boğazı biçilmək

to lose the power of speech / to lose one’s tongue / one’s tongue failed one / one has seen a wolf потерять дар слова / лишиться дара речи
boğazdan yuxarı danışmaq
boğazı əlində olmaq
OBASTAN VİKİ
Cəbəllütariq boğazı
Cəbəllüttariq boğazı (Gibraltar) — Atlantik okeanı ilə Aralıq dənizi arasında su keçidi. Boğaz tarix boyunca ayrı-ayrı xalqlar tərəfindən fərqli adlarla adlandırılmışdır. Daha çox Herkules sütunları və Melkart sütunları adları ilə tanınır. İndiki adının ərəbcədən tərcüməsi Tariqin dağı deməkdir.Afrika ilə Avrasiya materikinin birləşdirir. 711-ci ildə Əməvi xəlifəsi I Vəlidin dövründə sərkərdə Tariq İbn Ziyadın başçılıq etdiyi islam ordusu gəmilərlə "Yaşıl ada" adlandırılan Andalusiyaya daxil oldu. Tariq ibn Ziyad ordusunu dörd gəmidə daha sonralar öz adı ilə adlanan Cəbəllüttariq boğazından qarşı sahilə keçirdi. Bu tarixdən Avropanın cənubunda Kordova xilafəti adlı islam dövləti yarandı.
Cəbəllüttariq boğazı
Cəbəllüttariq boğazı (Gibraltar) — Atlantik okeanı ilə Aralıq dənizi arasında su keçidi. Boğaz tarix boyunca ayrı-ayrı xalqlar tərəfindən fərqli adlarla adlandırılmışdır. Daha çox Herkules sütunları və Melkart sütunları adları ilə tanınır. İndiki adının ərəbcədən tərcüməsi Tariqin dağı deməkdir.Afrika ilə Avrasiya materikinin birləşdirir. 711-ci ildə Əməvi xəlifəsi I Vəlidin dövründə sərkərdə Tariq İbn Ziyadın başçılıq etdiyi islam ordusu gəmilərlə "Yaşıl ada" adlandırılan Andalusiyaya daxil oldu. Tariq ibn Ziyad ordusunu dörd gəmidə daha sonralar öz adı ilə adlanan Cəbəllüttariq boğazından qarşı sahilə keçirdi. Bu tarixdən Avropanın cənubunda Kordova xilafəti adlı islam dövləti yarandı.
Devis boğazı
Devis boğazı ing. Devis Strait — Qrenlandiya adasını Baffin Torpağı (Kanada Nunavut vilayəti) adasından ayırır. Eni 300–950 km arası dəyişir. Ən dərin yeri 3660 m-dir. Baffin dənizini Labrador dənizi ilə birləşdirir. Sularında zəngin neft və Qaz yataqları vardır. Boğaz ingilis dəniz səyyahı Con Devisin (1550–1605) şərəfinə adlandırılmışdır. O bölgəyə bir neçə səfərlər təşkil etmiş Baffin torpağı və Qrenlandiya adalarını öyrənmişdir. Boğaz və onun sahilləri Devis tərəfindən kəşf edilmişdir.
Diana boğazı
Diana boğazı (rus. Дианы пролив) — Sakit okeanına daxil olan Şumişir adasını Ketoy adasından ayırır. Oxot dənizini Sakit okeanı ilə birləşdirir. Uzunluğu 15 km, ən dar eni isə 20 km təşkil edir. Dərinliyi 500 m-ə çatır. Sahilləri sıldırımlı və qayalıdır. Boğazda Severo-Zapadnıy, Sovetskıy, Storojevoy, Otvestnıy (Şimuşir) və Lejbişnıy, Monolitnıy, Onruqlıy (Ketoy) burunları vardır. Boğazın sahillərində dərinlik 1,0 m təşkil edir. Boğazın şimal sahillərində çoxlu sualtı və suüstü daşlar vardır. Boğazın cənubunda Brout, şimalında isə Diana və Yujnıy buxtası vardır.
Dominika boğazı
Dominika boğazı (ing. Dominica Passage; fr. Canal de la Dominique) — Fransanın asılı ərazisi olan Qvadelupanın tərkibinə daxil Mari-Qalant adasının şimalını Dominika adasının cənubdaan ayıran boğaz. Boğazın eni 26 km, uzunluğu 58 km-dir. Atlantik okeanını Karib dənizi ilə birləşdirir. 1987-ci ildə Fransa ilə Dominika arasında Dominika boğazında sərhədin delimitasiyası haqqında saziş imzalanmışdır.
