Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İsmayıl Cövhəri
Əbu Nasr İsmayıl ibn Həmmad əl-Cövhəri (ərəb. ابو نصرإسماعيل بن حماد الجوهري‎), İsmayıl Cövhəri və ya sadəcə əl-Cövhəri (940, Otrar – 1002 və ya 1008, Nişapur) — türk lüğətçisi və görkəmli ərəb lüğəti olan "Tacü l-lüğa və sihahil-ərəbiyyə" ("Sihah-ol-ərəbiyye") (الصحاح في اللغة)-nin müəllifi. == Həyatı == Əl-Cövhəri Mavəraünnəhrin (indiki Qazaxıstanın cənubu) Fərab (Otrar) şəhərində anadan olmuşdur. O, ərəb dilini öyrənməyə Fərabda başlamış, daha sonra isə Bağdadda təhsil alaraq təhsilini Hicaz ərəbləri arasında davam etdirmişdir. Cövhəri daha sonra Şimali Xorasana, əvvəlcə Damğana köçmüş və nəhayət Nişapurda məskunlaşmışdır. O, burada ilk əsəri olan görkəmli ərəb lüğəti "Tacü l-lüğa və sihahil-ərəbiyyə"-ni yazır. Bu əsər Vankulu Mehmed Əfəndi tərəfindən XVI əsrdə "Vankulu lüğəti" adı altında tükçəyə çevrilmiş və bu əsər 1729-cu ildə İbrahim Mütəfərrikənin mətbəədə çap etdirdiyi ilk kitap ünvanının almışdır.Cövhəri uçuş cəhdi etmək məqsədi ilə özünün hazırladığı taxta qanadları qoluna taxaraq Nişaburdakı məscidlərdən birinin damına çıxmış, lakin bu uğursuz cəhdi onun ölümü ilə nəticələnmişdir. Bu cəhdə mənblərdə Rayt qardaşlarından 900 il əvvəl edilmiş ilk uçuş cəhdi olaraq istinad edilir. Cövhərinin bu cəhdi XIIV əsrdə yaşamış Hezarfən Əhməd Çələbi və Ləgəri Həsən Çələbi kimi şəxslər üçün ilham mənbəyi olmuşdur.
Gövhəri
Gövhəri (XVII əsr – XVIII əsr) — XVII əsrin ikinci yarısı, XVIII əsrin öncələrində yazıb-yaradan saz şairlərindən biri. == Həyatı == XVII əsrin ikinci yarısı, XVIII əsrin öncələrində yazıb-yaradan saz şairlərindən biri də əsərləri o zamandan indiyə kimi sevilə-sevilə oxunan ünlü Gövhəridir. Aşıq Gövhərinin harada və havaxt anadan olması ilə bağlı indiyə qədər konkret bir tarix göstərilməmişdir. Bəzi araşdırmaçıların yazdığına görə bu saz şairi XVII yüzilliyin ortalarında Krımda anadan olmuş və 1715-ci ildən sonra vəfat etmişdir. Hətta, bəzi tədqiqatçılar onun 1737-ci ildə yaşadığını, sağ olduğunu ehtimal eləyirlər. Bir müddət Ərəbistanı, Türkiyənin Avropa hissələrini gəzib-dolaşmış, sonralar İstanbula gələrək, şair Mehmet Bəhri Paşanın (7-1700) divanını tərtib edibdir. Qaynaqlarda onun adının da Əli, Mehmet, Mustafa deyə müxtəlif şəkillərdə qeyd olunduğu gözə çarpır. Hansının daha dəqiq onun əsl adı olduğunu bilmək olmur. Şerlərinin birində: Gevheri tahirdir Mustafa ismim// Bir katre meniden halk oldu cismim. -misralarından da göründüyü kimi, adının Mustafa olduğunu söyləyir.Mədrəsə təhsili alan Gövhəri də Dərdli, Ömər, Bayburtlu Zehni, Seyrani kimi təkcə saz şairləri içərisində deyil, klassik divan ədəbiyyatı mühitində də tanınmışdır.
