Karima Edebayb (14 fevral 1985) — İngilis aktrisa və model. == Həyatı == Mərakeş, Kipr Rum və İrlandiya kökləri var. Daha əvvəl Topshop adlı butikdə vəzifə yerinə yetirən Karima, 14 Fevral 2006-cı ildə məşhur Tomb Raider (Lara Croft) adlı videooyun seriyasının yeddinci Lara Croft modeli seçildi. Onun rolu, oyunu radio və televiziyada "bir xarakter olaraq" tanıtdırmaqdan ibarətdir, buna görə Adebibe Lara Croft'ın döyüş sənətindən nitqə qədər olan qabiliyyətlərini öyrənməlidir.2004-cü ildən əvvəl "Alien vs. Yırtıcı" filmdəki bakirə qurbanı rolunu oynadı.
Xarəzm qalaları
Xarəzm qalaları və ya özbək dilində Elliq Qala - Özbəkistanın Xarəzm vilayəti və Qaraqalpaqıstanda 50-dən çox səhra qalası. Onlar Qədim Xarəzmin Səhra Qalaları kimi UNESCO-nun Ümumdünya irsinə aiddir. == Coğrafiya == Xarəzm oazisi Mərkəzi Asiyanın qərbindəki Amu Dərya çayının deltasındakı ərazidir. Bura şimaldan Aral gölü, şərqdən Qızılqum səhrası, qərbdən Üstyurd platosu və cənubdan Qaraqum səhrası ilə sərhəddir. Bu gün bu ərazi Özbəkistan (Qaraqalpaqıstan Respublikası) və Türkmənistan arasında bölünür. == Tarixi == Xarəzmdə Paleolist dövründən insanlar məskunlaşıb.İlk istehkam ərazilərinin tarixi e.ə 7-ci əsrə gedib çıxır və bu ərazilərin sayı Xarəzmin Əhəmənilər imperiyasının vassal dövləti olduğu vaxtdan sonra, e.ə 6 - 4-cü əsrlərdə daha da artmışdır.Xarəzm e.ə 4-cü əsr və eramızın 1-ci əsrində müstəqil dövlət olmuşdur. Yunan tarixçi Arriyan qeyd edir ki, Xarəzmin kralı Farasmenes Səmərqənddə Böyük İskəndəri ziyarət etmiş və ona Xarəzmə qonşu olan əraziləri birləşdirmədə öz köməyini təklif etmişdi. İskəndərin ölümündən sonra yaranan boşluq Mərkəzi Asiyanın böyük hisssində stabilliyi pozdu və kuşanlar daxil olmaqla qəbilələr yerlərini dəyişdirdi və qərbə köçdü. Kuşanlar böyük ehtimalla Xarəzmə təsir etmişdi, baxmayaraq ki, Xarəzmin onların imperiyasının bir hissəsi olması qeyri-müəyyən idi.4-cü əsrdən Xarəzm hun, türk və sonralar ərəblərin hücumlarına məruz qalmağa başladı.
Xarəzm türkcəsi
Xarəzm türkcəsi — türk dilinin tarixində danışılmış və yazılmış olub Qaraxanlı türkcəsindən sonra gələn tarixi dönəmlərdən biridir. == Tarix == Ceyhun çayının Aral gölünə töküldüyü bölgədə yerləşən Xarəzm XI əsrin əvvəllərində Qəznəvilərə bağlı bir vilayət idi. Buraya təyin edilən valilərə Xarəzmşah deyilirdi. Xarəzmşahlar sülaləsi Oğuzların Bəydili boyundan Anuş Təkin ilə başlamışdır. Anuş Təkinin oğlu Qütbəddin Məhəmməd (1097–1127), onun oğlu Atsız (1127–1156), onun oğlu El Arslan (1156–1172) Xarəzmi idarə etmişdir. El Arslan 1157-ci ildən etibarən müstəqil Xarəzm dövlətinin idarəçisi idi. 1172–1200-cü illər arasında El Arslanın oğlu Sultan Təkiş, daha sonra onun oğlu Əlaləddin Məhəmməd (1200–1220) ölkəni idarə etmişdir. Xarəzmşahlar dövlətinin varlığına Çingizilər son qoydu . İslam dininin gəldiyi ilk vaxtlarda Xarəzmdə danışılan dil farsca olmaqla bərabər digər fars ləhçələrindən fərqli olan Xarəzm ləhçəsi idi. XI əsrdə başlayan Xarəzmin türkləşməsi hadisəsi XIII əsrə qədər davam etmiş və Xarəzm ilə ona bağlı olan bölgələrdə yeni yazı dilinin yaranması türkləşmədən sonra baş vermişdir.
Xarəzm vilayəti
Xarəzm vilayəti — Özbəkistanda vilayət.
