Broker assosiasiyası

Association of broker Birgə fəaliyyət məqsədi ilə brokerlərin (həm hüquqi, həm də fiziki şəxs qismində) birləşdiyi təşkilat. Broker assosiasiyası müvafiq birja tərəfindən rəsmiləşdirilir. Broker assosiasiyasının yaradılmasında əsas məqsəd imkanları birləşdirmək yolu ilə vasitəçilik xidmətini gücləndirmək və bununla əlaqədar olaraq mənfəəti, gəliri artırmaqdır.
Broker
Broker borcu (ssudası)
OBASTAN VİKİ
Broker
Broker (ing. broker — dəllal, broker, vasitəçi) — satıcı ilə alıcı arasında, yaxud sığorta olunanla sığorta edən arasında (sığorta brokeri), eləcə də əmlak sahibi ilə kirayəniş arasında vasitəçəlik xidməti yerinə yetirən hüquqi və ya fiziki şəxs. Broker — qiymətli kağızlar bazarında birja əqdlərinin müəyyənləşdirilmiş qaydada müştərinin adından onun hesabına, müştərinin adından öz hesabına, yaxud öz adından müştərinin hesabına bağlanmasını həyata keçirən birja vasitəçisidir. Broker, müştəri ilə broker xidməti haqqında müqavilə bağlayır. Əqdin yerinə yetirilməsi haqqında broker əqdin əks tərəfə göndərilən təsdiqnaməsini tərtib etməklə dərhal müştərini məlumatlandırmalıdır. Brokerlər tərəfkeşlik etməməli və öz vəzifələrini heç kəsə ötürə bilməz. Brokerin kurtaj adlanan xidmət muzdu onun vasitəçiliyilə bağlanmış hər bir əqdin ümumi məbləğinin müəyyən faizindən, yaxud əvvəlcədən müəyyən edilmiş məbləğdən ibarətdir. Həmçinin, broker birjadakı hər bir alqı-satqını təsdiqləyən və bordero adlanan haqq-hesab qeydləri edir. Borderonu əqdin hər iki tərəfi imzalayır. Brokerlər hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi fəaliyyət göstərə bilər.
Albaniya Futbol Assosiasiyası
Albaniya Futbol Assosiasiyası (alb. Federata Shqiptare e Futbollit, və ya FSHF) - Albaniyada futbolun rəhbər orqanıdır.Assosiasiya Albaniyanın Tirana şəhərində yerləşir.Assosiasiyanı Albaniya Super Liqası, Birinci Divizion, İkinci Divizion Üçüncü Divizion, Albaniya Kuboku və Superkubokunun milli futbol liqası təşkil edir.Albaniyanın qadınlardan ibarət milli futbol komandası, Albaniya qadınların futbol çempionatı və Albaniya Qadınlar arası futbol Kuboku da assosasiyanın nəzarəti altındadır.Assosiasiya,nəznində U-21, U-19 və U-17-lərdən ibarət Albaniya milli futbol komandası fəaliyyət göstərir. Albaniya futbol Assosiasiyası 1930-cu il İyunun 6-da təsis edilib, 12 İyun 1932-ci ildə FİFA-a qoşulub və 1954-cü ildə isə UEFA-a üzv seçilib. 14 mart 2008-ci ildə Albaniya futbol Assosiasiyasına FİFA tərəfindən "ağır siyasi müdaxilə"edilərək fəaliyyəti dayandırılımışdır.Bu o deməkdir ki, milli komandaların rəsmi oyunlarda oynamağı qadağan olunub,FIFA-nın - sanksiyası nümayəndələrin və hakimlərin oynlarını qadağan etdi.Qadağa sonradan aradan qaldırılıb siyasi müdaxilələrə aydınlıq gətirilib,27 may 2008-ci ildə Albaniya Polşaya qarşı dostluq oyunu keçirmişdir. FSHF-ın hazırkı prezidenti Armand Dukadır, 2002-ci ildən bu vəzifədə olub və 2010-ci ildə üçüncü müddətə seçkilərdə qalib gəlib. 2009-cu ildə Albaniya hökuməti və FSHF-ın arasında Qemal Stafa Stadionunun mülkiyət kimi verilməsində ziddiyyətlər yaranmışdər.UEFA , stadionu FSHF mülkiyyətinə verilmişdir.2011-ci il fevral ayında qərara alınmışdır ki,60M Avro civarında olan yeni stadionun 75%-i FSHF-ın 25%-i isə Albaniya hökumətinin olacaq.
Finlandiya Futbol Assosiasiyası
Finlandiya Futbol Federasiyası — Finlandiyada ali futbol qurumu. Finlandiya Futbol Federasiyası 1907-ci ildə yaranıb. 1908-ci ildən FİFA, 1954-cü ildən UEFA-nın üzvüdü.
