CƏZA

cinayət törətməkdə təqsirli olan (yəni (qanunla qorunan) ictimai münasibətlərə təcavüz edən) şəхs(lər)ə cavab olaraq, dövlət adından yalnız Məhkəmə tərəfindən, şəxsin törədilmiş cinayətdə təqsirli olduğu tam sübut olunduqda, işin bütün hallarını, təqsirli şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini və s. nəzərə alaraq, cinayət prosesual qanunvericiliyin tələblərinə əməl etməklə Məhkəmənin qərarı ilə, sosial ədaləti bərqərar etmək, təqsirkarı islah etmək, potensial olan yeni cinayətləri хəbərdar etmək və digər məqsədlər ilə, qanunla nəzərdə tutulan məhrumiyyətləri tətbiq etməklə, təqsirli şəxsə arzuolunmaz, neqativ təsir göstərən ictimai maraqları ifadə edən, dövlət məcburiyyət tədbirləridir. C. - eyni zamanda, həm məhkumları, həm də digər şəхsləri qanunlara dürüst əməl etdirmək, ümumi davranış qaydalarına hörmət etmək ruhunda tərbiyələndirmək, əməyə vicdanla yanaşmaq, vətəndaşlıq borcunu yerinə yetirmək, birgəyaşayış qaydalarına əməl etmək və digər ali, humanist məqsədləri güdür. Xüsusilə vurğulamaq lazımdır ki, C., cinayət törətmiş şəxsə fiziki iztirab vermək və ya onu məhv etmək, və yaxud onun şəxsiyyətini alçaltmaq kimi mənfur məqsədləri daşımır. C. - məhkumluğu yaradır. Məhkumluğun yaranması o deməkdir ki, cəzalandırılmış şəxs dövlətin müəyyən strukturlarında və müəyyən vəzifələrində işləmək (xidmət etmək) hüququndan məhrum olunur, eləcə də məhkumluq, şəxsin təkrarən cinayət törətdiyinə görə Məhkəmə tərəfindən cəza təyin edilərkən, “məsuliyyəti ağırlaşdıran hal” kimi qiymətləndirilir. Dəfələrlə məhkum edilən şəxs “residivist” adlanır.
BÜROKRATİYA
CİNAYƏT
OBASTAN VİKİ
Cəza
Cəza — Hər hansı təqsirə, cinayətə, pis əmələ qarşı tətbiq edilən təsir tədbiridir. Öz məzmununa görə cəza çox sərt olmaqla, təqsirli şəxsin hüquqlarının iri miqyasda məhdudlaşdırılmasında ifadə olunur. Onun mahiyyəti cinayət törətmiş şəxslərin mənəvi, siyasi, fiziki və əmlak xarakterli məhrumiyyətlərə məruz qoymaqla, onları tənbeh etməkdən ibarətdir. Qanunda cinayət kimi nəzərdə tutulan davranışın müqabilində verilən sanksiyadır. Cəza cinayət törədən şəxsə cavab vermək və onun yenidən cinayət törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müasir hüquqda cəzanı dövlət verir. Cəza cinayətə mütənasib olmalıdır. Cəzanın ümumi qəbul edilmiş üç əsas məqsədi var. Müasir hüquq sistemlərinin qisas almayacağı və ədalətin qisas olmadığı fikri qəbul edilmişdir. Lakin ədalət anlayışının ibtidai cəmiyyətlərdə intiqam hissindən qaynaqlanmış və sonra bu səlahiyyətin dövlətə keçməsi ilə ortaya çıxması ehtimalı yüksəkdir.
Cəza (musiqiçi)
Bilgin Özçalkan (31 dekabr 1976, Üsküdar, İstanbul ili) — səhnədə Ceza ləqəbi ilə tanınan türk hip-hop sənətçisi. Bundan başqa, Fatalrhymer, Keskin kılıç ləqəbləri ilə də məşhurdur. Bilgin Özçalkan 1976-cı ildə İstanbulda doğulmuşdur. Kiçik yaşlarından rep musiqisi ilə maraqlanıb, TRT-də brek-dans filmləri izləyərək hip hop-a addım atmışdır. Əvvəllər Bloody ləqəbindən istifadə etsə də fristayl deyişmələri zamanı rəqiblərinin və izləyicilərin Cezamız gəldi demələrindən sonra ləqəbini Ceza olaraq dəyişdirmişdir. Məktəb illərində bir dostu vasitəsilə Run DMC qrupunu, daha sonra əlinə keçən tək-tük rep albomlarını dinləyib araşdırmalar aparmışdır. Public Enemy qrupundan ilham aldığını deyən Ceza, sərt sözlərin repdə necə vurğuyla deyilməsini görüb özünə ikinci ləqəb kimi Fatalrhymeri seçdi. Təhsilini başa vurub elektrik mühəndisi kimi çalışmağa başlayan Ceza, həmçinin, repdə uğur qazanmaq üçün də bir sıra addımlar atdı. Bir müddət sonra musiqi ilə işi paralel şəkildə davam etdirə bilmədiyi üçün mühəndislikdən istefa edib sadəcə musiqi ilə maraqlanmağa başladı. Cəza 1998-ci ildə Dr.
