Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Binə
Binə — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə; Xəzər rayonunun əhalisinin sayına görə ən böyük qəsəbəsi. == Tarixi == Binə ərazisinə görə Bakının Maştağadan sonra ən böyük ikinci qəsəbəsidir. Məskunlaşma baxımından Abşeronun ən cavan yaşayış məntəqələrindən biri sayılır. Burada XVII əsrin ortalarından etibarən əhali daimi olaraq məskunlaşmağa başlamışdır. Yerli əhali ənənəvi olaraq heyvandarlıq, əkinçilik, son onilliklərdə istixana təsərrüfatı (gül, pomidor, xiyar becərilməsi) ilə məşğul olmuşdur. Qəsəbə ərazisində bir neçə ictimai və dini abidələr mövcuddur. Bunlardan 1814—1815 və 1878—1879-cu illərdə inşa olunan iki el hamamını, 1877-ci ildə tikilən Hacı Ərəb və 1916-cı ildə istifadəyə verilən "Möhsin Səlim" məscidini qeyd etmək olar. == Mədəniyyəti == Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanı bu qəsəbə ərazisində yerləşir. Həmçinin Milli Aviasiya Akademiyası da burada yerləşir. == Coğrafiyası və iqlimi == İqlimi yayı quraq və isti, qışı mülayim keçən yarımsəhra-quru çöl iqlimidir.
Birə
Birə — müxtəlif bakteriyaların, virusların, parazit qurdların və xəstəlik törədən ibtidailərin daşıyıcılarıdır. Onlar məməlilər, quşlar va digər heyvanların üzərində və yuvalarında yaşayır. Birələr qanla qidalanır. Bəzi növləri qansormadan 18 aya qədər yaşaya bilir. Fəallığından asılı olaraq onları qış və yay birələri adlandırırlar. Taun xəstəliyinin yayılması yetkin birələr vasitəsilə həyata keçirilir. Onlar gəmiricilər üzərində yaşayıb xəstəliyin yayılmasına (epidemiyalara) səbəb olur. Birələr həm də tulyaremiya, qarayara, bruselyoz, cüzam və s. xəstəliklərin törədicilərini də daşıyır. Birələr - qansoran həşəratlar qrupuna daxildir.
İyə
Binə (Germi)
Binə (fars. بنه‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 802 nəfər yaşayır (177 ailə).
Binə (Xocavənd)
Binə (əvvəlki adı: Domı) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Binə kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd 1992-ci ilədək Domı adlandırılmışdır. Domı sözü də binə sözünə yaxın "oturmaq, ayağını qatlayıb aşağı çökmək" mənaları ilə bağlıdır. Ərazisindən axdığı Domı çayın (hal hazırda çayın adı Binəçaydır) əyildiyi, burulduğu yerdə yerləşdiyi üçün yaşayış məntəqəsi bu adı almışdır. == Tarixi == Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Domı kəndi Binə kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Binə kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. === Tarixi abidələri === Binə kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Binə kəndi dağlıq ərazidə, Qarabağ silsiləsinin yamacında, Binəçayın (Quruçayın sağ qolu) sol sahilində, rayon mərkəzi Xocavənd şəhərindən 45 km cənub-qərbdə, Hadrut qəsəbəsindən 50 km şimal-qərbdə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == İşğaldan qabaq kəndin əhalisi heyvandarlıq, bağçılıq və heyvandarlıqla məşğul idi, kənddə rabitə şöbəsi var idi, kəndin yaxınlığında mineral bulaq var. == Mədəniyyəti == İşğaldan qabaq kənddə klub, kinoqurğu var idi, həmçinin Böyük Vətən müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdu.
