BUZ ŞƏLALƏSİ

çoxlu çatlarla ayrı-ayrı qaymalara parçalanmış buz sahəsi. Buzlaq yatağının uzununa profilinin sərt əyilmə yerində əmələ gəlir. ледопад icefall, ice chute, ice cascade
BUZ SƏHRASI
BUZ TAVALARI
OBASTAN VİKİ
Buz şəlaləsi
Buz şəlaləsi – buzlaq yatağının çox meyilli olduğu yerdə buzlağın parçalanıb yarıqlar və pillələr əmələ gətirdiyi hissədir. .
Buz
Buz — bərk aqreqat halında olan su, mineral. Bəzən buz dedikdə bərk aqreqat halında olan maddələr də nəzərdə tutulur. Məsələn, quru buz, ammiak buzu və ya metan buzu. == Buzun sürüşkənliyi == Buz hamar bir səth olduğu üçün düşünüldüyü kimi sürüşkən deyil. Bu vəziyyət belədir, buz konkisinin çox kiçik səthinə olan təzyiq nəticəsində toxunduğu yerdəki buz əriyir və konki bu nazik su təbəqəsi üzərində hərəkət edir. (Ucu iti bıçaq kimi olan konkilərin sahəsi buza o qədər kiçik toxunur ki, buzun səthini dərhal əridir, ərimə temperaturunu 1 °C azaltmaq üçün tam olaraq 130 kq/sm2 tələb olunur.) == Su buzunun əsas xüsusiyyətləri == Hazırda üç amorf və 15 kristal formalı buz modifikasiyası məlumdur. Təbii şəkildə Yerdə buz ancaq bir kristal modifikasiyada, geksoqonal sinqoniya (Buz Ih) şəklində mövcuddur. Ih buzunda hər Н2O molekulu eyni məsafədə yerləşən dörd molekulla əhatə edilir. Bu məsafə 2,76 Å-yə bərabərdir və düz tetraderin zirvəsində yerləşir. Buzun sıxlığı 0 °C-də 916,7 kq/m³-dir, bu isə suyun (999,8 kq/m³) sıxlığından azdır.
Buz generatoru
Buz generatoru — sudan süni buz almaq üçün soyuducu qurğu. Buz generatorunda müxtəlif formalı (kub, blok, tava, kristal) və ölçülü texniki və qida buzu hazırlanır. Buz generatoruları iki tipə ayrılır. Birinci tip bilavasitə (birbaşa) soyuduculu Buz generatorunda buz buxarlandırıcı aparatın səthində dondurulur. İkinci tip Buz generatorunda buz qəlibləri –10 °C-dən –12°C-yədək temperaturda sirkulyasiya edən duz məhlulu vasitəsilə soyudulur. Borulu, pulcuqlu və qarlı (kristal) buz yaradan Buz generatoruları daha intensivdir, onlarda buz qəlibləri olmur. Suyu təbəqə-təbəqə fasiləsiz dondurmaqla buz alınır; bu, donmuş səth vahidindən daha çox buz almağa imkan verir. Belə Buz generatorunun məhsuldarlığı sutkada 40 t-a çatır.
Buz nəhəngi
Buz nəhəngi — i əsasən, karbon, oksigen azot və kükürd kimi hidrogen və heliumdan daha ağır elementlərdən ibarət nəhəng planetdir. Günəş sistemində iki buz nəhəngi var: Uran və Neptun. Astrofizikada və planetar elmdə "buzlar" termini müvafiq olaraq donma nöqtələri 273 K (0°C), 195 K (-78°C) və 91 K (-182°C) olan su, ammonyak və ya metan kimi təxminən 100 K-dən yuxarı donma nöqtələrinə malik uçucu kimyəvi birləşmələrə aiddir (bax Uçucu maddələr). 1990-cı illərdə Uran və Neptunun, əsasən hidrogen və heliumdan ibarət qaz nəhəngləri olan digər nəhəng planetlərdən, Yupiter və Saturndan ayrı nəhəng planetlər sinfi olduğu müəyyən edilmişdir.
Buz səhrası
Buz səhrası == Buz səhra == Buz Səhra soyuq səhranın bir növü. Buz səhrası bitki örtüyünün olmaması, havanın alçaq temperaturu və mümkün fizioloji rütubətin çatışmaması ilə izah edilir. Buzlağın geniş məskəni olan Antarktida çox sayda buz var.