Qanunsuz cəza yoxdur (hüquq)
Nulla poena sine lege (lat. Qanunsuz cəza yoxdur) — heç kəsin qanunla qadağan edilməyən hərəkətə görə cəzalandırıla bilməməsini nəzərdə tutan hüququn prinsipi. Bu prinsip müasir demokratik dövlətlərdə hüququn aliliyinin başlıca tələbi kimi qəbul edilmiş və qanunvericilikdə təsbit olunmuşdur. Müvafiq prinsip "dünya fikir tarixində ən çox qəbul edilən dəyərlər"dən biri kimi təsvir edilmişdir. Müasir Avropa cinayət hüququnda, məsələn, Almaniya Konstitusiya Məhkəməsi tərəfindən nulla poena sine lege prinsipinin dörd ayrı tələbdən ibarət olduğu təsbit edilmişdir: Nulla poena sine praevia lege poenali Əvvəlki qanun olmadan cəza verilə bilməz. Bu tələb geriyə şamil edilən qanunları və cinayət qanununun retroaktiv tətbiqini qadağan edir. Bu, kontinental Avropada mövcud hüquq düşüncəsindəki əsas maksimdir. 1813-cü ildə Paul İohann Anselm Ritter fon Feyerbax tərəfindən Bavariya Cinayət Məcəlləsinə daxil edilmişdir. Nulla poena sine lege scripta Yazılı qanun olmadan cəza verilə bilməz. Bu tələbə görə cinayəti qadağan edən normalar hüquqi sənədlərdə, xüsusilə də konstitusiya hüququna uyğun qəbul edilmiş qanunlarda təsbit olunmalıdır.
Ölüm hökmü-ömürlük cəza (film)
Cismani cəza
İşgəncə — cəza tədbiri; məhkuma fiziki əzab vermə. Avropada erkən neolit dövrünə aid olan, təhminən 7000 il əvvəl işgəncə mövcudluğunun sübutu olan arxeoloji tapıntılar var. Assuriya və Əhəmənilər mənbələrdə tez-tez işgəncələr qeyd olunur. Erkən orta əsrlərdə Avropada işgəncələr nadir idi, amma 1200 və 1400 illərin arasında o, daha çox işlənilirdi. XVII əsrin ərzində Avropada işgəncə hələ də qanunu idi, lakin onun işlənməsi getdikcə nadirləşirdi. XVIII əsrdə və XIX əsrin başlanğıcında baş verən işgəncənin qanuni qadağaların qəbul olunması zamanı o, cinayət mühakiməsi sistemində artıq çox az işlənilirdi. Cəza məqsədilə işgəncə antik dövründən günümüzə qədər işlənilir. Ədliyyə sistemlərinin qeyri-funksional olduğu və ya həbsxanalarında inanların həddən artıq çox oluğu ölkələrdə mövcud olan bir cəza üsulu polisin şübhəli şəxsləri tutması, onlara işgəncə verməsi və heç bir ittiham irəli sürmədən azadlığa buraxmasıdır. Belə halda işgəncə polis bölməsində, qurbanın evində və ya ictimai evdə tədbir oluna bilər. İşgəncə həmçinin onun birbaşa qurbanına qarşı yox, əhaliyi qorxutmaqla, hakimiyyətə müxalif olanlarının qabağını almaq üçün işlənilir.
İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya
İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya — hər vəziyyətdə işgəncə qadağan edilməsi, şəxslərin ciddi işgəncə riski altında olduqları ölkələrə təhvil verilməsini qadağan etmək və işgəncə vermə məcburiyyətinin müəyyənləşdirilməsi 1984-cü ildə qəbul edilmiş və 1987-ci ildə qüvvəyə minmiş BMT konvensiyasıdır. Konvensiyanın icrasına on mütəxəssisdən ibarət İşgəncələrə Qarşı Komitə nəzarət edir; Konvensiyanın iştirakçı dövlətlərinin hesabatlarını şərh edir və konvensiyanın 21 və 22-ci maddələrinə əsasən bəyanat verərək komitənin müvafiq səlahiyyətlərini tanıyan iştirakçı dövlətlərə qarşı şikayətləri araşdırır. 1992-ci ildə konvensiyaya 2020-ci ildən etibarən qüvvəyə minməyən dəyişikliklər qəbul edildi. 2002-ci ildə Konvensiyanın isteğe bağlı protokolu qəbul edildi və 2006-cı ildə qüvvəyə mindi, İşgəncə və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası modelləşdirilmiş səfərlər mexanizmi yaradıldı. Bu funksiyalar İşgəncələrə Qarşı Komitənin İşgəncələrə Qarşı Mübarizə və İşgəncə Əleyhinə Komitənin digər qəddar, qeyri-insani və ya ləyaqətini alçaldan rəftar və ya cəza qarşısının alınması üzrə Alt Komitə tərəfindən həyata keçirilir. Həmçinin, protokol iştirakçı dövlətlər üçün milli bir qoruyucu mexanizm qurma öhdəliyini müəyyənləşdirir.
Cinayət və cəza
Cinayət və cəza (rus. Преступленiе и наказанiе; Преступление и наказание) — Fyodor Mixayloviç Dostoyevskinin romanı. O, birinci dəfə 1866 və 1867 illərində 12 ay ərzində aylıq Rus Xəbərçi (rus. Русский вестник) ədəbi jurnalında hissələrlə nəşr olunurdu. Bu Dostoyevskinin Sibir sürgündən sonra yazdığı ikinci romandır. Cinayət və cəza onun "yetkin" dövrün birinci romanı sayılır. Fyodor Mixayloviç Dostoyevskinin XIX əsrin 60-cı illərində (1866) meydana gələn "Cinayət və cəza" romanı rus milli, mədəni, ictimai tarixinin mürəkkəb dövrlərindən birini əks etdirir. Bu elə bir dövr idi ki, Rusiya təhkimçilik hüququndan təzəcə azad olmuş və hələ özünün gələcək inkişaf yollarını dəqiq müəyyənləşdirməmişdi. Rusiya hansı yolla gedəcəkdi? O, Avropa kapitalist inkişaf yolunu seçəcək, yoxsa öz milli ənənələrinə əsaslanaraq yeni, Avropa xalqlarından fərqli bir yolla gedəcəkdi?
Cinayət və cəza (roman)

Ölüm hökmü-ömürlük cəza
Ölüm hökmü-ömürlük cəza — Azərbaycanda ölüm hökmünü ləğv etmiş ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sənədli film. Film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Obyektiv” Milli Dəyərlərin təbliğinə dəstək İctimai Birliyi tərəfindən hazırlanmışdır. Sənədli filmdə Heydər Əliyevin 1998-ci il 10 fevral tarixli qərarı ilə Azərbaycanda ölüm hökmünü ləğv etməsindən bəhs edilir. Filmin təqdimat mərasimi dekabrın 10-u Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Günü Beynəlxalq Muğam Mərkəzində keçirilmişdir.
Cəlladın cəzası (film, 1945)
Cəlladın cəzası — 1945-ci ildə istehsal olunmuş Misir filmi. Film gecə klubları, narkotika alveri, qətl və polislərlə dolu qaranlıq bir melodram idi. "Cəlladın cəzası" filmi çəkildikdən bir il sonra Kannda göstərilmışdir.
Cəzalandıran (film, 1989)
Cəzalandıran (ing. The Punisher) – 1989-cu ildə istehsal olunmuş ABŞ bədii filmi. "Cəzalandıran" ləqəbi ilə tanınan Frenk Kastl əvvəllər polis vəzifəsində işləmişdir. Polis vəzifəsində işləyən zaman mafiya bandasının başçısının oğlunu öldürmüşdür. 1976-cı ildə Nyu-York ştatının Manhetten bölgəsində yerləşən "Mərkəzi Park"da ailəsi ilə birlikdə gəzintiyə çıxmışdır. Bu zaman mafiya bandası həmin yerə hücum edir. Frenk Kastlın həyat yoldaşı və 2 qızı avtomobildə bağlı qalaraq partladılırlar. Mafiya bandası onun öldüyünü zənn edərək, buranı tərk edirlər. Lakin Frenk Kastl sağ qalır. Ailəsi öldükdən sonra Frenk Kastl mafiya bandalarından qisas almağa başlayır.
