Buzxana abidəsi (Ordubad)
Buzxana abidəsi - Ordubad şəhərinin mərkəzində XIV əsrə aid memarlıq abidəsi.
XVIII əsrdə yenidən bərpa edilmişdir.
== Abidə haqqında ==
Binanın ümumi sahəsi 166 m², zirzəmisinin daxili sahəsi 89,4 m²-dir. Buzxananın tikintisi bişmiş kərpic ( 20x20x5sm) və əhəng məhlulu ilə aparılmışdır. Bina daxili girişdə boyük otaqdan, 2 marşlı 36 pillədən (20x30sm) və buz saxlanılan zirzəmidən ibarətdir. Binanın ümumi hün. 11,32 m-dir. Binanın divarlarının qalınlığı 0,8 m-dir. Otağın tavanı düz səthli olub, zirzəminin tavanı çatma tağların hər biri 2,9 m məsafədə yerləşdirməklə iki qonşu tağın arasında çatma tağ tavan şəklində həll edilmişdir. Bu halda hörgü cərgələri, daşıyıcı tava perpendikulyar vəziyyətdə düzülmüşdür.