Binə (Xəzər)
Binə — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə; Xəzər rayonunun əhalisinin sayına görə ən böyük qəsəbəsi. == Tarixi == Binə ərazisinə görə Bakının Maştağadan sonra ən böyük ikinci qəsəbəsidir. Məskunlaşma baxımından Abşeronun ən cavan yaşayış məntəqələrindən biri sayılır. Burada XVII əsrin ortalarından etibarən əhali daimi olaraq məskunlaşmağa başlamışdır. Yerli əhali ənənəvi olaraq heyvandarlıq, əkinçilik, son onilliklərdə istixana təsərrüfatı (gül, pomidor, xiyar becərilməsi) ilə məşğul olmuşdur. Qəsəbə ərazisində bir neçə ictimai və dini abidələr mövcuddur. Bunlardan 1814—1815 və 1878—1879-cu illərdə inşa olunan iki el hamamını, 1877-ci ildə tikilən Hacı Ərəb və 1916-cı ildə istifadəyə verilən "Möhsin Səlim" məscidini qeyd etmək olar. == Mədəniyyəti == Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanı bu qəsəbə ərazisində yerləşir. Həmçinin Milli Aviasiya Akademiyası da burada yerləşir. == Coğrafiyası və iqlimi == İqlimi yayı quraq və isti, qışı mülayim keçən yarımsəhra-quru çöl iqlimidir.
Binə Xocavar
Binə Xocavar — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1150 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqəsi keçmişdə Xocavar (indi mövcud deyil) kəndinin binə yeri olmuşdur. XIX əsrin axırlarında kəndin əhalisi binə yerində məskunlaşaraq yeni yaşayış məntəqəsinin əsasını qoymuşdur. Toponim "Xocavar kəndinə məxsus binə" mənasındadır. == Tarixi == XIX əsrin əvvəllərində qonşu Böyük Xocavar kəndindən qopan və kəndin indiki ərazisində özlərinə binə salan ailələrdən təşkil olunmuşdur. Kəndin adı Binə Xocavar da elə buradan götürülmüşdür. Sovet dönəmində bu kəndlər bir sovetlikdə, indi isə bir bir bələdiyyə ərazisində yerləşir.[mənbə göstərin] == İqtisadiyyatı == Kənd əhalisi Sovetlər dönəmində əsasən kənd təsərrüfatı ilə məşğul olurdu. İndi isə əhalinin bir hissəsi kənd təsərrüfatı ilə, digər hissəsi isə kiçik sexlər səviyyəsində mebel istehsalı ilə məşğul olur.[mənbə göstərin] == Din == Kənddə Binə Xocavar kənd məscidi dini icması fəaliyyət göstərir. I Qarabağ şəhidi: Nuriyev Bəşir Nuru oğlu – (05.
Binə bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Binə qəsəbəsi
Binə — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə; Xəzər rayonunun əhalisinin sayına görə ən böyük qəsəbəsi. == Tarixi == Binə ərazisinə görə Bakının Maştağadan sonra ən böyük ikinci qəsəbəsidir. Məskunlaşma baxımından Abşeronun ən cavan yaşayış məntəqələrindən biri sayılır. Burada XVII əsrin ortalarından etibarən əhali daimi olaraq məskunlaşmağa başlamışdır. Yerli əhali ənənəvi olaraq heyvandarlıq, əkinçilik, son onilliklərdə istixana təsərrüfatı (gül, pomidor, xiyar becərilməsi) ilə məşğul olmuşdur. Qəsəbə ərazisində bir neçə ictimai və dini abidələr mövcuddur. Bunlardan 1814—1815 və 1878—1879-cu illərdə inşa olunan iki el hamamını, 1877-ci ildə tikilən Hacı Ərəb və 1916-cı ildə istifadəyə verilən "Möhsin Səlim" məscidini qeyd etmək olar. == Mədəniyyəti == Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanı bu qəsəbə ərazisində yerləşir. Həmçinin Milli Aviasiya Akademiyası da burada yerləşir. == Coğrafiyası və iqlimi == İqlimi yayı quraq və isti, qışı mülayim keçən yarımsəhra-quru çöl iqlimidir.