Hesablama Maşınlarının Assosiasiyası
ACM cəmiyyəti Azərbaycan dilində Hesablama Texnikası Assosiasiyası (ing. Association for Computing Machinery, ACM) adlanır və hesablama texnologiyası elmləri üzrə ixtiasaslaşan mühəndislərin cəmiyyətdir. Cəmiyyət kompüter mühəndisliyi, kompüter elmləri üzrə mütəxəssisləri birləşdirən, hesablama texnologiyalarının inkişafına dəstək olan, İKT üzrə mütəxəssislərin formalaşmasına yardımçı olan bir cəmiyyət kimi tanınır. Cəmiyyət üzvlərinin istifadəsinə hesablama texnologiyaları sahəsində olan ən böyük kitabxana, elektron tədris portalı, jurnallar və digər resurslar verilir. ACM bütün kompüter mühəndislərini, kompüter elmləri təlim-tədrisi ilə məşğul olan şəxsləri və bu sahədə elmi araşdırma ilə məşğul olan mütəxəssisləri özündə birləşdirən dünyada hesablama texnikası mütəxəssislərini birləşdirən ən böyük cəmiyyətdir. ACM cəmiyyət üzvlərinə kollektiv fikir yürütmək, məlumatları paylaşmaq, mühüm problemləri paylaşmaq, idarəçilik kimi qabiliyyətləri aşılayır, cəmiyyət üzvlərinin şəxsi inkişafına, uğurlu karyera qurmasına dəstək olur, mütəxəssislərdən öyrənməklə özünüinkişafa şərait yaradır. Cəmiyyət öz missiyasını konfranların təşkili, elmi məqalələrin və kitabların nəşri, tədrisə dəstək proqramlarının hazırlanması və hayata keçirilməsi, ictimai fəaliyyətlər və eyni sahə problemləri ilə məşğul olan mütəxəssisləri xüsusi maraq qrupları altında birləşdirməklə həyata keçirir, illik 170-dən artıq kompüter qrafikası, məlumat ötürülməsi, mobil texnologiyalar, proqramlaşdırma mühəndisliyi, obyekt yönlü proqramlaşdırma və digər mövzuları əhatə edən elmi konfransın təşkilatçılığına dəstək olur. Cəmiyyətin dünya üzrə sənayedən, akademik və dövlət müəssisələrindən olan 100.000-dən artıq üzvü var. Bu üzvlər heç bir maliyyə qarşılığı güdmədən bir çox fəaliyyətlərə dəstək olurlar. Cəmiyyətin baş ofisinin idarəetmə heyəti aşağıdakı vəzifələrdən ibarətdir.
Hesablama Texnikası Assosiasiyası
ACM cəmiyyəti Azərbaycan dilində Hesablama Texnikası Assosiasiyası (ing. Association for Computing Machinery, ACM) adlanır və hesablama texnologiyası elmləri üzrə ixtiasaslaşan mühəndislərin cəmiyyətdir. Cəmiyyət kompüter mühəndisliyi, kompüter elmləri üzrə mütəxəssisləri birləşdirən, hesablama texnologiyalarının inkişafına dəstək olan, İKT üzrə mütəxəssislərin formalaşmasına yardımçı olan bir cəmiyyət kimi tanınır. Cəmiyyət üzvlərinin istifadəsinə hesablama texnologiyaları sahəsində olan ən böyük kitabxana, elektron tədris portalı, jurnallar və digər resurslar verilir. ACM bütün kompüter mühəndislərini, kompüter elmləri təlim-tədrisi ilə məşğul olan şəxsləri və bu sahədə elmi araşdırma ilə məşğul olan mütəxəssisləri özündə birləşdirən dünyada hesablama texnikası mütəxəssislərini birləşdirən ən böyük cəmiyyətdir. ACM cəmiyyət üzvlərinə kollektiv fikir yürütmək, məlumatları paylaşmaq, mühüm problemləri paylaşmaq, idarəçilik kimi qabiliyyətləri aşılayır, cəmiyyət üzvlərinin şəxsi inkişafına, uğurlu karyera qurmasına dəstək olur, mütəxəssislərdən öyrənməklə özünüinkişafa şərait yaradır. Cəmiyyət öz missiyasını konfranların təşkili, elmi məqalələrin və kitabların nəşri, tədrisə dəstək proqramlarının hazırlanması və hayata keçirilməsi, ictimai fəaliyyətlər və eyni sahə problemləri ilə məşğul olan mütəxəssisləri xüsusi maraq qrupları altında birləşdirməklə həyata keçirir, illik 170-dən artıq kompüter qrafikası, məlumat ötürülməsi, mobil texnologiyalar, proqramlaşdırma mühəndisliyi, obyekt yönlü proqramlaşdırma və digər mövzuları əhatə edən elmi konfransın təşkilatçılığına dəstək olur. Cəmiyyətin dünya üzrə sənayedən, akademik və dövlət müəssisələrindən olan 100.000-dən artıq üzvü var. Bu üzvlər heç bir maliyyə qarşılığı güdmədən bir çox fəaliyyətlərə dəstək olurlar. Cəmiyyətin baş ofisinin idarəetmə heyəti aşağıdakı vəzifələrdən ibarətdir.
