CAMAŞIR
CAN
OBASTAN VİKİ
Came məscidi
Came məscidi (Bakı) — Bakı şəhərində memarlıq abidəsi. Came məscidi (Naxçıvan) — Naxçıvan şəhərində memarlıq abidəsi. Came məscidi (İrəvan) — İrəvan şəhərində memarlıq abidəsi.
Came məscidi (Bakı)
İçərişəhər Cümə məscidi — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. == Cümə məscidi == === Tarixi === Məscidin divarına həkk olunmuş binanın inşası haqqında olan kitabədə yazılıb: "709-cu ilin rəcəb ayında Əmir Şərəfəddin Mahmud bu tikilini yeniləmək əmri vermişdir". Kitabə barədə Sara Aşurbəyli Şirvanşahlar dövləti kitabında belə yazır: "Bakı qalasında qədim Cümə məscidinin cənub tərəfindəki divarda ərəbcə yazılmış kitabədə binanın təmir olunduğu xəbər verilir. "Məlik əl-üməra və l-əkabir" (əmirlərin və əyanların məliki) Şərəf əd-Din Mahmud ibn Fəxr əd-Dinin adı çəkilir və h.709 (1309/10)-cu il tarixi göstərilir."Görünür həmin dövrdə məscid təmir edilib genişləndirilmişdir.Bakı Came məscidinin atəşgah məbədinin yerində inşa olunduğu iddia olunur.Məscid Hicri-qəməri təqvimlə 1024-cü ildə təmir edilmişdir.Bakı Came məscidi 1899-cu ildə uçurulmuş və yerində Bakı milyonçusu, xeyriyyəçi Hacı Şıxəli Dadaşov tərəfindən yenisi inşa edilmişdir. === Haqqında === Bir qədər mürəkkəb biçimli planı Bakı Came məscidinin bir neçə mərhələdə tikildiyini və ətrafı yaşayış məhəllələri ilə əhatə olunmuş məhdud ərazidə genişləndiyini göstərir. Onun başlıca dayaq bölümləri cənub hissəsində kvadrat biçimli ibadət salonu və şimal tərəfində minarədir. Onların arası müxtəlif ölçülü yerləşgə və kiçik iç həyətlərlə doldurulub. Məscidin özəyi və ən əski bölümü ibadət salonudur. İbadət salonu planda kvadrat biçimli olub quruluşuna görə Səlcuqlular dövrünün köşk tipli məscidlərinə bənzəyir. Onun örtüyü də arxaik biçimli idi.
Came məscidi (Naxçıvan)
Came məscidi — Naxçıvan şəhərində memarlıq abidəsi. == Tarixi == Memarlıq konstruktiv quruluşuna görə məscid XVIII əsrə aid edilir. Giriş qapısının baş tərəfində kitabə qoyulmuşdur. Əvvəli dini mətndən ibarət olan gözəl nəstəliq xətti ilə ərəb və fars dillərində mərmər lövhə (87x57 sm) üzərində həkk edilmiş kitabədə deyilir ki, bu Cəfəriyyə məscidi 1311-ci ildə (1894) naxçıvanlı mərhum Hacı Novruzun oğlu Xeyrül-Hac Məhəmməd Cəfər ağanın səyi ilə bərpa edilmişdir. Həmçinin, kitabədə Hacı Məhəmməd Cəfər ağanın məscidin məsrəflərini ödəməkdən və mücavirlərdən ötrü çay yuxarısında 2 dükan ayırdığı da qeyd olunmuşdur. "Çay yuxarısında" – deyərkən vaxtilə şimal-şərqdən axaraq, cənub-qərbdə Araza qovuşan və Naxçıvan şəhərinin ortasından keçən Bazar çayı nəzərdə tutulur. Bu çay 20-ci yüzilliyin 60-cı illərinədək Naxçıvan şəhərinin içərisindən axırdı. 1960-cı illərdə çayın üstü beton plitələrlə örtüldü və görünməz oldu. Kitabədə məscidin memarı zünü "əgər məndən sonra məscidin memarını axtarsalar, səkkizinci imamdan sonrakı adla adlanıram" - deyə təqdim etmişdir. Məlumdur ki, şiələrin səkkizinci imamı Rza, doqquzuncu imamı isə Məhəmməd Təqidir.
