BOYNU TÜKDƏN (QILDAN) NAZİK (İNCƏ)

kiməsə münasibətdə səhvə yol vermiş suçlu, günahkar, təqsirkar adam haqqında işlədilən ifadə.

BOYNU QOLTUQ GÖRMƏYİB
BOYNUBURUQ QALMAQ
OBASTAN VİKİ
İncə
İncə (Şəki)
Nazik Amiryan
Nazik Amiryan (tam adı: Nazik Hovanessi Amiryan, erm. Նազիկ Հովհաննեսի Ամիրյան; 14 mart 1967, İrəvan) — Qarabağ müharibəsi iştirakçısı, Ermənistan Silahlı Qüvvələri polkovniki (1999), Ermənistan Arxivləşdirmə Federasiyanın Prezidenti (1999-cu ildən). O, Manvel Qriqoryanın həyat yoldaşıdır. Nazir Hovanessi Amiryan 14 mart 1967-ci ildə SSRİ-nin Ermənistan SSR-nin İrəvan şəhərində anadan olmuşdur. O, 1988-ci ildə Ermənistan Dövlət İqtisad Universitetindən məzun olmuşdur. Amiryan 1988–1989-cu illərdə ticarətçilik üçün nəzərdə tutulmuş Oğuz təlim kollecində müəllim kimi işləmişdir. O, 1999–2000-ci illərdə Təbiət Mühafizə Nazirliyinin Respublika Dövlət Ekoloji Ekspertizasının sədri olmuşdur. 1990–1994-cü illərdə Hadrut, Ağdərə və Füzuli cəbhələrində 5-ci Üçkilsə könüllü briqadasının Üçkilsə könüllü batalyonununda hərbi həkim olaraq fəaliyyət göstərmişdir. Hadturdakı döyüşlərdə əsir götürülən Amiryan bir neçə döyüşçü ilə Şuşadakı həbsxanaya göndərilmişdir. Onlar Şuşanın erməni qüvvələri tərəfindən işğal edilməsindən sonra sərbəst buraxılmışdılar.
Nazik bağırsaq
Nazik bağırsaq, orta bağırsaq (lat. intestinum tenue; yun. enteron ona görə də onun iltihabı enteritis adlanır) ― həzm kanalının ən uzun hissəsini təşkil edir. Nazik bağırsaq birinci bel fəqərəsinin bərabərində mədə çıxacağından başlayaraq, sağ qalça çuxurunda kor bağırsağa açılır. Böyüklərdə meyitdə uzunluğu 6–7 m-dir və üç hissəyə bölünür: Onikibarmaq bağırsaq – lat. duodenum (intestinum duodenum – BNA) Acı bağırsaq – lat. jejunum (intestinum jejunum – BNA) Qalça bağırsaq – lat. ileum (intestinum ileum – BNA) Acı bağırsaq və qalça bağırsaq peritondan əmələ gəlmiş çöz (müsariqə) – lat. mesenterium vasitəsilə qarın boşluğunun arxa divarına bağlanmışdır; ona görə bunlara biryerdə çözlü (müsariqəli) bağırsaq – lat. intestinum tenue mesenteriale s.
Nazik dağnanəsi
Nazik dağnanəsi (lat. Ziziphora tenuior) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dağnanəsi cinsinə aid bitki növü.
Nazik pazdimdik
Nazik pazdimdik (lat. Mergellus albellus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin kiçik pazdimdik cinsinə aid heyvan növü.
Nazik qovaq
Məhərrəm İncə
Məhərrəm İncə (türk. Muharrem İnce; 4 may 1964, Almalıq[d]) — Türkiyə siyasətçisi. 4 may 1964-cü ildə Yalova şəhərində anadan olub. Cümhuriyyət Xalq Partiyası millət vəkili olmuşdur. Evlidir və bir uşağı var.
İncə (Meşkinşəhr)
İncə (fars. اينچه‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 25 nəfər yaşayır (6 ailə).
İncə (Nir)
İncə (fars. اينچه‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 82 nəfər yaşayır (23 ailə).
İncə (Sayınqala)
İncə (fars. ‎اينچه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 218 nəfər yaşayır (41 ailə).
