buzüstü

buzüstü
buzovotaran
buzyaran
OBASTAN VİKİ
Buzüstü xokkey
Buzüstü hokkey – hokkeyin buz üzərində oynanılan növü. Oyunçular hokkey konkilərini geyinib hokkey çubuqlarıyla diski (pakı) nəzarət etməyə çalışırlar. Oyunçular diski (pakı) qapıya soxaraq xal qazanırlar. Komanda biri qapıçı olmaq üzrə altı oyunçudan ibarət olur. Oyunçulardan biri qaydaları pozduqda hakim cəza olaraq onu bir müddətlik oyundan qovur. 26x56 metr ölçüləri olan bir sahədə oynanır. Oyun vaxtı 15 ya da 20 dəqiqəlik üç dövrdən ibarətdir. Buzüstü hokkey Kanada, Rusiya, İsveç, Finlandiya, Çexiya, Amerika Birləşmiş Ştatları və Slovakiyada populyar idman növüdür. Dünyadakı ən yaxşı oyunçuların çoxu NHL-dəndir (Milli Hokkey Liqası). İlin sonunda Stenli Kubokunu uğrunda mübarizə gedir.
Buzüstü hokkey

2011 Dünya Buzüstü Xokkey Çempionatı
2011 Dünya Buzüstü Hokkey Çempionatı — 29 Aprel ilə 15 May 2011 tarixləri arasında Slovakiyada təşkil edilən və ölkələrin milli kişi buzüstü hokkey komandalarının yarışdığı 75-ci Dünya Buzüstü Hokkey Çempionatı idi. Müsabiqələr Bratislava şəhərində yerləşən Ondrey Nepela Arenada və Koşitsedə yerləşən Ladislav Troyak Stadion-da keçirilmişdir. Slovakiya, müstəqillik qazandıqdan sonra ilk dəfə bir Dünya Buzüstü Hokkey Çempionatına ev sahibliyi etdi. Ancaq, bu turnirlə birlikdə Bratislava şəhəri bu yarışa üçüncü dəfə ev sahibliyi etmişdir. Çexoslovakiyanın bir parçası ikən 1959-cu və 1992-ci illərdə Praqa şəhəri bu yarışa ev sahibliyi etmişdi. Finlandiya, finalda 6–1 qalib gələrək qızıl medal qazandı. Bu, Finlandiyanın yarışın tarixindəki ikinci çempionluğu olmuşdur. == Ev sahibi şəhərin seçimi == Avropada yeləşən dörd ölkə, 2011 Dünya Buzüstü Hokkey Çempionatına ev sahibliyi etmək üçün rəsmi təklif verdi. Həmin ölkələr bunlardır: Slovakiya İsveç Macarıstan Finlandiya Bir raund davam edən səsvermənin ardından, ev sahibliyi qazanan ölkə BBXF-nın (Beynəlxalq Buzüstü Hokkey Federasiyası) prezidenti Rene Fasel tərəfindən 2006-cı ilin May ayının 19-da, Latviyanın Riqa şəhəindəki Beynəlxalq Buzüstü Hokkey Federasiyası nümayəndələri konqresində açıqlandı. Slovakiya 70 bal qazanaraq ev sahibliyi hüququnu əldə etdi.