Birə bağayarpağı
Hind bağayarpağı (lat. Plantago indica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bağayarpağı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik, ot bitkisi olub, hündürlüyü 40 sm, kökü qısa, möhkəm budaqlı iyəbənzər gövdəyə malikdir. Yarpaqları qarşı-qarşıya xətti olmaqla, bütövkənarlıdır. Çiçəkləri burulmuş, yumurtavari-şarşəkilli olur. Uzun başcıqlı çiçəkləri gövdə üzərindəki yarpaqların arasında yerləşir. Tumurcuqları çəhrayı-qəhvəyi, qonur meyvələri isə elliptik kapsul içərisində yerləşir. Bitkinin yerüstü hissələri şaxələnmiş, yarpaqları gövdə üzərində müxtəlif olmaqla yerləşir. Ölçüsü 0.6–4 sm-ə qədər olur. Yarpaqlarının uzunluğu 7 sm, xətti-bütövkənarlı və ya seyrəkdişlidir.
Niyə O?
Niyə O? — bir 2016 Amerika romantik komediya filmidir. Bu film 23 dekabr 2016-cı il tarixində 20th Century Fox tərəfindən ABŞ-də yayımlandı.
Pol Biya
Pol Bartelemi Biya bi Mvondo (ing. Paul Barthélemy Biya'a bi Mvondo; fr. Paul Barthélemy Biya'a bi Mvondo; 13 fevral 1933, Mvomekaa[d]) — 6 noyabr 1982-ci ildən etibarən Kamerun Prezidenti vəzifəsində çalışan kamerunlu siyasətçi. Kamerun cənubunda anadan olan Biya 1960-cı illərdə Prezident Əhmədu Əhidyo dövründə bürokrat olaraq sürətlə yüksəldi, 1968–1975-ci illərdə Prezidentin baş katibi, 1975–1982-ci illərdə Kamerunun Baş naziri vəzifəsini icra etdi. Hökumətini Fransa dəstəkləyir və silahla təmin edir. Fransa ABŞ-la birlikdə onun rejiminin ən böyük sərmayədarıdır. Ölkədə yerləşən 105 fransız sərmayədar ölkədəki bütün əsas sektorlarda paylanmışdır. Biya 1980-ci illərdə tək partiyalı sistem çərçivəsində siyasi islahatlara başladı. Ciddi təzyiq altında 1990-cı illərin əvvəllərində çoxpartiyalı siyasətin tətbiq olunmasını qəbul etdi. Mübahisəli 1992-ci il prezident seçkilərini 40%-lik səs çoxluğu ilə qazandı, lakin 1997, 2004, 2011 və 2018-ci illərdə bu fərq artdı.
Süyüm bikə
Söyümbikə (tatar. Söyembikä, "Söyem" — Sevim, "Bikä" — xanım, tərcüməsi — Sevimli xanım) (1516–1557) — Qazan xanlığının hakimi. == Həyatı == Kazan xanlığında Noğay xanı Yusif mirzənin gözəl qızı Söyümbikə 1516-cı ildə anadan olmuşdu. Gənc yaşda mirzələr tərəfindən evləndirilmişdi. İlk həyat yoldaşı Can Əli xan rus tərəfdarı imiş. Kazanlılar onu heç sevməzmiş və üsyan edib onu öldürüblərmiş. Sonra gənc yaşda dul qalan gözəl qadın Söyümbikə xan ilə Krım xanı Səfa Giray xan evlənirlər. Səfa Giray xanın oğlu Krım xanlığının varisi Bole xandan sonra Söyümbikə xandan da ikinci oğlu Ödəmiş xan dünyaya gəlir. Səfa Giray xan neçə dəfə Kazana göz dikən rusları döyüşdə darmadağın etmişdi. Ölümündən sonra vəsiyyətinə görə taxtı oğlu Ödəmiş xana qalmışdır.
Tuti Bikə
Tuti Bikə (1751, Dərbənd – 1786, Dərbənd) — Quba xanı Fətəli xanın həyat yoldaşı, Qara-qaytaq hakimi Əmir Həmzənin bacısı, dövlət xadimi. == Həyatı == 1776-cı ildə Dərbənd şəhərini idarə etmək Tuti Bikəyə tapşırılmışdı. O, ərinin döyüşdə öldürüldüyü haqqındakı şayiələrə inanmayaraq şəhəri axıra qədər müdafiə etmiş, 9 ay düşməni Dərbəndə yaxın buraxmamışdır. 1786-cı ildə vəfat etmiş, Dərbəndin Qırxlar qəbiristanlığında, səkkizguşəli məqbərədə dəfn olunmuşdur.