Karib dövlətləri assosiasiyası
Karib dövlətləri assosiasiyası - siyasi və iqtisadi danışıqlarda regionun işgüzar dairələrinin statusunun möhkəmləndirilməsi məqsədilə əlaqələndirici təşkilat qismində 1995-ci ildə təsis edilmişdir. Assosiasiya qarşılıqlı marağın mədəni, iqtisadi və texniki, həm də turizm və nəqliyyat sahələrində konsultasiyalar, əməkdaşlıq və fəaliyyət uzlaşması üçün forumlarını keçirir. Assosiasiyaya kontinental ölkələrlə (Kolumbiya, Meksika, Surinam və Venesuela) Karib adaları dövlətləri, həmçinin altı müşahidəçi-dövlət daxildir. Assosiasiyanın katibliyi Port-of-Speyndə, Trinidad və Tobaqoda yerləşir. Karib birliyi - Karib adalarında aparıcı iqtisadi təşkilatdır. Birliyin əsas tapşırığı ümumi Karib bazarının yaradılmasından ibarətdir, təşkilatın fəaliyyəti iqtisadi və bir-birinə çox yaxın məsələlərin həll edilməsidir. Karib birliyinin üzvləri: Antiqua və Barbuda, Barbados, Beliz, Qayana, Qrenada, Dominikan Respublikası, Montserrat, Sent-Vinsent və Qrenadina, Sent-Kits və Nevis, Sent-Lyusiya, Trinidad və Tobaqo, Tyorks və Kaykos adaları, həmçinin Britaniya və Virciniya adalarıdır. Hökumət başçılarının konfransı - Birliyin siyasətini müəyyən edir, ümumi bazar üzrə Nazirlər Şurası ümumi bazarın vəziyyətinə cavab verir. Katibliyi Qayananın Corctaun şəhərində yerləşir. Şərqikarib dövlətləri Təşkilatına - Antiqua və Barbuda, Qrenada, Dominikan Respublikası, Montserrat, Sent-Vinsent və Qrenadina, Sent-Kits və Nevis, Sent-Lyusiya, yəni əvvəllər ümumi valyuta və ədliyyə sistemi kimi ümumi xidmətlərə malik olan ölkələr daxildir.
Milli Basketbol Assosiasiyası
Milli Basketbol Assosiasiyası (ing. National Basketball Association) və ya MBA (ing. NBA) – Amerika Birləşmiş Ştatlarının 30 komandadan ibarət olan peşəkar basketbol liqası. Liqanın əsası 6 iyun 1946-cı ildə Nyu-York şəhərində "Basketboll Assosiation of America" (BAA) (Amerika Basketbol Assosiasiyası) olaraq qoyulmuşdur. Liqa 1949-cu ildə indiki adını almışdır. Oyunları Amerikada ESPN və TNT, Türkiyədə TV8, Azərbaycanda isə CBC Sport kanalları yayımlayır. NBA loqosunun üzərində Los-Anceles Leykersli oyunçu Cerri Vestin süjeti canlanır. Mötərizənin içindəki rəqəmlər məşqçinin qazandığı titulların sayını göstərir. NBA çempionluğu titulunu 11 çempionluqla ən çox Phil Jackson qazandı. Ardınca 9 çempionluqla Red Auerbach, 5 çempionluqla John Kundla, Gregg Popovich və Pat Riley gəlir.
Qiyom Büde Assosiasiyası
Qiyom Büde Assosiasiyası (fr. Association Guillaume-Budé) — Humanist Qiyom Büdenin adını daşıyan və humanitar elmlərin təbliğinə həsr olunmuş fransız mədəni və elmi cəmiyyəti. Cəmiyyətin hazırkı prezidenti ellinist Jak Joannadır. Assosiasiya Beynəlxalq Klassik Araşdırmalar Federasiyasının təsisçi üzvüdür (ing. International Federation of Associations of Classical Studies, 1948). Qiyom Büde Assosiasiyası 1917-ci ildə dörd məşhur fransız filoloqu Moris Kruaze, Pol Mazon, Lui Bodin və Alfred Ernu tərəfindən yaradılmışdır. Assosiasiyanın əsas məqsədi 19-cu əsrin əvvəllərindən ingilis və xüsusilə alman alimlərinin (Vilamovits-Mellendorf, Nitsşe, Dils və başqaları) üstünlük təşkil etdiyi bir sahədə yunan və latın klassik müəlliflərinin tənqidi nəşri idi. 1930-cu ildə Pol Mazonu Les Belles Lettres İnzibati Şurasının sədri vəzifəsində əvəz edən naşir Jan Malinin təşəbbüsü ilə aparıcı mütəxəssislərin rəhbərliyi altında hər kəsə antik dövr abidələrini görməyə imkan verən ilk arxeoloji kruiz təşkil edildi. 1932-ci ildə Nimesdə Assosiasiyanın ilk qurultayı keçirildi. O, bütün Fransada və hətta onun hüdudlarından kənarda cəmiyyətin yerli təbəqələrinin yaradılmasına təkan verdi.