Cövhər
Сövhər [alm. Substanz; fr.=ing. Substance; yun. Hypotasis, hypokeimenon – altda var olan; osm. tr. cevher; ər. جٛ شٌّ ] – yunan dilində ausia – öz mənasında istifadə olunur. Cövhər – dəyişən əşyada əbədi olan, hadisələr və sifətlər özünə yüklənən, bir başqa şeydə və ya bir başqa şeylə deyil də öz-özünə yer alan şeydir. Əsas mahiyyət, Kantın təlimində ―özündə şeylər‖ anlamına uyğun gəlir. Misal üçün stul bir formadır, lakin onun əsası taxtadır.
Gövhəri Qadınəfəndi
Gövhəri Qadınəfəndi (8 iyul 1856, Qudauta, Abxaziya Muxtar Respublikası – 6 sentyabr 1884, Konstantinopol) — 32-ci Osmanlı sultanı Əbdüləzizin beşinci xanımı. == Həyatı == Gövhəri xanım 1856-cı ildə Anapada dünyaya gəldi. Atası abxaz bəylərindən Saleh bəy Svatnba, anası isə Şaziyə Tsanba xanım idi. Əsl adı Əminə olan bu qızcığaz kiçik yaşlarından bacısı Fatma xanımla birlikdə Osmanlı sarayına təhvil verilmişdir. Sarayda Validə Pərtəvniyal Sultanın himayəsində mükəmməl təhsil almışdır. Uzun qıvrım saçları və mavi gözləri ilə tezliklə Sultan Əbdüləzizin diqqətini cəlb etdi və 1872-ci ildə cütlük Dolmabağça sarayında evləndi. Nigah mərasimində olduqca sadə görünən Gövhəri xanım sultandan üzük hədiyyəsi aldı. Evlilikdən bir il sonra qızı Əsma Sultanı, daha sonra isə oğlu Mehmed Seyfəddin Əfəndini dünyaya gətirdi. Ərinin devrilməsinin ardından xeyriyyə işləriylə məşğul olan Gövhəri xanım 6 sentyabr 1884-cü ildə Ortaköy sarayında vəfat etdi və Yeni məsciddə dəfn olundu. == Övladları == Əsma Sultan (d.
Cövhər Dudayev
Dudayev Cöhər Musa oğlu (çeç. Дуди Муса кIант ЖовхIар ) (15 fevral 1944, Yalxori, Çeçen-İnquş MSSR, — 21 aprel 1996, Qexi-Çu, Çeçenistan) — çeçen hərbçisi, siyasətçisi və dövlət xadimi. İçkeriyanın ilk prezidenti. Aviasiya general-mayoru, çeçenlərin SSRİ ordusunda tarixi boyu yeganə generalı. == Həyatı == Cövhər Dudayev 1944-cü ilin fevralında Çeçenistanın Yalho kəndində anadan olub. 23 fevral 1944-cü ildə ailəsi Sibirə sürgün olunarkan o 15 günlük körpə olub. Cövhər Dudayev sürgündə keçən uşaqlıq illərilə bağlı bunları deyirdi: "Mən dinimi anamın qoynunda öyrəndim. Mən tamamilə ateist təhsili aldım və ateist bir ordu olan "Qızıl Ordu"da generallığa qədər yüksəldim. Burada sizə tarixi bir həqiqəti nəql edim. Məktəbə getməmişdən əvvəl çox yaxşı tərbiyə aldım.
Cövhər Tsarnayev
Cövhər Tsarnayev (rus. Джоха́р Анзо́рович Царна́ев) — çeçen-avar mənşəli amerikalı tələbə. 2013-cü ilin 15 aprel tarixində Amerika Birləşmiş Ştatlarının Massaçusets ştatının Boston şəhərində hər il ənənəvi formada keçirilən olunan Boston marafonuna təşkil olunmuş terror hücumunun iki əsas şübhəlisindən biri. Hadisənin bir digər şübhəlisi Cövhər Tsarnayevin qardaşı Tamerlan Tsarnayevin polis tərəfindən keçirilən əməliyyat nəticəsində (hadisədən 3 gün sonra) öldürülmüşdür.