Zarzma monastırı
Zarzma ölməzlik monastırı (gürc. ზარზმის მონასტერი, translit. zarzmis monasteri) — cənub-qərbi Gürcüstanın Samtsxe-Cavaxeti diyarında yerləşən Zarzma kəndində orta əsrlərə aid gürcü ortodoks xristian monastırı. Zarzma monastırı Ahalsıx şəhərinin 30 kilometr (19 mil) qərbindəki Adigeni bələdiyyəsində yerləşən meşəlik Kvabliani vadisindədir. Zarzma monastırı günbəzli kilsə və Gürcüstandakı ən böyük zəng qüllələrindən birinə sahib tikililərdən ibarət monastır kompleksdir. == Tarix == Regiondakı ilk kilsə ehtimal olunur ki, Zarzma yepiskopunun agioqrafik əsəriylə əlaqədar olan keşiş Serapion tərəfindən VIII əsrdə tikilmişdir. Onun yazdığı mənbəyə görə, əhəmiyyətli bir soyun üzvü olun Giorgi Çorçaneli monastıra kəndlər və mülklər də daxil olamqla önəmli ianələr edir, fəqət mövcud tikilinin inşası XIV əsrin ilk illərinə təsadüf edir. Kilsənin dizaynı Cakeli sülaləsindən olan Yüksək Lord Başçısı və Samstxe atabəyi I Beka tərəfindən dəstəklənmişdir. X əsrin axırlarında kiçik kilsənin giriş tağına yerləşdirilmiş gürcü dilində olan yazılar əvvəlki monastırdan qalan yeganə şeydir. Bu yazılar gürcü zadəganlardan Bizans imperatoru II Vasiliyə verilən hərbi yardımdan bəhs edir.
Monqolların Xarəzmə yürüşü
Monqolların Xarəzmə yürüşü—1219–1221-ci illərdə baş vermiş monqol fütuhatı. == Tarixi == 1156-cı ildə Əlaəddin Atsız vəfat etdi. Onun varisləri El Arslan və oğlu Təkəş Xarəzmin müstəqilliyinə nail oldular. Səlcuq sultanlığı və Qaraxanilər dövləti süqut etdiyindən yeganə təhlükə qoşununun El Arslanı öldürdüyü Kidan dövləti idi. 1174-cü ildə Təkəş Cənubi Xorasanı tutdu və onun hakimi Müəyyid Ay-Abanı öldürdü. Onun oğlu Təkəşin vassalığını qəbul etdi. Təkəş 1187-ci ildə Nişapura, 1192-ci ildə Reyə, 1193-cü ildə Mərvə yürüş etdi. O, 3 iyul 1200-cü ildə vəfat etdi və hakimiyyətə oğlu Əlaəddin Məhəmməd gəldi. O, dövlətin ərazisini genişləndirib Xorasanın bir hissəsini geri qaytardı, Buxaranı Xarəzmə birləşdirdi, 1212-ci ildə qarakitaylara son qoyub Sistanı, Kirmanı, Təbəristanı, Azərbaycanı, Arranı özünə tabe etdi. Çingiz xan Xarəzmin işğalını planlaşdırırdı.
Ssilla və Xaribda
Ssilla ( q.yun. Σκύλλα q.yun. Σκύλλα, Latın transliterasiyasında Ssilla, lat. Scylla ) və Xaribda ( q.yun. Χάρυβδις q.yun. Χάρυβδις, Xaribdida transkripsiyası məqbuldur) - qədim yunan mifologiyasından dəniz bədheybətləri. Qədim yunan eposunda Xaribda hər şeyi udan dərin dənizin təcəssümüdür (etimoloji cəhətdən Xaribda "burulğan" mənasını verən leksemə qayıdır, baxmayaraq ki, bu sözün başqa şərhləri də var). Odissey əsərində Xaribda dəniz tanrısı kimi təsvir edilmişdir. == Doksoqrafiya == Ən qədim mifoloji nağıllarda Xaribda demək olar ki, heç bir rol oynamırdı; sonralar onun Poseydon və Geyanın qızı olduğu deyilirdi. Müxtəlif mifoqrafiya mənbələrində Ssila hesab olunur: Forki və Hekatanın qızı; ya da Forbant və Hekatenin [ ] qızı; Triton və Lamianın qızı (Lamiyanın qızı Stesixorun dediyinə görə ); Tifon və Yexidnanın qızı; Poseidon (Deim) və Kratayidanın qızı; Tritonun qızı; və ya Poseydon və ya Qayanın qızı .
