blefarospazm

blefarospazm
blefaroplastika
blefləmə
OBASTAN VİKİ
Blefarospazm
Blefarospazm (yun. βλέφαρον - göz qapağı və σπασμός - spazm) — gözün dairəvi əzələsinin hər hansı anormal daralması. Blefarospazm miokimiya və ya fassikulyasiya kimi tanınan göz qapaqlarının daha çox yayılmış və daha yüngül qeyri-iradi titrəməsindən ayırmaq lazımdır. Əksər hallarda blefarospazm simptomları bir neçə gün davam edir və sonra müalicə olunmadan yox olur, lakin bəzi hallarda seğirmələr xroniki və qalıcı olur və ömürlük problemlər yaradır. Blefarospazm 2 növ olur: essensial (əsas) və reflektor. Xoşxassəli əsas blefarospazm (BEP) fokal distoniyadır, göz ətrafında qeyri-iradi və davamlı əzələ daralmalarını əhatə edən nevroloji hərəkət pozğunluğudur. Dəqiq səbəbi bilinmir, lakin yorğunluq, stress və ya qıcıqlandırıcılar səbəb ola bilər. Blefarospazm bəzən xoşxassəli fasikulyasiya sindromunun bir hissəsidir. == Müalicəsi == Blefarospazmın müalicəsində botulinum toksin enyeksiyonlarından istifadə olunur. Botulinum toksin inyeksiyaları lokallaşdırılmış, qismən iflicin yaranmasına səbəb olmaq üçün istifadə edilir.

Digər lüğətlərdə