Came ət-təvarix
Cəmi ət-Təvarix (مجموعه تاريخ/جامع التواريخ; mənası – Tarix toplusu) — Fəzlullah Rəşidəddinin məşhur tarixi əsəri, Elxanilər dövründə yazılmış ədəbi və tarixi əsərlər toplusu Fəzlullah Rəşidəddin tərəfindən yazılmış Cəmi ət-Təvarix əhatə dairəsinin genişliyinə görə ilk dünya tarixi əsəri hesab olunur. Əsər türk və monqol tarixi haqqında o dövrdə fars dilində yazılan ən əhəmiyyətli qaynaqlardan biridir. Rəşidəddin bu əsəri Qazan xanın əmri ilə ərsəyə gətirməyə başlamışdır. Qazan xan ondan türk və monqolların tarixi yazmağı xahiş etmişdi. Əsər İslam tarixi ilə yanaşı monqol, Avropa, Çin və Hindistan tarixlərini də əhatə edən geniş bir məcmuə halındadır. Cəmi ət-Təvarixin ilk hissəsində türk və monqol boyları barədə verilən məlumatlara türk, monqol və qədim Çin qaynaqlarında da rast gəlinməmişdir. Bu baxımdan Cəmi ət-Təvarix xüsusi əhəmiyyətə malikdir. Orginalının bəzi hissələri fars dilində bəziləri isə monqol dilində yazılaraq sonradan ərəbcəyə tərcümə edilən bu əsərin 2 ayrı versiyası mövcuddur. 1306-1307-ci illlərdə tamamlanan ilk versiya 3 cilddən, 1310-cu ildə tamamlanan digər versiya isə 4 cilddən ibarətdir. Əsərin bilinən ən qədim nüsxəsi ərəb dilindədir.
Minarəli came
Minarəli Came (Cümə) Məscidi — İçəri Şəhərdə məscid. 1378–1379-cu illərdə atəşgah məbədinin yerində tikildiyi ehtimal edilir. Binanın inşası haqqında məscidin divarına həkk olunmuş bir yazıda deyilir: "709-cu ilin (1309–1310-cu illər) rəcəb ayında Əmir Şərəfəddin Mahmud bu tikilini yeniləmək əmri vermişdir". Ehtimal olunur ki, məscid XIV əsrdə bərpa edilib. Düzgün olmayan altıbucaq formalı məscidin, qeyri-adi planı, otaqlarının çoxbölməli olması, eləcə də kvadrata daxil edilmiş və pilləli qübbələr sistemi ilə örtülmüş nisbətən iri ibadət zalı binanın daxili məkanının xüsusi gözəlliklə tikilməsinə zəmin yaratmışdır. XV əsrdə möminləri ibadətə çağırmaq üçün eyvan funksiyasını daşıyan stalaktit qurşaqlı, taclı, möhtəşəm minarə tikilmişdir. Arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş minarənin bünövrə daşındakı kitabədə Elxani sultanı Məhəmməd Olcaytunun yarlığının mətni həkk olunmuşdur. XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakının imkanlı adamlarından Hacı Şıxəli Dadaşov xeyriyyə məqsədilə qədim abidənin yerində tamamilə yeni məscid binası ucaltdı.
