Burkina-Faso
Burkina Faso — Qərbi Afrikada dövlət. 1984-cü ilin avqustuna qədər Yuxarı Volta adlanırdı. Şimalda Mali, şərqdə Niger, cənub-şərqdə Benin, cənubda Toqo və Qana, cənub-qərbdə Kot-d-İvuar ilə həmsərhəddir. Burkina Fasonun dənizə çıxışı yoxdur. Burkina Fasonun adı tərcümədə "vicdanlı adamların vətəni" deməkdir. (moore dilində "burkina" -""vicdanlı adamlar", dyula dilində "faso" — "vətən"). Digər tərcüməyə görə Burkina Faso — "ləyaqətli adamların ölkəsi" deməkdir.
Ərazisi 273 187 km², əhalisi 15,7 mln. nəfərdir.(2009). Paytaxtı — Uaqaduqu şəhəridir.