Xacə Cövhər
Xacə Cövhər (v. 11 noyabr 1390) — əmir, Əlincəqalanın kutvalı. == Həyatı == XIV əsrin 80-ci illərində Əlincəqalanın müdafiəsinə başçılıq edib. 1387-ci ildə Əmir Teymurun Əlincə qalasına ilk yürüşü zamanı ona ciddi müqavimət göstərmişdir. === Vəfatı === 11 noyabr 1390-cı ildə, Ramazan bayramı günündə taun xəstəliyindən vəfat etmişdir. == Əlincə qalasının müdafiəsində rolu == AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin SƏFƏRLİ Şərq qapısı qəzetinin 6 aprel 2016-ci il tarixində qələmə aldığı "Əlincəqalanın teymurilərdən müdafiəsinə rəhbərlik etmiş qala rəisləri" haqqında məqaləsində Xacə Cövhər yazır haqqında yazır: == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 195.
Fatma Gövhəri Sultan
Fatma Gövhəri Sultan (d. 30 noyabr 1904 - ö. 10 dekabr 1980) — 32. Osmanlı sultanı Əbdüləzizin ən kiçik oğlu Mehmed Seyfəddin Əfəndinin yeganə qızı, Osmanlı sultanı və Osmanlı bəstəkarı. == Həyatı == Fatma Gövhəri Sultan 1904-cü ildə atasının Çamlıca köşkündə dünyaya gəlmişdir. Əhməd Tövhid Əfəndinin əkizidir. Atası Sultan Əbdüləzizin oğlu Mehmed Seyfəddin Əfəndi, anası isə Nervaliter xanım idi. Sarayda atasından və digər Osmanlı bəstəkarlarından musiqi dərsləri aldı. Kamança, ud və piano dərsləri aldı. 1924-cü ildə Osmanlı sülaləsinin sürgün edilməsi haqqında qanundan sonra ölkəni tərk etdi.
Gövhərli
Gövhərli — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisinin sayı 833 nəfərdir ki, onun da 427 nəfəri kişi, 406 nəfəri isə qadındır.
Kövsəri
Əqil Kövsəri Ərdəbili — XVII əsrdə yaşayıb Nizami ənənələrini davam etdirən Azərbaycan şairlərindən biri. == Həyatı və yaradıcılığı == Kövsəri Səfəvilər sülaləsindən I Şah Abbas (1587-1629) dövründə İsfahanda (Səfəvilərin həmin dövr paytaxtı) yaşayıb-yaratmışdır. Kövsərinin “Leyli və Məcnun”, “Şirin və Fərhad” poemalarından başqa digər əsərləri məlum deyildir. Məhəmmədəli Tərbiyət “Daneşməndane-Azərbaycan” adlı əsərində Kövsəri haqqında yazır: == Tədqiqi == Müasir İran alimlərindən doktor Tələt Bəsari Tehranda nəşr olunan “Suxən” jurnalında nəşr etdirdiyi “Çöhreye Şirin” adlı məqaləsində Firdovsinin, Nizami və onun xələflərinin Şirin haqqında şeirlərindən nümunələr vermişdir. Alim buraya Kövsərinin də adını daxil etmişdir. Amma nədənsə şairin şeirlərindən nümunə gətirməmiş və yalnız adını çəkməklə kifayətlənmişdir.Müasir Azərbaycan alimlərindən R. Azadə özünün “Azərbaycan epik şeirinin inkişaf yolları” adlı əsərində Kövsərinin həyat və yaradıcılığına diqqət yetirib,, onun “Şirin və Fərhad” əsərinin geniş təhlilini vermiş, şairin Azərbaycan ədəbiyyatında tutduğu mövqeyi dəyərləndirmişdir.
Gövhər
Gövhər — Azərbaycanlı qadın adı. Gövhər Qazıyeva — Azərbaycanın ilk peşəkar aktrisası. Gövhər Cəfərzadə — Gövhər Həsənzadə — Azərbaycan bəstəkarı. Gövhər ağa — Qarabağ xanlarından İbrahim xanın qızı, Mehdiqulu xanın isə bacısıdır.