Alhagi camelorum
Adi dəvətikanı (lat. Alhagi maurorum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin dəvətikanı cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 30-70 sm olan çoxillik tiknalı ot bitkisidir. Gövdəsi açılmış budaqlıdır, budaqları çılpaq, nazik, yaşıl rəngdədir, iti bucaq altında yuxarı yönəlmişdir. Aşağıdakı tikanları 1-2 sm uzunluqda bərk, digərləri yumşaq elastik, yayın sonlarında bir qədər bərkiyir və 2-3 sm çatır. Yarpaqlarının uzunluğu 5–28 mm, eni 1–8 mm, uzunsov lansetvari və ya oval formalıdır. Çiçəkləri, 3-8 sayda olmaqla, tikanların üstündə açılır, tacı çəhrayıdır. Paxlası çılpaq, əyri və ya düzdür, hərəsində 1-10 toxum vardır. İyun-iyul aylarında çiçəkləyir və meyvə verir. == Mənşəyi və yayılması == Adi dəvətikanı kserofil coğrafi tipinin önasiya sinfinin kiçik asiya qrupuna aiddir.
Artemisia camelorum
Artemisia camelorum (lat. Artemisia camelorum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Bulbophyllum cameronense
Bulbophyllum cameronense (lat. Bulbophyllum cameronense) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum cameronense növü Qərbi Malayziya üçün endemik növdür.
Camek məscidi
Camek məscidi (malay Masjid Jamek) — Malayziyanın paytaxtı Kuala-Lumpurda yerləşən tarixi məscidlərdən biri. Məscid Klanq və Qombak çaylarının birləşdiyi yerdə yerləşir. Məscidin memarı Artur Benison Habbekdir. == Tarixi == Məscidin tikintisi 1907-ci ildə başa çatıb. Lakin inşaat işlərinin başa çatmasından iki il sonra 1909-cu ilin 23 dekabrında məscidin rəsmi açılışı olub. Selenqor sultanı Sultan Ələddin Süleyman Şah rəsmi açılış mərasimində iştirak edib. Məscid şəhərdə birinci Malay məzarlığının yerində inşa edilib. Malayziyanın milli məscidi olan Neqara məscidinin 1965-ci ildə açılış mərasiminə kimi Camek məscidi ölkənin əsas məscidi hesab edilirdi. == Memarlığı == Məscidin memarlığı Mavritan, İslam, Moğol memarlıq üslublarının qarışığıdır. İbadət zalının ətrafinda ümumilikdə üç günbəz var.
Camel
Camel (musiqi qrupu)
CamelCase
CamelCase (Dəvə registri, Dəvə üslubu) — bir neçə sözdən ibarət ifadənin hər bir sözünün baş hərflə yazılmaqla bitişik yazılış üslubu. İfadənin daxilindəki baş hərflər dəvə hörgücünü xatırlatdığından belə üslub CamelCase adını alıb. CamelCase yazılışına örnəklər: BackColor, backColor, CamelCase. CamelCase proqramlaşdırma dillərində geniş istifadə olunur: Java dilində sinifləri adlandırmaq üçün UpperCamelCase, siniflərin nüsxələrini və metodları adlandırmaq üçün isə lowerCamelCase yazılışı tətbiq olunur. Microsoft.NET-də sinifləri və metodları adlandırmaq üçün принято использовать UpperCamelCase yazılışı tətbiq olunur.Layihənin ölçüsü çox da böyük olmadıqda proqramın kodunda CamelCase üslubundan istifadə olunması proqramçının şəxsi zövqü ilə müəyyən olunur. Böyük layihələrdə isə, adətən, layihənin bütün iştirakçıları üçün adların (dəyişənlərin, funksiyaların, konstantların və s.) yaradılması qaydalarını müəyyənləşdirən xüsusi sənəd olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Camel (musiqi qrupu)
