buxarlı

buxarlı
buxarlayıcı
buxarölçən
OBASTAN VİKİ
Buxarlı avtomobil
Buxarlı maşın (ing. Steam car) Quru yolunda idarə etmək üçün yaradılmış, istilik enerjisini mexaniki enerjiyə çevirən xaricdən işə düşən motor olan buxar maşınının verdiği enerji ile hərəkət edən təkərli quru nəqiyillayı, buxar enerjili avtomobil. tərəfindən edilən Fardierdir. Nicholas Joseph Cugnot kiçik ölçüdə etdiyi iki qazanlı Newcomen maşınını üç təkərli bir maşına yükləyərək 1769 ildə sınaq edib.Amma buxarlaşma yolu ilə azalan qazan suyunu yeniləyəcək bir sistem olmadığından maşın 15 dəqiqədən bir dayanmaq və suyun qaynamasını gözləmək lazım gəlirdi. 2,5 tonluq əsgəri topları daşıması düşünülən maşından bu problemə görə imtina edilməsinə səsəb oldu Hələ də Birmingham Müzeyində bir maşın, buxarlı maşınlar üzərində 1790’cı illədə William Murdock’un da çalışmış olduğunu göstərir. William Murdock’ın hazırladığı maşın yüksək təzyiqli qazan və bir cüt-təsirli Watt maşını ilə hərəkət edirdi. Buharlı avtomobillərin inkişaf etməyinə təsir edən ən böyük probleməerdən biri də , maşını hərəkət etdirəcək yüksək təzyiq əldə etmək və bunun davamlı olmasını təmin etmək idi. Oliver Evanstərəfindən hazırlanmış bir sistemlə bu problem bir az olsun təmin edilmişdir. Oliver Evens yaratdığı sistemi bir avtomobilə tətbiq etməklə Philadelphia küçələri vasitəsi ilə dolanmışdır. ama bu uğuru ticarət anlamında dəyərləndirməmişdir.
Buxarlı soyutma
Buxarlı soyutma Bildiyimiz kimi, suyun mayedən qaz halına çevrilməsi istilik enerjinin udulması ilə müşayiət olunur. Bunun üçün suyu aktiv qaynama temperaturuna çatdırmaq mütləq deyil. Su maye halında qalana qədər effekt istənilən temperaturda özünü büruzə verir və bu temperatur diapazonu insanın rahatlığını təmin edən temperatur sahəsindən xeyli çoxdur. Beləliklə, buxarlanma prosesini sürətləndirdikcə su havadakı istini udacaq. Buxarlı soyutma prinsipi bu prosesin üzərində qurulubdur. İş prinsipi Əgər isti quru hava suyla hopdurulmuşbir neçə millimetr qalınlığı olan penoplast və ya lifli filtrdən keçirsə, suyun yarısı buxarlanır. Bunun nəticəsində filtrdən keçən hava bir neçə dərəcə soyuyur. Filtr üçün nəzərdə tutulmuş su mütəmadi olaraqdaima təmiz maye suyla (idealda – distilya olunmuş) doldurulan çəndən təmin olunur. Sadələşdirilmiş buxarlı soyutma sistemi adətən yastı damda quraşdırılır. Konstruktiv olaraq sistemtərəflərinin ölçüsü təxminən 1 metr olmaqla kub şəklində verilir.
Buxarlı gəmi
Paroxod — buxar maşını və ya buxar turbini ilə hərəkətə gətirilən gəmidir. Buxar gəmiləri pərli çarxlarla və ya pərli vintlərlə təchiz olunurlar. Vint buxar maşını ilə bir oxda oturdulur. Çarxla işləyən gəmilərdə isə ötürmədə əlavə olaraq sürətlər qutusu yerləşdirilir. 1774-cü ildə öz vəsaiti hesabına Jaffrua d’Abban (1751–1832) kiçik buxar gəmisi quraşdırdı ancaq sınaqlar uğurlu olmadı. 1783-cü ildə Markiz özünün ikinci buxar modelini sınaqdan keçirdi. Lakin tezliklə ölkədə inqilab başladı və fransızlara paroxod maraqlı deyildi. 1774-cü ildə görkəmli ingilis ixtiraçısı Ceyms Vatt (1736–1819) ilk universal istilik mühərrikini (buxar maşınını) yaratdı. Bu ixtira parovozların, paroxodların və ilk (buxar) avtomobillərinin yaradılmasına imkan yaratdı. Tarixdə ilk paroxod 1787-ci ildə amerikalı Con Fitc (1743–1798) tərəfindən qurulmuşdur.
Veqa (buxarlı bark, 1873)
Veqa yelkənli buxarlı bark, balina ovlayan gəmi. Bu gəmidə Adolf Erik Nordenşyold başında olan, İsveçin arktika ekspedisiyası 1878-1879 illərdə ilk dəfə Avropa və Asiyanın şimal sahilləri boyunca şimal-şərq yollu ilə Atlantik okeandan Sakit okeana keçdi. Avropanı dolanıb İsveçə qayıtdılar (bir qışlaqla) Bark Norveç gəmi sahibi Pedersen sifarişi ilə Almaniyanın Bremerhaven şəhərində hazırlanıb və balina ovlayan gəmi kimi planlaşdırılmışdı. İlkin adı Yan Mayen idi. Gəmi böyük möhkəmliyə fərqlənirdi və Arktika şəraiti üçün xüsusi olaraq nəzərdə tutulmuşdu. 1878-ci ildə Nordenşyoldun hazırlaşdığı ekspedisiyası üçün alınmışdı və kral hərbi dəniz tərsanəsində avadanlığlarının təzələnməsinə məruz qalmışdı. Yenidən qurulmasından sonra gəminin heyəti 21 nəfərə qədər azaldılmışdı, gəmini İsveç Hərbi Dəniz Qüvvələrinin leytenantı L.A.Palander idarə edirdi. Ekspedisiya zamanı gəmi heç bir xəsarət görmədi. Ekspidisiya bitəndən sonra balina ovlayan gəmi zavoduna satıldı və Qrenlandiya üçün 1903-cü ildə ,Melvill körfəzində batmayana qədər,fəaliyyət göstərirdi. 24 aprel, 1930 ildə Stokholmda Kral təbii tarix muzeyi yanında abidə ucaldılmışdır.

Digər lüğətlərdə