Basketbol lövhəsi
Basketbol lövhəsi — basketbol oyununda istifadə edilən idman avadanlığı. Lövhə düzbucaqlı və ya kvadrat formasında olur və ona basketbol səbəti bərkidilir. Basketbol lövhəsi arxadan divara və dirəyə asılmaq üşün xüsusi bağlayıcılara malik olur. == Ölçüləri == Beynəlxalq Basketbol Federasiyasının qaydalarına əsasən lövhənin ölçüləri belədir: 180х105 sm. Lövhənin aşağı kənarından döşəməyə qədər olan məsafə 290 sm olmalıdır. Səbət dəmir halqadan və halqaya keçirilmiş dibi olmayan səbətdən ibarətdir. Səbət döşəmədən 3,05 metr, lövhənin aşağı hissəsindən isə 0,15 metr məsafədə yerləşir. Milli Basketbol Assosiasiyasında basketbol lövhəsinin ölçüləri — 72х42 düymə olur. Basketbol halqası 18 düymə diametrində və yerdən 10 fut hündürlükdə olmalı. Daxili düzbucağın ölçüləri 24х18 düymədir.
Bucağın növləri
Bucağın tərəfləri müstəvini iki hissəyə ayırır. Bucağın tərəflərinin də daxil olduğu hər iki hissə müstəvi bucaq adlanır. Müstəvi bucaqlardan birini (adətən kiçiyini) şərti olaraq daxili, digərini isə xarici bucaq adlandırırlar. == Bucağın növləri == Bucaq dərəcə ölçüsündən asılı olaraq aşağıdakı növlərə ayrılır: İti bucaq (0° ilə 90° arasında) Düz bucaq : α = 90 ∘ {\displaystyle \alpha =90^{\circ }} Kor bucaq (90° ilə 180° arasında) Açıq bucaq : α = 180 ∘ {\displaystyle \alpha =180^{\circ }} Qabarıq olmayan bucaq (180° ilə 270° arasında) Tam bucaq : α = 360 ∘ {\displaystyle \alpha =360^{\circ }} == Bucağın digər növləri == === Qonşu bucaqlar === Qonşu bucaqlar α + β = 180 ∘ {\displaystyle \alpha +\beta =180^{\circ }} Bir tərəfi ortaq, digər tərəfləri isə tamamlayıcı yarım düz xətlər olan iki bucağa qonşu bucaqlar deyilir. === Tamamlayıcı bucaqlar === Tamamlayıcı bucaqlar α + β = 90 ∘ {\displaystyle \alpha +\beta =90^{\circ }} İki bucaqdan birinin tərəfləri o birinin tərəflərinin tamamlayıcı yarım düz xətləri olarsa, onlar qarşılıqlı bucaqlar deyilir.
Buludun növləri
== Bulud == Havada həmişə müəyyən qədər su buxarı olur. Hava soyuduqda su buxarı birləşir, iriləşərək kondensasiyaya uğrayır. Su buxarının maye hala keçməsi prosesi su buxarının kondensasiyası adlanır. Su buxarı yer səthinə yaxın kondensasiya və sublimasiya etdikdə duman, sərbəst atmosferdə olduqda isə bulud yaranır. == Buludun növləri == Tərkibinə görə buludlar sulu, buzlu və qarışıq olur.Təsnifatına görə isə 3 qrupa, 10 formaya, yüzlərlə növə bölünür. === Laylı buludlar === Laylı buludlar-ilin soyuq dövründə 2000m hündürlükdə (2-3km-ə kimi) yaranır.Əsasən qışda üstün olur.Havanı tam təşkil edir.Mülayim havanın yuxarı qalxması ilə yaranır.3 forması var: laylı laylı-yağış yüksək laylı === Topa buludlar === Topa buludlar - 2-6km hündürlükdə yaranırlar.Topa buludlar yayda, yazın sonu və payızın əvvəlində daha çox olurlar.Yaranmasına səbəb qızmış isti havanın sürətlə yuxarı qalxmasıdır.4 forması vardır: topa topa-yağış topa-laylı yüksək topa === Lələkvari buludlar === Lələkvari buludlar - 6km-dən hündürdə (10-12km) yaranır. Qışda üstün olur.