Camel - 1971-ci ildə Londonda, gitarist, vokalist Andrew Latimer tərəfindən qurulan ingilis proqressiv rok qrupudur. == Qrupun tarixi == Camel, 1971-ci ildə İngiltərədə yaranmış proqressiv rok qrupudur. Qrupun ilk üzvləri arasında pianoda Peter Bardens, qrupun qurucusu, gitaristi, bəstəkarı, flütçüsü, vokalisti, Andrew Latimer, bas gitarist Doug Ferguson ilə zərb alətlərində Andy Ward vardı. Qrup, The Brew adını dəyişdirərək sonradan Camel adını aldı. Camel ilk albomu olan "Camel" (1973) çıxardığı zaman artıq yeni bir axının qabaqcıllarından biri oldu. Qrup əsl uğurunu isə "Mirage" albomu ilə qazandı. Ancaq Camel'ı Camel edən, proqressiv musiqi və duyğunu bir-birinə qataraq musiqi icra etməsi oldu. Qrup, quruluşundan bu yana bir çox üzv dəyişdirdi və 1981-ci ildə Andy Ward'ın narkotik səbəbiylə bagetlerini buraxmağa qərar verməsiylə dağıldı. Bir müddət turnelərdə olan və qonaq musiqiçilərlə çalışan Andrew Latimer, qrupu 1990-cı ildə yenidən bir araya gətirdi. O ildən bu zamana qədər 4 albom çıxaran qrup 2003-cü ildə dünya turnesine çıxdı və bunun «vidalaşma dövrü» olaraq açıqlanmasıyla pərəstişkarlarını kədərləndirdi.
Camelidae
Dəvəkimilər (lat. Camelidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
Camellia
Kameliya (lat. Camellia) – çaykimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Camellia assimilis Champ. ex Benth Camellia azalea Camellia brevistyla (Hayata) Cohen-Stuart Camellia caudata Wall. Camellia chekiangoleosa Camellia chrysantha Camellia connata Camellia crapnelliana Tutcher Camellia cuspidata (Kochs) C.H.Wright ex H.J.Veitch Camellia drupifera Lour. Camellia euphlebia Camellia euryoides Lindl. Camellia forrestii (Diels) Cohen-Stuart Camellia fraterna Hance — Камелия братская Camellia furfuracea (Merr.) Cohen-Stuart Camellia granthamiana Sealy Camellia grijsii Camellia hongkongensis Seem. Camellia irrawadiensis Camellia japonica L. — Yapon kameliyası Camellia kissii Wall. Camellia lanceolata (Blume) Seem. Camellia lutchuensis T.Itô Camellia miyagii (Koidz.) Makino & Nemoto Camellia nitidissima Camellia nokoensis Camellia oleifera C.Abel Camellia parviflora Merr.
Camellia sasanqua
Evgenol kameliyası (lat. Camellia sasanqua) == Təbii yayılması == Şərqi və Cənubi-Şərqi Asiyanın tropik və subtropiklərində bitir. == Botaniki təsviri == Hündürlüyü 250-300 sm, şaxələnmiş budaqlı həmişəyaşıl kol və ya kiçik ağacdır. Cavan zoğları tükcüklü, qonur-yaşıl və ya qonurdur. Yarpaqları dərili, parlaq, növbəli, qısa saplaqlı, dişli, tünd yaşıl, mərkəzi damarcıqda tükcülüdür. Çiçəkləri iri, oturaq, zoğların uclarında və ya qoltuqda yerləşir. Kasacığı tökülən, beş, açıq yaşıl, qısa tükcüklü kasayarpaqlardan ibarət, çiçək tacı beş, bəzən altı ləçəkli, ləçəkləri yumru-uzunsov, kənarları bütöv və ya zəif oyuqlu, ağdır. Erkəkcikləri çoxsaylıdır. Toxumları müxtəlif formalı, iti künclü, tünd qonur və ya təxminən qaradır. Sentyabr-dekabrda çiçəkləyir, meyvələri gələn ilin oktyabr-noyabrında yetişir.