Cəzalandıran (personaj)
Cəzalandırıcı (ing. Punisher) — Marvel Comics tərəfindən yaradılmış komiks qəhrəmanı. İlk dəfə 1974-cü ilin fevralında "Heyranedici Hörümçək-adam" komiksinin 129-cu sayında peyda olmuşdur. Cəzalandırıcının əsil adı Frenk Kastldır. Cəzalandırıcı cinayətlə mübarizə aparmaq üçün adam qaçırmaq, insan öldürmək, işgəncə vermək kimi vasitələrdən istifadə edir. Ailəsi Nyu-York Mərkəzi Parkda bir mafiyanın törətdiyi cinayətin şahidi olduğundan mafiya tərəfindən öldürülür. Bundan sonra Frenk cinayətkarlara qarşı mübarizə aparan Cəzalandırıcıya çevrilmişdir. Bir çox onun ailəsinin intiqamını almaq istədiyini düşünür, amma əsil məqsədi bütün cinayətkarları cəzalandırmaqdır. Frenk Kastl Nyu-Yorkun Qvins rayonunda anadan olmuşdur. Katolik kilsəsində papaz işləmək üçün təhsil almış, amma cinayətkarları bağışlaya bilmədiyi üçün bu işdən əl çəkmişdir.
Cəzalandırıcı (Marvel Comics)

Cəzalandırıcı (film, 1989)
Cəzalandıran (ing. The Punisher) – 1989-cu ildə istehsal olunmuş ABŞ bədii filmi. "Cəzalandıran" ləqəbi ilə tanınan Frenk Kastl əvvəllər polis vəzifəsində işləmişdir. Polis vəzifəsində işləyən zaman mafiya bandasının başçısının oğlunu öldürmüşdür. 1976-cı ildə Nyu-York ştatının Manhetten bölgəsində yerləşən "Mərkəzi Park"da ailəsi ilə birlikdə gəzintiyə çıxmışdır. Bu zaman mafiya bandası həmin yerə hücum edir. Frenk Kastlın həyat yoldaşı və 2 qızı avtomobildə bağlı qalaraq partladılırlar. Mafiya bandası onun öldüyünü zənn edərək, buranı tərk edirlər. Lakin Frenk Kastl sağ qalır. Ailəsi öldükdən sonra Frenk Kastl mafiya bandalarından qisas almağa başlayır.
Cəzalandırıcı (personaj)
Cəzalandırıcı (ing. Punisher) — Marvel Comics tərəfindən yaradılmış komiks qəhrəmanı. İlk dəfə 1974-cü ilin fevralında "Heyranedici Hörümçək-adam" komiksinin 129-cu sayında peyda olmuşdur. Cəzalandırıcının əsil adı Frenk Kastldır. Cəzalandırıcı cinayətlə mübarizə aparmaq üçün adam qaçırmaq, insan öldürmək, işgəncə vermək kimi vasitələrdən istifadə edir. Ailəsi Nyu-York Mərkəzi Parkda bir mafiyanın törətdiyi cinayətin şahidi olduğundan mafiya tərəfindən öldürülür. Bundan sonra Frenk cinayətkarlara qarşı mübarizə aparan Cəzalandırıcıya çevrilmişdir. Bir çox onun ailəsinin intiqamını almaq istədiyini düşünür, amma əsil məqsədi bütün cinayətkarları cəzalandırmaqdır. Frenk Kastl Nyu-Yorkun Qvins rayonunda anadan olmuşdur. Katolik kilsəsində papaz işləmək üçün təhsil almış, amma cinayətkarları bağışlaya bilmədiyi üçün bu işdən əl çəkmişdir.
Cəzari
Əl-Cəzari (1136, Cəzirə – 1206, Türkiyə) — 1136–1206-cı illərdə Diyarbəkirdə (Türkiyə) yaşamış müsəlman astronom, ixtiraçı və mühəndisdir. Texnika sahəsindəki yaradıcılığı ilə öz dövrünün tanınmış mühəndisi sayılan Əl-Cəzari Şırnakta anadan olmuşdur. Cəzari su nəql edən mexanizmlərin layihələndirilməsi, mürəkkəb konstruksiyalı saatların və bir çox başqa mexanizmlərin hazırlanması ilə məşğul olmuş və bu işlərin nəticələrini 1206-cı ildə yazmış olduğu "Mexaniki sənətin nəzəri və praktiki əsasları" (ərəb. Əl Cəmi Bein Əl-Elm Val-Amal Əl-nafi Fi Sinat) kitabında təsvir etmişdir. Bu kitab XIII əsrdə Avropada bərabəri olmayan, nəzəri və praktiki mexanika haqqında vacib bir texniki əsər sayılırdı. Əl-Cəzarinin kitabında praktiki aspekt çox sahəli olmuşdur, çünki, o yaxşı mühəndis və təcrübəli sənətçi idi. Kitabda müxtəlif qurğuları şəkillərlə izah edərək maşınqayırmanın tarixi üçün dəyərli bir əsər qoymuşdur. Kitabda 50-yə yaxın maşının layihələndirilməsini, hazırlanmasını və yığılmasını təsvir edən texnologiya 6 fəsildə təsvir edilmişdir. Kitabda əsasən iki silindrli nasosların işləmə prinsipi, dişli valların maşınqayırmada tətbiqi, su saatları, deşiklərin dəqiq kalibrlənməsi, tikintidə ağacların laminasiyası, valların statik tarazlanması, kağız modellərin maşınların layihələndirilməsində tətbiqi, bağlı qum qəliblərdə tökmə kimi texnologiyalar tarixdə ilk dəfə olaraq onun tərəfindən izah edilmişdir. Əl-Cəzarinin layihəsi və rəhbərliyi altında hazırlanan bir çox qurğuların tətbiqi ona böyük şöhrət gətirmişdir.
