Dilimizdə biyə və biyələk sözləri var. Biyə əqrəb, çayan sözlərinin sinonimidir (hörümçəyə bənzəri var). Biyələk isə kököyündür (ovod). Heyvanları bərk sancır və rəngi göy olduğu üçün kököyün adlanıb. Ehtimal ki, biyə və biyələk sözləri kökdaşdır, biz, biçmək sözlərinin kökü olan bi ilə biyələk qohumdur, “sancan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)