Camellia sinensis
Çin çayı (lat. Camellia sinensis) — == Təbii yayılması == Vətəni yabanı halda rast gəlinən Hindistan və Hind-Çinin dağlarıdır. Bizim eradan çox əsrlər əvvəl Çində becərilməyə başlanmışdır. == Botaniki təsviri == Hündürlüyü 10 m - dək olan, çoxbudaqlı, kiçik, həmişəyaşıl, ağac və ya iri koldur. Yarpaqları növbəli, oval və ya uzunsov - ellipsvari, uzunluğu 6 - 8 (30- dək) sm və eni 4 sm - dək, üstü tünd yaşıl yarpaq ayasının kənarı dişli və qısa saplaqlıdır. Çiçəkləri ətirli, yarpaqların qoltuqlarında çiçək saplağında tək və ya dəstələrlə 2-5 ədəd yerləşir. Hər çiçəkdə meyvələrdə qalan 5-7 kasayarpaqları vardır; çiçək tacı 5-9 ağ ləçəkli, sarımtıl - çəhrayı çalarlı, diametri 2 - 5 sm, çoxsaylı erkəkcikləri xırda, sarı tozluqlu, dişiciyi yuxarı, yumurtalıqlı və 3 (bəzən 5) sapvari sütuncuqludur. Meyvələri hamar, 3 yuvalı, laylarla açılan, 3 iri, şarşəkilli, boz qonur, hamar toxumları olan, oduncaqlı qutucuqlardır. 2-3 yarpaqlı cavan zoğları yığılır; 4-cü yarpaq qoltuq tumurcuğu ilə budaqda qalır və tumurcuqdan yeni zoğ inkişaf edir. == Ekologiyası == Tropik və subtropik iqlimi olan regionlarda becərilir.
Camelus
Dəvə (lat. Camelus) – dəvəkimilər fəsiləsinə aid heyvan cinsi. == Növləri == İkihürgüclü dəvə (Camelus bactrianus) Birhürgüclü dəvə (Camelus dromedarius) †Camelus gigas (fossil) †Camelus hesternus (fossil) †Camelus sivalensis (fossil) †Suriya dəvəsi == Şəffaf göz qapağı == Dəvələrin gözləri qum fırtınalarından qorunmaq üçün 3 qapaqlıdır. Lakin məlum olduğu kimi, göz qapaqlarımızı yumduqda kənar mühiti görə bilmərik. Ona görə, səhrada uzun yol qət edən dəvə qum fırtınası olduqda gözü görmədən yoluna davam edə bilməz. Bu şəffaf göz qapaqları eynək kimi heyvanın gözlərini qumdan qoruyur, həm də gözləri qapalı ikən işığı görməsini təmin edir. Uzun, sıx yaradılmış kirpiklər də lazımi ehtiyacı ödəyir. Bundan əlavə, gözlərin ətrafındakı möhkəm sümüklər həm zərbələrə, həm də günəş şüalarına qarşı gözü qoruyur. == Həzm sistemi == Dəvələrin həzm sistemi səhradakı məhdud qida müxtəlifliyinə uyğun yaradılmışdır. Dəvələr yem tapmadıqda qida hesab olunmayan kauçuk, tikan kimi maddələr yeyirlər.
Camelus bactrianus
İkihürgüclü dəvə (lat. Camelus bactrianus) — dəvə cinsinə aid heyvan növü. Təbii halda ikihürgüclü dəvələr 800 baş qalmışdır. Ona görə də onlar beynəlxalq Qırmızı kitaba düşmüşdür. Dəvələrin hamiləlik dövrü 13 aydır. Doğumdan 1 saat qabaq dəvələr sürüdən ayrılır və 1 bala doğur. Yeni doğulmuş balalar çox zəif olur. Dəvələr balalarını 1 ilə qədər südlə bəsləyirlər. Balalar 1,5-2 aydan sonra ot yeməyə başlayırlar.
Camelus dromedarius
Birhürgüclü dəvə (lat. Camelus dromedarius) — dəvə cinsinə aid heyvan növü. Təbii halda birhürgüclü dəvələrə rast gəlinməsi mümkün deyil. Əsasən, Afrika və Ərəbistan yarımadasında yayılmışdır.