Cəzasızlıq
Cəzasızlıq — cəza çəkməkdən azad olmaq. Beynəlxalq hüquq və insan hüquqlarında bu termin hüquq pozuntusu törədən şəxslərin mühakimə edilməsinin mümkünsüzlüyü və nəticə etibarilə zərər çəkmiş şəxslərin hüquqlarının müdafiə edilməsinin inkar edilməsi mənasında istifadə olunur. Cəzasızlıq, xüsusilə də, hüququn aliliyinin mövcud olmadığı, korrupsiyanın hökm sürdüyü və məhkəmə hakimiyyətinin zəif olduğu, eləcə də təhlükəsizlik qüvvələrinin üzvlərinin xüsusi yurisdiksiyalar və ya immunitetlər ilə qorunduğu dövlətlər üçün xarakterikdir. 8 fevral 2005-ci ildə BMT-nin İnsan hüquqları Komissiyasına təqdim edilmiş, düzəlişlər edilmiş Cəzasızlığa qarşı mübarizə məqsədilə insan hüquqlarının qorunması və təşviqi prinsipləri cəzasızlığı aşağıdakı kimi müəyyən edir: "hüquq pozuntusu törədən şəxslərin, onların ittiham edilməsi, tutulması, təqsirləndirilməsi və ya mühakimə edilməsi, təqsirli olduqda müvafiq cəzanın təbiq edilməsi, eləcə də hüquq pozuntusunun qurbanlarına təzminat verilməsi və reparasiya edilməsi ilə nəticələnəcək cinayət, mülki, inzibati və digər prosedurlara cəlb edilməsinin de-yure və ya de-fakto mümkünsüzlüyü." Həmin sənədin Birinci prinsipi qeyd edir ki: "Cəzasızlıq dövlətlərin hüquq pozuntusunu araşdırmaq; hüquq pozuntusu törədən şəxslərə münasibətdə müvafiq tədbirlər görmək (xüsusilə də, ədalət mühakiməsi sahəsində), o şərtlə ki, cinayət törətməkdə şübhəli bilinən şəxslər ittiham ediləcək, mühakimə ediləcək və müvafiq şəkildə cəzalandırılacaq; hüquq pozuntusuna məruz qalmış şəxsləri səmərəli hüquq-müdafiə vasitələri ilə təmin etmək və onların hüquqlarının bərpa ediləcəyinə, kompensasiya veriləcəyinə əmin etmək; hüquq pozuntuları haqqında həqiqəti bilmək kimi ayrılmaz hüququ təmin etmək; və hüquq pozuntularının yenidən baş verməsinin qarşısını almaq üçün zəruri tədbirlər görmək öhdəliklərini yerinə yetirməməsindən irəli gəlir." Dövlət çevrilişi, hərbi diktatorluq, vətəndaş müharibələri və oxşar dövrlərdə insan hüquqları pozuntularının daha çox qeydə alındığı ölkələrdə keçmiş hadisələrə işıq salmaq üçün həqiqət və uzlaşdırma komissiyaları yaradılır. Bu cür mexanizmlər günahkarların təqib edilməsi və cəzalandırılmalarına kömək edə bilsə də, pozuntularla eyni vaxtda qəbul edilmiş amnistiya/əfv qanunlarının müdafiəsini təqsirli şəxslər üçün təmin etməklə onların cəzasız qalmalarına səbəb olduğu üçün çox zaman tənqid olunur. 17 iyul 1998-ci ildə qəbul edilmiş və 1 iyul 2002-ci ildə qüvvəyə minmiş Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun başlıca məqsədi "bütünlükdə beynəlxalq ictimaiyyəti narahat edən ən ciddi cinayətləri" [...] "törədən şəxslərin cəzasız qalmasına son qoymaq"dır.