Türkiyə Aeronavtika Assosiasiyası
Türkiyə Aeronavtika Assosiasiyası və ya qısaca TAA, Türkiyədə aviasiya sənayesini yaratmaq; hərbi, mülki, idman və turizm aviasiyasının inkişafını təmin etmək məqsədilə 16 fevral 1925-ci ildə Mustafa Kamal Paşanın əmri ilə yaradılmış assosiasiyadır. Atatürkün əmri ilə yaradılan zaman rəhbəri və prezidenti Cevat Abbas Gürer olub və assosiasiya “Türk Təyyarə Cəmiyyəti” adını daşımış, 1935-ci ildən “Türkiyə Aeronavtika Assosiasiyası” adını almışdır. TAA Türkiyənin “Aviasiya Federasiyası”nın səlahiyyətlərini daşıyır. 5 avqust 1925-ci ildən “ictimai faydalı cəmiyyət” statusundadır. Baş ofisi Ankaradadır. Prezident və Nazirlər Kabineti TAA-nın mənəvi mühafizləridirlər. Prezident, Qoşun Komandirləri və Ankara valisi onun təbii üzvləri arasındadır. Təşkilat; üzvlük haqqı, qurban dərisi, fitrə, zəkat yığma fəaliyyətləri; marka satışı, tabeliyindəki korporativ müəssisələrin fəaliyyəti kimi mənbələrdən gəlir əldə edir. 1954-cü ildən Türkiyə Aeronavtika Assosiasiyası iki aydan bir pulsuz olaraq öz korporativ jurnalı olan Uçan Türk adlı jurnalını nəşr etdirir.
Ukrayna Futbol Assosiasiyası
Zənzibar Futbol Assosiasiyası
Zənzibar Futbol Assosiasiyası (ZFA) — Zənzibarın ali futbol qurumu. Tarixi 1926-cı ildən başlayan Zənzibar Futbol Assosiasiyası, sonuncu dəfə 2002-ci ildə Tanzaniya Futbol Federasiyasından ayrılması nəticəsində yaradılıb. Səbəb kimi Zənzibar Futbol Assosiasiyasının maraqlarına Tanzaniya Futbol Federasiyasının məhəl qoymaması göstərilib. Zənzibar Futbol Assosiasiyası 2010-cu ildə ölkə yığmasının beynəlxalq yarışlarda iştirak imkanı əldə etməsindən ötrü FİFA-ya daxil olmaq istəyini ərizə ilə bildirib. 2011-ci ilin avqust ayında FİFA Zənzibar Futbol Assosiasiyasını üzvlüyə qəbuldan imtina edib. FİFA bu qərarını dövlət suverenliyinin olmaması ilə əlaqələndirib. FİFA Zənzibara "yox" dedi.
Ümumdünya Baytarlıq Assosiasiyası
Ümumdünya Baytarlıq Assosiasiyası (ing. WVA) — Kənd təsərrüfatı üzrə bеynəlхalq təşkilat Assosiasiya 1905-ci ilin 9 sеntyabrında Budapeşt şəhərində yaradılan bеynəlхalq baytarlıq Konqrеsinin varisi qismində 27 mart 1959-cu ildə Madrid şəhərində təsis еdilmişdir. Birinci Bеynəlхalq Baytarlıq Konqrеsi Almaniyanın Hamburq şəhərində 14-18 iyul 1963-cü ildə kеçirilmişdir. dünya baytarlarının birləşdirilməsi, baytarlıq еlmi və təcrübəsinin, baytarlıq təhsili və еtikasının yüksək standartlara çatdırılması; bütün növ hеyvanların sağlamlıq səviyyəsinin yüksəldilməsi, hüququnun müdafiəsi, Assosiasiyaya üzv ölkələr arasında informasiya mübadiləsinin mükafatlandırılması, digər maraqlı təşkilatlarla münasibətlərin müəyyənləşdirilməsi.
İngiltərə Futbol Assosiasiyası
İngiltərə Futbol Assosiasiyası (ing. The Football Association, FA) — İngiltərədə futbola nəzarət edən rəsmi qurum.1863-cü ildə əsası qoyulmuşdu və dünyada ən köhnə futbol assosiasiyasıdır. Futbol assosiasiyasının qərargahı Londonda "Uembli" stadionunda yerləşir.