Haruo Arima
Haruo Arima — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Ko Arima
Ko Arima (22 avqust 1917, Yaponiya) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Atsız (Xarəzm hökmdarı)
Əlaəddin Əbülmüzəffər Atsız ibn Məhəmməd Xarəzmşah (1097 - 1156)—Xarəzmşahlar dövlətinin hökmdarı (1128-1156). == Həyatı == Səlcuqlu hökmdarı Sultan Səncərin Xarəzm valisi Qütbəddin Məhəmmədin oğlu və I Məlikşahın ibrikçibaşısı Anuş Təkinin nəvəsidir. Hicri 490-cı ilin rəcəb ayında (iyun-iyul 1097-ci ildə) dünyaya gəlmişdi. Vəliəhdliyi sırasında atasına yardımçı olur, onun təzimlərini ərz etmək üzrə iki ildə bir Mərvə, Sultan Səncərin yanına gedərdi. Hətta İbn əl-Əsirin verdiyi bilgiyə görə Atsız, türkmənlərin məskunlaşdığı Manqışlağı vəliəhd ikən fəth etmişdir . Ayrıca onun, Sultan Səncərin 512-ci (1118-ci) ildə qardaşı oğlu Mahmud ibn Məhəmməd Təpərə qarşı apardığı səfərə qatıldığı da bildirilir . Atsız 1128-ci ildə, ciddi bir çətinliklə qarşılaşmadan atasının yerinə keçdi. Hökmdarlığının ilk ilərində Sultan Səncərə sədaqətlə xidmət etdi. Bu münasibətlə, Qaraxanlı Tamgac xanın üsyanı dolayısıyla Sultan Səncərin 524-cü (1129-1130-cu) ildə Mavəraünnəhrə, 1132-ci ildə İraqa, 1135-ci ildə də Qəznəyə apardığı səfərlərə qatıldı. Bununla bərabər bir tərəfdən Sultan Səncərə xidmət edərkən digər tərəfdən də ölkəsini genişlədib, qüvvəsini artırmaq üçün qonşu Türk ölkələrinə səfərlər düzənlədi.
Xarəzm türk dili
Xarəzm türkcəsi — türk dilinin tarixində danışılmış və yazılmış olub Qaraxanlı türkcəsindən sonra gələn tarixi dönəmlərdən biridir. == Tarix == Ceyhun çayının Aral gölünə töküldüyü bölgədə yerləşən Xarəzm XI əsrin əvvəllərində Qəznəvilərə bağlı bir vilayət idi. Buraya təyin edilən valilərə Xarəzmşah deyilirdi. Xarəzmşahlar sülaləsi Oğuzların Bəydili boyundan Anuş Təkin ilə başlamışdır. Anuş Təkinin oğlu Qütbəddin Məhəmməd (1097–1127), onun oğlu Atsız (1127–1156), onun oğlu El Arslan (1156–1172) Xarəzmi idarə etmişdir. El Arslan 1157-ci ildən etibarən müstəqil Xarəzm dövlətinin idarəçisi idi. 1172–1200-cü illər arasında El Arslanın oğlu Sultan Təkiş, daha sonra onun oğlu Əlaləddin Məhəmməd (1200–1220) ölkəni idarə etmişdir. Xarəzmşahlar dövlətinin varlığına Çingizilər son qoydu . İslam dininin gəldiyi ilk vaxtlarda Xarəzmdə danışılan dil farsca olmaqla bərabər digər fars ləhçələrindən fərqli olan Xarəzm ləhçəsi idi. XI əsrdə başlayan Xarəzmin türkləşməsi hadisəsi XIII əsrə qədər davam etmiş və Xarəzm ilə ona bağlı olan bölgələrdə yeni yazı dilinin yaranması türkləşmədən sonra baş vermişdir.
Xosrov və Şirin (Xarəzmi)
Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının dövrümüzə çatmış ən qədim tərcümələrindən biri XIV əsr Qızıl Orda şairi Qütb Xarəzminin çığatay dilinə tərcüməsidir. == Tarixi == XIV əsrin ortalarında yaşamış Qızıl Orda şairi Qütb Xarəzmi təxminən 1341-1342-ci ildə Nizaminin “Xosrov və Şirin” əsərini çığatay dilinə çevirən ilk türk şairi olmuşdur. Qütb orijinaldakı minacat və nətin tərcüməsindən sonra öz müasiri, dövrünün hökmdarı şahzadə Tini bəyi və onun arvadı Məleykə xanımı mədh edib, sonra da, kitabın ana dilinə tərcüməsinin səbəbini bildirir. Qütb bu işi Tini bəy və onun atvadı Məleykənin xahişi ilə yerinə yetirdiyini söyləyir. Sonra şair Nizami haqqında söz açır. Onun yaradıcılığı əsasında hərəkət etdiyini və tamamilə Nizamiyə tabe olduğunu bildirir. == Tədqiqi == Qütbütün tərcüməsi haqqında 1921-ci ildə fransız alimi Jan Deni “Grammaire de la lanque turque” adlı əsərində ilk dəfə fikir söyləmişdir. Jan Deni bu poemanın Nizami Gəncəvi tərəfindən fars dilində nəzmə çəkilməsi və Qütb Xarəzmi tərəfindən “şərq türkcəsinə” (cığatay dilinə) çevrilməsindən bəhs etmiş, əsər haqqında yığcam məlumat vermişdir. 1958-ci ildə Polşa alimi prof. A. Zayançkovski 238 səhifədən ibarət həmin Paris nüsxəsinin foto surətini Varşavada nəşr etdirmişdir.