Cəzayir-i bəhr-i səfid vilayəti
Cəzayir-i bəhr-i səfid vilayəti — Osmanlı İmperiyası tərkibində, 1864–1912-ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Rodos idi.
Edam cəzası
Edam və ya ölüm hökmü, ya da ölüm cəzası — cəza növü kimi insanı həyatdan məhrum etmək. Həm hüquqi, həm cinayət aktı kimi ola bilər. Bir sıra ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə cəza növü kimi təyin olunmuş və hələ də qalmaqdadır. Bir sıra ölkələrdə isə o qanunla ləğv edilib. Ölüm hökmünün ən yayılmış növü güllələnmədir. Digər növləri zəhərli iynə vurulması, elektrik stulu, dar ağacı, baş kəsilməsi və daşqalaqdır. Dünyada hazırda edam cəzaları öncədən planlaşdırılmış cinayətlər, casusluq, vətənə xəyanət, əxlaqsızlıq və s. cinayətlərə görə tətbiq edilir. İslam ölkələrində isə zina, uşaqbazlıq kimi cinayətlərə, həmçinin dinini dəyişənlərə ölüm hökmü kəsilir. İranda parlamentin 2007-ci ildə çıxardığı son qərarla pornoqrafik çəkilişlərlə məşğul olan şəxslər, internetdə erotik və pornoqrafik çəkilişlər yayımlayan şəxslər də edam edilir.
Estoniyada edam cəzası
Estoniyada edam cəzası, 18 Mart 1998-ci ildən Estoniyanın qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyasının 6 saylı Protokoluna əsasən rəsmi şəkildə qadağan edildi. Ondan öncə 1920-ci ildən 1992-ci ilə qədər Estoniyada edam hökmləri tətbiq edilirdi. 1935-ci ildən və Estoniya 1940-cı ildə SSRİ tərkibinə daxil olana qədər Estoniya Respublikasında cinayət qanunvericiliyində nəzərdə tutulan cəzalar arasında ölüm hökmü də var idi. Ölüm cəzasına məhkum edilmiş cinayətkarlar özlərini zəhərləyərək intihar yolu və ya dara çəkmə yolu ilə ölümlərini seçə bilərdilər. Hərbi tribunal məhkumu güllələmə yolu ilə edam qərarını verə bilərdi. Belə hallarda, hökmü səkkiz nəfərdən ibarət silahlı komanda yerinə yetirirdi. 1940-cı ildən ölüm hökmləri Estoniya SSR Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq tətbiq olunurdu. 1970-cü ilə qədər edam cəzasına məhkum olunanların hamısı Tallindəki xüsusi kamerada saxlanılırdı. Daha sonra Estoniyada ölümə məhkum olanlarının hökmlərini SSRİ-nin digər şəhərlərində də icra edilməsi başlandı. 11 sentyabr 1991-ci ildə ölkədə sonuncu dəfə ölüm hökmü qərarı icra olundu, beləki qətldə günahlandırılan Reyn Orusta ənsəsinə atəş olunaraq edam edildi.
Estoniyada ölüm cəzası

Omurğa cəzası
Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya
Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya — 9 dekabr 1948-ci ildə Parisdə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 260 (III) saylı qətnamə ilə qəbul edildi. Konvensiya 12 yanvar 1951-ci ildə qüvvəyə minmişdir. İnsanlıq əleyhinə ən ağır cinayət kimi "soyqırım" konsepsiyasının beynəlxalq hüquqi statusunu müəyyənləşdirir və hüquqi tərifini verir. Polşalı yəhudi əsilli vəkil Rafael Lemkinin etnik qrupların məhvinə görə hüquqi məsuliyyət müəyyənləşdirmək və soyqırımı beynəlxalq cəmiyyət tərəfindən insanlığa qarşı cinayət kimi tanıması uzun illər davam edən mübarizənin zirvəsidir. Bütün iştirakçı ölkələrin müharibə və sülh dövründə soyqırım aktlarının qarşısının alınması və cəzalandırılması üçün tədbirlər görmələri tələb olunur. Konvensiyanı təsdiqləyən ölkələrin sayı 2011-ci ilin sentyabr ayı etibarilə 141-ə çatır. Maddə II soyqırımı aşağıdakı kimi müəyyənləşdirir: Maddə III cəzalandırılan əməlləri müəyyənləşdirir: Konvensiya, II Dünya Müharibəsi zamanı Üçüncü Reyxin törətdiyi Holokosta bənzər hərəkətlərin qarşısını almaq üçün qəbul edildi. Konvensiyanın ilk nəşrində siyasi qətllər də yer alırdı, lakin SSRİ və bir sıra digər ölkələr siyasi və ya sosial zəmində müəyyən edilmiş qruplara qarşı yönəlmiş hərəkətləri soyqırım kimi qəbul etməkdən imtina etdilər . Siyasi və diplomatik uzlaşma nəticəsində bu meyarlar istisna edildi. Soyqırımın subyektiv tərəfi "bu kimi qrupu ...