İsrail Futbol Assosiasiyası
İFF yarım əsrə yaxın AFK tabeliyində olub, hətta Asiya Kuboku yarışlarında iştirak edərək, bu turnirdə qələbə də qazanıb. Amma 1990-cı illərdə AFK-ni UEFA-ya dəyişən İsrail futbolunun inkişafa doğru addımları məhz bu tarixdən başlanıb. 1994-cü ildə məhz İsrail Futbol Federasiyasının şikayətləri əsasında UEFA Bakıda siyasi durumun sabit olmamasını əsas gətirərək, Azərbaycan yığmasına oyunlarını öz ölkəsində keçirməyi qadağan etmişdi. Komanda rəqiblərini Türkiyənin Trabzon şəhərində qəbul edirdi. Bir neçə il sonra isə Fələstin-İsrail müharibəsinin başlanması ilə bir çox ölkələrin təhlükəsizliyin lazımi qaydada təmin edilməyəcəyindən qorxaraq, "müqəddəs torpağa" ayaq basmaqdan imtina etməsi nəticəsində UEFA anoloji cəzanı İsrailə vermişdi. 3 ilə yaxın bu ölkənin milli və klub komandaları beynəlxalq görüşləri Avropanın müxtəlif şəhərlərində keçirməyə məcbur olmuşdular. 2004-cü ildə UEFA-nın icazəsi ilə İsrail yığması müəyyən fasilədən sonra Təl-Əvivdə beynəlxalq futbol matçının təşkilinə qərar vermiş və dünyanın bir çox komandalarına müraciət etmişdi. Yeganə müsbət cavab verən federasiya isə AFFA olmuşdu. Azərbaycan israillilərin 10 il əvvəl etdikləri hərəkətlərinin cavabını belə xoşxasiyyətli jestlə cavablandırmışdı.
Ərəb Universitetləri Assosiasiyası
Ərəb Universitetləri Assosiasiyası (ərəb. إتحاد الجامعات العربية‎) və ya Ərəb Universitetləri Birliyi (ərəb. تحاد الجامعات العربية‎), qısaca: AArU — Ərəb Dövlətləri Liqası çərçivəsində fəaliyyət göstərən ərəb ölkələri universitetlərinin birliyi. Bu qurum müstəqil hüquqi xarakter daşıyır qeyri-hökumət təşkilatıdır. Mənzil-qərargahı İordaniyanın paytaxtı Əmman şəhərində yerləşir. Bu təşkilat Ərəb Dövlətləri Liqası tərəfindən 1964-cü ildə yaradılmışdır. Həmin vaxt müvəqqəti Baş Katiblik Misirin paytaxtı Qahirə şəhərində təşkil edilmişdir. 1969-cu ildən isə təşkilata daimi Baş Katib təyin edilmişdir. Hazırda daimi mənzil-qərargahı 1984-cü ildən bəri İordaniya Haşimilər Krallığının paytaxtı Əmman şəhərində yerləşir. Başlıca orqanı Baş Assambleyadır.
Estoniya Futbol Assosiasiyası
Estoniya Futbol Assosiasiyası (est. Eesti Jalgpalli Liit) — Estoniyada futbol, çimərlik futbolu və futzal üzrə idarəetmə orqanı. Mərkəzi ofisi Tallin şəhərində yerləşir. 1923-cü ildən FİFA-nın, 1992-ci ildən isə UEFA-nın üzvüdür. Estoniya Futbol Assosiasiyası 14 dekabr 1921-ci ildə yaradılıb. 14 dekabr 1921-ci ildə Estoniya Futbol Assosiasiyasının təsis yığıncağında, Estoniyada fəaliyyət göstərən üç idman cəmiyyətinin nümayəndələri iştirak edirlər. Bunlar "Kalev"dən Bernard Abrams, Karl Akel və Vilyam Fiskar, "Tallinn Yalgpalli Klubi" klubundan Julius Reynans, Oskar Raudsep və Otto Silber, "Tallinna VS Sport" futbol klubundan Hans Roost, Verner Eklöf və Vladimir Tell olur. 1922-ci ilin yayında Estoniya Futbol Assosiasiyası FİFA-ya rəsmi ərizə göndərdi. 1 noyabr 1922-ci ildə FİFA Estoniya Futbol Assosiasiyasını ilkin olaraq tanıdı və 1923-cü ildə Cenevrə Konqresində Estoniya FİFA-ya üzv qəbul edildi. O zaman 20 ölkə FİFA üzvü idi.