Dreyk boğazı
Dreyk boğazı Atlantik okean və Sakit okeanı birləşdirir (əgər Cənub okeanının sərhədləri dəqiq müəyyənləşsə onda boğazın bir hissəsi məhz bu okeanın ərazisinə düşər.) Şimalda Odlu torpaq, cənubda isə Cənubi Setland adaları arasında yerləşir. O, dünyanın ən enli boğazıdır. Belə ki, onun eni 820 km təşkil edir. Burada güclü qərb passat küləkləri əsir. Həmçinin dünyada ən güclü fırtınalar da burada baş verir. Küləyin sürəti 35 m/s, dalğanın hündürlüyü isə 15 m təşkil edir. Cənubi Amerikanın ən ucqar yeri Dieqo-Ramires adası məhs burada yerləşir. Ən ucqar nötqə isə Horn burnudur. Boğaza əfanəvi ingilis dənizçisi və dəniz qulduru Frensis Dreykin şərəfinə onun adı verilmişdir. Dreyk bu boğazdan 1578-ci ildə üzüb keçən ilk avropalı olmuşdur.
Dundas boğazı
Dundas boğazı (ing. Dundas Strait) — Şimal ərazisi (Avstraliya) torpaqlarında yerləşir. Melvill adasını Koburq yarımadasından ayırır. Ərazidə Garig Gunak Barli Milli Parkı yerləşir. Arafur dənizini Van Dimen körfəzi ilə birləşdirir.
Dunkan boğazı
Dunkan boğazı - Hind okeanınında yerləşən Böyük Andaman arxipelaqına daxil olan Rutland asını Kiçik Andaman adalarından ayırır. Hind okeanında yerləşən Andaman dənizini Benqal körfəzi ilə birləşdirir. Boğaz daxilində kiçik adalar arası Bacılar, Şimal Qardaş və Cənub Qardaş boğazları vardır.
Dzivna boğazı
Dzivna boğazı (pol. Dziwna, alm. Dievenow‎) — Polşanın Volin adasını materikdən ayırır. Şeçin laqununu Baltik dənizinin akvatoriyasına daxil olan Pomor buxtası ilə birləşdirir. Baltik dənizindən gələn güclü küləklər axının istiqamətini müəyyənləşdirir. Uzunluğu 32,4 km təşkil edir. Boğazn şimalında Kamenski körfəzi vardır ki, onun da daxilində Xronşevka adası yerləşir. Sahillərində dörd dəniz limanı vardır: Volin, Seroslov, Kamen-Pomorski və Dzivnuv.
Eterikan boğazı
Eterikan boğazı (rus. Этерикан пролив, saxa Этэрикээн силбэһиитэ) -Şimal Buzlu okeanında yerləşən Laptevlər dənizi ilə Şərqi Sibir dənizini birləşdirir. Kiçik Lyaxovski adasını (şimal-şərqdə) Böyük Lyaxovski adasından (cənub-şərqdə) ayırır. Uzunluğu 25 km, eni 13 km, ən dərin yeri 10 m təşkil edir. Sahilləri alçaq və bataqlıqdır. Boğazın cənubunda Balşoy Vankin burnu yerləşir. Əraziyə çoxlu sayda çay və arxlar tökülür. Çaylara misal: Tinkin, Uyorqaki, Bazisnıy və Vankina. Şimal hissədə Tollya buxtası və Uyorqaki laqunu vardır. Sahilində yaşayış məntəqəsi yoxdur.
Florida boğazı
Florida boğazı — Meksika körfəzi ilə Atlantik okeanı birləşdirir. Şimalda Florida yarımadası və Florida-Kis adalarını Kuba adasından ayırır. Uzunluğu 650 km, eni 150 km, orta dərinliyi isə 150 m təşkil edir. Boğaz ərazisindən Florida cərəyanı keçir. Boğaz ABŞ və Kuba arasında sərhəd təşkil edir.
Folklend boğazı
Folklend boğazı Folklend adaları arasında yerləşir. Qərbi Folklend adasını Şərqi Folklend adasından ayırır. Boğazı ilk dəfə 1690-cı ildə Jons Stroug adlandırmışdır. İspanlar isə adaya 1768-ci ildə San Karlos gəmisində ayaq basmış və buranı gəminin adına uyğun olaraq Estrecho de San Carlos adlandırdılar. Boğazın yerləşdiyi ərazi 400 milyon il bundan öncə meydana gəlməyə başlamışdır. Relyefin əmələ gəlməsi litosfer tavaların ayrılması və toqquşması nəticəsində formalaşmışdır. Boğazın uzunluğu 90 km , ən dar yeri isə 4,5 km təşkil edir. Boğazın daxilində bir sıra kiçik adalar mövcuddur: Qreyt, Paqqlz, Tissen, Svan Aylends və s.