Genişləndirmə lövhəsi
Genişləndirmə lövhəsi – üzərində mikrosxemlər və bir-biri ilə keçirici cığırlarla birləşdirilmiş digər elektron komponentlər yerləşən və əlavə funksiyalar və ya resurslar təmin etmək üçün kompüterin şininə (verilənlərin ötürülməsinin əsas yoluna) qoşulan montaj lövhəsi. Tipik genişləndirmə lövhələrində əlavə yaddaş, disklərin kontrolleri, videoadapterlər, paralel və ardıcıl portlar, daxili modemlər gerçəkləşdirilir. Genişləndirmə lövhələrinə çox zaman, sadəcə, lövhə (BOARD) və ya kart (CARD) deyilir. Bax: EXPANSION SLOT. Daşınabilir kompüterlər (dizüstü, ovuciçi və s.) üçün genişləndirmə lövhələri, adətən, kompüterin yanlarında və ya arxasında olan yuvalara taxılan PC Card tipli lövhələr şəklində (kredit kartı ölçüsündə olur) buraxılır.
Kondensatorların növləri
Kondensatorların növləri — Kondensatorlar bir çox formada, növdə, uzunluqda olur və bir çox materialdan hazırlanır. Hamısında bir dielektrik qat və bir - birindən ayrılan ən azı iki elektrik keçirici təbəqə var. Kondensatorlar bir çox ümumi elektrik cihazlarında geniş istifadə olunur. Kondensatorlar rezistorlar və induktivliklər birlikdə elektronik avadanlıqlarda istifadə olunan " passiv komponentlər " qrupuna aiddir. Ən çox yayılmış kondensatorlar inteqrasiya edilmiş kondensatorlardır. == İstifadə sahələri == Kiçik kondensatorlar : elektrik süzgəcləri, tənzimlənən sxemlərin komponentləri və ya düzləndirilmiş cərəyanın hamarlanması, enerji təchizatı sistemlərinin hissələri kimi gücləndiricilərin mərhələləri arasındakı siqnalları birləşdirmək üçün elektronik cihazlarda istifadə olunur. Daha böyük kondensatorlar: bəzi növ elektrik mühərriklərinin hissələri kimi enerjinin saxlanması və ya dəyişən cərəyan güc paylama sistemlərində güc amilinin düzəldilməsi üçün istifadə olunur. Standart kondensatorlar sabit bir tutum dəyəri var, ancaq tənzimlənən kondensatorlarüm tez-tez tənzimlənən dövrələrdə istifadə olunur. Tələb olunan tutumdan, iş gərginliyindən, cari işləmə qabiliyyətindən və digər xüsusiyyətlərdən asılı olaraq müxtəlif növlər istifadə olunur. == Sabit Kondensatorlar == Sabit kondensatorlar tutumunun qiyməti dəyişməyən kondensatorlardır.
Korroziyanın növləri
Korroziya (lat. corrosio) — Metalların və onların ərintilərinin ətraf mühitin təsirindən dağılmasıdır. == Dağılma mexanizminə görə korroziyanın növləri == Dağılma prosesinin mexanizminə görə korroziyanın kimyəvi və elektrokimyəvi növləri ayırd edilir. Elektrolit və ya su mühitində digər metalla təmasda olan metalın və ya ərintinin dağılmasına elektrokimyəvi korroziya deyilir. Elektrokimyəvi korroziya turş, qələvi və neytral mühitdə gedə bilər. Korroziyanın bu növünə misal olaraq turş mühitdə mislə təmasda olan dəmirin korroziyasını göstərmək olar. Eelektrokimyəvi korroziya zamanı elektronlar daha aktiv metaldan az aktiv metala keçir və nəticədə aktiv metal korroziyaya uğrayır. == Avadanlıqların korroziyadan mühafizəsi == Müasir dövrdə texnologiyanın sürətlə inkişaf etdiyi qlobal və yerli mühitdə metal tərkibli avadanlıqların korroziyadan mühafizəsi aktual problemlərdən biridir. Bu problem daha çox neft sektorunun əsası olan neft və qaz hasilatı, nəqli və emalı zamanı polad avadanlıq və boru kəmərlərinin atmosfer korroziyasının təsirinə məruz qalması ilə bağlıdır. Eyni zamanda kənd təsərrüfatı texnikası və hərbi texnikanın istismar müddətindən daha çox konservasiya şəraitində saxlandığı nəzərə alınarsa, bu sferada intensiv korroziya proseslərinin mövcudluğu aydın görünür.
