bulla 2021
bulmaq
OBASTAN VİKİ
Bulmastif
Bulmastif — xidmət-qarovul itləri cinsi. == Tarixi == Böyük Britaniyada XIX əsrin sonu – XX əsrin əvvəllərində mastiflərin buldoqlarla çarpazlaşdırılmasından alınmışdır. İlk rəsmi standartı 1925-ci ildə qəbul edilmişdir. == Təsviri == Bədəni möhkəm sümüklü, güclü, əzələləri aydın görünən, döş qəfəsi geniş, başı çox iridir. Cidov hünd. 61–68,5 sm, kütləsi 45–59 kq-dır. Rəngi kürən, pələng xallı, yaxud açıq-sarı, üzündə mütləq qara “maska” olur. Bulmastif mastifin qarovulçəkmə, buldoqun isə cəldlik, çeviklik və cəsarətlilik keyfiyyətlərini özündə birləşdirir. Güclü və çox anlaqlıdır.

Digər lüğətlərdə