Nikolay Buxarin
Nikolay İvanoviç Buxarin (rus. Никола́й Ива́нович Буха́рин; 9 oktyabr 1888, Moskva, Moskva quberniyası[d], Rusiya imperiyası – 15 mart 1938[…], Kommunarka poliqonu[d], Moskva vilayəti) — sovet partiya, dövlət xadimi, publisist, iqtisadçı, SSRİ Elmlər Akademiyası akademiki. (1929).
Nikolay İvanoviç Buxarin 27 sentyabr 1888-ci ildə anadan olmuşdu. Nikolay Buxarin 15 mart 1938-ci ildə vəfat edib.
1907–11-ci illərdə Moskva universitetinin hüquq fakültəsində oxumuşdur. 1906-cı ildən RSDFP üzvü, bolşevik idi. 1909–10-cu illərdə dəfələrlə həbs olunmuş, 1911-ci ildə Arxangelsk quberniyasına sürgünə göndərilmiş, tezliklə oradan qaçaraq mühacirət etmişdir. Yazıları Rusiya və Almaniyanın sosial-demokrat nəşrlərində dərc olunmuşdur.
Fevral inqilabından (1917) sonra Rusiyaya qayıdan Buxarin "Sosial-demokrat" qəzetinin və "Spartak" jurnalının redaktoru, RSDF(b)P Moskva vilayət bürosunun, fəhlə və əsgər deputatları Moskva sovetinin icraiyyə komitəsinin üzvü olmuşdur.