Mərkəz lövhəsi
Mərkəz lövhəsi — yelkənli qayıqların altında tarazlığı təmin edən ağırlıq. Yelkənlərin yaratdığı qüvvəyə qarşı bir qüvvə yaratdığından dolayı qurğuşundan hazırlanır. Qayıq əgər kifayət qədər ağır olmazsa güclü külək nəticəsində aşa bilər. Mərkəz lövhəsinin digər vacib funksiyası yandan əsən küləyin qayığı külək altına sürükləməsinin qarşısını almaqdır. Mərkəz lövhəsi bu iki xüsusiyyətindən dolayı yelkənli qayıqların əsas hissələrindən biridir. Kiçik qayıqlarda qayığın ağır olmasına ehtiyac yoxdur, çünki kapitan öz ağırlığı ilə qayığın tarazlığını düzəldə bilir. Əslində, çox vaxt bu qayıqlarda mərkəz lövhəsi sabit olmur və kapitan lazım olduğu təqdirdə mərkəz lövhəsini qayığın içinə çəkə bilir. Məsələn, sarğı seyrində qayıq üzərində yaranan yan qüvvələr az olduğundan kapitanın mərkəz lövhəsinə ehtiyacı olmur.
Pirolizin növləri
Pirolizin növləri- Oksidləşdirici piroliz-sənaye tullantılarının termiki parçalanma prosesidir. Oksidləşdirici piroliz bərk sənaye tullantıların və çirkab suların zərərsizləşdirilməsi üçün çox perspektiv üsuldur. == Quru piroliz == Bu metodla aparılan tullantıların termiki emalı,onların yüksək effektiv zərərsizləşdirilməsini,yanacaq və kimyəvi xammal kimi istifadəsini təmin edir.Quru piroliz oksigen daxil olmadan termiki parçalanma prosesidir.Nəticədə yüksək yanma istiliyi olan piroliz qazı,maye məhsul və bərk karbohidrogen qalığı alınır.Piroliz prosesi temperatura görə fərqlənir. 1) Asağı temperaturlu piroliz (450-550 °C). Pirolizin bu növü maye və bərk qalıqların maksimum və piroliz qazının minimum çıxımı müşahidə olunur. 2) Orta temperaturlu piroliz (800 °C-ə qədər) və ya orta temperaturlu kokslaşma . Aşağı yanma istiliyi olan çox miqdarda qazın çıxımını və az miqdarda maye qalığın və koksun alınması ilə keçir. 3) Yüksək temperaturlu piroliz və ya kokslaşma (900-1050 °C).Bu prosesdə maye və bərk məhsulların minimal çıxımı və çox miqdarda minimal yanma istiliyi olan qazın alınması ilə müşahidə olunur.Alınan qaz yüksək keyfiyyətli yanacaq olaraq uzaq məsafələrə nəql olmağa yararlıdır.Hal-hazırda quru piroliz üsulunun istifadə səhaləri daha da genişlənir və o müasir elm və texnikanın inkişafı etapında bərk üzvi tullantıların utilizasiyası,onlardan qiymətli komponentlərin ayrılmasının perspektiv üsullarından biridir. == Karbohidrogenlərin pirolizi == Karbohidrogenlərin pirolizi (800°-900 °C)prosesi (qaz karbohidrogenləri birbaşa qovma benzin,qazoyl) etilenin,propilenin,divinil benzolun və başqa məhsulların alınma mənbəyidir. == Oduncağın pirolizi == Bu proses (450°-500 °C) nəticəsində ağac kömürü, metil spirti, sirkə turşusu, aseton, qatran və s.
Nəqliyyat növləri
Nəqliyyat növləri — mühitdən və yerinə yetirdiyi vəzifədən asılı olaraq nəqliyyat su nəqliyyatına, o cümlədən sualtı və suüstü, yerüstü və hava nəqliyyatına bölünür. == Su nəqliyyatı == Su nəqliyyatı — dəniz və çay nəqliyyatı olmaqla iki hissəyə ayrılır. Bunların da hər birinin sərnişin və yük daşıma bölmələri vardır. Su nəqliyyatında istifadə olunan nəqliyyat vasitələri: Gəmi Qayıq Kater Sal Bərə Kələk Kolaz Pələ Şxun Barj Sandal == Dəmiryol nəqliyyatı == Dəmiryol nəqliyyatının da sərnişin və yük daşıma bölmələri vardır.