Monteneqro Futbol Assosiasiyası
Monteneqro Futbol Assosiasiyası (mont. Fudbalski savez Crne Gore) — Monteneqroda futbolun idarəedici orqanı. Mərkəzi ofisi Podqoritsa şəhərində yerləşir. Federasiyanın prezidenti tanınmış veteran futbolçu Deyan Saviçeviçdir. Monteneqro Futbol Assosiasiyası 8 mart 1931-ci ildə Yuqoslaviya Futbol Assosiasiyasının bölməsi olaraq Çetinjski fudbalski podsavez ("Çetinye Futbol Alt Assosiasiyası") adı altında təsis edilmişdir. Monteneqro Futbol Assosiasiyası müxtəlif dövrlərdə Yuqoslaviya Futbol Assosiasiyasının, Yuqoslaviya Fedrativ Respublikasının Futbol Assosiasiyasının və Serbiya və Monteneqro Futbol Assosiasiyasının bir hissəsi olub. 28 iyun 2006-cı ildə Monteneqro həmin ayın əvvəlində müstəqil ölkə olduqdan sonra Assosiasiya müstəqil olur. 30 iyun 2006-cı ildə UEFA və FIFA-ya üzv olmaq üçün ərizə verdi. Assosiasiya 26 yanvar 2007-ci ildə UEFA-ya, 31 may 2007-ci ildə isə FİFA-ya üzv oldu. Monteneqro Futbol Assosiasiyası, futbol üzrə Monteneqronun Birinci, İkinci və Üçüncü Liqalarını təşkil edir, onların arasında 45 klub var.
Serbiya Futbol Assosiasiyası
Serbiya Futbol Assosiasiyası (serb. Фудбалски савез Србије) — Serbiyada futbolun idarəedici orqanı. Mərkəzi ofisi Belqrad şəhərində yerləşir. Serbiyada ilk futbol matçı 1896-cı il mayın 18-də "Aşağı Kalemegdan" və "Neboyşina Qülləsi" komandaları arasında oynanılıb. Qarşılaşmanın təşkilatçısı "Sokol Gimnastika Cəmiyyəti" olur. 15 iyun 1899-cu ildə Birinci Serb Top Oyunları Cəmiyyəti Yetimlər Evinin yaxınlığındakı yeni stadionda toplantı təşkil edir. 1901-ci ilin yazında Belqradda futbol yenidən peyda olur və 3 avqust 1901-ci ildə Serbiyanın ilk futbol klubu, Subotiçada yaradılmış "Baçka 1901" komandası yaradılır, lakin bu klub Avstriya-Macarıstan komandası kimi siyahıya alınır. 1903-cü ilin aprelində Sokol hərəkatının adını daşıyan "Soko" futbol klubu yaradılır. 14 sentyabr 1903-cü ildə Kraqujevacda Danila Stoyanoviçin təşəbbüsü ilə "Şumadija 1903" klubu yaradılır. Bu klub o zaman mövcud olan sərhədlər daxilində Serb klublarının ən qədimi hesab olunur.
Slovakiya Futbol Assosiasiyası
Slovakiya Futbol Assosiasiyası (slovak. Slovenský futbalový zväz) — Slovakiyada futbola nəzarət edən və idarə edən təşkilat. Mərkəzi ofisi Slovakiyanın paytaxtı Bratislava şəhərində yerləşir. 4 noyabr 1938-ci ildə təsis edilib və ilk olaraq 1939-cu ildə FİFA-ya üzv olur, lakin ikinci Dünya Müharibəsindən sonra Çexiya və Slovakiya birləşdiyi üçun, bu ölkələrin futbol federasiyaları və milli komandalar da birləşir. Çexoslovakiyanın parçalanmasından sonra təşkilat yenidən təşkil edilir. Slovakiya Futbol Assosiasiyası 1993-cü ildə Avropanın idarəetmə orqanı olan UEFA-ya, 1994-cü ildə isə yenidən FİFA-ya qoşulur. Slovakiya Futbol Assosiasiyası Slovakiya milli futbol komandasını, həmçinin 21 yaşadək, 19 yaşadək, 18 yaşadək, 17 yaşadək, 16 yaşadək və 15 yaşadək kişi gənclər komandalarını idarə edir. Bundan əlavə, Slovakiya qadınlardan ibarət milli futbol komandasını da təşkil edir. Slovakiya Futbol Assosiasiyasının himayəsi altında Futbol üzrə Slovakiya çempionatı, Slovakiya Birinci Liqası, Slovakiya Kuboku və Slovakiya Superkubokunda yarışlar keçirilir.
