Botsvana

coğ. Botswana m

botinka
boy
OBASTAN VİKİ
Botsvana
Botsvana Respublikası (ing. Republic of Botswana, tsv. Lefatshe la Botswana) — Afrikada dövlət. Ölkə cənub və cənub-şərq hissəsində Cənubi Afrika Respublikası , şimal və qərbində Namibiya, şimal-şərq hissəsində isə Zambiya və Zimbabve ilə sərhəddir. Ölkənin şimal hissəsində, Kasane şəhəri yaxınlığında dünyanın dörd ölkə sərhədinin kəsişdiyi tək nöqtə olaraq qəbul edilən, ancaq Botsvana, Zambiya, Zimbabve və Namibiya ölkələrinin sərhəd müqavilələri ilə sərhədlərinin müəyyənləşdilirmədiyi bir sərhəd nöqtəsi mövcuddur. Bostvana Afrika qitəsində demokratiya sahəsində ən inkişaf etmiş ölkə olaraq qəbul edilir. Coğrafi cəhətdən ölkə ərazisinin 70%-i Kalaxari səhrası ilə əhatə olunub. Ölkənin paytaxtı və ən böyük şəhəri Qaboronedir. Orta ölçülü 2.3 milyon nəfərdən çox əhalisi olan Botsvana, dünyanın ən seyrək məskunlaşılan ölkələrdən biridir. Əhalinin təxminən 10 %-i paytaxtda və ən böyük şəhər Qaboronedə yaşayır.
Botsvana bayrağı
Botsvana bayrağı — Botsvananın bayrağı 30 sentyabr 1966-cı ildən etibarən rəsmən istifadə olunur. = Haqqında = Açıq mavi fonda formalaşmış bayraqdır.Bayrağın ortasında üfüqi yerləşdirilən ağ incə zolaqla əhatə olunmuş qara qalın zolaq var. Bayrağın açıq mavi rəngini həm səmanı, həm də ölkə üçün böyük əhəmiyyət daşıyan su və yağışı simvollaşdırır.
Botsvana himni
Xoşbəxt ol, gözəl torpaq (tsvan. Fatshe leno la rona) — Botsvana dövlət himni, 1966-cı ildə, azalıq alandan sonra təsdiq olunub. == Tsvana dilində himnin sözləri == Fatshe leno la rona, Ke mpho ya Modimo, Ke boswa jwa borraetsho; A le nne ka kagiso. Xor: Tsogang, tsogang! banna, tsogang! Emang, basadi, emang, tlhagafalang! Re kopaneleng go direla Lefatshe la rona. Ina lentle la tumo La chaba ya Botswana, Ka kutlwano le kagisano, E bopagantswe mmogo.
Botsvana pulası
Botsvana pulası (ISO 4217 : BWP) - Botsvanada istifadə edilən rəsmî pul vahididir. Qeyri-rəsmî olaraq Zimbabvedə də istifadə olunur. Tsvana dilində "pula"nın əsl mənası "yağış"dır. Ölkədə yağış nadir olduğundan pul da dəyərlidir. Botsvana Bankı tərəfindən dövriyyəyə buraxılır. 1 Botsvana pulası 100 thebeyə bərabərdir (thebe - qalxan). 6 sentyabr 2016 tarixinə aid məzənnəyə görə, 1 Botsvana pulası = 0.0922080 ABŞ dolları.
Botsvana şəhərləri
Botsvananın ən böyük yaşayış məntəqələrinin siyahısı. "Veb World Gazeteer" saytının məlumatına görə, Botsvanada 200 şəhərdə 1000-dən çox adam yaşayır == Botsvana şəhərlərinin siyahısı == == İstinadlar == Vikianbarda Botsvana şəhərləri ilə əlaqəli mediafayllar var.
Botsvana şəhərlərinin siyahısı
Botsvananın ən böyük yaşayış məntəqələrinin siyahısı. "Veb World Gazeteer" saytının məlumatına görə, Botsvanada 200 şəhərdə 1000-dən çox adam yaşayır == Botsvana şəhərlərinin siyahısı == == İstinadlar == Vikianbarda Botsvana şəhərləri ilə əlaqəli mediafayllar var.
Botsvana qadın milli voleybol komandası
Botsvana qadın milli voleybol komandası — Botsvananın ən güclü voleybolçularının toplaşdığı milli yığma. Komanda yalnız Afrika Voleybol Konfederasiyasının turnirlərə, daha dəqiqi Afrika çempionatlarına qatılır. == Tarixi == Botsvana millisi ilk dəfə 1993-cü ildə Afrika çempionatına qatıla bilmişdir. Debüt turnirində onuncu yeri tutan komanda 12 il qitə birinciliyinə qatıla bilməmişdir. Nəhayət, 2005-ci ildə turnirin final mərhələsinə yüksələn botsvanalılar yeddinciliklə kifayətlənmişdilər. 2007 və 2011 Afrika çempionatlarında da eyni nəticəni təkrarlayan komanda 2009-cu ildə isə daha yaxşı oynayaraq ilk beşliyə daxil ola bilmişdir.
Botsvana 2014 Yeniyetmələrin Yay Olimpiya oyunlarında
Botsvana - 16-28 avqust tarixləri arasında Çinin Nankin şəhərində keçirilən 2-ci 2014 Yeniyetmələrin Yay Olimpiya Oyunlarındakı iştirakı.