Ölüm cəzası
Edam və ya ölüm hökmü, ya da ölüm cəzası — cəza növü kimi insanı həyatdan məhrum etmək. Həm hüquqi, həm cinayət aktı kimi ola bilər. Bir sıra ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə cəza növü kimi təyin olunmuş və hələ də qalmaqdadır. Bir sıra ölkələrdə isə o qanunla ləğv edilib. Ölüm hökmünün ən yayılmış növü güllələnmədir. Digər növləri zəhərli iynə vurulması, elektrik stulu, dar ağacı, baş kəsilməsi və daşqalaqdır. Dünyada hazırda edam cəzaları öncədən planlaşdırılmış cinayətlər, casusluq, vətənə xəyanət, əxlaqsızlıq və s. cinayətlərə görə tətbiq edilir. İslam ölkələrində isə zina, uşaqbazlıq kimi cinayətlərə, həmçinin dinini dəyişənlərə ölüm hökmü kəsilir. İranda parlamentin 2007-ci ildə çıxardığı son qərarla pornoqrafik çəkilişlərlə məşğul olan şəxslər, internetdə erotik və pornoqrafik çəkilişlər yayımlayan şəxslər də edam edilir.
İtaliyada ölüm cəzası
İtaliyada ölüm cəzasının tətbiqi 1889-cu ildən etibarən qadağan edilmişdir. İtaliyadakı faşizmin hökmranlığını və demokratiyanın erkən bərpasını əhatə edən 1926-1947-ci illər isə istisnalıq təşkil edir. 1860-cı ildə İtaliya birləşməzdən əvvəl, demək olar ki, bütün birlik dövlətlərində ölüm cəzası tətbiq edilmişdir. Toskanada isə hələ 1786-cı ildə bu cəza ləğv edilmişdir. Hazırkı konstitusiyanın qəbul edilməsi nəticəsində 1948-ci il yanvarın 1-dən etibarən istifadə edilməmişdir. İtaliyada birlik dövlətlərindən ölüm cəzasını ilk ləğv edən 30 noyabr 1786-cı ildə, sonralar Müqəddəs Roma İmperiyasının imperatoru olmuş Pietro Leopoldonun hakimiyyəti dövründə, Böyük Toskana hersoqluğu olmuşdur. Beləliklə də, Toskana dünyanın ilk ən müasir Avropa dövləti idi ki, işgəncə və ölüm cəzasından imtina etmişdir. Buna baxmayaraq, digər bütün birlik dövlətlərində ölüm cəzasına qanunla icazə verilirdi; ona görə də 1860-cı ildə İtaliya Krallığı elan ediləndə Toskanadan başqa bütün İtaliyada qanuni olan ölüm cəzası ilə bağlı qanunvericilik bölündü. Bundan sonra nazir Zanardellinin təklifi ilə Parlamentin hər iki palatasının, demək olar ki, yekdilliklə təsdiq etməsi ilə ölüm cəzası 1889-cu ildə Cəza Məcəlləsində qəti şəkildə ləğv edildi. Halbuki Kral I Umbertonun ümumi əfv verməsi ilə (18 yanvar 1878-ci il kralın əfv sərəncamı) 1877-ci ildən etibarən İtaliyada ölüm cəzası həyata keçirilmirdi.