Sionizmin növləri
Sionizmin növləri — ilkin hədəfi yəhudi xalqı üçün vətən qurmaq olan sionizmin növləri. Sionizm bu məqsədi yerinə yetirməklə bağlı fərqli-fərqli düşüncələrə malik fəlsəfəçilər tərəfindən yaradılmışdır bir ideologiyadır. == Siyasi sionizm == Siyasi sionizmə Rusiyada Teodor Hertsl və Maks Nordau tərəfindən yaradılmışdır. Bu sionist fikir ilk dəfə Birinci Sionist Konqresində müdafiə edilmişdir. == Tətbiqi sionizm == İvrit dilində Tsionut Ma-asit (ivr. ‏ציונות מעשית‏‎) olaraq bilinən tətbiqi sionizmə Moyşe Leyb Liliyenblyum və Leon Pinsker tərəfindən yaradılmış və Hovevey Sion tərəfindən həyata keçirilmişdir. Bu fikir yəhudilərin İsrail Torpağına immiqrasiyasının tətbiqi yollarının olmasını – Aliyanı və yəhudilərin həmin torpaqda tezliklə məskən salmasını fərz edir. == Sintetik sionizm == Haym Veysman, Leo Motskin və Nahum Sokolov tərəfindən yaradılmışdır və iki və ya daha çox fikrin kombinasiyasını təbliğ edir. == Sosialist sionizm == Sionizmi bölən bu növlərin bəzilərinin sionizmlə heç bir əlaqəsi yoxdur. Bu cür növlər yəhudi dövlətinin xarakterini müəyyənləşdirəcək mürəkkəb ideologiyalara əsaslanır.
Sxem lövhəsi
Sxem lövhəsi (circuit board) – üzərində dövrə (sxem) əmələ gətirən elektrik komponentlərinin montaj edildiyi və bir-biri ilə əlaqələndirildiyi, izolyasiya materialından (məsələn, epoksid və ya fenol tərkibli qətrandan) hazırlanmış lövhə. Müasir sxem lövhələrində komponentləri birləşdirmək üçün mis folqadan istifadə edilir. O, lövhənin bir və ya hər iki üzündə, ən yeni modellərdə isə bir neçə qatda yerləşdirilə bilər. Çap lövhələrində (printed circuit board) mis folqalardan ibarət birləşmələr qabaqcadan çap prosesində fotolitoqrafiya üsulu ilə vurulur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Turizmin növləri
Turizmin növləri - Əlamətlərinə görə turizm aktiv və passiv növlərinə ayrılır. Xarici turistlərin ölkəyə gəlişi və ya ölkə vətəndaşları tu­ristlərin həmin regiona gəlişi aktiv turizmdir. Aktiv turizm - ölkə­yə və ya regiona pul (valyuta) gətirməsi ilə müəyyən edilir. Bir öl­kə vətəndaşının digər ölkəyə səyahəti və ya həmin regiondan olan turistlərin başqa yerlərə səfərləri passiv turizmdir. Passiv turizm ölkədən və ya regiondan pul (valyuta) çıxarılması ilə müəyyən edilir. Rekreasiya turizmi - istirahət və müalicə məqsədi ilə həyata keçirilən səyahətdir. Turizmin bu növü dünyada geniş yayılmışdır. == Məqsədinə görə turizm == Məqsədinə görə turizmin aşağıdakı növləri var: Ekskursiya - dərketmə məqsədi ilə həyata keçirilən səyahətdir. Müalicə məqsədli səfərlər - turizmin digər növlərindən xüsusile fərqlənir. İlk növbədə bu olduqca fərdi səyahət növüdür.