Niyə? 2
Niyə? 2 – 2017-ci ilin Azərbaycan filmi. "Niyə?" filminin davamıdır. == Məzmun == Filmin qəhrəmanı Asiman (Fərda Amin) Bakıya gəlir. O, babası haqqında eşitdiyi fikirlərdən sonra dostu İsabala ilə Şəkiyə nənəsinin yanına gedir. Filmin əsas süjet xətti iki dostun Şəkidə başlarına gələn maraqlı əhvalatlar üzərində qurulub. Film həmçinin "Park Cinema"da izləyici rəğbətini qazanıb və tamaşaçıların sevimlisinə çevrilib. Filmin çəkilişləri Şəkidə baş tutub.
Binə (dəqiqləşdirmə)
Binə bu mənaları ifadə edə bilər: Binə — Bakının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə. Binə (dağ) — Şərur rayonu ərazisində dağ. Binə (Germi) Binə (Xocavənd) — Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Binə (yaşayış məskəni) — müvəqqəti yaşayış məskənlərinin ilkin tipi olaraq bu və ya digər kəndin salınmasında başlanğıc mərhələ rolunu oynayan yer.
Binə stadionu
Binə stadionu — Azərbaycanın Bakı şəhərinə daxil olan Xəzər rayonu Binə qəsəbəsində çoxistifadəli stadion. Bu, "Binə" FK -nın ev stadionudur. Stadion 600 nəfərlikdir, süni ot örtüklüdür və açılışı 2012-ci ildə istifadəyə verilmişdir. Stadion Heydər Əliyev Fondunun təşəbbüsü ilə AFFA tərəfindən FİFA standartları səviyyəsində tikilmişdir. Stadion istismar müddətini 2024-cü ildə başa vurmuşdur. 2024-cü ildə hazırkı süni qazon yeni süni örtüklə əvəzlənəcək. İşlərə mayın sonları start verilməsi planlaşdırılır.
Biyi (Alye)
Biyi (fr. Billy) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Varen-syur-Alye kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03029. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 840 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 566 nəfər (15-64 yaş) arasında 409 nəfər iqtisadi cəhətdən, 157 hərəkətsiz (fəaliyyət göstərici 72.3%, 1999-cu ildə bu 68.3%) idi. Fəal olan 409 nəfərdən 371 nəfəri (199 kişi və 172 qadın), 38 nəfəri işsizdir (14 kişi və 24 qadın). 157 hərəkətsiz 40 nəfər arasında şagird və ya tələbə, 72 nəfər təqaüdçü, 45 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Biya (mifologiya)
Kratos (yun. Βία — "qüvvət, zor" ) — yunan mifologiyasında qüvvət, zor ilahəsi titan tanrı Pallantın və ilahə Stiksin qızı, Kratos(güc), Zel (qısqanc), Nikanın (zəfər) bacısı, Psevdo-Apollodora görə Titanomaxiya zamanı Zevsin müttəfiqi. Esxilin "Zəncirlənmiş Prometey" faciəsində Zevsin qulluqçusu. Əfsanələrin birində Prometeyi Hefestin rəhbərliyi altında zəncirləyən personaj.
Biya çayı
Biya (c.alt. Бий-суу: Bıy — «bəy», suu — «su») — Altay Respublikası və Altay diyarı ərazisindən axan, Ob çayını sağ qolunu təşkil edən çay. == Coğrafiyası == Çayın uzunluğu — 301 km, hövzəsinin sahəsi — 37 000 km² təşkil edir. Teleskoe gölündən başlayaraq Katun çayı ilə birləşir, sonradan isə Ob çayın məbərində bu çayı əmələ gətirir. Yuxarı axarkarda çayı suyu nisbətən soyuqdur (10-15 °C), aşağıya doğru isə temperaturu qalxır. Çay turistik məqsədlərlə istifadə edilir. Burada çoxlu sayda astana vardır. Onların hündürlüyü bəzən bir metrə çatır. Əsas astabaları: Yurtok, Pıjinski, Kebezenski, Sarıkoşinski, Turaçok kəndində yerləşən Kipyatok. Sonuncu astana Udalovka kəndində yerləşir.