İşgəncə və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası
İşgəncə və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası (ing. European Convention for the Prevention of Torture and Inhuman or Degrading Treatment or Punishment) — 1987-ci ildə qəbul edilmiş və 1989-cu ildə yeddi ölkə tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minən Avropa Şurası konvensiyası. 1993-cü ildə Konvensiyanın tərkib hissəsi olaraq (Konvensiyanın bütün üzv dövlətləri tərəfindən təsdiq edildikdən sonra) Konvensiyaya dəyişikliklər edilərək qüvvəyə minən iki əlavə protokol qəbul edildi. Avropa Şurasına üzv olan 47 dövlətin hamısı konvensiyanın tərəfdarıdır və 2015-ci il üçün hər iki protokol. Konvensiya azadlıqdan məhrum edilmiş şəxslərlə pis rəftarın qarşısını almaq üçün məhkəmədənkənar bir mexanizm təmin edir. Bu mexanizm, Avropa İşgəncə və İnsani və ya Alçaldıcı Mübarizə və Cəzanın Qarşısının Alınması Komitəsinin üzvlərinin seçilmiş ölkələrə səfərlərinə əsaslanır. Komitə, Avropa Şurasına üzv dövlətlərin müvafiq orqanlarına verdiyi ətraflı tövsiyələrində, davamlı olaraq azadlıqdan məhrum edilmiş şəxslərin həbs şərtlərinin qiymətləndirilə biləcəyi bir sıra standartlar hazırlamışdır. Bu dəst polis idarələrində pis rəftara qarşı qanuni qorunma zəmanəti, həbsxanalarda saxlama şəraiti və rejimi, tutulmuş və ya məhkum mühacirlərin işgəncə və ya pis rəftarla üzləşdikləri ölkələrə geri dönməsinin qarşısını alma mexanizmləri kimi anlayışları əhatə edir. Komitənin fəaliyyəti yalnız həbsxana ziyarətləri ilə məhdudlaşmır. Komitə üzvləri şəxslərin azadlıqdan məhrum edildiyi istənilən yerə baş çəkə bilərlər.
Şekspir cəzası
Şekspir cəzası — ABŞ məhkəmələri tərəfindən yetkinlik yaşına çatmayan cinayətkarlara verilən cəza ABŞ məhkəmələri cinayət törətmiş və yetkinlik yaşına çatmayan şəxslərə orijinal cəza tətbiq etməyə başlayıb. Amerika mətbuatına istinadən verdiyi məlumata görə, həmin şəxslər Şeksprin əsərlərini əzbərləməli və daha sonra onun mahnılarını səhnədə ifa etməlidirlər. Şekspir təcrübəsi ilk dəfə Massaçusets ştatında tətbiq olunub və bu, 1,5 aylıq dövrü əhatə edir. Bir çox yetkinlik yaşına çatmayan cinayətkar Şeksprin əsərlərini əzbərləyib, səhnədə mahnı oxumaqdan həbsdə yatmağa üstünlük verdiklərini bəyan edib.
Əl-Cəzari
Əl-Cəzari (1136, Cəzirə – 1206, Türkiyə) — 1136–1206-cı illərdə Diyarbəkirdə (Türkiyə) yaşamış müsəlman astronom, ixtiraçı və mühəndisdir. Texnika sahəsindəki yaradıcılığı ilə öz dövrünün tanınmış mühəndisi sayılan Əl-Cəzari Şırnakta anadan olmuşdur. Cəzari su nəql edən mexanizmlərin layihələndirilməsi, mürəkkəb konstruksiyalı saatların və bir çox başqa mexanizmlərin hazırlanması ilə məşğul olmuş və bu işlərin nəticələrini 1206-cı ildə yazmış olduğu "Mexaniki sənətin nəzəri və praktiki əsasları" (ərəb. Əl Cəmi Bein Əl-Elm Val-Amal Əl-nafi Fi Sinat) kitabında təsvir etmişdir. Bu kitab XIII əsrdə Avropada bərabəri olmayan, nəzəri və praktiki mexanika haqqında vacib bir texniki əsər sayılırdı. Əl-Cəzarinin kitabında praktiki aspekt çox sahəli olmuşdur, çünki, o yaxşı mühəndis və təcrübəli sənətçi idi. Kitabda müxtəlif qurğuları şəkillərlə izah edərək maşınqayırmanın tarixi üçün dəyərli bir əsər qoymuşdur. Kitabda 50-yə yaxın maşının layihələndirilməsini, hazırlanmasını və yığılmasını təsvir edən texnologiya 6 fəsildə təsvir edilmişdir. Kitabda əsasən iki silindrli nasosların işləmə prinsipi, dişli valların maşınqayırmada tətbiqi, su saatları, deşiklərin dəqiq kalibrlənməsi, tikintidə ağacların laminasiyası, valların statik tarazlanması, kağız modellərin maşınların layihələndirilməsində tətbiqi, bağlı qum qəliblərdə tökmə kimi texnologiyalar tarixdə ilk dəfə olaraq onun tərəfindən izah edilmişdir. Əl-Cəzarinin layihəsi və rəhbərliyi altında hazırlanan bir çox qurğuların tətbiqi ona böyük şöhrət gətirmişdir.
Əl Cəzari

Digər lüğətlərdə