britaniyalı

is. Anglais m, -e f, Britannique m, f

britaniya
brom
OBASTAN VİKİ
Britaniyalılar
Britaniyalılar, britonlar və ya britanlar (ingilis. British people və ya Britons ) — Birləşmiş Krallıq, Böyük Britaniyanın dəniz əraziləri və Taxt-tac ərazilərinin vətəndaşları və ya mənşəlilərdir. Britaniyalı termininə Orta əsrlərin sonlarında rast gəlinsədə 1707-ci ildə birləşmiş Böyük Britaniya Krallığının quruluşu britaniyalı kimliyinin yaranmasında əsas amil olmuşdur. Britaniyalı fərqindəliyi Britaniya və Birinci Fransa İmperiyası arasında baş verən Napoleon müharibələrində əhəmiyyətli olub Viktoriya dövründə daha da inkişaf etmişdir.
Britaniyalıların Alp dağlarına Hannibal ekspedisiyası
Britaniyalıların Alp dağlarına Hannibal ekspedisiyası — 1959-cu ildə baş vermiş eksperimental arxeologiya hadisəsi. Ekspedisiyaya rəhbərlik edən britaniyalı mühəndis Con Hoytun məqsədi İkinci Pun müharibəsi zamanı e.ə. 218-ci ildə Hannibalın əfsanəvi şəkildə Alp dağlarını keçməsini yenidən canlandırmaq olmuşdur. Ekspedisiya üzvləri Turindəki zooparkın verdiyi dişi fil olan Jumbo ilə birlikdə uğurlu bir şəkildə Fransadan Alp dağlarının Kol du Mon Cenis zirvəsi vasitəsiylə İtaliyaya daxil olmuşdurlar. == Zəmin == E.ə. 264 — e.ə. 241-ci illəri əhatə edən Birinci Pun müharibəsindən sonra Karfagen məğlub olsa da, Hamilkar Barka Karfagen üçün İberiya yarımadasında ciddi ölçüdə torpaq qoruya bildi. İkinci müharibənin başlanğıcında, yəni e.ə. 218-ci ildə Hamilkarın oğlu Hannibal çox gümanki 50 min döyüşçüdən və 37 fildən ibarət ordusunu götürərək Hispaniyadan (müasir İspaniya) İtaliyaya yürüşə başladı. Onun bu yürüşü 15 il davam edəcəkdi.

Digər lüğətlərdə