İncə (Çaharduli)
İncə (fars. اينچه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı, Çaharduli dehistanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (22 ailə).
İncə (Şəki)
İnçə — Azərbaycan Respublikasının Şəki rayonunun İnçə kənd inzibati ərazi dairəsində kənd. Kənd Şəki-Qax-Zaqatala-Balakən yolu üzərində yerləşir.Kəndin əhalisi 1355 nəfər təşkil edir ki, onun da 692 nəfəri kişi, 663 nəfəri isə qadındır. Kəndin yuxarı hissəsində əhali daha sıx yerləşib. Kəndin əhalisi ikimillətlidir. Burda Rutul ləzgiləri məskunlaşmışdır (XX-XIX əsr). Rutul ləzgiləri bura 18-19-cu əsrlərdə Dağıstanın Rutul rayonu ərazisindəki Borç kəndindən Azərbaycanın şimal ərazilərinə köçmüşdür(Şəki- Şin, Şorsu, Daşüz, Göybulaq və s.). Əhalisi çox mehriban, qonaqpərvərdir. Kənd daxilində 2 şəhid bulağı var. Şəhid Əlibəyov Mahmud (ləzgi), Şəhid Piriyev İsmayıl. Əhalisi əsasən bağçılıq, əkinçilik, maldarlıq ilə məşğul olur.
İncə boşluq
İncə boşluq – thin space ~ минимальный интервал ~ ince boşluk ~ şriftin ölçüsünün dörddə birinə (bəzən altıda birinə) bərabər olan sözlərarası boşluq; məsələn, ölçüsü 12-punkt olan şriftdə incə boşluq 3 punkt olur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İncə burun
İncə burun (türk. İnce burun) — Türkiyənin Qara dəniz sahillərində ən ucqar şimal nöqtəsi. Sinop şəhərindən 18 km aralıda yerləşir. Burunda mayak vardır. Burunun ətrafında yaşayış məntəqəsi yoxdur və bütünlüklə meşə ilə örtülüdür.
İncə bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İncə dərəsi
İncə dərəsi — Azərbaycan Respublikasının Qazax rayonunun qərbində, Gürcüstanla sərhəd hissəsində yerləşən vadi, dərə. Dərə Aslanbəyli (Əli bayramlı), Qaymaqlı və Kəmərli kəndlərini əhatə edir. Ən böyük kəndi Aslanbəyli kəndidir. Bu 3 kəndin əhalisi etnoxronim kimi, İncəlilər adlandırılır. İncə dərəsi Qazax rayonunun - tarixi bilən və haqqa qulluq göstərən hər kəsin etiraf etdiyi kimi mənəviyyatımızı, xüsusən, ədəbiyyatımızı qoruyan və indi də qorumağa can atan zəngin ənənələrə malik bu ulu bölgənin unikal bir elidi. Özünəməxsus təbiəti, yaşam tərzi olan, özü özunün içinə çəkilmiş bu məkandan olan böyük titullu xalq şairləri, yazıçı və publisistlər, məşhur aşıqlar vardır. Azərbaycan musiqi folklorunun nümunəsi olan "Qım-qıma" da incə dərəsiylə bağlıdır. İncə dərəsinin adı qədim türk tayfası olan "İncu" tayfasının adından yaranmışdır. Qədimdə burada İncu (Aslanbəyli kəndi), Kimer (Kəmərli kəndi) və Qamak (Qaymaqlı kəndi) tayfaları yaşamışdır. Bunlardan ən qədimi "İncu" tayfasıdır.