Meyvəli buz
Meyvəli buz-Soyuq desert olub, donmuş içəcəkdən hazırlanır. Bəzən çay və ya meyvəli içəçəklərdən istifadə edilir. Meyvəli buzu hazırlayan zaman mayenin donması üçün çubuqun ətrafına dolanır. Bəzən rəngləşdiricilərdən də qatırlar. Bəzi növ meyvəli buzlar isə stakana qoyulur, çubuqlar isə yanına qoyulur. İlk dəfə meyvəli buz 1905-ci ildə hazırlanıb. 11 yaşlı San-Fransiskolu Frenk İpperson stakanda qazlı suyu içərisindəki taxta qaşıqla unudub qoyub. Gecə temperaturun aşağı düşməsi ilə stakanda olan qazlı su donmuş və Frenk onu səhəri gün aşarlayır. O əvvəl buzu əritmək istəyir və qaşıqdan tutaraq onu çıxarır. Sonra eləcə yeyir.
Quru buz
Quru buz - quru buz özü ilə karbon 4 – oksidin və ya karbon qazının bərk fazasını təmsil edir. Onu karbon qazı adlandırmaq qəbul olunmuşdur. Karbon qazının fərqləndirici xüsusiyyəti onun üçqat nöqtələridir: bu o deməkdir ki, 0,536 MPa təzyiqində və uyğun olaraq temperatur -56,6 C olduqda karbon qazı həmin an üç vəziyyətdə ola bilir: bərk, maye və qaz halında. Daha aşağı təzyiqdə, yəni atmosfer təzyiqində ancaq iki vəziyyətdə ola bilər: bərk və qaz halında. Beləliklə, atmosfer şəraitində bərk karbon qazı maye fazasını örtərək, birbaşa qaz halına keçir. Buradan bərk karbon quru buz adlandırılmağa başlandı. 0,1 MPa təzyiqdə quru buz -78,9C-də sublimasiya edir. Təzyiqin azalmasında sublimasiya temperaturu aşağı düşür. Normal şəraitdə karbon qazının sıxlığı 1,877 kq/m³-dir. Bu qaz havadan 1,529 dəfə ağırdır.
Ölü buz
İtalyansayağı buz
İtalyansayağı buz — soyuq desertdir. Bu buzu hazırlamaq üçün sirop smesindən və meyvəli puredən istifadə olunur. Bunu hazırlamaq üçün müxtəlif növ sirop və meyvədən istifadə etmək olar. Buz üçün lazım olan bütün komponentlər adrıcıl olaraq blenderə qatılır və pure halına salınır və bundan sonra onu soyuducuya qoyulur. İtalsayağı buzun miqdarı ona əlavə edəcəyimiz məhsullardan asılıdır. Bəzən "hurman italsayağı buz" adına rast gəlirik. Onun italiyansağı buzdan fərqi onun hazırlamasında iki məhsuldan istifadə edilir. Həmçinin ona albalı, kokos, limon şirəsi əlavə edilir. Bununla yanaşı şokolad ,portağalda əlavə edilə bilər. İtalyan buzu Filadelfiyada "su buzu" olaraq da tanınır.
Buz Kralı
Buz Kralı (həmçinin Saymon Petrikov kimi bilinir) — "Macəra zamanı" cizgi serialındakı personajlardan biri. Tom Kenni tərəfindən səsləndirilmişdir. Başlanğıcda personaj həmişə şahzadələri ələ keçirməyə çalışan pis niyyətli bir sehrbaz kimi təqdim edildi. Növbəti mövsümlərdə məlum oldu ki, onun bu cür şeylər etməsinin səbəbi ona buz güclər qazandıran başına taxtığı tacdır. Üçüncü mövsümdə onun bir vaxtlar Saymon Petrikov adlı normal insan olduğu və tac taxdıqdan sonra dəli olduğu üzə çıxır.
Buz dövrü
Buz dövrü (Qədim buzlaşma) — bir neçə milyon il davam edən, qitələrin və okeanların buzlaqlarının olduqca kəskin şəkildə artması ilə ümumi iqlimin soyuqlaşması dövrü. Yer kürəsinin tarixində onlar qeyri-bərabər paylanaraq bir neçə onillikdən 200 milyon ilə qədər davam edən buzlaq dövrlərində qruplaşdırılıblar . Yerin geoloji tarixində (dördüncü dövr) bir hadisə üçün ümumiləşdirilmiş bir termindir, bu müddət ərzində iqlimin ümumi nisbi soyuması və kontinental buz təbəqələrinin əhəmiyyətli dərəcədə genişlənməsi baş verir. Buz dövrü — buzlaq epoxaları toplusudur . Buzlaq epoxaları nisbi istiləşmələrlə növbələşir — buzlaşmanın azaldığı dövrlər üzrə ( buzlaqlararası) . Son Kaynozoy buzlaşması adlanan hazırkı buz dövrü son 34 milyon ildir davam edir. Son buz dövründən sonra 12 min il əvvəl başlayan buzlaqlararası dövr, holosen, dördüncü dövrün ( dördüncü buzlaşmanın başladığı və davam etdiyi) bir hissəsidir, bu da öz növbəsində 66 milyon il əvvəl başlayan kaynozoy erasının bir hissəsidir.