Amerika Antropoloji Assosiasiyası
Amerika Antropoloji Assosiasiyası (AAA) — antropologiya sahəsində alimlər və praktikantlardan ibarət bir təşkilatdır. 10.000 üzvü ilə Virciniya ştatının Arlinqton şəhərində yerləşən assosiasiyaya arxeoloqlar, mədəni antropoloqlar, bioloji (və ya fiziki) antropoloqlar, linqvistik antropoloqlar, dilçilər, tibbi antropoloqlar və universitet və kolleclərdə, elmi-tədqiqat institutlarında, dövlət qurumlarında, korporasiyalarda tətbiq olunan antropoloqlar daxildir. AAA AnthroSource vasitəsilə çap və onlayn olaraq mövcud olan 20-dən çox resenziyalı elmi jurnal dərc edir. AAA 1902-ci ildə yaradılıb. ABŞ-də ilk antropoloji cəmiyyət Albert Gallatin tərəfindən qurulan və 1899-cu ildə Frans Boas tərəfindən bir fasilədən sonra yenidən bərpa edilən Nyu York Amerika Etnoloji Cəmiyyəti idi. 1879-cu ildə Vaşinqtonun Antropoloji Cəmiyyətinin (milli jurnala çevrilməmişdən əvvəl ilk dəfə American Anthropologist jurnalını nəşr etdirən) və 1882-ci ildə Amerika Elmin İnkişafı Assosiasiyasının antropoloji bölmə yaratdığını gördü. Boas və digər antropoloqlar vahid milli cəmiyyətin yaradılması imkanını artıq 1898-ci ildə müzakirə etdilər, lakin bunun AAAS-a zərər verə biləcəyi qorxusu uzun müzakirələrə səbəb oldu. 1901-ci ildə AES və ASW üzvlərini Çikaqoda AAAS antropoloqlarının görüşündə iştirak etmək üçün göndərdilər, orada müzakirələr davam etdi və milli cəmiyyətin yaradılması haqqında ümumi razılıq əldə edildi. Boas 40 "peşəkar antropoloqun" məhdud üzvlüyünü müdafiə etdi, lakin AAA-nın ilk prezidenti W. J. McGee, üzvlüyün intizamla maraqlanan hər kəs üçün açıq olmasını təmin etdi. Təsis zamanı o, 1888-ci ildə Vaşinqton Antropoloji Cəmiyyəti (ASW) tərəfindən yaradılmış American Anthropologist jurnalının məsuliyyətini öz üzərinə götürdü.
Azərbaycan Pediatrlar Assosiasiyası
Azərbaycan Pediatrlar Assosiasiyası — (APA) 100 ilə yaxındı səhiyyə sahəsində fəaliyyət göstərir. Assosiasiya ölkədə bu sahənin həkimlərinin böyük tarixə dayanan peşəkar birliklərindən biridir. APA-nın yaranması tarixi 1930-cu ildə Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazası əsasında təsis edilən Azərbaycan Tibb Universitetinin yaranması ilə eyni tarixi dövrə təsadüf edir. Assosiasiya müxtəlif illərdə müxtəlif adlar altında fəaliyyət göstərib. Təşkilata uzun illər ilk azərbaycanlı pediatr, Azərbaycanda ana və uşaqların sağlamlığının mühafizə sisteminin yaradıcısı, Əməkdar elm xadimi professor Əbülfəz Qarayev rəhbərlik edib. Əbülfəz Qarayev 1938-ci ildən 1952-ci ilə qədər əvvələr Azərbaycan Uşaq Həkimləri Cəmiyyəti kimi tanınan indiki Azərbaycan Pediatrlar Assosiasiyasının sədri olub. Sonrakı tarixi dövrdə assosiasiyanın fəaliyyətinə tanınmış ictimai xadim, "Şöhrət" və "Şərəf" ordenli, Azərbaycan Milli Elmlər Akademiyasının və Rusiya Elmlər Akademiyasının akademiki, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Adilə Namazova rəhbərlik edib. O, 1972-ci ildə keçirilən Azərbaycan Pediatrları Qurultayında Azərbaycan Pediatrlar Cəmiyyətinin sədri seçilib. Hazırda Azərbaycan Pediatrlar Assosiasiyasının sədri vəzifəsini Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağızadə icra edir. Eyni zamanda, akademik Ədilə Namazovanın Ümumdünya Pediatrlar Cəmiyyətinin sədri, professor İhsan Doğramacı ilə sıx dostluq əlaqələri Azərbaycan Pediatrlar Assosiasiyasının beynəlxalq tədbirlərdə ölkəmizi təmsil etməsinə əlverişli zəmin yaradıb.
Beynəlxalq Prokurorlar Assosiasiyası
Beynəlxalq Prokurorlar Assosiasiyası (IAP) — 1995-ci ildə Vyanada Birləşmiş Millətlər Təşkilatı tərəfindən yaradılmış prokurorların qlobal qeyri-hökumət təşkilatı. Onun 177 ölkədən 183 korporativ və fərdi üzvləri var. IAP narkotik vasitələrin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması və fırıldaqçılıq kimi transmilli cinayətlərin artması səbəbindən yaradılıb. Onun əsası 1990-cı ildə Birləşmiş Millətlər Təşkilatının Cinayətin Qarşısının Alınması və Cinayət Mühakiməsi üzrə səkkizinci Konqresinə və daha sonra Birləşmiş Millətlər Təşkilatının Vyana Ofisinin Cinayətin Qarşısının Alınması və Cinayət Mühakiməsi Şöbəsi (UNOV) ilə işləyən Macarıstan Milli Prokurorlar Assosiasiyası tərəfindən inkişaf etdirilməsi ilə bağlıdır.
