Canan Tolon
Canan Tolon (türk. Canan Tolon) — türk rəssamı. Kalifornitanın Emerivill şəhərində yaşayır və işləyir. O, Türkiyənin müasir təsviri incəsənətinin önəmli rəssamlarından biridir.
Onun əl işləri qravüra, rəngkarlıq, rəsm, heykəltəraşlıq və quraşdırma kimi sənət növlərini özündə birləşdirir. Əsərləri Ankara, İstanbul, Kiyev, London, Los-Anceles, Nyu-York, Oklend və San-Fransiskoda keçirilən beynəlxalq sərgilərdə sərgilənib. Tolonun əsərləri müxtəlif milli və beynəlxalq kolleksiyalardadır və Türkiyə rəsm bazarında yüksək qiymətə alınır.
2010-cu ildə Canan Tolonun rəsmlərindən biri olan Qlyuk VI (2008) Türkiyədəki Sotbis hərracında xüsusilə seçilib. 2012-ci ildə "Art + Auction" rəssamı əsərləri ən çox toplanan 50 rəssamdan biri adlandırılıb. 2014-cü ildə Los Angeles Times icmalı qeyd edir ki, Tolonun rəsmləri "tanınan formalar axtarmağa meylimizi vurğulayır" və "həmçinin imicimizin pisləşən keyfiyyətinin şərhi ola bilər".