Tuti bikə
Tuti Bikə (1751, Dərbənd – 1786, Dərbənd) — Quba xanı Fətəli xanın həyat yoldaşı, Qara-qaytaq hakimi Əmir Həmzənin bacısı, dövlət xadimi. == Həyatı == 1776-cı ildə Dərbənd şəhərini idarə etmək Tuti Bikəyə tapşırılmışdı. O, ərinin döyüşdə öldürüldüyü haqqındakı şayiələrə inanmayaraq şəhəri axıra qədər müdafiə etmiş, 9 ay düşməni Dərbəndə yaxın buraxmamışdır. 1786-cı ildə vəfat etmiş, Dərbəndin Qırxlar qəbiristanlığında, səkkizguşəli məqbərədə dəfn olunmuşdur.
Narbuta biy
Narbuta biy (1749-1798)—1764 -1798-ci illərdə Kokand xanlığını idarə etmiş hakim. == Həyatı == 1764-cü ildən 1798-ci ilə qədər Kokand xanlığını Əbdülkərim biyin nəvəsi Narbuta biy minq idarə edirdi. Məlumatlara görə Narbuta biy uzun müddət hakimiyyətdən imtina etmişdi. Deyilənlərə görə, onun Fərqanədə hakimiyyəti təhlükəli idi. Kokandın tanınmış əyanları təntənəli surətdə Narbuta biyin qarşısında sədaqət andı içdilər. Ancaq bundan sonra Narbuta biy Fərqanənin hakimi olmağa razılıq verdi.. Narbuta biyin xanlığı dövründə Cust və Namanqan separatist hakimlərinin qüvvələri tərəfindən əzildi. Sonra o, üsyançı Xocənd hakimi üzərində qələbə çaldı, eyni zamanda Ura-tube formal olaraq Buxaradan asılı qaldı. Narbuta biyin xanlığı dövründə Kokand xanlığının ərazisi xeyli genişləndi. XVIII əsrdə Daşkənd iri ticarət mərkəzi idi, Qazaхıstan, Rusiya, Orta Asiya xanlıqları ilə karvan ticarəti yüksək səviyyəyə çatmışdı.
Piyə Piruzə piri
Ağasən ocağı və ya Piyə Piruzə piri — Yardımlı rayonunun Anzov kəndində pir. Anzov kəndinin mərkəzi hissəsində yerləşir. Bu ocaq əvvəllər Pirə Piruzə, sonralar isə Ağasən ocağı adlanıb. Adı Pirə kimi götürdükdə Piruzə piri alınır. Bundan başqa dialektdə "Piyə" sözü də işlənir ki, bu da Talış dilndə "qoca" deməkdir. Yenə də Piruzə piyəsi alınır. Hər iki halda ocağın qadına məxsus olduğu anlaşılır. Ağasən ocağı adlanması isə onun Ağasənin evinin yanında yerləşməsindən və həmin ocağın Ağasən tərəfindən mühafizə edilməsindən asılıdır. Bu haqda tədqiqarçı -tarixçi Aqşin Əliyev özünün 2018-ci ildə yazdığı Cənub bölgəsinin abidələri ensiklopediyası kitabında geniş məlumat vermişdir. == Mülahizələr == Xalq arasında sadəcə "Ocaq" adlanan bu ziyarətgah (Pirə Piruzə ocağı) müqəddəs ümid, kömək yeridir.
Bulud niyə ağlayır?
Bulud niyə ağlayır? qısametrajlı cizgi filmi rejissor Məsud Pənahi tərəfindən 1973-cü ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Qədim əfsanədə quraqlıq nəticəsində cadar-cadar olmuş torpağa yenidən həyat verməklə insanların köməyinə gələn bulud-qız haqqında bəhs edilir. 1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalında filmə I mükafat verilmişdir. == Məzmun == Bu filmin mövzusu milli folklorumuzdan götürülmüşdür. Təsviri həlli klassik şərq miniatürünə əsaslanır. Qədim əfsanədə quraqlıq nəticəsində cadar-cadar olmuş torpağa yenidən həyat verməklə insanların köməyinə gələn bulud-qız haqqında bəhs edilir. == Festival və mükafat == 1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalında filmə I mükafat verilmişdir. == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография.