Yazı lövhəsi
1. Yazı lövhəsi (clipboard) – Microsoft Windows, Apple Macintosh və OS/2 əməliyyat sistemlərində nəzərdə tutulmuş xüsusi yaddaş resursu. "Yazı lövhəsi"ndə, ora sonuncu köçürülmüş informasiya hissəsinin nüsxəsi saxlanılır. Verilənlərin "yazı lövhəsi"ndən cari proqrama ötürülməsi yapışdırma (PASTE) əməliyyatı vasitəsilə aparılır. "Yazı lövhəsi"nin köməyilə informasiyanı bir proqramdan başqasına da ötürmək olar. "Yazı lövhəsi" vasitəsilə köçürülmüş verilənlər statik olur və sonrakı dəyişiklikləri özündə əks etdirmir. Tut: SCRAP; Bax: CUT AND PASTE, DYNAMIC DATA EXCHANGE. 2. Planşet-bloknot – əsas giriş qurğusu işıq-qələm olan kompüter. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s. == Xarici keçidlər == EN Перевод на английский How does the Clipboard work with SwiftKey Keyboard for Android?
Səs növləri
Səs tipi — insanın səs aralığını təyin edən bir qavramdır. Səs tipi qadınlarda və kişilərdə olmaqla ikiyə ayrılır.
Hoveri
Hoveri — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Avrasiya çölləri
Avrasiya çölləri Avrasiyanın mülayim çəmənliklərin, savannaların və kolluqların biologiyasındakı geniş çöl ekosistemidir. Rumıniya və Moldovadan Ukraynaya, Rusiyaya, Qazaxıstana, Şərqi Türkistana və Monqolustandan Mancuriyaya qədər uzanır. Bundan əlavə, Macarıstandakı Pannoniya çölləri də Avrasiya çöllərinin uzantısı hesab olunur. Paleolit ​​dövründən çöllər iqtisadi, siyasi və mədəni vasitələrlə Şərqi Avropa, Mərkəzi Asiya, Çin, Cənubi Asiya və Yaxın Şərqi ticarət yollarında birləşdirmişdir. O, təkcə Antik və Orta əsrlərdə İpək Yolunun deyil, həm də müasir dövrdə Avrasiya quru körpüsünün sələfidir. Xiongnu, İskitlər, Kimmerlər, Sarmatlar, Hunlar, Xarəzm, Mavəraünnəhr, Soqdlar, Syenpilər, Monqol imperiyası və Göytürk xaqanlığı kimi tarix boyu bir çox köçəri imperiyalara və bir çox böyük qəbilə konfederasiyalarına və qədim dövlətlərə ev sahibliyi etmişdir.
Bağırsaq çöpləri
Escherichia coli- Enterobacteriaceae fəsiləsinin Escherichia cinsinə daxildir. İnsan patologiyalarında əhəmiyyət kəsb edən E.coli növü ilk dəfə 1885-ci ildə T. Eşerix tərəfindən nəcisdən əldə edilmiş və onun şərəfinə də adlandırılmışdır. Morfo-bioloji xüsusiyyətləri. E.coli ölçüləri 0,5–3,0*0,5–0,8 mkm olan qram mənfi qısa çöplərdir. Peritrix flagellalar hesabına hərəkətlidirlər. Bir çox ştammları mikrokapsula əmələ gətirir. Fakultativ anaerobdur, adi qidalı mühitlərdə 37° temperaturda pH 7.2–7.6 intervalında asanlıqla inkişaf edir. Bərk qidalı mühitlərdə hamar, azacıq qabarıq, parlaq, yarımşəffaf koloniyalar əmələ gətirir. Maye mühitlərdə diffuz bulanıq və çöküntü əmələ gətirir. Laktozanı parçaladığı üçün Endo mühitində metal parlaqlığı olan moruğu-qırmızı, MacConkey mühitində çəhrayı, eozin-metilen abısı mühitində (Levin mühitində) tünd bənövşəyi koloniyalar əmələ gətirir.
Bulbophyllum comberi
Bulbophyllum comberi (lat. Bulbophyllum comberi) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum comberi növü Kalimantan, eləcə də Yavadan Kiçik Zond adalarına qədər yayılmışdır.
Jurinea cooperi
Jurinea cooperi (lat. Jurinea cooperi) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid biki növü.
Lycium cooperi
Lycium cooperi (lat. Lycium cooperi) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin i̇tüzümü cinsinə aid bitki növü.