İncə nahiyəsi
İncə nahiyəsi - XIV əsr-XIX əsrlər. İnzibati ərazi. 1593 cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Axıstabad sancağı inzibati–ərazi nahiyə 1728 Osmanlı İmperiyasının Tiflis əyalətində Qazax livası inzibati–ərazi nahiyə Qazman, Çələb, Bəzirxana, Çadır, Baranə, Qılıc, Quşçu, Qurumsu, Hacılıküm, Qarahəmzə, Vadink, Başxana, Xan, Andıryücəsi, Duvaq, Soyuqbulaq, Yanas, Güləmir, Qasımyücəsi, Dellycan, Zoğallıq, Qərib, Qarabulaq, Yerdod, Camalabad, Armudlu, Xaçkəndi, Aöcakəndi, Dəmirçi, Çavuşlar, Yayla, Ağabastı, Carçı, Maqari, Mirbad, Yarsu, Kiçik Qurumsu, Məsum, Çataqçı, Kəmərli, Çıraqlı, Şahqulu, Şabanlı, Mollalı, İslambəyli, Qaymaqlıq, Dəyirli, Yasavval, Göl, Şeyxi, Peykar, Qala. Qazax sultanlığı nın nahiyəsi “Tiflis əyalətinin müfəssəl dəftəri”ndə (1728) “Tiflis əyalətinin müfəssəl dəftəri” (Borçalı və Qazax).
İncə (Duzluca)
İncə — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. Kənd 1901-ci ildən eyni addadır.
Cumali İncə
Cumali İncə (1969, Niğdə ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Cumali İncə 1969-cu ildə Niğdə ilində anadan olub. Anadolu Universiteti Biznesin idarə edilməsi Bölməsindən məzun olub. Niğdə Bələdiyyə Məclisinin üzvü, Niğdə bələdiyyə sədrinin müavini vəzifələrində çalışıb. MHP Niğdə il şöbəsinin sədri olub. 2023-cü ildə MHP namizədi olaraq Niğdə ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. Evli və 2 uşaq atasıdır.
Aşağı Nazik (Puldəşt)
Aşağı Nazik (fars. نازك عليا‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 435 nəfər yaşayır (117 ailə).
Nazik barmaq gekkonlar
Nazik barmaq gekkonlar (lat. Cyrtopodion) — Gekkonlar fəsiləsinə aid cins. Bədəninin uzunluğu 8 sm-dir. Uzun barmaqlara sahibdirlər. Bu cinsə 35 növ daxildir: Cyrtopodion agamuroides — Kələzəbənzər nazik barmaq gekkon Pakistan və İranın cənub-şərqində yayılıb. Cyrtopodion baigii; Pakistanın endemik canlısı, (2008) Cyrtopodion battalense; Pakistanın endemik canlısı, (1993) Cyrtopodion baturense; Pakistanın endemik canlısı, (1992) Cyrtopodion brachykolon; Pakistanın endemik canlısı, (2007) Cyrtopodion brevipes — Qısaayaq nazik barmaq gekkon; İranın endemik canlısı Cyrtopodion caspium — Xəzər gekkonu İranın şimalı, şimal-qərbi Əfqanıstan, Azərbaycan, Türkmənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan. Cyrtopodion dattanense; Pakistanın endemik canlısı Cyrtopodion elongatum — Qobi gekkonu Cyrtopodion fedtschenkoi; Özbəkistan, Takikistan, Qırğızıstan, Türkmənistan, Əfqanıstan və İranda. Cyrtopodion fortmunroi (Indogekko fortmunroi); Pakistanın endemik canlısı, (1993) Cyrtopodion gastrophole; İranın endemik canlısı Cyrtopodion golubevi; Pakistanın endemik canlısı, (2010) Cyrtopodion himalayanum — Himalay gekkonu; Hindistan və Nepal Cyrtopodion indusoani; Pakistanın endemik canlısı, (1988) Cyrtopodion kachhense — Sindx cılpaqəl gekkonu İran, Pakistan, Hindistan. Cyrtopodion kirmanense — Kirman gekkonu İranın endemik canlısı Cyrtopodion kohsulaimanai; Pakistanın endemik canlısı, (1991) Cyrtopodion lawderanum; Hindistanın endemik canlısı Cyrtopodion longipes — Uzunayaq gekkonu; İran, Əfqanıstan, Özbəkistan və Türkmənistan. Cyrtopodion medogense; Çinin endemik canlısı Cyrtopodion mintoni — Minton gekkonu; Pakistanın endemik canlısı Cyrtopodion montiumsalsorum — Punyab nazil barmaq gekkonu; Pakistanın endemik canlısı Cyrtopodion persepolense; İranın endemik canlısı, (2010) Cyrtopodion potoharense; Pakistanın endemik canlısı, (2001) Cyrtopodion rhodocaudum; Pakistanın endemik canlısı (Bəlucıstan), (1990) Cyrtopodion rohtasfortai; Pakistanın endemik canlısı, (1990) Cyrtopodion scabrum — Misir çılpaqəl gekkonu Türkiyə, Misir, İsrail, Oman, Səudiyyə Ərəbistanı, Efiopiya, İraq, İran, Əfqanıstan, Pakistan, Küveyt (ABŞ Texas ştatına aparılmışdır).