Sən niyə susursan?
Sən niyə susursan? — Həsən Seyidbəylinin filmi. == Məzmun == Filmdə mürəkkəb əxlaqi problemlər qaldırılır, şərəfsizlik, biganəlik, möhtəkirlik kimi mənfi keyfiyyətlərə qarşı mübarizəyə çağırış səslənir. == Film haqqında == Film aktrisa Əminə Yusifqızının kinoda ilk roludur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Həsən Seyidbəyli Quruluşçu rejissor: Həsən Seyidbəyli Quruluşçu operator: Rasim Ocaqov Quruluşçu rəssam: Kamil Nəcəfzadə Bəstəkar: Tofiq Quliyev Rejissor: Rasim Ocaqov Səs operatoru: Əziz Şeyxov Mahnı ifa edən: Gülağa Məmmədov (titrlərdə yoxdur) === Rollarda === Xəyal Axundzadə — Rasim Rəna Səlimova — Cəmilə Yusif Vəliyev — Şirməmməd Zemfira Sahilova — Sürəyya Oleq Xabalov — Nəcəf Məmmədsadıq Nuriyev — arıq Kamil Qubuşov — bəbir Həsənağa Turabov — milis mayoru Ağarza Quliyev — kənd müəllimi Fazil Salayev — qatil Sadıq Hüseynov — sahə müvəkkili Mirzə Babayev — birinci avtomüfəttiş Eldar Əliyev — ikinci avtomüfəttiş Amaliya Pənahova — uşaqlı qadın M.Vasilixin H.Əliyev Ziya Seyidbəyli - Arıqın oğlu Məryəm Seyidbəyli — şagird Əminə Yusifqızı Ş.Bağırova Süsən Məcidova — bəbirin yanında işləyən qadın Məmməd Sadıqov — qarmon çalanın atası === Filmi səsləndirənlər === Həsən Əbluc — Rasim (Xəyal Axundzadə) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Cəmilə (Rəna Səlimova) (titrlərdə yoxdur) Ağasadıq Gəraybəyli — birinci avtomüfəttiş (Mirzə Babayev) (titrlərdə yoxdur) Məmmədrza Şeyxzamanov — kənd müəllimi (Ağarza Quliyev) (titrlərdə yoxdur) Şahmar Ələkbərov — milis işçisi (titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Seyidbəyli, H. "Sən niyə susursan?" ["Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi eyniadlı kinofilm haqqında] //Kino yenilikləri.- 1967.- 11–20 sentyabr. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.
Bivye
Bivye (fr. Biviers) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Melan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38045. Kommunanın 2012-ci il üçün əhalisi 2325 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 311 ilə 1388 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 95 km cənub-şərqdə, Qrenobldan 9 km şimal-qərbdə yerləşir.
Baye (Alye)
Baye (fr. Bayet, oks. Baiet) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Sen-Pursen-syur-Syul kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03018. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 668 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 407 nəfər (15-64 yaş arasında) 341 nəfər iqtisadi cəhətdən fəal, 66 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 83.8%, 1999-cu ildə 67.8%). 341 fəal şəxsdən 308 nəfəri (167 kişi və 141 qadın), 33 nəfəri işsizdir (17 kişi və 16 qadın).