Müasir Hüquqşünaslar Assosiasiyası
Müasir Hüquqşünaslar Assosiasiyası (türk. Çağdaş Hukukçular Derneği) — Türkiyədə, Ankarada yerləşən hüquq assoasiyası. Onun məqsədi bəşəriyyətin minlərlə illik tarixi nailiyyətləri işığında hüququn inkişafı, insan azadlığına və demokratiyaya əsaslanan, sosial şüurla təmin edilmiş hüquq sisteminin qurulmasına, fundamental hüquqlara, xüsusilə yaşamaq hüququna və insan ləyaqətinə hər cür qəsdlərin qarşısının alınmasına çalışmaq. 18 yanvar 2013-cü ildə Terrorla Mübarizə Şöbəsinə bağlı polis qrupları İstanbul, İzmir, Ankara, Antalya, Bursada "qanunsuz DHKP/C Təşkilatı Araşdırması" çərçivəsində olduğu iddia edilən araşdırmalar aparmışdır. Əməliyyatlar çərçivəsində Çağdaş Hüquqşünaslar Dərnəyinin (ÇHD) Ankara Baş Qərargahında və İstanbul şöbəsində və ÇHD üzvü vəkillərin evlərində də axtarışlar aparılmışdır.
Beynəlxalq Barmenlər Assosiasiyası
Beynəlxalq Barmenlər Assosiasiyası (ing. IBA) dünyanın ən bacarıqlı barmenlərini təmsil etmək məqsədilə yaradılmış beynəlxalq təşkilatdır, 24 fevral 1951-ci ildə təsis edilmişdir. Həm Dünya Kokteyl Müsabiqəsi (ing. WCC) həm də Ümumdünya Fleyritending Müsabiqəsi (ing. WFC) illik tədbir BBA tərəfindən təqdim edilmiş və təşkil edilmişdir. BBA rəsmi kokteyllərin siyahısını da təqdim edir. Hər il tədbirlər müxtəlif istiqamətlərdə keçirilir. 2006-cı ildə 6 oktyabr 2006-cı il (WCC-nin 32-ci illiyi üçün) - 7 oktyabr 2006-cı il tarixlərində (WFC-nin 7-ci illiyi üçün) müsabiqə Yunanıstan, Halkidiki, "Meliton Porto Carras Hotel"-də keçirildi.
Amerika Antopologiya Assosiasiyası
Amerika Antropoloji Assosiasiyası (AAA) — antropologiya sahəsində alimlər və praktikantlardan ibarət bir təşkilatdır. 10.000 üzvü ilə Virciniya ştatının Arlinqton şəhərində yerləşən assosiasiyaya arxeoloqlar, mədəni antropoloqlar, bioloji (və ya fiziki) antropoloqlar, linqvistik antropoloqlar, dilçilər, tibbi antropoloqlar və universitet və kolleclərdə, elmi-tədqiqat institutlarında, dövlət qurumlarında, korporasiyalarda tətbiq olunan antropoloqlar daxildir. AAA AnthroSource vasitəsilə çap və onlayn olaraq mövcud olan 20-dən çox resenziyalı elmi jurnal dərc edir. AAA 1902-ci ildə yaradılıb. ABŞ-də ilk antropoloji cəmiyyət Albert Gallatin tərəfindən qurulan və 1899-cu ildə Frans Boas tərəfindən bir fasilədən sonra yenidən bərpa edilən Nyu York Amerika Etnoloji Cəmiyyəti idi. 1879-cu ildə Vaşinqtonun Antropoloji Cəmiyyətinin (milli jurnala çevrilməmişdən əvvəl ilk dəfə American Anthropologist jurnalını nəşr etdirən) və 1882-ci ildə Amerika Elmin İnkişafı Assosiasiyasının antropoloji bölmə yaratdığını gördü. Boas və digər antropoloqlar vahid milli cəmiyyətin yaradılması imkanını artıq 1898-ci ildə müzakirə etdilər, lakin bunun AAAS-a zərər verə biləcəyi qorxusu uzun müzakirələrə səbəb oldu. 1901-ci ildə AES və ASW üzvlərini Çikaqoda AAAS antropoloqlarının görüşündə iştirak etmək üçün göndərdilər, orada müzakirələr davam etdi və milli cəmiyyətin yaradılması haqqında ümumi razılıq əldə edildi. Boas 40 "peşəkar antropoloqun" məhdud üzvlüyünü müdafiə etdi, lakin AAA-nın ilk prezidenti W. J. McGee, üzvlüyün intizamla maraqlanan hər kəs üçün açıq olmasını təmin etdi. Təsis zamanı o, 1888-ci ildə Vaşinqton Antropoloji Cəmiyyəti (ASW) tərəfindən yaradılmış American Anthropologist jurnalının məsuliyyətini öz üzərinə götürdü.

Digər lüğətlərdə