Buludlu atlas (roman)
"Buludlu atlas" — romanı Britaniya yazıçısı David Mitçelin üçüncü kitabıdır. Roman 6 hissədən ibarət olub, oxucunu XIX əsr Sakit okean adalarından başlayıb postapokaliptik gələcəyədək aparır.
== Sujet ==
Buludlu atlas bir-biri ilə bağlı altı hekayədən ibarətdir, XIX əsr Sakit okean adalarından başlayıb postapokaliptik gələcəkdə qurtarır. İlk beş hekayə əsas anda kəsilir. Altıncı hekayədən sonra, ilk beş hekayə, xronoloji ardıcıllıqla, yarımçıq qaldığı yerdən başlayaraq sona qədər davam edir. Sonda isə oxucu roman başlandığı yerə - XIX əsrdə Ada'm Yuinqlə Sakit okeanın cənubuna qayıdır.
Adam Yuinqin sakit okean jurnalı. İlk hekayə Sakit okeanın arxipelaqlarından olan Çatem adasından başlanır. Kaliforniyada qızıl hərisliyi dövründə San-Fransiskolu notarius Ada'm Yuinq gəmisinin təmirə dayandığı vaxtda Henri Qus adlı həkimlə tanış olur. O adada sülhməramlı Moriori tayfasının döyüşkən Maori tayfası tərəfindən əsatirindən xəbər tutur.