Detyan şəlaləsi
Detyan şəlaləsi (çin. 板約瀑布, 德天瀑布; vyet. Détiān pùbù, Bǎnyuē pùbù), Vyetnamda Banzek kimi tanınır , — dünyada böyüklüyünə görə dördüncü şəlalə, iki ölkə sərhəddində yerləşmiş. Çin və Vyetnam ərazisində olan kiçik şəlalələr yağışlı mövsümdə birləşərək böyük bir sistem əmələ gətirir. Şəlalə boyu uzanan yol sonda iki dövlət sərhəddində yerləşən qayalığa gətirib çıxarır. Məhs bu yer çin və vyetnam arasında olan sərhəd hesab olunur. Tzin sülaləsinin torpaqları ilə fransa müstəmləkəsinin əraziləri arasında müəyyənləşdirilmiş sərhəd məhz burdan keçirdi. 1979-cu ildə, Çin-Vyetnam müharibəsi zamanı şəlalə bölgəsi çin ordusunun yerləşmə ərazisi idi. Şəlalənin Vyetnamala sərhəd mövqeyə malik olması uzun müddət mübahisə mövzusu olmuşdur. Uzun sürən danışıqlardan sonra, 1999-cu ildə sərhəd bölgüsü nizamlandı.
Düdən şəlaləsi
Düdən Şəlalələri — Türkiyənin Antalya vilayətində yerləşən şəlalələr qrupudur.Başlanğıcını Düdən çayından (cənubi Anadoluda böyük çaylarından biri) götürən şəlalə, Antalyadan 12 km şimal-şərqdə yerləşir.
Eravan şəlaləsi
Eravan (tay. น้ำตกเอราวัณ, oxu. "namtok eravan") — Tailandda şəlalə. Ölkənin Kançanaburi bölgəsində, Eravan Milli Parkı (tay. อุทยานแห่งชาติเอราวัณ) ərazisində yerləşir. Kaskad tipli şəlalə 7 piildən ibarətdir. Kaskadların ümumi hündürlüyü 831 metrdir. Şəlalə Monqlay və Omtala çayları hövzəsində yerləşir. Eravan şəlaləsi Kançanaburi şəhərinin (tay. กาญจนบุรี), 65 km-də yerləşir.
Eyşabad şəlaləsi
İşoba şəlaləsi və ya Eyşabad şəlaləsi- Şərqi Azərbaycan ostanının Mərənd şəhristanının Mərkəzi bəxşinin Şimali Mişab dehastanının İşoba kəndində yerləşən şəlalədir.
Fudo şəlaləsi
Fudo şəlaləsi (不動の滝, Fudō no taki) – Yaponiyanın İvate prefekturasının Haçimantay şəhərində yerləşən şəlalə. Api çayının qolu üzərində yerləşir. Yaponiya Ətraf Mühit Nazirliyi tərəfindən 1990-cı ildə nəşr olunmuş "Yaponiyanın Top-100 şəlaləsi" siyahısına daxildir.
Furtouq şəlaləsi
Furtouq şəlaləsi (inquş Фурто́угера хурхал, Dmitri Mendeleyev adına Furtouq şəlaləsi) — Rusiyada, İnquşetiya Respublikası ərazisində yerləşən şəlalə. Furtuoq şəlaləsi Lyajqin şəlaləsindən sonra İnquşetiyanın ən hündür ikinci şəlaləsidir. Hündürlüyü 12 metr olan bu şəlalə dəniz səviyyəsindən 1380 metr hündürlükdə yerləşir. Maksimum eni isə 5 metrdir. Şəlalə sərhəd keçid məntəqəsinin və Hərbi Gürcüstan yolunun yaxınlığındadır. İl boyu bol suludur. Furtouq şəlaləsinin yerləşdiyi bölgədə Erzi Dövlət Təbiət Qoruğu var. Furtouq şəlaləsi Ceyrax dərəsinin başlanğıcında (Ceyrax rayonu), Şahid dağların ətəklərində yerləşir. Furtouq kəndi şəlalədən 1 km aralı yerləşir. Cənub-şərqdə Ceyrax rayon mərkəzi yerləşir.
Gülaxır şəlaləsi
Gülaxır şəlaləsi — Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanının Xarvana bəxşinin Ərzil dehastanının Gülaxır kəndində yerləşən şəlalədir. Gülaxır sözü Azərbaycan dilində "şanlı" mənasını verir.