İye
Alfred Bine
Alfred Binet (8 iyul 1857[…], Nitsa, Dənizkənarı Alplar – 18 oktyabr 1911[…], Paris) — fransız psixoloqu. == Həyatı == Hüquq təhsili almış, nevrologiya, gistologiya və s. elmlərlə məşğul olmuşdur. Fransada ilk eksperimental psixologiya laboratoriyasının (Sorbonna, 1889), Fransanın başlıca psixologiya jurnalına çevrilən illik “Ľ Année psychologique” (1894) məcmuəsinin yaradıcılarından biridir (Bine 1894–1911 illərdə jurnala rəhbərlik etmişdir). Şüurun patologiyası, beyin yorğunluğu problemləri, təlqin, qrafologiya və s. sahələrdə elmi araşdırmaların müəllifi olan Binet ali psixi funksiyaların öyrənilməsində ilk dəfə eksperimental metodları tətbiq etmiş, təfəkkürün tədqiqi üçün sorğu vərəqəsi, testlər, kliniki söhbətlər kimi bir sıra yeni üsullar işləyib hazırlamış və onları təkmilləşdirmişdir. == Fəaliyyəti == 20-ci əsrin əvvəllərində T. Simonla birlikdə Bine uşaqlarda yaddaşı, diqqəti, düşüncəni öyrənmək üçün bir sıra eksperimentlər aparmış və onların əsasında ilk intellekt testləri yaratmışdır; əqli cəhətdən zəif uşaqların xüsusi məktəblərə seçilib göndərilməsi məsələsini həll etməyə çalışaraq, intellekt inkişafı cədvəlini (Bine – Simon cədvəli) və müvafiq ölçmələr üçün sadə sınaqlar sistemini işləyib hazırlamışdır; bu proseduranın əsasını xronoloji və əqli yaşın fərqliyi ideyası təşkil edirdi. Cədvəlin yeni variantında (Stenford – Bine cədvəli, 1911) əqli inkişafın səviyyəsi intellekt əmsalını hesablamaqla müəyyənləşdirilir. Bine testləşdirmə hərəkatınınbanisi dir; onun testlərindən bir sıra ölkələrdə geniş istifadə edilmişdir.
Henrix Boye
Henrix Boye (alm. Heinrich Boie‎;4 may 1794 – 4 sentyabr 1827, Boqor, Qərbi Yava) — Alman zooloqu.
Jorj Bize
Jorj Bize (Georges Bizet, 25 oktyabr 1838[…] – 3 iyun 1875[…]) — Tanınmış fransız bəstəkarı. 60-cı illərdə "Don Prokopio", "Mirvari axtaranlar"(1863), 1867-ci ildə-"Pert gözəli", "Cəmilə" operaları, "Rim","Venesiya", "Florensiya", "Neapol" proqramlı simfoniyalarının müəllifi. == Həyatı == Jorj on yaşından konservatoriyada oxumağa başlayır. Anası ona — "İstedadını boş yerə xərcləməyinə icazə verməyəcəm" söyləyirdi. Jorj artıq bilirdi ki, onu yedirdəcəklər, daha sonra otağa salıb ağzını bağlayacaqlar, yorğunluqdan yuxu tutana qədər pianoda çalacaq. Jorj dərslə məşğul olmağa qarşı deyildi. Ona atası, oxu müəllimi və peşəkar pianoçu anası ilə vaxt keçirmək maraqlı idi. Dörd yaşında o artıq notları əzbər bilirdi və fortepianoda çalmağı bacarırdı. On yaşı olmağına iki həftə qalmış o, Paris konservatoriyasına daxil olur. Jorj üçün uşaqlığı başlamamış bitmişdi.
Le-Tiye
Le-Tiye (fr. Le Thillay) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Qoness. Əhalisi — 3.969 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 18 km şimal-şərqdə, Serji belediyyənin 30 km şərqdə yerləşir.
Moris Tiye
Moris Tiye (fr. Maurice Tillet) — fransız güləşçi, poliqlot, "Şrek" cizgi filminin əsas qəhrəmanının prototipi. == Həyatı == Moris Tiye 1903-cü il 23 oktyabrda Rusiyada, Uralda fransız ailəsində anadan olub. Anası müəllimə, atası dəmiryolunda mühəndis işləyib. Kiçik yaşlarında atası dünyasını dəyişir. Rusiyada 1917-ci il inqilabından sonra Tiye anası ilə birlikdə Rusiyanı tərk edir və Fransaya, Reyms bölgəsinə yerləşirlər. Tiye 17 yaşından sonra qəribə xəstəliyə yoluxur. Həkimlər ona "akromeqaliya" diaqnozu qoyurlar. Bu xəstəlik sümüklərin böyüməsinə səbəb olan nadir xəstəliklərdəndir. Belə ki, Tiyenin boyu 170 sm olduğu halda, çəkisi 122 kq idi.