Brazzavil
Brazzavil (fr. Brazzaville) — Konqo Respublikasının paytaxtı və əsas maliyyə mərkəzi. Konqo çayının sağ sahilində yerləşir. Əhalisi 2009-cu ilin hesablamalarına görə 1 370 612 nəfərdir.
Şəhər Konqo çayının sahilində, Konqo Demokratik Respublikasının paytaxtı Kinşasa şəhəri ilə üzbəüz yerləşir. Bu dünyada yeganə bu cür haldır ki, iki ölkənin paytaxtı bir-birindən görmə məsafəsində yerləşir.
Şəhərin əsası 10 sentyabr 1880-ci ildə fransız-italyan tədqiqatçısı Pyer Savoğnyon de Braza tərəfindən qoyulmuş və onun şərəfinə adlandırılmışdır.