Günəşli şəlaləsi
Günəşli şəlaləsi — Lerik rayonun Günəşli kəndində yerləşən şəlalə. Sıx meşənin dərinliyində yerləşir. 8 may 2007-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Lerik rayonunun Noda kənd inzibati ərazi dairəsi tərkibindəki kənd Günəşli kəndi adlandırılmışdır. Günəşli şəlaləsi dəniz səviyyəsindən 1000 m hündürlüyündə yerləşir. Günəşli şəlaləsinin hündürlüyü 7 m, eni 5 metrdir.
Gürlevik şəlaləsi
Gürlevik şəlaləsi Türkiyədə Ərzincanın 23 km cənub-şərqində yerləşir.1950–1953-cü illərdə Dövlət Su İşləri (DSİ) tərəfindən, 3,040 KW gücünə sahib şəlalənin aşağı hissəsində, su-elektrik stansiyası tikilib. Növbəti illərdə, 1965-ci ildə əlavə olaraq Gürlevik su-elektrik stansiyasının su tutumu 3.866 1 / san yüksəldildi.
Hacıman şəlaləsi
Hacıman şəlaləsi — Azərbaycan Respublikasının Ağsu rayonu, Hacman kəndi inzibati vahidliyində yerləşir. Şəlalə həmçinin Pirqulu Dövlət Təbiət Qoruğunun bir hissəsini təşkil edir.
Hottay şəlaləsi
Hottay şəlaləsi (法体の滝, Hottai no taki) – Yaponiyanın Akita prefekturasının Yurihonco şəhərində yerləşən şəlalə. Çokay dağının yamaclarında yerləşən Koyoşi çay sisteminin qolu olan Akasava çayı üzərində yerləşir. Yaponiya Ətraf Mühit Nazirliyi tərəfindən 1990-cı ildə nəşr olunmuş "Yaponiyanın Top-100 şəlaləsi" siyahısına daxildir. 17 dekabr 1960-cı ildən etibarən şəlalə və onun töküldüyü gölməçə Akita Prefektura Gözəllik Mənzərəsi Yeri və Təbiət Abidəsi kimi qorunur.
Jagala şəlaləsi
Yaqala (est. Jägala juga) — Estoniyanın eyniadlı Yaqala çayı üzərində yerləşən şəlalə. Şəlalə Haryumaa vilayətinin Yoelahtme rayonu ərazisinə aiddir. Fin körfəzindən 4 km cənubda, Tallin şəhərindən isə 25 km şərqdə yerləşir. Şəlalənin hündürlüyü 8 metr, eni isə təxminən 50 m-dir. Estoniyanın ən böyük şəlalələrindən biridir. Suyun töküldüyü yerdə çıxıntı meydana gəlmiş və suyun arxa hissəsində boşluq formalaşmışdır. Məhs boşluqla şəlalə boyu hərəkət etmək mümkündür. Ancaq yol təhlükəlidir. Daşlar üzəri həmişə sürüşkən olur.
Jog şəlaləsi
Jog (Gersoppa) — Hindistanda şəlalə. Şəlalə Hindistan yarımadasının qərbində ki Qərbi Qat dağlarında yerləşir. Jog Şaravati çayının mənsəbin yaxınlığındadır (40 km). Şəlalə Karnataka ştatının görməli yerlərindən biri hesab edilir. O dörd hissədən ibarətdir. Şəlalənin ümumi eni 472 metrdir. Hündürlüyünə görə ölkədə ikinci (Nohkalikai şəlaləsindən sonra), dünyada isə 120-ci yerdədir. Digər şəlalələrdə fərqli olarq su kəskin olaraq yerə tökülür. Jog Şaravatı çayında yerləşir və hər dörd hissənin öz adı var. Adlar axınların xarakterinə görə verilib.
Katexçay şəlaləsi
Katex Şəlaləsi — Balakən rayonu ərazisindəki Katexçay şəlaləsi isə Azərbaycanda ən məşhur şəlalə sayılır. Qeyd edək ki, bu şəlalə Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir. Şəlalənin hündürlüyü 20 metrə yaxındır. Bu, Azərbaycanın ən bolsulu şəlaləsidir. Şəlaləyə getmək üçün Katex kəndindən keçən sərt eniş-yoxuşlarla hərəkət etmək lazımdır. Katexçaya çatmaq üçün 500 metrlik çətin dolanbaclı və uçurumlu yolu piyada qət etmək gərəkdir. Şəlalənin yerləşdiyi ərazini görənlər əsrarəngiz mənzərədən zövq ala bilirlər. Bura turistlərin ən çox üz tutduğu məkanlardan biridir. Mütəxəssislər bildirirlər ki, Katexçay şəlaləsinin təzyiqindən əldə edilə biləcək elektrik enerjisi bəlkə də bütöv bir rayonun işıqla təminatına bəs olar.