Foresund boğazı
Foresund boğazı (isv. Fårösund) - İsveçə məxsus Qotland adasını Fore adasından ayırır. Uzunluğu 8 km, eni 1,5 – 4 km, dərinliyi şimal-qərbdə 3,3 m, cənub-qərbdə isə 6,5 m təşkil edir. Hələ 1712-ci ildə boğazın cənub-şərqində artilleriya batereyası yerləşdirir. 1721-ci ildə Niştads anlaşması imzalandıqdan sonra istehkam nisbətən zəifləyir. XIX əsrdə yeni istehkam inşa edilir. 1900-1902-ci illərdə istehkamlar o dövrün müasir silahları ilə gücləndirilir. Nordisk familjebok. - Stockholm, 1908.
Forlandsundet boğazı
Forlandsundet boğazı (norv. Forlandsundet) - Qərbi Şpisbergen adasını Şahzadə Karl Torpağı adasından ayırır. Şimal Buzlu okeanına daxil olan Qrenland dənizinin akvatoriyasına daxildir. Boğaz Şpisbergen arxipelaqına daxil adaları ayırır. Uzunluğu 88 km təşkil edir. Qərbi Şpisbergen adasının boğaz sahili ərazisi II Oskar Torpağı adlandırılır. Boğazın şərq hissəsində Enqelşbuxta körfəzi yerləşir.
Fovo boğazı
Fovo boğazı (ing. Foveaux Strait ,mao. Te Ara a Kiwa). Yeni Zelandiya adalarına aid olan Styuart və Cənub adalarını ayırır. Sakit okean və Tasman dənizini isə birləşdirir. Boğazın şimal hissəsində üç buxta var: Te Uaceuae, Oreti Biç, Taumauc-Bey. Burada iri olmayan Bloff qəsəbəsi yerləşir. Boğazda Solender, Puapuke və Styuarart adaları vardır. Uzunluğu 130 km olaraq Puapuke adası ilə Styuart adası arasında yerləşir. Eni isə 14 – 50 km arası dəyişir.
Fram boğazı
Fram boğazı (rus. Фрам пролив ) - Nansen adasını Taymır yarımadasından ayırır. Nansen adası Nordenşeld arxipelaqına daxildir. Şimal Buzlu okeanına daxil olan Kara dənizində yerləşir. Boğazın eni ən dar yerdə (Etifeeva (Nansen adası), Eremeeva (Taymır yarımadası) burunları arasında yerləşir) 2,5 km, uzunluğu 10 km, dərinliyi 33 m təşkil edir. Boğazın adı rus qütb ekspedisiya rəhbəri E.B.Tallya ilə bağlıdır. Boğazdan ilk dəfə 1900-cü ildə keçilir.
Franklin boğazı
Fraklin boğazı - Kanada Arktik arxipelaqına daxil olan Uels Şahzadəsi (ada)sını Buthia yarımadasından ayırır. Kanadanın şimalında Nunavut vilayəti ərazisində yerləşir. Eni ən dar yerdə 32 km təşkil edir. Orta dərinlik şimalda 70 m, cənubda isə 400 m-dir. İlin böyük hissəsi buzla örtülü olur. Boğaz əsasən avqustun əvvəlindən sentyabrın əvvəlinə qədər buzdan azad olur. Boğazdan Şimal-Qərb dəniz yolu keçir. Bu yol Lonkaster, Borru, Pill boğazı, Franklin körfəzi, Larsen, Viktoriya boğazı, Kuin-Mad körfəzi, Dis, Koroneyşen boğazı, Dalfin-end-Yunion boğazı və Amudsen körfəzindən keçir. Boğaz Qütb araşdırmaçısı Con Franklinin şərəfinə adlandırılmışdır.
Friman boğazı
Friman boğazı - Şpitsbergen arxipelaqına daxil olan Barens adasını Egj adasından ayırır. Barens dənizi hövzəsində yerləşir. İlin böyük hissəsi buzla örtülü olur. Uzunluğu 32 km, eni isə 6 km təşkil edir. Boğaz adını Rolf Rrimanın adından götürülmüşdür. XVII əsrdə İngilis kit ovçusu olmuşdur. Boğazı ağ ayılar tez-tez ziyarət edirlər.
Friza boğazı
Friza boğazı (rus. Фриза (Пролив)) — Sakit okeanına daxil olan Urup adasını İturup adalarından ayırır. Oxot dənizini Sakit okeanı ilə birləşdirir. Uzunluğu 30 km, ən dar eni isə 40 km təşkil edir. Dərinliyi 1300 m-ə çatır. Sahilləri sıldırımlı və qayalıdır. Boğazın duzluluğu 33 - 34,4 ‰ təşkil edir. Boğazın sahillərində dərinlik 1 m təşkil edir. Boğazın ümumi sahəsi 17,85 km²-dir. Orta dərinlik 500 m-dir.