Yuxarı Nazik (Puldəşt)
Yuxarı Nazik (fars. نازك عليا‎) - İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan şəhər. 2006-cı il məlumatına görə şəhərdə 2,466 nəfər yaşayır (613 ailə).
Nazik bağırsaq xərçəngi
Nazik bağırsaq xərçəngi — Nazik bağırsağın şişləri. Leyomioma nazik bağırsağın mezenximal hüceyrələrindən inkişaf edən və differensasiya olunmuş saya əzələlərindən ibarət törəmələrdir. Törəmələr ekstraluminal istiqamətdə inkişafa meyilli olduqları üçün klinik əlamətlər törətmədən böyük ölçülərə çata bilirlər. Lipoma OBB və qalça bağırsaqda çox rast gəlir. Selikaltı əsas və ya seroz qişanın yağ toxumasından inkişaf edir. Malignizasiya ehtimalı yox dərəcəsindədir. Çoxsaylı hamartomalar Peutz-Jegher sindromunda rast gəlir (dəri və selikli qişalarda piqmentasiyalar və mədə-bağırsaq sistemində çoxsaylı poliplər). Hamartomaların malignizasiya ehtimalı çox aşağıdır. Lakin qanaxma və BK kimi ağırlaşmalar törədirlər. Adenokarsinomalar nazik bağırsağın ən çox rast gələn bədxassəli törəmələridir (25–40%).
İncə Minarəli Mədrəsə
İnce Minareli Mədrəsə, Konya ili, Selçuklu ilçesinde, Alaaddin Tepesi'nin batısındadır. Selçuklu Sultanı I İzzəddin Keykavus Devrinde Vəzir malik Ata Fahrettin Ali tarafından, hədis elmi öğretilmek olmaqla 663 H. (1264 M.)-ci ildə inşa etdirilmişdir.
İncə Məmməd (roman)
İncə Məmməd - Türkiyə yazıçısı Yaşar Kamalın 1953-cü ildə yazdığı romanı. Yaşar Kamalın ən tanınmış və əhəmiyyətli əsəri kimi qəbul edilən bu roman Çuxurova kəndlilərinin ağaların zülmünə qarşı mübarizəsindən bəhs edir. Yazıçının ilk romanıdır. 1953-1954-cü illərdə "Cümhuriyyət" qəzetində yayınlanmış, 1955-ci ildə Çağlayan nəşriyyatı tərəfindən iki cildlik kitab şəklində çap olunmuşdur Əsər 1956-cı ildə "Varlıq" jurnalının təsis etdiyi "Varlıq Roman mükafatı"na layiq görülmüşdür. 1957-ci ildə roman bolqar dilinə, 1959-cu ildə Nazim Hikmət tərəfindən rus dilinə tərcümə olundu. Daha sonra 1961-ci ildə Eduard Roditi və Tilda Kamal tərəfindən ingilis dilinə, Qüzin Dino tərəfindən fransız dilinə tərcümə olundu və İngiltərə, ABŞ, İtaliya və Fransada nəşr olundu. Növbəti il alman və ispan dilinə də tərcümə olunan roman indiyədək 40-dan çox dilə tərcümə olunmuşdur. Yaşar Kamal daha sonra romanın davamı olaraq 3 kitab daha yazmışdır və roman qəhrəmanını 1987-ci ilə qədər yaşatdırmışdır. Roman seriyanın ilkidir və 1923-1933-cü illərdən bəhs edir. "İncə Məmməd"-də hadisələr Türkiyənin müstəqilliyinin ilk illərinə təsadüf edir.