Camelus ferus
İkihürgüclü dəvə (lat. Camelus bactrianus) — dəvə cinsinə aid heyvan növü. Təbii halda ikihürgüclü dəvələr 800 baş qalmışdır. Ona görə də onlar beynəlxalq Qırmızı kitaba düşmüşdür. Dəvələrin hamiləlik dövrü 13 aydır. Doğumdan 1 saat qabaq dəvələr sürüdən ayrılır və 1 bala doğur. Yeni doğulmuş balalar çox zəif olur. Dəvələr balalarını 1 ilə qədər südlə bəsləyirlər. Balalar 1,5-2 aydan sonra ot yeməyə başlayırlar.
Camerium moluccanum
Aleurites moluccanus (lat. Aleurites moluccanus) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin yağlıağac cinsinə aid bitki növü. == Sinonimləri == Aleurites ambinux Pers. Aleurites angustifolius Vieill. ex Guillaumin Aleurites angustifolius Vieill. Aleurites commutatus Geiseler Aleurites cordifolius (Gaertn.) Steud. Aleurites integrifolius Vieill. ex Guillaumin Aleurites integrifolius Vieill. Aleurites javanicus Gand. Aleurites lanceolatus Blanco Aleurites lobatus Blanco Aleurites moluccanus var.
Cameşuran (Qürvə)
Cameşuran (fars. جامه شوران‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 320 nəfər yaşayır (77 ailə). Əhalisini kürdlər təşkil edir.
Fumaria camerarii
Vaylant şahtərəsi (lat. Fumaria vaillantii) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin şahtərə cinsinə aid bitki növü. == Sinonimləri == Fumaria camerarii Bubani Fumaria chavinii Reut. Fumaria officinalis Hohen. [Illegitimate] Fumaria parviflora subsp. vaillantii (Loisel.) Hook.f. Fumaria spicata Balb. ex Parl. Fumaria tenuiflora Janka ex Nyman Fumaria vaillantii f. longibracteata Panov Fumaria vaillantii var.
Giraffa camelopardalis
Zürafə (lat. Giraffa) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zürafələr fəsiləsinə aid heyvan cinsi. Dünyanın ən hündür canlısıdır. Qara və qəhvəyi xallardan ibarət olan bir bədəni vardır. Hündürlüyü 4–6 m arasında dəyişir. Zürafə təbii şəkildə yalnız Afrikada yaşayır. Cənubi və Şimali Afrika ən çox olduqları bölgələrdir. Ümumiyyətlə savannalarda, otlaqlarda və açıq meşələrdə həyatlarını davam etdirirlər. Akasiya ağacının yetişdiyi bölgələr seçimləridir. Uzun boynu ona yerdə bitən otla yemlənməyə çox mane olsa da, əvəzində üst dodağı və uzun dili ən hündür budaqlardakı yaşıl yarpaqları da qoparmağa kömək edir.
James Cameron’s Avatar: The Game
James Cameron’s Avatar: The Game (azərb. Ceyms Kameronun Avatarı: Oyun‎) - Ubisoft Montreal videooyun şirkəti tərəfindən 2009-cu ildə yaradılan macəra oyunudur. Bu oyun Avatar filminin çıxış tarixinə 17 gün qalmış (17 dekabr) nümayiş etdirilmişdir.
Metaseiulus camelliae
Metaseiulus camelliae (lat. Metaseiulus camelliae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin metaseiulus cinsinə aid heyvan növü.

Значение слова в других словарях

быва́лец всхли́пывание ка́мбузный лжесвиде́тельский па́клить столпотворе́ние увида́ться хле́бенное газонокоси́лка декрети́роваться душни́к нагреме́ть обгла́живаться осе́чься сувени́рный што́ра jasey mid-range record throw out ализариновый вскопать родины тонзиллит умягчить