Haynan boğazı
Haynan boğazı və ya Cyoncou boğazı - Leyçjoubandao yarımadasını Haynan adasından ayırır. Boğaz Bakbo körfəzini Cənubi Çin dənizi ilə birləşdirir. Ən dar yerdə eni 18,5 km, uzunluğu 300 km təşkil edir. Dərinliyi 36–108 m arası dəyişir. Boğazın cənubunda Haynan adasında liman şəhəri olan Xaykou yerləşir. 2003-cü ildə boğazda parom xəbərdarlıq yollamışlar. Çin hökuməti tərəfindən materikdən boğazın 6 ilə Haynan adasına tunel çəkilişi planlaşdırılır.
Hekate boğazı
Hekate boğazı (ing. Hekate Strait - Hayda-Quani və materikdən (Britaniya Kolumbiya) ayırır. Dikson-Entrans boğazını Şahzadə Şarlota körfəzi ilə birləşdirir. Ən enli hissədə eni 140 km, ən dar yerdə isə 48 km təşkil edir. Boğazın uzunluğu 260 km-dir. Ən dərin yeri 45 m olaraq şimalda yerləşir. Qışda havası çox sərt və soyuq olur. Burada güclü dalğalar müşahidə edilir. Tufanlar və küləklərin sürəti 46 km/s-a çatır. Boğazın suları dəniz məhsulları ilə zəngindir.
Hinlopen boğazı
Hinlopen boğazı (norv. Hinlopenstretet) - Şimal Buzlu okeanında yerləşən Norveçə məxsus Şpisbergen arxipelaqına daxil adalar arasında yerləşir. Şimal-şərq Torpağı adasını Qərbi Şpisbergen adasından ayırır. Uzunluğu 150 km, eni 10–60 km arası dəyişir. Şimalda dərinlik 150 m, cənubda isə 100 km təşkil edir. Onun daxilində kiçik adalar vardır. Boğaz Holland taciri Teymen Yakobs Hinlopenin şərəfinə adlandırılmışdır.
Honikulu boğazı
Honikulu boğazı (fr. Passe Honikulu) - Sakit okeanda Uollis və Futunaya daxil olan Uvea adasının cənubunda, sədd rifi ilə əhatələnmiş laqunu okean suları ilə birləşdirən boğaz. Boğazdakı qabarma və çəkilmənin gücü 6 düyünə çata bilir. Laqunun içərisindəki Fayoa keçidindən keçən bir kanal Mata Utu limanına çıxmağa imkan verir. Keçiddən gəmilər Mua körfəzinə girirlər. Honikulu boğazında çəkilmənin axını 2,5 ilə 4 düyün arasındadır, qabarma isə 4 ilə 6 düyün təşkil edir. Bu keçid suyun laqundan okeana boşaldılmasında mühüm rol oynayır: rif açıq okeandan dalğa yolu ilə su alır, lakin laqunun içindəki bu suyu bloklayır. 1943-cü ildə ABŞ Ordusu Uollisdə bir hərbi baza qurduğu zaman Amerika hərbi gəmilərinin keçməsinə imkan vermək üçün keçid genişləndirilir. Bu işlər boğazdakı güclü cərəyanları bir qədər zəiflətdir.
Hove boğazı
Hove boğazı (ing. Howe Sound - Vankuverdən şimal-qərbdə fyordlarla əhatələmişdir. Boğaza qiriş Corciya boğazı vastəsi ilə olur. Boğaz üçkünc formaya malik olub, cənub - şərqi qurtaracağında Corciya boğazı ilə birləşir. Boğazın uzunluğu 42 km təşkil edir. Burada çoxlu sayda adalar vardır. Onlardan cəmi 3-ü nisbətən iridir. Boğazın materik sahilləri sıldırımlıdır. Şərq sahillərində vulkan məşəlli süxurlar geniş yayılmışdır. Burada 20 dəniz mili gücündə küləklər əsir.
Hudzon boğazı
Hudzon boğazı ing. Hudson Strait (Skandinaviyadan cənubda yerləşir)-Şimal Buzlu okeanında yerləşən Kanada ərazisində Baffin Torpağı adasını (cənub) Labrador yarımadasını (şimal) ayırır. Boğaz Labrador dənizini daxili Foks və Hudzon körfəzi, cənub-şərqdə isə Unqava körfəzi ilə birləşir. Boğaz akvatoriyasında Mill, Solsberi, Hottingem, Çarlz, Biq-Aylənd, Botton, Rezolyuşen, Edzell, Digges, Qudvin adaları yerləşir. Uzunluğu 800 km, eni şərqdə 115 km, qərbdə 240 km təşkil edir. Dərinliyi 115–704 m-dir. Qabarma 12 m təşkil edir. Fırtınalar müşahidə edilir. Boğaz 4 ay gəmiçilik üçün açıq olur. Boğaz 1610-cu ildə onu üzüb keçən Henri Hudzonun şərəfinə adlandırılıb.